"Smartdom" MMC Bakıda QOÇULUQ EDİR... - ÖZBAŞINALIQ!
Tarix: 15-04-2022, 11:19 | Çap et
Bakıda bir qrup sakin tikinti şirkətinin özbaşınalığına etiraz aksiyası keçirib. Yasamal rayonu A.M. Şərifzadə və İ. Talıblı küçələrinin kəsişməsində yerləşən 192 və 24 A, 26, 28 saylı binaların sakinləri onlarla razılaşdırılmamış, həmçinin ərazidəki binaların sakinləri köçürülməmiş binaların ətrafının hasarlanmasından şikayət edirlər. diaaz.space-ın məlumatına görə, sakinlər Sputnik Azərbaycan-a bildiriblər ki, "Smartdom" MMC tikinti şirkəti Şərifzadə 192 ünvanında yerləşən 112 mənzilli binanı alaraq söküb yerində yeni bina inşa edəcək. 1, 74 hektar torpaq sahəsində yeni binanın tikintisinə sakinlərlə qarşılıqlı razılaşmadan sonra başlanılmalı olsa da, tikinti şirkəti artıq ərazinin bir hissəsini hasarlamağa başlayıb. Sakin Nişad Mehdiyev bildirib ki, ərazidə yerləşən binalardan yalnız birinin sakinləri ilə müqavilə bağlanaraq köçürülüb. Digər binaların sakinləri ilə isə heç bir müqavilə bağlanılmayıb. Buna baxayaraq artıq şirkət sakinləri köçürülən binanı, həyətdəki qarajları sökərək yeni binanın tikintisinə başlamağa hazırlıq işləri görür: "Burada yaşayan sakinlər bu həyətdən istifadə edirlər. Biz 47 ildir ki, bu binada yaşayırıq. İndi tikinti şirkəti bizə narahatlıq yaradır. Yolumuzu bağlayır, binanı hasara alır".
Sakinlər məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə də müraciət ediblər. Onların İdarəyə ünvanladığı narazılıq məktubuna rəsmi cavabda da qeyd edilir ki, "Smartdom" MMC yalnız qarşılıqlı razılaşma əsasında, sənədləşmə işləri tam başa çatdıqdan sonra yeni yaşayış binasının tikintisinə başlaya bilər. Buna nəzarət isə Yasamal Rayon İcra Hakimiyyətinə tapşırılıb. Biz ərazidə olarkən Yasamal Rayon İcra Hakimiyyətlərinin əməkdaşlarına rast gəlməsək də, ərazidə çoxlu polislər vardı. Sakinlər tikinti şirkətinin onları polislərlə hədələdiklərini bildirdilər. Onlar iddia edir ki, binaların həyətindəki ağaclar kəsilərək tikintiyə hazırlıq işləri aparılır. Sakin Ziya Məmmədov deyir ki, ərazi hasara alındıqdan sonra onlar blokada şəraitində yaşamalı olacaqlar: "Qərarda da göstərilib ki, ərazidəki dörd binanın sakinləri ilə razılaşdırıldıqdan sonra tikintiyə başlanılmalıdır. Amma şirkət yalnız bir binanın sakinləri ilə razılaşıb. Buna baxmayaraq bütün ərazini hasara alıb. Digər üç binanın sakinləri çətin durumda qalıb".
Digər sakin Əliağa Cəbrayılov binaların 1963-cü ildə inşa edildiyini söyləyib. Onun sözlərinə görə, artıq tikinti şirkətləri həyətin bir hissəsini hasara alıb. Digər binalarda yaşayan sakinlərin şikayətini isə qəti nəzərə almır. Yaşayış binalarının həyətində tikintiyə hazırlıq işlərinin aparıldığının biz də şahidi olduq. Artıq həyətin bir hissəsində quyular qazılaraq hasara almaq üçün dirəklər basdırılırdı. Həyətdəki ağacların isə bir qismi kökündən çıxardılmışdı. "Smartdom" tikinti şirkətinin direktoru Eldəniz Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sakinlər iddialarında haqsızdırlar: Bu ərazidə beş bloklu bina inşa ediləcək. Ərazidəki digər binalar da söküləcək. Biz o binaların sakinləri ilə müqavilə bağlamağa çalışsaq da onlar gəlib razılaşmaq istəmirlər. Bizdən daha yüksək məbləğ tələb edirlər".
Onun sözlərinə görə, bütün binanın ətrafının hasarlanması təhlükəsizlik məqsədi daşıyır: "Biz binanı təhlükəszlik məqsədilə hasara alırıq. Sakinlərə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən verilən cavab məktubunda da bildirilib ki, sənədlər toplandıqdan sonra tikinti işlərinə başlanıla bilər. Biz də bütün sənədləri toplamışıq. Amma sakinlər gəlib imza atmaq istəmirlər. Onlar hazırda yaşadıqları mənzilin dəyərindən qat-qat artığını tələb edirlər". Sakinlər isə direktorun dediklərinin doğru olmadığını söylədilər. Onlar bildirdilər ki, yaşadıqları binanın sökülməsi ilə bağlı onlarla heç bir danışıq aparılmayıb. Yasamal Rayon İcra Hakimiyyətindən isə sakinlərin şikayəti ilə bağlı sualımıza cavab verən olmadı.
Qeyd edək ki, bir müddət öncə Şərifzadə 192 ünvanında yerləşən binanın sökülməsi zamanı "Smartdom" MMC ilə sakinlər arasında narazılıq yaranmışdı. Şirkət binanın sökülmədiyini bildirilsə də, binada yaşayış olmasına baxmayaraq əksər mənzillərin qapı-pəncərələrinin çıxarılmış, arakəsmələr sökülmüşdü. Sakinlər bildirmişdi ki, şirkət sakinlərlə razılaşmadan əl altından, digər sakinlərin adı ilə binanı sökür: "Guya söküntünü şirkət yox, onlarla razılığa gələn sakinlər aparırlar. Tikinti şirkəti elə bir təəssürat yaradır ki, binanı sakinlər özləri sökürlər. Amma onların niyyəti bu yolla sakinləri mənzilindən çıxmağa razı salmaqdır" . Xatırladaq ki, sakinlərlə tikinti şirkəti arasında narazılıq ötən ilin mart ayından bəri davam edir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 21:14 |
|
|
|
• Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? - FOTO
Bu gün, 21:07 |
|
|
|
• Ermənistan dörd qonşunun hədəfinə çevrildi – ABŞ Paşinyanı “minalanmış” sahəyə buraxıb
Bu gün, 20:42 |
|
|
|
• Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər - "...mənə yazdığı bütün mesajları silib"
Bu gün, 20:35 |
|
|
|
• Bu holdinqin maliyyə problemləri bitmir - 550 min vergi borcu var
Bu gün, 20:16 |
|
|
|
• Xəstəxanada səs-küy salan həkim - 100 manat cərimələndi
Bu gün, 20:14 |
|
|
|
• Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi - "MOUZE"
Bu gün, 20:07 |
|
|
|
• Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi - TƏFƏRRÜAT
Bu gün, 20:01 |
|
|
|
• Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib - ÇÖKÜŞ?
Bu gün, 19:59 |
|
|
|
• Aktrisa Çimnaz Sultanova vəfat edib
Bu gün, 19:56 |
|
|
|
• ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: - “Kreml İrəvanı bağışlamayacaq”
Bu gün, 19:02 |
|
|
|
• Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• “Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” - buna görə seriallara çəkilmir
Bu gün, 18:58 |
|
|
|
• Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına 26 milyon manat ayrılıb
Bu gün, 18:17 |
|
|
|
• İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb
Bu gün, 18:15 |
|
|
|
• Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri - Ukrayna açıqladı
Bu gün, 18:13 |
|
|
|
• İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb - FOTO
Bu gün, 18:09 |
|
|
|
• ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? - Bahəddin Həzi yazır...
Bu gün, 17:59 |
|
|
|
• ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... - MƏZƏLƏNİRLƏR?
Bu gün, 17:53 |
|
|
|
• Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... -"Polis əməkdaşları ərazini tərk edən kimi iş yenidən başlayır"
Bu gün, 17:51 |
|
|
|
• "Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." - deputat
Bu gün, 17:40 |
|
|
|
• Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib - "GÜNAHSIZAM..."
Bu gün, 17:37 |
|
|
|
• “AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” — Deputatdan ETİRAZ
Bu gün, 17:33 |
|
|
|
• Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar
Bu gün, 17:27 |
|
|
|
• Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı
Bu gün, 17:25 |
|
|
|
• Bu, erməni xalqına baha başa gələcək - Karasin
Bu gün, 17:20 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsi başa çatır? - “Reuters”
Bu gün, 17:19 |
|
|
|
• Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm - Ermənistanın müdafiə naziri
Bu gün, 17:17 |
|
|
|
• Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib
Bu gün, 17:16 |
|
|
|
• "4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." - ÇARƏSİZLİK...
Bu gün, 17:14 |
|
|
|
• "Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" - Tural Abbaslı
Bu gün, 17:09 |
|
|
|
• ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ - Görünəni odur ki...
Bu gün, 17:02 |
|
|
|
• AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir - Qazaxıstan Nəqliyyat Nazirliyi
Bu gün, 16:58 |
|
|
|
• Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb - TƏFƏRRÜAT
Bu gün, 16:56 |
|
|
|
• Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? - SİYAHI
Bu gün, 16:55 |
|
|
|
• “Tərtər işi”nə görə həbs edilən generalın işi 5 ay sonraya təxirə salındı
Bu gün, 16:48 |
|
|
|
• Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır - AÇIQLAMA
Bu gün, 16:46 |
|
|
|
• Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı - Sumqayıtda 14 yaşlı qıza verilən işgəncənin TƏFƏRRRÜATI
Bu gün, 16:43 |
|
|
|
• “Ermənistanın qonşularla ticarəti məhv olacaq” - Sarukyan DANIŞDI
Bu gün, 16:24 |
|
|
|
• Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib - FOTO
Bu gün, 16:18 |
|
|
|
• Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - AKTUAL
Bu gün, 16:17 |
|
|
|
• Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib - TƏFƏRRÜAT
Bu gün, 16:14 |
|
|
|
• Dövlət Gömrük Komitəsi NƏYİ NİYƏ GİZLƏDİR? - İLGİNC İDDİA
Bu gün, 16:12 |
|
|
|
• ADSU-nun rektor əvəzi özü də tələbədir? - AÇIQLAMA
Bu gün, 16:01 |
|
|
|
• Bayden və administrasiyası gedərayaq ermənilərə öz "borclarını" ödəyir -ŞƏRH
Bu gün, 15:59 |
|
|
|
• Blinken Putinə “salam” göndərdi, Bakıya savaş şansı verdik!
Bu gün, 15:57 |
|
|
|
• Azər Qasımlı ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 15:56 |
|
|
|
• Mircəlal həkim dedi ki, pul bunlara, sonra Gömrük Hospitalına köçürülür - Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 15:53 |
|
|
|
• Dünyanın ən amansız ordusu Ermənistana girə bilər
Bu gün, 15:39 |
|
|
|
• “Diplomların tanınmamasının əsl səbəbi bunlardır..." - Ekspert
Bu gün, 15:35 |
|
|
|
|