Sahil Babayev ən uğursuz kadr kimi... - İTTİHAM
Tarix: 7-10-2019, 10:48 | Çap et
Sahil Babayev...2018-ci ildən adı illər əzbəri olan bu gənc adam, bu gənc nazir sanki siyasi harakiri (samurayların intihar növü, əsasən qarın yırtmaq, özünü doğramaq üsulu ilə - müəllif) ilə məşğuldur. Axı bu sürətlə siyasi intihara doğru irəliləməyin mənası nədir, cənab Babayev?! Bu sətirlərin şifrələrini, kodlarını sizin üçün açmağa çalışaq - onunla paralel təyin olunan yeni nazirlərin heç biri özünüməhvə belə addımlamır. Anaxeber.info təklif edir ki, gəlin baxaq: İnam Kərimov aqrar sektor kimi ağır sahədə astagəldir, amma başabəla deyil, Vüsal Hüseynov miqrasiya sistemində haradasa, nəysə etməyə çalışır, Ceyhun Bayramov problemləri başdan aşan təhsil sahəsində kosmetik fəallığını nəzarətdən buraxmır, işlədiyi görüntüsünü yaradır, Rövşən Rzayev ən azı qaçqınları üzərinə qaldırmır, aşkar haqsızlığa yol vermir, korrupsiya ittihamı yoxdur, amma Nazirlər Kabinetinin yeni üzvlərindən olan Sahil Babayev “çiçəyi burnunda”, kresloda oturmağın həzzini hələ yaşamamış elə qanunsuzluqlara yol verir, elə saxtakarlıqlara göz yumur ki, hamı bir nəfər kimi haqlı olaraq soruşur - niyə islahat getmir??? Bu suallar boşdan yaranmayıb, çünki saxta əlillik, məşğulluq mərkəzlərində rüşvət və s. çirkinliklər aradan qalxmayıb. O cümlədən, özünüməşğulluq proqramı da mənimsəmələri üzə çıxardı. Sahil Babayevin yaxşılıq etmək əvəzinə, kəndliyə qoca, xəstə inəklər bağışlayıb pislik eləməsi onun bütün nazir xarizmasını, reputasiyasını göydən yerə gumbultu ilə endirdi. İndi əhali iki ad və ünvan eşidəndə qəzəblənir: Milli Məclisin Sosial Siyasət Komitəsi və onun sədri Hadı Rəcəbli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və rəhbəri Sahil Babayev... Hər ikisi aztəminatlı təbəqəni qızışdırmaq, əsəblərini tarıma çəkmək, haqqı nahaqqa verməklə məşğuldur. H.Rəcəbli bir yana, hamı ondan əlini üzüb, amma ən gənc və islahatçı nazir kimi təqdim edilən S.Babayevə həm prezidentin, həm vətəndaşların böyük etimadı varıydı. O isə gəldiyi gündən nə Səlim Müslümovdan, nə Füzuli Ələkbərovdan fərqlənir. Sanki bu nazirliyin alnına rüşvət, əyri-üyrülük, yeyinti, saxta əlillik, məşğulluq xidmətlərini bazara çevirmək yazılıb. Kim gəlirsə, islahat aparmır, dəyişmir, şəffaflığı təmin etmir. Məsələn, Biləsuvar rayon Ovçubərə kənd sakinləri Süleymanov Hüseyn Əhməd oğlu və İsmayılov İsmayıl Şahüseyin oğlunun müraciəti də bu qəbildəndir. Müraciətdə deyilir ki, S.Babayev prezidentin qanunlarına zidd gedərək keçmişdə nöqsanı olan məmura təzədən vəzifə verib: “Bu şəxs Biləsuvar Məşğulluq Mərkəzini ələ keçirmiş Mübariz Mustafayevdir. Bu adam rüşvətxorluqla, saxtakarlıqla məşğuldur. İdarənin baş məsləhətçisi Şahin Cəfərov isə saxta sənədlər əsasında dövlətin külli miqdarda vəsaitini talan etməkdə ona dəstək verməkdədir. Amma Sahil Babayev belə adamlara vəzifə verib. Onlar heyvandarlığın inkişafı proqramından şəxsi məqsədləri üçün istifadə edirlər. Necə olur ki, dəfələrlə həm işlə təmin olunmaq, həm heyvandarlığın inkişafı proqramından yararlanmaq üçün Biləsuvar Məşğulluq Mərkəzinə müraciətlər etmişik, heç biri yerinə yetirilməyib.
Mütləqdir ki, ya Mübariz Mustafayevlə qohum olasan, ya Şahin Cəfərova “şapka” verəsən, onda müraciət müsbət həllini tapır. Budur islahat?” Müraciətin ən sensasion hissəsi isə Biləsuvar Məşğulluq Mərkəzi rəisi M.Mustafayevin nazirlikdə bir şəxslə əlaqə quraraq özünə II qrup gözdən əlillik təyin etdirməsidir. Gözdən əlil və idarə rəisi...Bəs, nazir yüzlərlə saxta əlliliyi aşkarlayıb ləğv edildiyini söyləmişdi? Məktubda deyilir ki, nazirliyin Daxili Nəzarət və Audit Şöbəsinin rəhbərliyi, Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev yerlərdə belə məmurlara himayədarlıq edirlər. Elə bu günlərdə saytımıza daxil olan digər məktubda da təsdiqlənirdi ki, rəmzi adı “əlillər klubu” olan şəbəkə nazirliyin Daxili Audit şöbəsində fəaliyyət göstərir. Belə ki, daxili audit şöbəsinin əməkdaşlarının əksəriyyəti saxta əlilliyi olan, əlillik müavinəti alan və əmək qabiliyyəti olmayan şəxslər kimi qeydiyyata düşmüş insanlardır. Xüsusilə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Pensiya təminatı şöbəsinin müdiri Eyvaz İsmayılovun, Dövlət Sosial Müdafiə Fondunun Sosial yardım sektorunun sektor müdiri, DSMF-nin monitorinq qrupunun rəhbəri Fikrət Məmmədovun özlərinə II qrup əlillik pensiyası düzəltdikləri məlum olmuşdu. Hətta Səlim Müslümovun kadrları bunu etməzdilər... II qrup əlillik dərəcəsi təyin olunması üçün tibbi rəy verilməlidir. Adıçəkilən məmurlar azı 6 ay stasionar müalicədə olmalıdırlar. Amma onlar tək deyil, nazirlikdə vəzifə tutan Heybət İmanov, Cəmil Kərimov, Rüfət Bəbirov və bir neçə digər əməkdaşlar da saxta yolla əlillik əldə ediblər. Axı bu gənc naziri nə vadar edir ki, belə qeyri-şəffaf işləsin? Nə üçün hələ ki haqqında pozitiv danışılan kənd təsərrüfatı naziri İnam Kərimov kimi ola bilmir? Özünüməşğulluq proqramı ciddi maxinasiyalar, sosial güzəranın heç də yaxşılaşmaması ilə müşayiət edilməkdədir. Bu layihədən istifadə edənlərin sosial yardımdan asılılığı azalmalıydı. Amma necə – qısır, xəstə, bala verməyən, qoca heyvanla? Bu cür hallar bir deyil, beş deyil, hər əyalətdən, hər kənddən şikayətlərin ardı-arası kəsilmək bilmir. Belədə isə dövlətin 35 milyonu havaya sovrulub yoxsa çırpışdırılıb, bu bəlli deyil, fakt faktlığında qalır ki, layihə blefdir, vətəndaşların ünvanlı sosial yardımdan asılılığı qalmaqdadır. Bütün bu eybəcərliklər həm də ona görə baş verdi ki, Sahil Babayev nazir təyin edildikdən sonra vaxtı ilə işlədiyi İqtisadiyyat Nazirliyi və biznes sahəsindən tanıdığı xeyli dostlarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) yüksək vəzifələrə təyin etdi. Bu kadr “siyasəti” bu cür də nəticələndi. Məsələn, ƏƏSMN-ə Aparat rəhbəri təyin olunan Hidayət Abdullayev Sahil Babayevin vaxtı ilə işlədiyi İqtisadiyyat Nazirliyindəki dostlarından biridir. S. Babayevin maraqlı təyinatlarından biri də elə yuxarıda söz açdığımız cümlə problemlərə bais Dövlət Məşğulluq Xidmətinin rəisi F.Musayevlə bağlıdır. Nazir xidmətin rəisi Anar Bədəlbəylini vəzifəsindən kənarlaşdıraraq, onun yerinə uzun illər əvvəl bank sektorundan tanıdığı dostu Fuad Musayevi gətirməklə az qala “Dostluq” komandası yaratdı. Fuad Musayev Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin oğludur. Sahil Babayev - Fuad Musayev işbirliyinin bağları çox dərindir. Yəqin elə bu səbəbdəndir ki, Sahil Babayev hətta böyük pulların dövr etdiyi yoxsullara paylanılan inəklərin və digər mal-materialların alınması kimi “böyük məsələ”ni də dolayısı ilə Fuad Musayevin nəzarətinə verib. Anaxeber.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07 |
|
|
|
• Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00 |
|
|
|
• Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42 |
|
|
|
• ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38 |
|
|
|
• İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14 |
|
|
|
• Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12 |
|
|
|
• "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45 |
|
|
|
• Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43 |
|
|
|
• Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36 |
|
|
|
• Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30 |
|
|
|
• İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16 |
|
|
|
• "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02 |
|
|
|
• Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58 |
|
|
|
• Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09 |
|
|
|
• "Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07 |
|
|
|
• Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04 |
|
|
|
• “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54 |
|
|
|
• İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52 |
|
|
|
• Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49 |
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31 |
|
|
|
• Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Dünən, 16:28 |
|
|
|
• “Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Dünən, 16:19 |
|
|
|
• Azərbaycanda mənzillər 10 % bahalaşıb
Dünən, 16:18 |
|
|
|
• Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:01 |
|
|
|
• Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Dünən, 15:58 |
|
|
|
• Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Dünən, 15:41 |
|
|
|
• Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Dünən, 15:39 |
|
|
|
• “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Dünən, 15:36 |
|
|
|
• London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Dünən, 15:34 |
|
|
|
• Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Dünən, 15:32 |
|
|
|
• Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Dünən, 15:26 |
|
|
|
• “İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Dünən, 15:23 |
|
|
|
|