Nazim İbrahimov məsuliyyətdən yayınmağa çalışır - Yarıtmazlığını etiraf etməkdənsə...
Tarix: 4-04-2018, 10:57 | Çap et
Son dövrlər Avropada mühacir həyatı yaşayan bir qrub şəxs tərəfindən Azərbaycan hakimiyyətinə və ayrı-ayrı vəzifəli şəxslərə qarşı "qara piar” kampaniyası aparılır. Həttə əksər hallarda söyüş və təhqirlərə əl ataraq əndazəni aşırlar.Sözsüz ki, Azərbaycan cəmiyyəti, dövlətə və dövlətçiliyə sadiq ictimaiyyət adamları onlara layiqli cavablarını verirlər. Lakin bu situasiya Azərbaycanın xarici siyasətini müəyyənləşdirən qurumların fəaliyyətinin sıfıra bərabər olduğunu göstərdi. Xüsusən də ölkəmizin diaspor siyasətinin olduqca yanlış istiqamətlənməsi, bu sahəyə ayrılan vəsaitlərin göyə sovurulması açıq-aydın göründü. Necə olur ki, bu qədər qara piar kampaniyası aparılır, amma Diasporla İş üzrə Dövlət Komitəsi öz üzərinə düşən öhdəliyi yerinə yetirərək 3-5 adama qarşı normal mübarizə apara bilmir? Bəlkə də bu qarayaxmaya cavab vermək istəmirlər? Bütün hallarda adıçəkilən qurum və onun rəhbərliyinin səriştəsizliyi ortadadır.
Maraqlı məqamlardan biri də odur ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov dünən müsahibə verərək özünə haqq qazandırmağa çalışıb. "Unikal” qəzeti komitə sədrinin müsahibəsinin bəzi məqamlarını analiz edib. Müsahibəbə öz səhvlərini də etiraf edən N.İbrahimov məsuliyyəti üzərindən atmağa çalışaraq, özünü quyunun dibinə salır.
Komitə sədrinə sual ünvanlanır ki, Azərbaycan Avropanın təbliğat-informasiya kanallarında nə qədər yer ala biləcək ki, məsələn, siyasi mübarizələrini hətta təhqirlə, söyüşlə aparan bəzi şəxslərin bu kampaniyası ciddi görünməsin?
N.İbrahimov belə cavab verir: "Son zamanlar sosial media insanların həyatında çox böyük yer tutmağa başlayıb. Bu yeni platformadan istifadə edən iki-üç yaramaz, ailə tərbiyəsi görməyən, vətən, dövlət sevgisinin nə olduğunu anlamayan, kimlərinsə beş-üç qəpiyinə uyaraq mənsub olduğu ölkə əleyhinə iş aparan sosial media qəhrəmanları üzə çıxıb. Azərbaycan, dövlət başçısı, ailə üzvləri, ölkənin siyasi elitası, prezidentin komandası, bir sözlə, dövlət haqqında olduqca yaramaz, tərbiyəsiz bir kampaniya aparırlar. Bu kampaniya əslində Azərbaycanın daxili auditoriyasına, insanları çaşdırmağa hesablanıb. Bilirsiniz, bayaq dediyim kimi, dövlətimiz inkişaf etdikcə, siyasətimiz daha da qətiyyətli olduqca bundan narahat olan dairələr bütün üsullara əl atırlar və bu da onlardan biridir. Onlar törətdiyi əməllərə görə yaşadıqları ölkələrin hüquq-mühafizə orqanları tərəfindən həbs də oluna bilər. İndi görünür, bu təxribatçı qrupun belə çirkin metod istifadə etməsi hansısa dairələrin marağındadır. Hər şey ona hesablanıb ki, Azərbaycan dövləti müəyyən addımlar atsın, bu insanlara qarşı hansısa sərt tədbirlər görsün və sonra da bundan dövlətimizə qarşı istifadə etsinlər. Ancaq bacarmayacaqlar, çünki dövlətimiz onların təsəvvür etdiyindən daha güclüdür. Azərbaycanda xalq hakimiyyətidir və bütün Azərbaycan xalqı da dövlət başçısının ətrafında sıx birləşib”.
Komitə sədrinin fikirləri əsasən ölkə başçısının gördüyü işlər, xalqın onun ətrafında birləşməsini özündə ehtiva edir. Ancaq o, məsələnin nüvəsindən kənarda dayanır. Ortaya sual çıxır, Avropada 3-5 kəndini bilməz adam bu boyda səs-küy yarada bilirsə, o zaman siz və rəhbəri olduğunuz qurum bütün illər ərzində nə işlə məşğul olmusuz? Dövlət büdcəsindən hər il milyonlarla vəsait ayrılır ki, ölkəmizin maraqlarını beynəlxalq aləmdə təmin edəsiz, xaricdə həm dövlət, həm cəmiyyət Azərbaycanı tanısın, öyrənsin. Ancaq Avropadan ölkəmizə ünvanlanan qarayaxma kampaniyası və onların cavabsız qalması onu göstərir ki, N.İbrahimov və onun komandası heç bir iş görməyib. N.İbrahimov deyir ki, bu gün söyüş və təhqir metodu ilə guya siyasi mübarizə apardıqlarını zənn edənlərin sayı 4-5 nəfərdir, onların da ətrafında birləşənlərin sayı bütün Avropa üzrə maksimum 30-40 nəfər olar ya olmaz:
"Hər yerdə də eyni adamlardır. Biz araşdırmışıq ki, bunların əksəriyyəti heç yerdə işləmir, demək ki, haradansa maliyyələşirlər. Əlbəttə ki, havadarları var, onlara vəsait verən konkret qruplar var, yəni onları Azərbaycan dövlətini sevməyən dairələr maliyyələşdirir. Eyni zamanda, müəyyən aldanmış insanlar da var”. Yaxşı, bəs bu günə kimi komitənin fəaliyyəti nəticəsində niyə anti-Azərbaycan dairələri ilə münasibətlər qurulmayıb? Azərbaycanın lehinə iş necə aparılıb ki, orada ölkəmizə qarşı qərəzli mövqedə olanlar var. Təbii ki, bu suallara cavab vermək olduqca çətindir.Ən maraqlısı odur ki, komitə sədri özü də bilnmədən, ya məcburiyyətdən səhvini etiraf edir: "Onu deyim ki, görünür, burada bizim də müəyyən mənada səhvimiz var. Çünki bəlkə də biz ərəb ölkələrində hazırda baş verən proseslərin məğzini ictimaiyyətə kifayət qədər düzgün çatdıra bilməmişik. "Ərəb baharı”ndan əvvəlki və sonrakı prosesləri düzgün izah edə bilməmişik. Bütün bunları Azərbaycan ictimaiyyətinə tam açıb göstərmək lazımdır ki, görsünlər bu ölkələrdə hadisələri kimlər başlatdı, nələr oldu və bu gün nə baş verir. Azərbaycanın daxilində və xaricində kim onlara havadarlıq edirsə, Suriyanı və Liviyanı görüb xalq qarşısında məsuliyyətlərini dərk etsinlər. Əgər, Allah eləməsin, sabah Azərbaycanda həmən ölkələrdəki vəziyyət təkrarlanarsa, bu, heç kimdən yan keçməyəcək. Belə bir söz var ki, inqilab birinci öz uşaqlarını yeyir. Allah bunu bizə göstərməsin, əgər bu ölkədə xaos yaranarsa, bəlkə də birinci zərbəsi elə onlara dəstək verənlərə dəyəcək”.
Göründüyü kimi, N.İbrahimov ölkənin diaspor siyasətinin iflasa uğradığını özü etiraf edir. Ölkə başçısı ona etimad göstərərək önəmli bir sahəni tapşırır, lakin o, bu etimadı doğrulda bilmir. Ən pisi isə odur ki, müsahibənin bir hissəsində səhvini etiraf edir, bir hissəsində isə məsuliyyəti boynundan atmağa çalışır. Bu da onu göstərir ki, artıq Nazim İbrahimov başını itirib. İllər boyu diaspor fəaliyyəti əvəzinə şəxsi maraqlarını təmin etdiyi üçün Azərbayacana qarşı layiqli münasibət formalaşmayıb. Bu gün ölkəmizin dünyada mövqeyi, tutduğu yer və ona münasibət də Prezident İlham Əliyevin şəsxi xarakterinə və fəaliyyətinə bağlıdır. Lakin diaspor fəaliyyətinin sıfıra bərabər olması ölkəmizə yönəlik mənfi tendensiyalara yol açır ki, bu da son dövrlər baş verənlər üçün zəmin yaradır. Hər halda, komitə sədri bu məsuliyyətsizlik və səriştəsizliyin adekvat cavabını alacaq. \\musavat.com\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26 |
|
|
|
• Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22 |
|
|
|
• “Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10 |
|
|
|
|