Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir .....                     Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? .....                     “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” .....                     Yeni virus öldürücüdür? .....                     ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? .....                     İxtisarlarla bağlı məlumat doğru deyil .....                     Araik Harutyunyan məhkəmədə üzr istədi .....                     "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" .....                     Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir .....                     Şadlıq sarayında Renkaya qarşı kobudluq .....                     Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib .....                     İran Ermənistanı belə cəzalandıracaq .....                     "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, .....                     Paşinyan dalana dirəndi: .....                     Prosesin uzanması Ermənistan üçün itkidir .....                     Erməni deputatdan sərsəm iddialar .....                     "Bu savaş tezliklə bitməyəcək" .....                     Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi .....                     “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” .....                     İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? .....                     Azərbaycanda növbəti super nazirlik yaradılır? .....                     Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir .....                     Prokuror 7 il 10 ay 15 gün iş istədi .....                     ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb .....                     Prokuror məşhur tiktokerə .....                     Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir .....                     "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." .....                     İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin .....                     Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? .....                     "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" .....                     Azərbaycan USAİD-i niyə istəmir? .....                     Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? .....                     “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib .....                     Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? .....                     "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" .....                     “Qara qutu” Rusiyanın əlinə keçib? .....                     Ermənistan məsələni səhv məcradan təqdim edir: .....                     Hamınıza tezliklə cavab verəcəyəm .....                     Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... .....                     “Toplum TV” işi üzrə istintaq yekunlaşıb .....                 

"Azersun"un mühafizə xidməti əməkdaşının başına necə oyun açdılar... - GİLEY
Tarix: 29-10-2019, 12:03 | Çap et
"Azersun"un mühafizə xidməti əməkdaşının başına necə oyun açdılar...
Bugünlərdə Gundemxeber.Az saytının redaksiyasına Orucəliyev Kənan Səfa oğlu adlı şəxs tərəfindən şikayət xarakterli müraciət daxil olub və bu şəxs ünvanladığı müraciətində, məhz üzüzə qaldığı haqsızlıqların varlığından bəhs edir.

Belə ki, o, müraciətində qeyd edir ki, “Mən 2010-cu ildən “Azərsun Holdinq” şirkətinin nəzdində fəaliyyət göstərən “Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” MMC-də mühafizəçi vəzifəsində çalışıram. Ötən illər ərzində heç bir əmək intizamının tələblərinin pozulması hallarına yol verməmişəm və “Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” MMC-nin “Azərsun Holdinq”in tərkibində olması haqda, hətta Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 3 saylı Region Üzrə Dövlət Əmək Müfəttişliyinə müraciət də etmişəm.

Adı çəkilən bu qurumdan mənə “Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” MMC-nin “Azərsun Holdinq”in tərkibində fəaliyyət göstərməsi ilə bağlı cavab veriblər. Onu da qeyd edim ki, mən vəzifəmi Xəzər rayonunda yerləşən Dübəndidə Neft Terminalında yerinə yetirən zaman, adı çəkilən qurumun bir işçisi olaraq vətəndaş hüquqlarım pozuldu. Buna da əsas səbəb, sahə rəisimiz Rüstəmov Ramiz Rüstəm oğlu (Bu şəxsin əməlləri ilə bağlı şirkətə və Əmək Müfəttişliyinə şikayət etdikdən sonra bilmişəm ki, o, polis serjantıdır və şirkətdə qeyri-qanuni çalışır) adlı şəxsin, hər dəfə olduğu kimi 29 sentyabr 2019-cu il tarixdə də, düzülüş və xidmət təlimatı keçən zaman bizə, yəni “Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” MMC-də çalışan əməkdaşlara “peysər” və digər nəlayiq sözləri deməklə, hər birimizi təhqir etməsi oldu.

Mən ona bizi təhqir etməməsini bildirsəm də, o, mənim etirazıma məhəl qoymadı və həmin sözləri bir neçə dəfə ifadə etdi. Növbəti dəfə Ramiz Rüstəmova çalışdığımız sahənin söyüş yeri olmadığını onun diqqətinə çatdırsam da, o, təhqiramiz ifadələrini daha kəskin formada ifadə etdi. Mən vəzifə borcumu yerinə yetirən zaman təhqir olunmuşam və bunun məsuliyyəti “Azərsun Holdinq” şirkətinin üzərinə düşür. Sual oluna bilər ki, səbəb nədir ki, Ramiz Rüstəmov illərdir ki, bizə düzülüş təlimatı keçir, rəislik edir, hətta hər birimizi təhqir etməkdən də çəkinmir. Əslində şirkət öz əməkdaşlarının hüquqlarını hər zaman müdafiə etməyə borcludur. Xatırladım ki, Ramiz Rüstəmovun belə bir əməlləri qanunvericilikdə xuliqanlıq əməli hesab olunur.

Bu şəxslə aramızda əmələ gələn mübahisəni əsas tutaraq, “Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” MMC-nin rəhbər şəxslərinə lazımi məlumatı çatdırsam da, (tək mən yox, düzülüşdə olan bütün əməkdaşlar) nədənsə sahə rəisimiz ilə bağlı heç bir cəza tədbiri görülmədi və yenə də Ramiz Rüstəmov bizə düzülüş təlimatı öyrətməyə başladı. On gündən sonra, yəni 08 oktyabr 2018-ci il tarixdə ona bildirdim ki, sən bizi təhqiramiz ifadələrlə təhqir etdiyinə görə bizdən üzr istəməlisən. Əks halda növbəti düzülüş zamanı iştirak etməyəcəyimi onun diqqətinə çatdırdım. Hətta, ona onu da bildirdim ki, mən işə gələcəyəm, amma bizi təhqir edən sahə rəisinin düzülüşündə dayanmayacağam. Həmin vaxtdan çalışdığım bu işdə müəyyən problemlərlə üz-üzə qaldım və məni bir neçə gün işə buraxmadılar.

Onu da qeyd edim ki, bizə qarşı təhqiramiz ifadələr işlətdiyinə görə Ramiz Rüstəmovu Sabunçu Rayon Məhkəməsinə vermişdim və keçirilən məhkəmə prosesində “Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” MMC-nin beş nəfər əməkdaşı da bildirdi ki, “Ramiz Rüstəmov bizə düzülüş və təlimat keçir. O, bizim rəisimizdir və təlimat zamanı bizə qarşı təhqiredici sözlər işlədib”. Sadaladıqlarımız Sabunçu Rayon Məhkəməsində çıxarılmış qətnamədə açıq-aşkar şəkildə qeyd olunub. Belə bir qətnamənin çıxarılmasına baxmayaraq, qarşı tərəf intizam komissiyası yaratdılar və mənə töhmət verdilər. Hələ bu azmış kimi, əmək haqqımın 40%-ni kəsib on gün (11.10.2018-ci il tarixindən 19.10.2018-ci il tarixinədək) məni işə buraxmadılar. Hətta, iki dəfə mənə xəbərdarlıq məktubu (15.10.2018 və 18.10.2018 tarixlərdə) göndərib təzyiq də etdilər.

İşə buraxılmamağıma səbəb də, mənim töhmətə qol çəkməməyim oldu. Bir müddətdən sonra isə iş yerimi dəyişdilər və işdə olduğum günləri ödənişsiz məzuniyyət kimi sənədləşdirdilər. Güya ki, həmin günlərdə məni öz hesabıma məzuniyyətə buraxıblar. Haqlı ola-ola məni günahkar hesab etdilər və olmazın təzyiqlərə də məruz qaldım. Halbuki həmin günlərdə mən işdə olmuşam (20.10.2018-ci il tarixindən 29.10.2018-ci il tarixədək) və xidməti naryad kitabına imza da çəkmişəm. Həmin günlərdə işdə olduğumu sübut edən sənədlər və şahidlərim var. Onu da bildirim ki, mənə göndərilən xəbərdarlıq məktubu məzuniyyət vərəqi ilə birbaşa ziddiyyət təşkil edir.
2018-ci ilin sentyabr, oktyabr və noyabr aylarında aldığım maaşımın siyahısını məhkəməyə təqdim etmişəm. Oktyabr ayı ərzində az maaş aldığım açıq-aydın görsənir.

Təəssüf hissi ilə qeyd edim ki, şirkət tərəfi Əmək Müfəttişliyinə bildirib ki, “Kənan Orucəliyevdən xəbərsiz idik, o, işə gəlmirdi. Ona görə də, ona xəbərdarlıq məktubu göndərmişdik. Elə ki, Kənan Orucəliyev əvvəlki tarixə öz hesabına məzuniyyət verməyimizi xahiş etmişdi, o halda onun xahişini nəzərə alaraq ona əvvəlki tarixə məzuniyyət verdik”. Bildirim ki, bütün bunlar tam əsassız açıqlamalardır. Belə olan halda xahiş edərdim ki, işə gəlmədiyim haqda yazdığım ərizəni həm mənə, həm də məhkəməyə təqdim etsinlər. Əvvəlki tarixdən məzuniyyət verilməsinin özü də qanunsuzluqdur. Təsəvvür edin ki, həmin günlərdə xəsarət alsaydım, yaxud da həyatımı itirsəydim, demək şirkət tərəfi bunları gizlədə bilərdi. Necə ki, indi gizlədirlər. Guya ki, mən həmin günlərdə işdə olmamışam. Əmək Müfəttişliyinə iki dəfə şikayət etsəm də, şirkət tərəfi bunu məqsədli şəkildə gizlədir. Oktyabr ayı üçün nömrələrin ona görə çıxarılmasını istəyirəm ki, işə buraxmadıqları günlərdə kadrlar şöbəsi əməkdaşlarının mənimlə, mənim isə onlarla mütəmadi telefon danışıqlarımız olub. Mənə Əmək Müfəttişliyindən bildirirlər ki, “biz qanuni əsaslarla araşdırma aparsaq da, “Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” MMC-dən çox şeyləri tələb edə bilmirik. Tələb etdiyimiz sənədləri tam şəkildə bizə təqdim etmirlər, ona görə də apardığımız araşdırmalar məhdud çərçivədə olur”.

Ramiz Rüstəmovla aramızda baş verən mübahisələrdən sonra, əsassız şəkildə iş yerimdə yerdəyişmələr etdilər. Ona görə də, xahiş edirəm ki, bunun səbəbini də açıqlasınlar. Bu şəxs “Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” MMC-nə məxsus postlarda və post kontrol kitablarında hər gün yoxlamalar apardıqdan sonra, həmin kitablarda (öz imzası ilə) qeydlər aparır. Sübut üçün üç şəkil var.
Onu da vurğulayım ki, heç bir əsas olmadan mənə iradlar bildirdiyinə görə Daxili İşlər Nazirliyi, Xəzər RMİ-i tərəfindən Ramiz Rüstəmova ciddi xəbərdarlıqlar olunsa da, şirkət tərəfi məni günahkar hesab edib terminaldan uzaqlaşdırdı. Əmək Müfəttişliyinin mənə göndərdiyi cavab məktubunda isə bildirilir ki, “bu vaxta qədər Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” MMC-nin səndən heç bir narazılığı olmayıb, sənə heç bir halda töhmət verməyib”.

Hətta, onu da qeyd edib ki, “Ramiz Rüstəmov “Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” MMC-nin əməkdaşı deyil”. Adı çəkilən bu şəxs prokurorluqda izahat yazıb verərkən mənə şər atıb ki, guya birinci postun yaxınlığında nalayiq sözlər işlətmişəm. Bu şəxsin bizi təhqir etməsi azmış kimi, o, belə bir addımını da atır. Sonda onu bildirmək istəyirəm ki, mənə saxta yolla düzəldilən məzuniyyət kağızı, iki dəfə göndərilən xəbərdarlıq məktubu, işdə olduğumu sübut edən və naryad kitabından çəkdiyim şəkillərlə qarşı tərəfin səsləndirdiyi fikirlər arasında böyük ziddiyyətlər var. Bütün bunları təsdiq etmək üçün şahidlərim də var. Ramiz Rüstəmov ifadə etdiyi təhqiredici sözlərə görə doqquz aydan sonra məndən və düzülüşdə olan hər bir əməkdaşdan üzr istədi. Əgər o, belə bir addımını atmayıbsa, o halda o, hansı səbəbdən hər birimizdən üzr istəməli oldu.

Ramiz Rüstəmovun polis adına xələl gətirən əməlləri ilə bağlı DİN-in rəhbərliyinə ünvanladığım şikayət xarakterli müraciətim əsasında, 02.07.2019-cu il tarixdə araşdırma işləri aparılmış və mənə Baş Mühafizə İdarəsinin rəis müavini Daşqın Mehdiyevin imzası ilə təsdiq olunmuş cavab məktubu da veriblər. Cavab məktubunda qeyd olunur: “Xəzər rayonunda yerləşən Dübəndi Neft Terminalında Sizinlə birlikdə xidmət aparmış Xəzər RMİ-nin polis nəfəri, polis baş serjantı Ramiz Rüstəm oğlu Rüstəmov tərəfindən xidməti işinzlə bağlı Sizə bir neçə dəfə irad tutması təsdiqini tapdığından, o, Baş Mühafizə İdarəsinin 20 fevral 2019-cu il tarixli 57-038-19 nömrəli əmri ilə intizam tənbehinə cəlb edilmiş, 18.07.2019-cu il tarixdən isə, Ramiz Rüstəmov öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur”. Bu şəxs qeyd olunan tarixdə daxili işlər orqanlarından xaric olunsa da, çox keçmədi ki, onu “Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” MMC-də işə götürdürlər, hətta ona obyekt rəisi vəzifəsini də həvalə etdilər. Baxmayaraq ki, bu şəxs daxili işlər orqanlarında çalışdığı müddət ərzində neçə-neçə şəxslərə problemlər yaratmışdır. “Azərsun Holdinq” tərəfindən belə bir addımın atılması onu sübut edir ki, bu şirkətdə işçi hüquqlarının müdafiə olunmasından söhbət gedə bilməz. Əgər kimsə iş prosesi zamanı xəsarət alarsa və ya həyatını itirərsə, yəqin ki, o halda şirkət tərəfi bundan boyun qaçırmalı olacaq. Ramiz Rüstəmov polis vəzifəsində çalışarkən, şirkət tərəfindən ona qeyri-qanuni olaraq ikinci iş yeri şərait də yaradılmışdır.
Hər kəs üçün daha çox maraq doğuran hallardan biri də, bu şəxs daxili işlər orqanlarında çalışdığı vaxtlarda, ona “Azərsun Holdinq” şirkətlər qrupunda baş direktor vəzifəsini daşıyan Savaş Uzanın imzası ilə 10.02.2016-cı il tarixdə təsdiq olunmuş (Seriya № 167) təşəkkürnamənin təqdim olunmasıdır.

Ortada lazımi sübut-dəlillərin olmasına baxmayaraq, bugünə kimi şirkət Əmək Müfəttişliyi ilə bərabər, Məhkəməni də aldada bilib və belə bir hadisənin olmadığını israr etməkdədir. Son vaxtlar ortaya çıxan iki səs yazısında isə, hadisələrin necə baş verdiyi açıq-aydın bəlli olur. Səs yazılarından birində bilinir ki, mənə töhmət verilib, şirkət tərəfi isə məhkəmədə qeyd edir ki, “biz işçimizə töhmət verməmişik”. Bundan əlavə, ikinci səs yazısından isə aydın olur ki, şirkətin departamenti mənim tələbim ilə hamını bir araya yığır və Ramiz Rüstəmov düzülüşdə təlimat verdiyi zaman işlətdiyi “peysər” sözünə görə, gəlib hər kəsdən, ələlxüsus məndən üzr istəyir. Bundan əlavə, ortada olan şəkillərdən və səs yazılarından açıq-aydın bəlli olur ki, hal-hazırda şirkət tərəfi dövlət orqanlarını aldatmaqla məşğuldur. Bu gün şirkət əməkdaşları mənə qarşı təzyiqlərini dayandırmır və heç bir səbəb göstərmdən, ötən 12 ay ərzində 4 dəfə iş yerimi dəyişdiriblər. Əldə olan səs yazılarından görünür ki, Ramiz Rüstəmov tərəfindən təhqiramiz ifadələr işlədilib və mən buna etiraz etdikdə, əvəzində mənə töhmət veriblər. Şirkət tərəfi isə bildirir ki, bu hadisəyə görə Ramiz Rüstəmova töhmət verilib və əmək haqqının 10 % -i kəsilib.
Xatirladim ki, Ramiz Rüstəmov bu hadisə baş verən vaxtlarda daxili işlər nazirliyinin əməkdaşı olub və qanunun tələbinə görə şirkətin Daxili İşlər Nazirliyinin əməkdaşına töhmət vermək hüququ yoxdur.

P.S. Hörmətli oxucular! Bu məqalədə sadalanan ittihamların hər biri “Azərsun Holdinq” şirkətinin nəzdində fəaliyyət göstərən və “Xəzər Mühafizə və Təhlükəsizlik Xidməti-A” MMC-də mühafizəçi vəzifəsində çalışan Orucəliyev Kənan Səfa oğluna məxsusdur. Biz bir redaksiya olaraq bu yöndə araşdırmalarımızı aparmağa və gələcəkdə hər kəsi əsl həqiqətlərlə məlumatlandırmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07
Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03
“Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00
Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42
ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38
İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14
Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12
"Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45
Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43
Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36
Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30
İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16
"Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02
Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00
Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58
Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09
"Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07
Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04
“Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54
İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52
Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49
Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44
Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39
ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36
Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34
Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32
"Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18
İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09
Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08
"Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05
Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01
Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57
“Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53
Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51
"Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48
“Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42
Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37
Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31
Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Dünən, 16:28
“Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Dünən, 16:19
Azərbaycanda mənzillər 10 % bahalaşıb
Dünən, 16:18
Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:01
Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Dünən, 15:58
Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Dünən, 15:41
Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Dünən, 15:39
“Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Dünən, 15:36
London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Dünən, 15:34
Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Dünən, 15:32
Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Dünən, 15:26
“İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Dünən, 15:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru