"Artıq meşələrdə kəsməyə ağac, yandırmağa odun da qalmayıb" - GİLEY
Tarix: 16-02-2018, 11:30 | Çap et
Azərbaycanın Ermənistanla həmsərhəd Şınıx bölgəsinin kəndlərinin getdikcə ağırlaşan yanacaq, qazsızlıq problemi sakinləri kömək üçün bu yaxınlarda hətta müdafiə naziri, general-polkovnik Zakir Həsənova da müraciət etməyə vadar edib. Bölgənin Zamanlı və Mor-Mor kəndlərinin bir qrup sakini müdafiə nazirindən xahiş edib ki, öz nüfuzundan istifadə edərək kəndlərin uzun müddətdir düyünə düşmüş qazlaşdırma probleminin həlli barədə müvafiq strukturların qarşısında məsələ qaldırsın.
Virtualaz.org qeyd edir ki, Şınıx bölgəsinin sakinləri vaxtaşırı olaraq qazlaşdırma probleminin həll edilməsi xahişi ilə Bakıya, müxtəlif instansiyalara, o cümlədən KİV-lərə müraciətlər, məktublar, şikayətlər göndərir. Amma problem həllini tapmır və bu da strateji bölgədən əhalinin miqrasiyasına, meşələrin qırılıb tükənməsinə səbəb olur.
Sakinlərin virtualaz.org saytının elektron poçtuna göndərilmiş müraciətində göstərilir ki, bölgədə yanacaq kimi odundan istifadə edilməsi üzündən meşələr qırılıb tükənib. İş o yerə çatıb ki, hətta palıd kimi qiymətli ağac da yandırılmaq üçün kütləvi qırılır.
“Belə davam etsə bizim kəndlərdə həyat məhv olacaq, insanlar evlərini tərk edib gedəcək. Axı ilin az qala 6-7 ayının qış keçdiyi bu yerlərdə yanacaqsız necə yaşamaq olar? Artıq meşələrdə kəsməyə ağac, yandırmağa odun da qalmayıb”-bir qrup sakinin redaksiyamıza müraciətində deyilir.
Əslində Şınıx bölgəsinin qazlaşdırılması problemi hansısa məmurların prezident İlham Əliyevin illər əvvəl verdiyi göstərişi yarıtmaz həyata keçirməsi üzündən düyünə düşüb. Belə ki, prezident bu strateji bölgənin qazlaşdırılmasına dair göstərişi müvafiq strukturlara hələ 2010-cu ildə verib. 2011-ci ildə bu bölgəyə ilk dəfə daşıyıcı qaz kəməri çəkilib, lakin “Azəriqaz”ın podratçısı bölgənin irili-xırdalı 27 kəndindən cəmi 3-ü qazlaşdırılıb. Üstəlik AzTV-dən bölgənin qazlaşdırılmasının başa çatdırıldığı elan olunub. Sakinlər isə o vaxtdan bəri vaxtaşırı olaraq Bakıya şikayətlər, müraciətlər göndərməkdədir.
Bu yaxınlarda isə sakinlərin bir qrupu müdafiə nazirinə müraciət etməyə qərar verib. Onlar deyirlər ki, müdafiə naziri Zakir Həsənov cəbhənin digər istiqamətlərində olduğu kimi Şınıx bölgəsi istiqamətində yerləşən mövqelərinə də vaxtaşırı baş çəkir və əhalinin ona xüsusi hörməti, rəğbəti var. Ona görə də ümid ediblər ki, bəlkə müdafiə naziri, ona aid olmasa da, problemin həllinə kömək edə.
Şınıx bölgəsində qırılan palıd meşələri
Müraciətdə sakinlər nazirdən xahiş ediblər ki, bölgənin hərbi baxımdan strateji əhəmiyyətini nəzərə alaraq oradan əhalinin köçünü dayandırmaq üçün qazlaşdırma probleminin həlli məsələsini “Azəriqaz”ın, digər müvafiq hökumət strukturlarının qarşısında qaldırsın. Əlbətdə, sakinlər problemin birbaşa müdafiə nazirinə dəxli olmadığını da nəzərə alıblar və müraciətə görə üzrxahlıq ediblər. Sakinlərə verilən məlumata görə müdafiə naziri onların müraciətinə diqqətlə yanaşıb və araşdırılması üçün müvafiq instansiyalara yönəldib. Hələlik isə bölgədə qazlaşdırma işlərinin nə zaman başlayacağına dair xəbər-ətər yoxdur.
Gədəbəy rayon İcra Hakimiyyətindən də təsdiq edirlər ki, Şınıx bölgəsində yarımçıq dayandırılmış qazlaşdırma işlərinin tamamlanması üçün dəfələrlə SOCAR rəhbərliyi qarşısında onların tərəfindən məsələ qaldırılıb. Habelə sakinlərin çoxsaylı müraciətləri Nazirlər Kabinetinə təqdim olunub. Amma məsələ həllini tapmayıb.
İndi Şınıx sakinləri problemin nəhayət bu il həllini tapması üçün xahiş edirlər. Çünki prezident İlham Əliyev ötən ay Nazirlər Kabinetinin yığıncağında ölkədə qazlaşdırma səviyyəsinin 95 faizə qaldırılması üçün SOCAR-ın qarşısında qəti vəzifə qoyulduğunu, dövlət büdcəsindən qazlaşdırma işlərinin davam etdirilməsinə 100 milyon manat vəsait ayrıldığını bəyan edib.
Prezidentin bu çıxışı Şınıx sakinlərində böyük ümid yaradıb, amma Ermənistanla həmsərhəd bölgədə, çətin şəraitdə yaşayan əhali narahatdır ki, SOCAR və onun strukturu “Azəriqaz” qazlaşdırma planına yenə də bu kəndləri daxil etməyə bilərlər. Nəticədə onlar problemə bir daha diqqəti cəlb etmək üçün öz nümayəndələrini Bakıya- Prezident Administrasiyasına və SOCAR-a şikayətə göndərməyə hazırlaşdıqlarını deyirlər.
Bu kəndlərdən o yana düşməndir...
Çünki bir neçə il əvvəl “Azəriqaz” rəhbərliyi mətbuat qarşısında elan etmişdi ki, Şınıx kəndlərinin sakinləri onlardan qaz gözləməsinlər. Səbəb kimi isə “bölgədə yaşayanların sayının azlığı və yolların keçilməzliyi üzündən texnikanın işinin mümkün olmaması” göstərilmişdi. Hansı ki, təkcə Zamanlı və Mor-Mor kəndlərində 1200-dən çox sakin və 220-yə yaxın fərdi ev təsərrüfatı mövcuddur. Üstəlik sakinlərin bildirdiyi kimi, yolların, relyefin keçilməzliyi haqda deyilənlər də qətiyyən doğru deyil. Daşıyıcı kəmərdən həmin kəndlərə qədər cəmi 3-4 kilometr məsafə var və əslində bölgədə qazlaşdırmanı başa çatdırmaq, prezidentin hələ illər əvvəl verdiyi göstərişə əməl etmək böyük vəsait tələb etməyən işdir...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
|