Baku Medical Plaza-da dəhşət: nazirlik və rəhbərlik suallardan qaçır - Ölümlə bitən əməliyyat və saxta diplom iddiasi
Tarix: 13-09-2019, 16:04 | Çap et
"Bir daha diqqətinizə çatdırmaq istəyirəm ki, mən, ictimai vəkil Samir Zeynalov 27.05.2019-cu il tarixdə Baku Medical Plaza-nın Babək filalında plastik-estetik cərrah Dr. Siruz Qocxani tərəfindən icra edilmiş liposaksiya əməliyyatı nəticəsində dünyasını dəyişən mərhumə Sona Gürgün Vəliyevanın həyat yoldaşı və hüquqi varisi Cem Gürgünün etibarnamə üzrə səlahiyyətli nümayəndəsiyəm".
Mia.az xəbər verir ki, bu sözləri Samir Zeynalov sosial şəbəkədəki hesabında yazıb.
O bildirib ki, 07.08.2019-cu il tarixdə "musavat.com" saytında "Paytaxtda iki nəfəri öldürən şəxsin (Sirus Qoçqani) cərrah olmadığı üzrə çıxdı" başlıqlı məlumat xarakterli yazı dərc edilib:
"Həmin ictimai rezonans doğuran və təkzib edilməyən məlumatdan sonra mən məlumatın həqiqi olub-olmaması haqqında ilk dəfə maraqlı şəxs Sirus Qoçqaniyə 08.08.2019-cu il tarixdə şifahi sorğu ilə müraciət etdim. Lakin o, müraciətimi dəfələrlə cavabsız qoyaraq mənim ünvanınma qeyri-etik və aqressiv təmayüllü sözlər deməklə kifayətləndi.
Mən bu barədə ikinci dəfə 13.08.2019-cu il tarixdə Baku Medikal Plazanın Babək filalının rəhbərliyinə müraciət etdim. 21.08.2019-cu il tarixdə özünü klinikanın Babək filalının direktoru kimi təqdim edən cənab Pərviz Şükürovla şəxsən görüşüm baş tutdu. Cənab P.Şükürov görüş əsanasında mənə tam əminlik və arxayınçılıqla bildirdi ki, Sirus Qoçqanin sertifikasiyası və müvafiq cərrah ixtisası üzrə diplomu mövcuddur. Daha sonra mənə bildirdi ki, 23.08.2019-cu il tarixdə mənə ya yazılı, ya da şifahi qaydada cavab verəcəkdir. Lakin Pərviz Şükürov bu vədinə əməl etmədi və mənim telefon nömrəmi öz təşəbbüsü ilə götürən cənab Şükürov onunla bu məsələ ilə bağlı əlaqə yaratdığım zaman dəfələrlə məni tanımadığını bəyan etdi.
Bu barədə üçüncü, yəni axırıncı yazılı soruğumu 16.08.2019-cu il tarixdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təqdim etdim. Nazirliyin mənə bu gün çatan 29.08.2019-cu il tarixli 5-59/Z-3969/6№-li cavab məktubunu oxuyub dilemmatik dəhşətə gəlməmək mümkün deyil. Belə ki, həmin sorğuda aşağıdakı kimi qeyd edilir:
"Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ünvanladığınız sorğuya baxılmışdır. Bildiririk ki, "Fərdi məlumatlar haqqında Azərbaycan Respublikasının Qanununa" əsasən fərdi məlumatların üçüncü şəxsə verilməsinə yalnız subyketin razılığı ilə yol verilir.
Kadrlar ET şöbəsinin müdiri Səidə Rüstəmova".
Samir Zeynalov bildirib ki, nazirlik bununla da aşağıdakı xətalara yol verib:
1). İnfomasiya əldə etmək Azərbaycan Respublikasının İnformasiya Əldə Etmək Haqqında Qanunu və Azərbaycan Respublikasının Konstitusiyasının 50-ci maddəsi ilə tənzimlənir. Belə oian halda da tərəfimdən verilən sorğunun icra olunmamasının "əsaslı" səbəbi fərdi məlumatlar haqqında qanuna yox, informasiya əldə etmək haqqında qanuna istinad edilməli idi.
2). Tibb mütəxəssisin sertifikasiyası haqqında məlumatlar fərdi məlumatlar kateqoriyasına daxil deyil və əldə edilməsi məhdudlaşdırılmır.
İnformasiya əldə etmək haqqında qanunun 3.0.2-ci maddəsində fərdi məlumatların şərhi haqqında qeyd edilir: şəxsi və ailə həyatına dair məlumat (bundan sonra - fərdi məlumat) - şəxsiyyəti birbaşa və ya dolayısı ilə identikləşdirməyə imkan verən hadisələr, fəaliyyətlər, vəziyyətlər barədə faktlar, rəylər, bilgilər;
Eləcə də həmin qanunun 38-ci maddəsində fərdi məlumatlarla bağlı qeyd edilir:
Fərdi məlumatlar şəxsi və ailə həyatına dair məlumatların məcmusudur. Əldə olunmasına əhdudiyyətlər qoyulan şəxsi həyata dair məlumatlar aşağıdakılardır:
qanunla müəyyənləşdirilmiş qaydada qeydə alınan özəl hüquqi şəxslərdə, üzvlüyə dair məlumatlar istisna olmaqla, siyasi baxışları, dini etiqadları, əqidələri və dünya görüşlərini əks etdirən məlumatlar;
38.2.2. etnik mənşə və ya irqi mənsubiyyət haqqında məlumatlar;
38.2.3. cinayət işləri və ya digər hüquq pozuntularına dair işlər üzrə icraatın gedişində toplanmış informasiyalar açıq məhkəmə iclasınadək və ya hüquq pozuntusuna dair məhkəmə qərarı çıxarılanadək, yaxud insanların mənəviyyatı, şəxsi və ailə həyatının müdafiəsi, yetkinlik yaşına çatmayanın, zərərçəkənin və ya şahidin mənafeyi, yaxud ədalət mühakiməsinin həyata keçirilməsi üçün tələb edilən hallarda;
38.2.3-1. şəxsin məhkumluğu barədə məlumatlar;
38.2.4. sağlamlıq vəziyyəti haqqında məlumatlar;
38.2.5. şəxslərin özəl xüsusiyyətləri, qabiliyyətləri və xarakterlərinin digər cizgiləri haqqında məlumatlar;
38.2.6. sosial yardım və sosial xidmətlər göstərilməsinə dair vəsatətlər barəsində məlumatlar;
38.2.7. ruhi və fiziki əzablara dair məlumatlar;
38.2.7-1. şəxsə qarşı məişət zorakılığının törədilməsinə dair məlumatlar;
38.2.8. vergi ödənişləri üzrə borclar istisna olmaqla, vergitutma ilə əlaqədar məlumatlar;
38.2.9. maliyyə əməliyyatları barədə məlumatlar.[23]
38.3. Əldə olunmasına məhdudiyyətlər qoyulan ailə həyatına dair məlumatlar aşağıdakılardır:
38.3.1. cinsi həyat haqqında məlumatlar;
38.3.2. vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar;
38.3.3. ailə həyatının ayrı-ayrı məqamları haqqında məlumatlar;
38.3.4. övladlığa götürmə ilə bağlı məlumatlar.
Göründüyü kimi şəxsin sertifikasiyasının olub-olmaması haqqında məlumat fərdi məlumat kateqoriyasına aid deyildir və ölkənin səhiyyə sahəsinə cavabdeh olan qurumun məsul əməkdaşı fərdi məlumatların nələrdən ibarət olduğunu, ümumiyyətlə fərdi məlumat anlayışı haqqında müvafiq qanunvericiliyin hansı şərhi verdiyini bilmir.
Fərz edək ki, Səhiyyə Nazirliyi verdiyi cavabında haqlıdır. Məktubda qeyd olunan fikirdən ifadə olunur ki, Sirus Qoçqani özünün sertifikasiyasının olub-olmaması haqqında sorğunun icra olunmasına dair nazirliyə yazılı razılıq təqdim etməlidir. Sirus Qoçqani isə bunu etməyib.
Nəticə etibarı ilə əsas olaraq Sirus Qoçqaniyə suallar olunur:
Nədən qorxurursan, nədən çəkinirsən?
Niyə sertifikasiyanın olub-olmaması haqqında verilən sorğunun icrası üçün razılıq bildirmirsən?
Və ya şəxsən özün, niyə sənə ünvanlanan sorğunu cavabsız qoyursan?
Belə çıxır ki, doğurdan da sənin haqqında yayılan məlumatlar həqiqətə adekvatdır və sən bu barədə razılığını susmağınla, nazirliyə yazılı razılıq təqdim etməməyinlə ifadə edirsən".
Məsələ ilə bağlı qarşı tərəfdən münasibət ğyrənə bilmədik. Ancaq yazıda adları çəkilənlərin mövqeyini də dinələməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Seçkilərdə müşahidəçi olmaq istəyənlər üçün son gün - DİQQƏT
Bu gün, 09:01 |
|
|
|
• Əgər Bakı, Tiflis, İrəvan birgə hərəkət etməsə... - ŞƏRH
Bu gün, 08:59 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44 |
|
|
|
• Avtobuslarda şagirdlər üçün güzəşt tətbiq oluna bilər... - AKTUAL
Bu gün, 08:42 |
|
|
|
• ABŞ - Ermənistan sazişinin ömrü uzun çəkməz - GÖZLƏNTİ
Bu gün, 08:41 |
|
|
|
• Əyalət mollasının KÖLƏ TƏFƏKKÜRÜ - VİDEO-ARAŞDIRMA
Bu gün, 08:35 |
|
|
|
• Kəngərlinin icra başçısının QIŞ TƏDARÜKÜ - BU NƏDİ BELƏ?
Bu gün, 08:19 |
|
|
|
• İkinci mərhələ başladı: 3 kəndimiz geri qaytarılır! - BUNDAN SONRA...
Bu gün, 07:12 |
|
|
|
• AZƏRİQAZ-dan Qaziyə 1600 manatlıq CƏZA: '80 manat veteran pulu alıram...' - NECƏ ÖDƏSİN?
Bu gün, 06:44 |
|
|
|
• Yaradanquliyevanın dövlətə borcu var imiş... - FOTO
Bu gün, 06:28 |
|
|
|
• "Telefonlar dərs zamanı qadağan olunsa da..."
Bu gün, 06:24 |
|
|
|
• Azərbaycanın “məcburetmə əməliyyatı” – Ermənistan geri çəkildi
Bu gün, 06:21 |
|
|
|
• Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07 |
|
|
|
• Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00 |
|
|
|
• Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42 |
|
|
|
• ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38 |
|
|
|
• İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14 |
|
|
|
• Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12 |
|
|
|
• "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45 |
|
|
|
• Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43 |
|
|
|
• Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36 |
|
|
|
• Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30 |
|
|
|
• İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16 |
|
|
|
• "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02 |
|
|
|
• Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58 |
|
|
|
• Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09 |
|
|
|
• "Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07 |
|
|
|
• Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04 |
|
|
|
• “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54 |
|
|
|
• İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52 |
|
|
|
• Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49 |
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31 |
|
|
|
|