Qarabağ qazisinin mənimsənilən mənzili özünə qaytarılmır - GİLEY
Tarix: 9-01-2020, 14:58 | Çap et
Ötən ilin sentyabrında redaksiyamıza müraciət edən Qarabağ qazisi, Bərdə rayonu Xəsili kənd sakini Muğan İsmayıl oğlu Salmanov mənzil fırıldağına məruz qaldığını bildirərək, kömək istəmişdi. O, 2008-ci ildə Bakıda - Yasamal rayonu ərazisində “Kaspian İnşaat MB” MMC-nin tikdiyi binada mənzil alıb, evinə köçmək istəyəndə isə bəlli olub ki, MTK-nın sahibi həmin evi başqa bir adama satıb. İndi nə ona yeni mənzil verilir, nə də pulu geri qaytarılır...
Qarabağ qazisi üzləşdiyi qanunsuzluqla bağlı musavat.com-a müraciətində başına gələnləri nəql edib.
Həmin yazı ilə bu linkdən tanış ola bilərsiniz: (https://musavat.com/news/menzil-firildagina-meruz-qalan-qarabag-qazisi-komek-isteyir_643899.html) Qısaca xatırladaq ki, Qarabağ qazisi 2008-ci ildə Bakı şəhərinin Yasamal rayonu ərazisində “Kaspian İnşaat MB” MMC-nin tikdiyi çoxmərtəbəli binadan pulunu 2 dəfəyə - ümumilikdə 119 min (50+69 min dollar) ABŞ dolları ödəməklə rəsmi maliyyə sənədləri və müqavilə əsasında 4 otaqlı mənzil alıb. Vəsaiti olmadığından evini təmir edə bilməyib və daha sonra ağır avtoqəzaya düşüb. Bir müddət mənzilinə baş çəkə bilməyib. Sitat: “Bundan istifadə edən MMC-nin rəhbəri Bəxtiyar Məmmədov mənə məxsus mənzili təkrarən Paşayev Məmmədtağı Nağı oğluna satıb. Mənzilimi tələb edəndə MMC rəhbəri mənə başqa yerdə mənzil verəcəyini vəd etsə də, sonradan dedi ki, get nə bilirsən, et...”
Vətəndaş deyir ki, o, çıxış yolunu məhkəməyə üz tutmaqda görüb: “Müqaviləni bağlayıb pulumu ödədikdən sonra uzun müddət tikintinin başa çatmasını gözləmişəm, mənzil vaxtında təhvil verilmədi. Sonra evimi təhvil alanda təmir üçün vəsaitim olmadı. Mənzilin qapısını bağlayaraq maddi imkanım olduğu vaxtda təmir işlərinə başlayacağımı qərarlaşdırmışam. Daha sonra qəza keçirdim və uzun müddət Bakıya gələ bilmədim. 2019-ci ilin aprel ayında mənzilimə gələrkən müəyyən etmişəm ki, cavabdeh müəssisənin direktoru Bəxtiyar Məmmədov mənə məxsus mənzili qanunsuz olaraq cavabdeh Məmmədtağı Paşayevə satıb, sonuncu da mənzili təmir edərək orada yaşayır. Bundan başqa, rəsmi müqavilə bağlamasaq da, cavabdeh Bəxtiyar Məmmədova onun özünü dürüst insan kimi tanıtmasına inanaraq, 20.000 ABŞ dolları verib, sahəsi 20 kv.metr olan yeraltı qarajı da almışdım. Lakin cavabdeh bu qarajı da mənə verməkdən imtina edib”. Şikayətçi qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsində işə baxılıb, amma bütün sübutlar, faktlar, dəlillər, şahid ifadələri onun xeyrinə olduğu halda hakim Emin Mehdiyev iddianı təmin etməyib: “Cənab Prezident İlham Əliyev ölkədə böyük islahatlar aparır. O, çıxışlarından birində xüsusi ilə vurğuladı ki, məhkəmə-hüquq sahəsində də ciddi islahatlar aparılmalıdır, məhkəmələr ədalətli olmalıdır. Amma hakim Emin Mehdiyev bu çağırışları, tövsiyyələri nəzərə almadı, üstəlik o, Qarabağ qazilərinə ölkə rəhbərliyinin göstərdiyi xüsusi diqqət və qayğının fərqinə varmadı. 10 sentyabr 2019-cu il tarixdə işə baxılarkən Bəxtiyar Məmmədov öz qanunsuz hərəkətlərini ört-basdır etmək və məsuliyyətdən yayınmaq üçün ağlasığmaz varianta əl atdı. İddia etdi ki, guya onun mənə verdiyi – tərəfimdən məhkəməyə təqdim edilən möhürlü və imzalı müqavilə, maliyyə arayışlarındakı imzalar onun imzası deyil. Guya mən möhürü skan edərək saxtalaşdırmışam. Biz eyni binada yaşayan digər mənzil sahibinə verilmiş sənədi məhkəməyə və ekspertizaya təqdim etdik. Həmin evin sahibi Rəşad Əlizadəyə də eyni imza və möhürlə, eyni firma blankında sənəd verilib. Bundan sonra Bəxtiyar Məmmədov fakt qarşısında qaldı, əvvəlki ifadəsini tamamilə dəyişərək dedi ki, həmin müqaviləni Natiq adlı müavini imzalayıb. Ekspertiza da rəy verdi ki, hər iki sənəd eynidir, eyni şəxs tərəfindən imzalanıb, möhürlər də eynidir.
Bəxtiyar Məmmədov hətta əvvəlcə deyirdi ki, guya bizi tanımır. Ona pulu aparıb birgə verdiyimizi təsdiqləyən şahidlər də gəlib məhkəmədə ifadə verdilər. Bundan başqa, bu günədək həmin mənzilin elektrik abonenti mənəm. “Azərişıq”a rəsmi sorğu verdik, oradan məhkəməyə rəsmi sənəd verildi ki, evin işıq kodu Muğan Salmanovun adınadır. Bütün bu sübutlarımızın qarşısında cavabdeh tərəf tamamilə arqumentsiz qaldı. Əslində, başımıza gətirilən oyunda cinayət tərkibi də var. Bütün bunlara baxmayaraq, məhkəmə bizim iddiamızı təmin etmədi. Heç müqaviləni imzaladığı deyilən Natiq adlı şəxsi məhkəməyə çağırıb dindirmədi. Açıq-aşkar hakim ədalətsiz, əsassız bir qərar verdi, səbəbini isə özündən soruşmaq olar, biz deyə bilmərik. Əgər hakim düşünürsə ki, Bəxtiyar Məmmədovun mənzili ikinci dəfə, bizdən sonra satdığı adam vicdanlı alıcıdır, evi onun əlindən almaq olmaz, bəs bizim hüquqlarımız harada qaldı? Axı mən də vicdanlı alıcıyam və pulumu verib ev almışam. Əgər Bəxtiyar Məmmədov mənə satdığı mənzili təkrarən digər adama satıbsa, buna görə cəza almalıdır və bizim pulumuzu qaytarmalıdır. Məsələ ondadır ki, son illərdə bir mənzili iki-üç nəfərə satdığına görə xeyli adam həbs olunub və ağır cəzalar alıblar. Bəs bu presedentlər Bəxtiyar Məmmədova niyə şamil olunmur? Hakim Emin Mehdiyev bunları nəzərə almadı. Düşünürəm ki, bəlkə Bəxtiyar Məmmədovu qoruyan hansısa “gizli əl” və ya səbəblər var?”.
Muğan Salmanov qeyd etdi ki, birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verib: “Mən ən əsası ölkə rəhbərliyinin, cənab İlham Əliyevin ədalətinə əminəm. Hər zaman Ali Baş Komandan İlham Əliyevin əsgəriyəm və onunla qürur duyuram. Emin Mehdiyev kimi hakimlər hansısa ədalətsiz, qanundan kənar qərarlar verməklə bizi qətiyyən dövlətimizdən incik sala bilməyəcəklər. Biz əminik ki, ədalət qalib gələcək. Mən heç vaxt kiminsə malını yeməmişəm. Bütün həyatımı zəhmətlə, halal ruzi ilə yaşamışam. Qarabağ döyüşlərində könüllü iştirak edib Vətənimizi qorumuşam. Yaxın-qohum əqrəbamdan xeyli adam Vətənimizin müdafiəsində yaxından iştirak edərək vətəndaşlıq borcunu layiqincə yerinə yetiriblər. Onlardan Fariz Çoban oğlu Qəhrəmanov Azərbaycanın Milli Qəhrəmanıdır. Artıq dərəcədə xahiş edirəm ki, ailəmizin halal mənzilinin geri qaytarılmasına, Bəxtiyar Məmmədovun törətdiyi əmələ görə məsuliyyətə alınmasına görə müvafiq qurumlar bizə köməklik göstərilsin”. Muğan Salmanov Birinci Vitse-Prezident Mehriban Əliyevaya da müraciət ünvanlayaraq, kömək istəyib. O, müraciətində başına gələnləri nəql edərək, yazıb: “Bütün ailəmiz, qohumlarım, ətrafım hamısı cənab Prezidentimiz İlham Əliyevin və Sizin ən güvənli vətəndaşlarınızdandır. Hamımız Prezidentimizi və Sizi qanunun aliliyinin, ədalətin və mərhəmətin keşikçisi kimi tanıyırıq. Sizdən artıq dərəcədə xahiş edirəm ki, ailəmizin halal mənzilinin geri qaytarılmasına köməklik göstərəsiniz”.
Milli Qəhrəman Fariz Qəhrəmanov da bu işi nəzarətinə götürməsi və köməklik göstərməsi üçün Məhkəmə Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədova müraciət edib. ***
Yasamal Rayon Məhkəməsinin qərarından verilən apelyasiya şikayətində kifayət qədər dəlillər sadalanır.
Qanunvericiliyin tələblərinin pozulmasına dair faktlarla yanaşı, konkret saxtakarlıq halları, mülkiyyət hüququnun pozulması da iddia əksini tapır. Apelyasiya şikayətində vurğulanır ki, prosessual hüquq normaları da pozulub və düzgün tətbiq edilməyib: “Məhkəmə bizim təqdim etdiyimiz sübutları – şahid ifadələrini, dövlət qurumunun məktubunu, qüvvədə olan və həqiqiliyi müvafiq məhkəmə ekspertizası ilə təsdiqini tapan müqaviləni və maliyyə arayışlarını, habelə iddia ərizəmizdə istinad etdiyimiz qanunu rədd etmək üçün dəlil gətirməmiş, nəticədə Mülki-Prosessual Məcəllənin 220.4-cü maddəsinin tələbini kobud şəkildə pozmuşdur. İddia ərizəmizdə iş üzrə cavabdeh Bəxtiyar Sabir oğlu Məmmədovun hərəkətlərində dələduzluq cinayətinin tərkibi olması və bu əsasa görə də xüsusi qərardad çıxarmaqla prokurora məlumat verilməsini xahiş etsək də, məhkəmə AR MPM-nin 265.4-cü maddəsinin tələbini pozaraq qanunun tələbinə riayət etməyib”...
Apelyasiya şikayətində digər çoxsaylı hüquq və prosessual qayda pozuntuları əsas gətirilərək, Apelyasiya Məhkəməsindən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə və xüsusi qərardad çıxarılması xahiş olunur. Musavat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07 |
|
|
|
• Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00 |
|
|
|
• Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42 |
|
|
|
• ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38 |
|
|
|
• İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14 |
|
|
|
• Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12 |
|
|
|
• "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45 |
|
|
|
• Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43 |
|
|
|
• Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36 |
|
|
|
• Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30 |
|
|
|
• İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16 |
|
|
|
• "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02 |
|
|
|
• Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58 |
|
|
|
• Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09 |
|
|
|
• "Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07 |
|
|
|
• Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04 |
|
|
|
• “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54 |
|
|
|
• İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52 |
|
|
|
• Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49 |
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31 |
|
|
|
• Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Dünən, 16:28 |
|
|
|
• “Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Dünən, 16:19 |
|
|
|
• Azərbaycanda mənzillər 10 % bahalaşıb
Dünən, 16:18 |
|
|
|
• Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:01 |
|
|
|
• Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Dünən, 15:58 |
|
|
|
• Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Dünən, 15:41 |
|
|
|
• Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Dünən, 15:39 |
|
|
|
• “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Dünən, 15:36 |
|
|
|
• London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Dünən, 15:34 |
|
|
|
• Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Dünən, 15:32 |
|
|
|
• Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Dünən, 15:26 |
|
|
|
• “İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Dünən, 15:23 |
|
|
|
|