Qobustanda “Şeyx Nəsrullah” peyda olub - İTTİHAM
Tarix: 13-02-2018, 12:44 | Çap et
...Bəyənmədiyimiz Sovet dövründə insanlar bir-birinə qarşı bu qədər aqressiv, bu qədər düşmən münasibət bəsləmirdilər. Kimsə kimisə aldatmaq istəyərdisə, o, mütləq el qınağına tuş gələcəkdi. Bu səbəbdən də alıb-aldatma, insanların bir-birinə kəf gəlməsi çox az hallarda baş verərdi. Müstəqillik dövründə isə insanlar bir-birini aldatmaq üçün, sanki yarışa giriblər.
Redaksiyamıza bu barədə daxil olan şikayətlərin sayı-hesabı yoxdur. Bu şikayətlər əsasında o qədər qəribə aldatma üsulları ilə tanış olmuşuq ki, daha yenisini eşidəndə təəccüblənmirik. Amma bu dəfə Qobustan rayonunun Qaracüzlü kəndinin 40 nəfərə yaxın sakinindən aldığımız şikayət məktubu məni bir az təəccübləndirdi. Sakinlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Respublikanın Birinci-vitse prezidenti xanım Mehriban Əliyevaya, baş prokuror cənab Zakir Qaralova, daxili işlər naziri cənab Ramil Usubova, dövlət təhlükəsizlik xidmətinin rəisi cənab Mədət Quliyevə maliyyə naziri cənab Samir Şərifova, kənd təsərrüfatı naziri cənab Heydər Əsədova, korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi cənab Kamran Əliyevə, maliyyə bazarlarına nəzarət palatasının sədrinə, ombudsman Elmira Süleymanovaya ünvanlanmış şikayət məktubunda çox maraqlı bir məqamı diqqətə çatdırıblar. Məsələ belədir. Qobustan rayon Qaracüzlü kəndinin daxil olduğu Qurbançı bələdiyyəsinin sabiq sədri Əlikram Musayevdə, sən demə, Şeyx Nəsrullah kimi ölü diriltmək qabiliyyəti varmış. Hadisə vaqe olur 2006-cı ildə. Amma ölü diriltmək məsələsində Şeyx Nəsrullahın köməkçisi Şeyx Əhməd olan kimi, Əlikram Musayevin də Qobustan dövlət notariat kontorunun rəisi olmuş Tofiq Seyidov adlı köməkçisi olub. Bəli, bəli, buna qətiyyən siz də təəccüblənməyin. Bu insanların doğrudan da ölü diriltmək kimi çox mahir bacarıqları olub. Buna isə XXI əsrin Şeyx Nəsrullahı və Şeyx Əhmədi demək olar. Sözlərimi sübut etmək üçün mətləbə keçək. Deməli, hadisənin vaqe olduğu 2006-cı ildə Qurbançı bələdiyyəsinin sədri Əlikram Musayev yatdığı gecələrin birində qəribə yuxu görür. Yuxuda ona qeybdən belə bir səs gəlir: “Nə yatmısan, ey dili qafil? Sən qısa bir zamanda var-dövlət sahibi ola bilərsən. Bundan ötrü Qaracüzlü kənd sakinlərinin pay torpaqlarını sənə müraciət edəcək Malik Məmmədova dəyər-dəyməzinə sat getsin”. Yuxuda da olsa, Ə.Musayev qeybdən səsi gələn varlığa belə bir sual verməyə özündə cəsarət tapır: - Ey qurban olduğum varlıq, axı bu camaatın qanuni sənədlə əllərində olan torpaqlarını mən necə sata bilərəm? Qeybdən gələn səs: “Mən bu vergini hər adama vermirəm. Sənə müraciət edirəmsə, deməli bu işi bacaracağına inanıram. Özü də sənə bu işdə Qobustan dövlət notariat kontorunun müdiri Şeyx Tofiq Seyidovu köməkçi göndərirəm”. Ə.Musayev ağzını açıb yenə nəsə demək istəyirdi ki, hövlank yuxudan ayıldı və xeyli yerində vurnuxmağa başladı. Çox götür-qoy etdi və əmin oldu ki, doğrudan da ona yuxuda vergi verilib. Bu səbəbdən də Qaracüzlü kənd sakinlərinin xəbəri olmadan yüzlərlə hektar torpaq sahəsini bir kağız parçası ilə əldə etdi. Əvvəlcə bu binəva sakinlərin adlarını təqdim edirəm ki, yəqinlik hasil olsun. Həmin insanlar bunlardır: Mirzəmmədov Mehdibala Heybət oğlu, Salıyeva Güllü Novruz qızı, Paşayev Raəmazan Qubat oğlu, Xalıqov Babazadə Babakişi oğlu, Pirməmmədova Abda Hətəm qızı, Məmmədova Fatmaxanım İbrahim qızı, Həsənova Gülxar Məhəmməd qızı, Məmmədov Səftər Hətəm oğlu, Məmmədov Dostalı Heybətalı oğlu, Nağıyev Ağabala Sadiq oğlu, Nağıyev Babaverdi Ağabala oğlu, Xankişiyev Sədrəddin İbrahim oğlu, Əhmədova Sona Sərhəd qızı, Alcanov İmamcan Abasqulu oğlu, Kərimova Nura İbrahim qızı, Süleymanov Nemət Süleyman oğlu, Nemətova Sənəm Sahib qızı, Xankişiyev Əlilla Xanalı oğlu, Xasıyeva Şahsənəm Qismət qızı, Rzaxanov Ehtiqat Alıbəy oğlu, Zaidov Süleyman İbad oğlu, Qarayev Mirələm Məhəbbət oğlu, Məmmədov Gülməmməd Məmməd oğlu, Mərdalıyeva Hökmə Hümbət qızı, Xalıqova Gülgəz Xanqulu qızı, Alcanova Çimnaz Mirzə qızı, Abdullayeva Abdulla İbad oğlu, Musayev Əlikram Ələkbər oğlu, Əliyeva Xədicə Heybətalı qızı, Novruzova Xuraman Məhəmməd qızı, Novruzova Sona Nemət qızı, Dosdiyeva Fatmaxanım Sadiq qızı, Məmmədova Adilə Ağagül qızı və vəfat etmiş Mirzəmmədov Heybət Qulu oğlu (atası), Mirzəmmədova Fatma Gülbala qızı (anası) adından oğlu Mirzəmmədov Telman Heybət oğlu. Göründüyü kimi, az qala bütöv bir kəndin sakinlərinin adları burada qeyd olunub. Bəs bu qədər kənd sakinlərinin kənd təsərrüfatı məqsədilə məşğul olmaq məqsədilə verilmiş hektarlarla pay torpaqlarını Qurbançı bələdiyyəsinin sabiq sədri Əlikram Musayev hansı yolla ələ keçirərək, sata bilib? Hə, yadıma düşdü axı, kişiyə yuxuda vergi verilib. Məhz bu vergi əsasında gözünə döndüyüm bələdiyyə sədri 40 nəfərin adından saxta etibarnamə hazırlayır ki, guya bu insanlar öz torpaqlarını satmaq üçün Ə.Musayevə etibar edirlər. Ancaq təkcə saxta etibarnaməni hazırlamaqla iş bitmir. Bunun notariatda təsdiqi, imzası, möhürü olmalıdır. Bu yerdə Qobustan rayon dövlət notariat kontorunun müdiri Tofiq Seyidov köməyə gəlir. Amma bu etibarnamədə ailə üzvlərinin razılıq ərizəsi, imzası nə Ə.Musayevi, nə də T.Seyidovu narahat edir. Bu iki nəfərə vergi verilib axı... İndi bir az aydınlıq olsun deyə gəlin, sakinlərin yuxarıda göstərilən ünvanlara yazdıqları şikayət məktubundan bir epizodla tanış olaq: “...Kəndimizin daxil olduğu Qurbançı bələdiyyəsinin sədri Əlikram Musayev 40-a yaxın təsərrüfat rəhbərindən (ailə başçısı) onlara verilmiş pay torpağın Dövlət Aktında ediləcək düzəliş adı altında hamısını toplamış və 2006-cı il aprelin 2-də Bakı şəhəri Mustafayev küçəsi ev 27, mənzil 36-da yaşayan Məmmədov Malik Xeyrulla oğlu ilə gizli sövdələşərək, bir hektarı, özünün dediyi kimi 200 manata saxta sənədlərlə sataraq bizə külli miqdarda ziyan vurmuşdur. Belə ki, bələdiyyə sədri Ə.Musayev Qobustan notariat kontorunun rəisi olmuş T.Seyidovla əvvəlcədən razılaşaraq, alqı-satqı müqaviləsi bağlamaq üçün bizim, 40 ailə başçısı adından öz adına etibarnamə və ailə üzvlərinin hər birinin adından razılıq ərizələri tərtib edərək, eyni reyestr nömrəli 02 aprel 2016-cı il tarixli 2 ədəd alqı-satqı müqaviləsi tərtib etmişlər. Müqavilənin saxtalığını sübut edən məqamlardan biri budur ki, 32 nəfərin adı yazılmış alqı-satqı müqaviləsində alıcının imzası və adı göstərilmir. Belə bir saxta müqavilə əsasında alıcı M.Məmmədov 2008-ci il aprelin 21-də 14 saylı DƏDRX-nin Şamaxı rayon ərazi idarəsi tərəfindən dövlət qeydiyyatı haqqında MH seriyalı 4 ədəd çıxarış almışdır. M.Məmmədovun adına cəmi 526,74 hektar torpağa mülkiyyət hüququna dair sənəd verilmişdir”. Sual oluna bilər ki, burada qəribə heç nə yoxdur və hər gün rastlaşdığımız dələduzluq faktıdır. Xeyr, sizin düşündüyünüz kimi deyil. Çünki siyahıda adları göstərilmiş insanların bir neçəsi torpağın alqı-satqısına dair 2 aprel 2006-cı ildən bağlanan müqaviləyə qədər dünyalarını dəyişiblər. Gəlin əvvəlcə bu barədə həmin insanların ölüm şəhadətnaməsinə nəzər salaq. Deməli, etibarnamə ilə öz torpağını Əlikram Musayevə verən Muradov Muradxan İdayət oğlu 23 fevral 2003-cü ildə, Mirzəmmədov Heybət Qulu oğlu 12.02.2005-ci ildə, Yusifov Fətxan Məmmədmurad oğlu 01.05.2000-ci ildə, Mirzəmmədova Fatma Gülbala qızı 16.08.2004-cü ildə vəfat ediblər. Ancaq Qurbançı Bələdiyyəsinin sədri Əlikram Musayev üçün bu insanlar yaşayırlar. Çünki Ə.Musayevə 2006-cı ildə yuxuda vergi verilib və o vergi sayəsində rəhmətə getmiş insanları dirildərək etibarnamə almağa nail olub. Buna heç kəs söz deyə bilməz. Axı bu insana Şeyx Nəsrullah kimi ölü diriltmək qabiliyyəti verilib. Ə.Musayev istəsə dünyasını dəyişmiş, istənilən rəhmətliklə telefon əlaqəsi də yarada bilər. Deyilənə görə hətta gecələr torpağını satdığı rəhmətliklər Ə.Musayevin tez-tez qonağı olurlar. Özü də hər biri ayrılıqda Ə.Musayevin boğazından yapışıb haqq-hesab tələb edirlər ki, biz ölmüş adamlar sənə necə etibarnamə verə bilərik? Amma varlanma ehtirası Ə.Musayevin gözünü nətəhər tutubsa, rəhbətlikləri eşidib, görəcək halda deyil. Onu da nəzərə alsaq ki, son bir ildir Ə.Musayev bələdiyyə sədri deyil və yığdıqlarını bala-bala həzmi-rabedən keçirməklə məşğuldur, onda mənzərə aydın olar. Elə telefonla söhbətimizdə Ə.Musayev bildirdi ki, onun bu işdə heç bir günahı yoxdur: “Vaxtı ilə ataları torpaqlarını satıblar, indi övladları ayılıblar ki, onların bu işdən xəbəri olmayıb. Onların hamısı bizim kəndçilərdir və hamısını yaxşı tanıyıram. Sizə düzgün məlumat verməyiblər. Lap istəyirsiniz torpağı alan Malik Məmmədovdan da soruşun”.
“...Mən o torpaqları “Gilan Holdinq” şirkəti üçün almışam...”
Məsləhətə əməl edib, Malik Məmmədovu da aradıq. Məlum oldu ki, 2006-cı ildən bəri çox şey dəyişib. M.Məmmədov mənimlə olan telefon söhbətində belə dedi: “Qardaş, mən şəkər xəstəsiyəm, bir ildir ayağımın birini kəsiblər. Ona görə də çölə-bayıra çıxmıram. Dediyiniz məsələdə mənim heç bir günahım yoxdur. Mən pulumu verib, torpaq almışam... Mənim üçün fərqi yoxdur, torpağı kimdən alıram. Mən o torpaqları “Gilan Holdinq” şirkəti üçün almışam. Yaxşı olar ki, bu məsələləri yaxından bilən şirkətin hüquqşünası Söhrab müəllimlə əlaqə saxlayasınız”. Yenə də məsləhətə əməl edib, “Gilan Holdinq” şirkətinin hüquqşünası Söhrab müəllimlə əlaqə saxlayıb belə cavab aldıq: “Siz suallarınızı yazılı surətdə bizə göndərin, biz də sizə cavab verək”. Bu yerdə hüquqşünas qardaşımıza “KİV haqqında” qanunun 8-ci maddəsini yada saldım. Həmin maddədə yazılıb: “Jurnalist sorğunu yazılı və şifahi verə bilər”. Bu xatırlatmadan sonra Söhrab müəllim bizi maraqlandıran məsələlərə aydınlıq gətirilməsi məqsədilə görüşməyə razı oldu. Lakin sonrakı günlərdə olan zənglərimiz, nədənsə cavabsız qaldı. *** Göründüyü kimi, məsələ olduqca qəlizdir. 40 nəfər kənd sakininin xəbəri olmadan torpaqlar satılır. Hələ bunların arasında ölmüş insanların adından hazırlanan saxta etibarnamələri demirəm. Ən maraqlı məsələ odur ki, bu etibarnamələri təsdiq edən müasir Şeyx Əhməd olan Qobustan dövlət notariat kontorunun rəisi Tofiq Seyidov bu etibarnamələri heç bir sənədə yazmayıb və heç bir qeydiyyat aparmayıb. Sadəcə möhür və ştamp vurub. Sakinlərin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən, Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivindən və Qobustan Dövlət Notariat Kontorundan aldıqları maraqlı cavablar və digər insanı heyran edən faktlar barədə növbəti sayımızda məlumat verəcəyik... Redaksiya sabiq məmurların əməllərini özündə əks etdirən sənədləri rəsmi qaydada Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərəcək. Dünən yazı çapa hazırlanarkən şikayətçilərin adından fövqəladə hallar naziri Kəmaləddin iHeydərova ünvanlı şikayət ərizələrini redaksiyamıza təqdim etdilər... Bütün bunlar, həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin ölülərə necə haqq qazandırması, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Kontorundan verilən etibarnamələrin saxta olduğunu sübut edən arayışlar barədə növbəti yazıda ətraflı bəhs olunacaq. \\tezadlar.az\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
|