Toyun toy, vayın da vay yeri var: .....                     Nazirlik 10 manat kapitalı olan şirkətlə 77 milyonluq müqavilə imzaladı .....                     Ramiz Mehdiyevin qızına şikayət etmək icazəsi verildi .....                     Mərkəzi Univermağın qızıl alverçilərinin .....                     İvanişviliyə qarşı sanksiyalarla bağlı təklif Britaniya İcmalar Palatasına təqdim olunub .....                     Müharibə bitəcək, amma necə... .....                     Minsk qrupunun ləğvi, Konstitusiya dəyişikliyi qaçılmaz prosesdir... .....                     Məktəblərdə hazır yemək təminatının təşkili ilə bağlı 77 milyon manatlıq tenderi .....                     Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib .....                     Moskva gözləntiləri doğruldur .....                     “Gemini Group”un rəhbəri Rəşad Süleymanov ölkədən nə qədər valyuta çıxarıb? .....                     Əmlak bazarında durğunluq hökm sürür .....                     Müdafiə Nazirliyindən QADAĞA GƏLDİ .....                     Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası qadağan edildi .....                     İlham Əliyev və Nikol Paşinyan .....                     “Fikrimdə qalıram, Tramp sülh gətirəcək” .....                     Xaricdə azərbaycanlıları qeydiyyata alana cinayət işi açıldı .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Trend mahnısının cümləsi qalmaqallı oldu: .....                     "Bank Avrasiya"nın xalis mənfəəti 3 mln. manata yaxın azalıb .....                     Sumqayıtda təşkilat sədri hücuma məruz qaldı: Polis hərəkətə keçdi .....                     3 il əvvəl başlayan sürüşmənin qarşısı niyə ALINMIR? .....                     Vaşinqton İrəvana necə "hamilik" edəcək? .....                     Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO və tərəfdaş ölkələrin Baş Qərargah rəislərinin iclasında iştirak edib .....                     Bakıda restoranda baş verən cinayətin görüntüləri yayılıb .....                     Paşinyan Rusiyanın təhdidlərindən narahatdır .....                     316 saylı orta məktəbin yanındakı torpaq sahəsinə KİM GÖZ DİKİB? .....                     Blinken Mirzoyanla bunu razılaşdırıb: "Soros" bölgəyə gəlir .....                     Maaş azlığı, yoxsa alim riyakarlığı .....                     Ermənistan ordusunun Baş Qərargah rəisi .....                     Akif Marifliyə yeni vəzifə verildi .....                     Ruslardan ABSURD İDDİA... Qazaxlar susur: QARA QUTU açılana qədər... .....                     GDU-nun nəzdində Regional Kollecə yeni təyinatlar olub .....                     İrəvanın Aİ-ABŞ həmləsi: Ermənistan Trampa ümid edə bilərmi? .....                     "Quska"nın vəkilləri məhkəməyə gəlmədi .....                     Rusiyanın sülh prosesinə təsir imkanları məhduddur .....                     Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədi ilə qaçırılıb .....                     Faiq Ağayevdən səs-küy yaradan fotosessiya .....                     Zelenskinin xanımı GÖRÜN HARADA dincəlir .....                     Bakı Ali Neft Məktəbinə yeni prorektor təyin olundu .....                 

TƏBİB rəhbəri bu cinayətlərdən xəbərsiz ola bilərdimi? - İLGİNC GƏLİŞMƏ
Tarix: 23-04-2021, 10:15 | Çap et
TƏBİB rəhbəri bu cinayətlərdən xəbərsiz ola bilərdimi?
Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin TƏBİB-də keçirdiyi əməliyyat Azərbaycanın səhiyyə sisteminin və onun başında duranların rüşvət, korrupsiya, vicdansızlıq adlı “xroniki xəstəlik”dən heç cür sağala bilmədiklərini, əksinə, koronavirus pandemiyası dövründə bu “xəstəliyin” daha da şiddətləndiyini göstərdi.

Qurumun yaydığı məlumatda deyilir ki, əməliyyat nəticəsində koronaviruslu xəstələrin müalicə olunduğu xəstəxanaların baş həkimləri - “Yeni klinika” tibb müəssisəsinin direktoru Pərviz Abbasov və FHN-in Zığda yerləşən modul tipli xəstəxanasının baş həkimi İmran Ağayev, eləcə də onların çevrəsinə aid olan şəxslər həbs edilib. Rəsmi açıqlamada deyilir ki, bu şəxslər qabaqcadan əlbir olaraq, koronavirus xəstələrinin özlərinin rəhbəri olduqları tibb müəssisələrində yerləşdirilməsi müqabilində onların yaxınlarından müxtəlif məbləğlərdə rüşvət alıblar. Söhbət hər xəstədən 3000-3500 manat məbləğində pul alınmasından gedir.

Əvvəlcə onu qeyd edək ki, reallıqda alınan məbləğlər pandemiyanın pik vaxtlarında 4000-5000 manatı da keçirdi. İkincisi, rəsmi məlumatda qeyd olunan “qabaqcadan əlbir olaraq” ifadəsini yalnız xəstəxana rəhbərlərinə və onların köməkçilərinə aid etmək doğru olmazdı. Azərbaycan reallıqları nəzərə alınsa, sözügedən xəstəxana rəhbərləri bütün ölkənin diqqət mərkəzində olan koronavirusla mübarizə kimi strateji əhəmiyyətli sahədə özbaşına, açıq-aşkar rüşvət cinayəti törədə bilməzdilər. Odur ki, bu işdən TƏBİB rəhbərliyinin və şəxsən Ramin Bayramlının xəbərsiz olduğu inanmaq, sadəlövhlük də yox, axmaqlıq olar. Həm də ona görə ki, “Yeni klinika”nın artıq həbsdə olan rəhbəri Pərviz Abbasovla Ramin Bayramlının çox yaxın olduqları bildirilir.

“AzPolitika.info”-ya səhiyyə sisteminə aid mənbələrdən daxil olan məlumata görə, P.Abbasovla TƏBİB rəhbərinin yaxın, hətta dostluq səviyyəsində münasibətləri var. Bildirilir ki, onlar bir müddət Bakıdakı özəl klinikaların birində birgə çalışıblar. Lakin külli miqdarda maxinasiya və maliyyə yeyintilərinə yol verdikləri üçün həmin klinikanın sahibi tərəfindən eyni vaxtda işdən kənarlaşdırılıblar. Ancaq görünür, buna baxmayaraq, hansısa əlaqələr, yaxud digər səbəblər hesabına yüksək vəzifələrə təyin olunublar... Bütün bunlardan çıxış edərək demək olar ki, TƏBİB-də keçirilən əməliyyat və həbs olunanların verəcəkləri ifadələr qurumun rəhbərliyinin, o cümlədən şəxsən R.Bayramlının da istintaqa cəlb edilməsilə nəticələnə bilər. Çünki yuxarıda qeyd etdiyimiz kimi, sözügedən xəstəxana rəhbərlərinin artıq çoxdan bəri heç kim üçün sirr olmayan korrupsiya cinayətlərini TƏBİB rəhbərindən gizlin şəkildə törətmələri qeyri-mümkün idi. Ümumiyyətlə, belə əməllər təkbaşına törədilmir. Əgər qurum rəhbərliyi bunu bilib də, heç bir tədbir görməyibsə, deməli bunun müqabilində maddi marağı olub. Və belə çıxır ki, R.Bayramlı ilə P.Abbasovun “əməkdaşlığı” TƏBİB-də də davam edib. Eynilə FHN-in Zığda yerləşən modul tipli xəstəxanasının baş həkiminin də məlum əməlləri R.Bayramlıdan gizli törətməsi mümkün deyildi...

Bu arada korrupsiya cinayətlərini vaxtında üzə çıxarmalı olan hüquq-mühafizə orqanlarının fəaliyyətini, daha doğrusu uzun müddət davam etmiş fəaliyyətsizliyini də qeyd etməmək olmur. Məsələ ondadır ki, xüsusilə də pandemiyanın pik vaxtlarında koronavirus xəstələrindən rüşvət alınaraq xəstəxanalara yerləşdirildiyini Azərbaycanda, demək olar, bilməyən yox idi. Evə təcili yardım çağıran vətəndaşların böyük əksəriyyəti şahidlik edə bilərlər ki, çağırışa gələn həkimlərin bir çoxu xəstələrin bu və ya digər xəstəxanaya pulla yerləşdirilməsi üçün vasitəçi olmağı təklif edirdilər. Sosial şəbəkələrdə, mətbuatda bununla bağlı saysız-hesabsız məlumatlar dərc olunub.

Məsələn, elə “AzPolitika.info”-da ötən ilin dekabrında bu mövzuyla bağlı böyük yazı dərc olunmuşdu. Həmin yazıda FHN-in Zığda yerləşən modul tipli xəstəxanasında koronavuirus xəstələrinin yerləşdirilməsi üçün 4000 manat rüşvət tələb olunduğu qeyd edilirdi. Qanunla mətbuatda dərc olunan bu cür materiallar hüquq-mühafizə orqanlarının göstərilən faktla bağlı araşdırma aparmasına əsas verir. Lakin heç bir orqan saytımızda gedən həmin məlumatla maraqlanmadı, soruşmadı ki, bu məlumat sizdə hardandır, pulu verən və alan kimlərdir. Yalnız pandemiyanın üçüncü dalğasının pik həddi yaşanan günlərdə, nəhayət ki, müvafiq orqanlar uzun müddətdir bütün ölkənin bildiyi faktlardan xəbər tutdu və məlum əməliyyatı keçirdi...

Hər halda, necə deyərlər, heç olmamaqdansa gec olmağı yaxşıdır. İndi çox irəliyə getmədən TƏBİB-lə bağlı keçirilən əməliyyatın gedişatını və sonunu gözləmək lazımdır. R.Bayramlının da istintaqa, hətta məsuliyyətə cəlb edilib-edilməyəcəyini zaman göstərəcək və bu barədə hələ ki, qəti bir şey demək mümkün deyil. Çünki Azərbaycanda ən azından Elmar Məmmədyarov, Əbülfəs Qarayev, Eldar Mahmudov, Əli Abbasov və digər bu qəbildən olan nümunələr var ki, onların rəhbərlik etdikləri qurumlarda külli miqdarda korrupsiya cinayətləri aşkarlansa da, özləri məsuliyyətdən kənarda qala biliblər...
AzPolitika.info”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Toyun toy, vayın da vay yeri var: - İslama görə müsiqi ilə dəfn mərasimi icazəli deyil
Bu gün, 15:09
Nazirlik 10 manat kapitalı olan şirkətlə 77 milyonluq müqavilə imzaladı – Tendersiz
Bu gün, 15:05
Ramiz Mehdiyevin qızına şikayət etmək icazəsi verildi - TƏFƏRRÜAT
Bu gün, 15:00
Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib?
Bu gün, 14:57
İvanişviliyə qarşı sanksiyalarla bağlı təklif Britaniya İcmalar Palatasına təqdim olunub
Bu gün, 14:55
Müharibə bitəcək, amma necə... - GƏLİŞMƏ
Bu gün, 14:02
Minsk qrupunun ləğvi, Konstitusiya dəyişikliyi qaçılmaz prosesdir... - və gec-tez baş verəcək
Bu gün, 14:00
Məktəblərdə hazır yemək təminatının təşkili ilə bağlı 77 milyon manatlıq tenderi - BU ŞİRKƏT UDDU
Bu gün, 13:58
Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Bu gün, 13:26
Moskva gözləntiləri doğruldur – yenə həqiqəti danır
Bu gün, 13:09
“Gemini Group”un rəhbəri Rəşad Süleymanov ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 13:07
Əmlak bazarında durğunluq hökm sürür - NƏ BAŞ VERİR?
Bu gün, 13:04
Müdafiə Nazirliyindən QADAĞA GƏLDİ - xüsusi AÇIQLAMA
Bu gün, 12:59
Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası qadağan edildi - son söz Anri Oxanaşvilidə qalır
Bu gün, 12:57
İlham Əliyev və Nikol Paşinyan Davosa gedəcəklər
Bu gün, 12:53
“Fikrimdə qalıram, Tramp sülh gətirəcək” - Natiq Cəfərli
Bu gün, 12:50
Xaricdə azərbaycanlıları qeydiyyata alana cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 12:47
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42
Trend mahnısının cümləsi qalmaqallı oldu: -"Aygün Kazımovaya hər şey olar"
Bu gün, 12:41
"Bank Avrasiya"nın xalis mənfəəti 3 mln. manata yaxın azalıb - HESABAT
Bu gün, 12:39
Sumqayıtda təşkilat sədri hücuma məruz qaldı: Polis hərəkətə keçdi - TƏFƏRRÜAT
Bu gün, 12:30
3 il əvvəl başlayan sürüşmənin qarşısı niyə ALINMIR? - Şəki sakinləri TƏHLÜKƏ ilə ÜZ-ÜZƏ
Bu gün, 12:28
Vaşinqton İrəvana necə "hamilik" edəcək? - Elçin Alıoğlu yazır...
Bu gün, 12:21
Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO və tərəfdaş ölkələrin Baş Qərargah rəislərinin iclasında iştirak edib
Bu gün, 12:17
Bakıda restoranda baş verən cinayətin görüntüləri yayılıb - VİDEO
Bu gün, 12:15
Paşinyan Rusiyanın təhdidlərindən narahatdır - “Hraparak”
Bu gün, 12:13
316 saylı orta məktəbin yanındakı torpaq sahəsinə KİM GÖZ DİKİB? - İLGİNC İDDİALAR
Bu gün, 12:11
Blinken Mirzoyanla bunu razılaşdırıb: "Soros" bölgəyə gəlir - Seyidov danışdı
Bu gün, 12:01
Maaş azlığı, yoxsa alim riyakarlığı - REPLİKA
Bu gün, 11:59
Ermənistan ordusunun Baş Qərargah rəisi NATO iclasında iştirak edir
Bu gün, 11:56
Akif Marifliyə yeni vəzifə verildi
Bu gün, 11:52
Ruslardan ABSURD İDDİA... Qazaxlar susur: QARA QUTU açılana qədər... - NƏ BAŞ VERİR?
Bu gün, 11:50
GDU-nun nəzdində Regional Kollecə yeni təyinatlar olub - ƏMR
Bu gün, 11:48
İrəvanın Aİ-ABŞ həmləsi: Ermənistan Trampa ümid edə bilərmi? - Eurasiya.net
Bu gün, 11:43
"Quska"nın vəkilləri məhkəməyə gəlmədi - bu səbəbdən də...
Bu gün, 11:38
Rusiyanın sülh prosesinə təsir imkanları məhduddur - FAKT BUDUR!
Bu gün, 11:36
Goranboyda 10-cu sinif şagirdi evlənmək məqsədi ilə qaçırılıb - Polis İŞƏ QARIŞDI
Bu gün, 11:32
Faiq Ağayevdən səs-küy yaradan fotosessiya - FOTO
Bu gün, 11:30
Zelenskinin xanımı GÖRÜN HARADA dincəlir - ŞOK məlumat
Bu gün, 11:29
Bakı Ali Neft Məktəbinə yeni prorektor təyin olundu - ƏMR
Bu gün, 11:26
Britaniya və Fransa Ukraynaya qoşun göndərməyi müzakirə edirlər - "The Telegraph"
Bu gün, 11:19
Rusiya Ermənistana qarşı hərəkətə keçdi – Durum kəskinləşir
Bu gün, 11:16
"Məktəbin tikintisinə ayrılan maliyyə hara getdi, kimlər məsuliyyət daşıyır?" - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 11:05
Hospital rəisindən Elçin Quliyevə şikayət - NARAZILIQ VAR...
Bu gün, 11:02
Şəmkirin keçmiş icra başçısının oğlunu öldürən şəxs vaxtından əvvəl azadlığa çıxmaq istəyir
Bu gün, 10:58
Sazişdən sonra Tramp Ermənistanı daha da gücləndirəcək... - AKTUAL
Bu gün, 10:55
Sənubər Nəzərova Departament rəhbəri təyin edildi - BUNDAN SONRA...
Bu gün, 10:54
"Sabah kimisə öldürsə, yenə də sərbəst qala bilər..." - İLGİNC İDDİA
Bu gün, 10:52
Xırdalandan Sumqayıta gedənlər küçələrdə qalıb - 10 dəqiqəlik interval bir saata qaldırılıb
Bu gün, 10:46
Məhkəmə Ağadadaş Ağayevin mülki iddiasına xitam verilməsi barədə qərar qəbul edib
Bu gün, 10:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru