“Müvafiq qurumlar “EuroHome” sahibinin bacısı oğlu önündə acizdirmi?..” -PREZİDENTƏ MÜRACİƏT
Tarix: 21-12-2019, 08:34 | Çap et
Xəbər verdiyimiz kimi, bu günlərdə yanıb külə dönmüş “Eurohome” tikinti bazarının sahibi oliqarx Azay Möhnətovun bacısı oğlu Binyətov Elvin Səxavət oğlu Bakı şəhər sakini, iş adamı Ələsgər Əbdüləli oğlu Əliyevin dələduzluq yolu ilə 67. 000 ABŞ dolları məbləğində vəsaitini ələ keçirib və uzun sürən məhkəmə prosesləri nəticəsində qüvvəyə minmiş məhkəmə qətnamələrinə baxmayaraq borclu olduğu həmin məbləği qaytarmaq belə, fikrində deyil...
Moderator.az zərərçəkmiş Ələsgər Əliyevin xahişini nəzərə alıb onun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-Prezidenti xanım Mehriban Əliyevaya ünvanladığı MÜRACİƏTİ olduğu kimi nəzərinizə çatdırırıq:
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti xanım Mehriban Əliyevaya
Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova
Surəti: Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş üzrə köməkçisi cənab Fuad Ələsgərova
Surəti: Məhkəmə-Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova
Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Kamran Əliyevə
Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid pr-ti, məh. 522, ev E, m.40 yaşayan vətəndaş Əliyev Ələgər Bakı oğlu tərəfindən
M Ü R A C İ Ə T
Hörmətli Prezident və hörmətli Birinci Vitse-Prezident !
Öncə vətəndaşların problemləri ilə bağlı göstərdiyiniz diqqət və qayğıya görə Sizə öz dərin təşəkkürümü bildirir, dövlətçiliymizin inkişafı naminə göstərdiyiniz fəaliyyəti dəstəkləyir və gələcək fəaliyyətinizdə Sizə uğurlar arzu edirəm.
Hazırda məcburiyyət qarşısında qalaraq Sizə müraciət edib vaxtınızı alıram. Müraciətimin əsas səbəbi “Eurohome” tikinti bazarının sahibi Ayaz Möhnətovun bacısı oğlu Elvin Binyətovun qanunsuz əməlləri ilə bağlıdır. Mən Elvin Binyətovu çoxdan tanısam da, heç vaxt sıx əlaqədə olmamışam. 2015-ci ildə Binyətov biləndə ki, bizneslə məşğulam, məni taparaq etibarımı qazanmaq üçün Ayaz Möhnətovun adından çıxış edərək bildirib ki, dayısının əlaqələrindən istifadə etməklə biznesimi genişləndirməyə kömək edə bilər. Mən ona 2015-ci ildə 67 000 ABŞ dolları məbləğində pul vermişəm. O, həmin pulla Dubaydan məişət texnikası gətirməli və dayısının şirkətinin adına rəsmiləşdirməklə xərcləri azaltmalı idi. Bundan sonra biz həmin malı birgə satıb mənfəəti bölməli idik. Danışığımıza əsasən E.Binyətov pulu 3 ay ırzində qaytarmalı idi. Sonradan bildim ki, Elvin malları gətirərək dəyər-dəyməzinə Sədərək ticarət mərkəzində satıb və məbləği mənimsəyib. Bunu bildikdə ona iradlarımı bildirdim. O isə dedi ki, gəl bankda borc müqaviləsi bağlayaq. Yəni bununla mən əmin olum ki, pulu qaytaracaq. 27 yanvar 2016-cı il tarixində biz notariusda kredit müqaviləsi bağladıq və həmin 67 000 ABŞ dolları məbləğində pul öz əksini orada tapdı.
Lakin həmin pul bu günədək mənə qaytarılmayıb. Mən pulun geri qaytarılması iddiası ilə Şamaxı rayon məhkəməsinə müraciət etdim. Həmin proses gedən zaman iş dəfələrlə saxlanılırdı və Elvin müxtəlif iddialarla digər məhkəmələrə müraciət etməklə işi suni qaydada uzadırdı. Nəticədə ədalət hüquqi baxımdan bərqərar olunaraq Elvinin iddiaları rədd edildi, Şamaxı rayon Məhkəməsi isə iddiamı təmin edərək mənə 67 000 ABŞ dollar məbləğində pulun qaytarılmaını qətt etdi.
Buna baxmayaraq Şamaxı Rayon Məhkəməsinin 2(074)742-2016 saylı 23 may 2016-cı il tarixli qətnaməsi bu günədək icra edilməyib.
Qətnamə (icra vərəqəsi) ilk olaraq Şamaxı Rayon İcra və Probasiya şöbəsinə icra üçün göndərilib. Burada iş icra edilməyərək bir müddət yubandırılıb sonradan Nəsimi rayon İcra və Probasiya şöbəsinə yollanıb. Lakin bu günədək heç bir nəticə əldə olunmayıb.
Bu iş üzrə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə məhkəmə qətnaməsinin icra edilməməsinə görə Elvin Binyətov inzibati həbs də alıb. Lakin sonradan iş Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilsə də, həmin idarə cinayət işinin açılmasına etiraz edib. Baxmayaraq ki, onun əməllərində birbaşa cinayət tərkibi var və məhkəmə qərarını qəsdən icra etmir.
Əlavə məlumat üçün deyim ki, Elvin Binyətov dəbdəbəli həyat tərzi sürür, Bakıda Təzə Bazar ilə üzbəüz olan dairəvi binalarda dayısının inşa etdirdiyi 200 kv.m-dən artıq sahəsi olan mənzildə yaşayır, şəhərdə digər mənzillərə də sahibdir, Şamaxı və İsmayıllıda hektarlarla torpaqları var, 99—999 nömrəli bahalı “Land Rover” markalı avtomobili də ona məxsusdur Lakin hər bir dələduz kimi bunların heç biri onun adında deyil. Amma bütün ətraf bilir ki, Elvin Binyətov və onun dayısı hansı maddi sərvətlərə sahibdirlər. Bunları deməkdə məqsədim odur ki, mənə olan 67 min ABŞ dolları borcu ödəmək vətəndaş Elvin Binyətov üçün çətin bir məsələ deyil… Başının üzərində ÜMUMMİLLİ LİDERİN, masasında cənab Prezident, Sizin portretinizi saxlayan bu şəxs sadəcə, Azərbaycan dövlət qanunlarına, dövlət və məhkəmə qurumlarına, eləcə də bir vətəndaş kimi mənim hüquqlarıma sayğısızlıq edərək müvafiq qanuni qərarı icra etməkdən boyun qaçırır.
Hörmətli Prezident və hörmətli Birinci Vitse-Prezident !
Mən artıq 4 ildir ki, 67 000 ABŞ dolları məbləğində pulu geri ala bilmirəm, Nəsimi Rayon İcra və Probasiya şöbəsi isə faktiki olaraq işi icra etmək iqtidarında deyil.
Bir sözlə, müvafiq qurumların “EuroHome” sahibinin bacısı oğlu qarşısındakı acizliyi acı təəssüf və təəccüb doğurur. Və mən Azərbaycan Respublikasının haqqı tapdanmış bir vətəndaşı olaraq hazırda nə edəcəyimi bilmirəm…
Yuxarıda göstərilənləri nəzərə alaraq Sizdən xahiş edirəm ki, Binyətov Elvin Səxavət oğlunun əməlinə hüquqi qiymət verilməsi üçün aidiyyatı üzrə göstəriş verəsiniz və Şamaxı Rayon Məhkəməsinin 2(074)742-2016 saylı 23 may 2016-cı il tarixli qətnaməsinin icra edilməsinə müvafiq köməklik göstərəsiniz.
Ümidim yalnız Sizədir. İnanırıq ki, Siz qanunun aliliyini təmin olunması üçün əlinizdən gələni edəcəksiniz.
Hörmətlə, Əliyev Ələsgər Əbdüləli oğlu.
Şəxsiyyət vəsiqəsi: № 14792595 Mob: /050/ 2308880
20 dekabr 2019-cu il”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07 |
|
|
|
• Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00 |
|
|
|
• Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42 |
|
|
|
• ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38 |
|
|
|
• İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14 |
|
|
|
• Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12 |
|
|
|
• "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45 |
|
|
|
• Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43 |
|
|
|
• Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36 |
|
|
|
• Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30 |
|
|
|
• İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16 |
|
|
|
• "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02 |
|
|
|
• Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58 |
|
|
|
• Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09 |
|
|
|
• "Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07 |
|
|
|
• Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04 |
|
|
|
• “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54 |
|
|
|
• İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52 |
|
|
|
• Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49 |
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31 |
|
|
|
• Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Dünən, 16:28 |
|
|
|
• “Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Dünən, 16:19 |
|
|
|
• Azərbaycanda mənzillər 10 % bahalaşıb
Dünən, 16:18 |
|
|
|
• Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:01 |
|
|
|
• Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Dünən, 15:58 |
|
|
|
• Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Dünən, 15:41 |
|
|
|
• Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Dünən, 15:39 |
|
|
|
• “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Dünən, 15:36 |
|
|
|
• London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Dünən, 15:34 |
|
|
|
• Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Dünən, 15:32 |
|
|
|
• Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Dünən, 15:26 |
|
|
|
• “İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Dünən, 15:23 |
|
|
|
|