Rektorların təhsil naziri olmaq uğurunda mübarizəsi - Kimin şansı daha çoxdur?
Tarix: 5-02-2018, 10:52 | Çap et
İki aydan çoxdur, boş qalan təhsil naziri postuna yaxın günlərdə təyinat olacağı gözlənilir. Kifayət qədər strateji və böyük güclərin mübarizə apardığı bu vəzifəyə kimin gətiriləcəyi isə hələlik sual altındadır. Mikayıl Cabbarov təhsil naziri görəvindən alınaraq, vergilər naziri postuna aparıldıqdan sonra onu yerinə təhsil naziri vəzifəsini icra edən birinci müavin Ceyhun Bayramovun gətiriləcəyi bildirilirdi. Bu iddianı irəli sürənlər fikirlərini onun Mikayıl Cabbarovla əvvəldən işləməsi, qarşılıqlı etimadın olması, eyni zamanda hakimiyyətin ən yuxarı eşalonunda kifayət qədər ciddi dəstəkçilərinin olmasıyla əsalandırırdılar. Bildirilirdi ki, onun nazir postuna gətirilməsi üçün həm də maliyyə naziri Samir Şərifov cəhd edir. Amma bir qədər sonra Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, hökumətin böyük etimad göstərərək yenicə yüksək vəzifəyə gətirdiyi Yusif Məmmədəliyevin təhsil naziri postuna layiq bilinəcəyi ilə bağlı mətbuatda gedən yazılar diqqəti Ceyhun Bayramovdan kənarlaşdırdı. Buna baxmayaraq bu informasiyaların yayılmasından xeyli vaxt keçsə də, ortalıqda nəticə yoxdur. Son günlər isə təhsil naziri postuna namizədlər arasında ali məktəb rektorlarının adı hallanmağa başlayıb.
BakuPost-a daxil olan məlumata görə, təhsil naziri postuna gətirilməsi ehtimal olunan şəxslərin təyin edilməməsindən sonra onlar öz şanslarının daha çox olduğunu düşünür və buna görə də bütün güclərini ortaya qoymağa başlayıblar. Onlar hesab edirlər ki, ölkə başçısı özünü təsdiqləmiş, eyni zamanda islahatçı rektor imici qazanmış şəxslər arasında da seçim edə bilər.
Onlardan biri Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovdur. Elmar Qasımov gənc yaşlarından hökumətin etimad göstərdiyi və yüksək vəzifələri etibar etdiyi şəxsdir. 1973-cü il təvəllüdlü rektor 1995-1999-cu ildə Bakı Dövlət Universiteti Tələbə Həmkarlar Komitəsinin sədri olub. 1999-2011-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini vəzifəsində çalışıb. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Tərəqqi” medalına layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli Sərəncamı ilə Bakı Ali Neft Məktəbinin rektoru təyin edilib.
O, hələ təhsil nazirinin müavini olduğu vaxtdan nazir postuna iddialı şəxs kimi tanınır. E.Qasımov 2011-ci ildə gözlənilmədən nazir müavini postundan uzaqlaşdırılanda əsas ehtimal bu idi ki, nazir postuna iddiasının qurbanı oldu.
İndi isə arzuladığı post hələlik boşdur. Buna görə də Elmar Qasımov bütün əlaqələrini işə salıb. Ancaq bu posta Elmar Qasımovdan daha şanslı namizədlər var. Məsələn, Azərbaycan Dillər Universitetinin rektoru, tanınmış yazıçı, akademik Kamal Abdulla. K. Abdulla istər təhsil, istər elm, istərsə də siyasi karyerası baxımından daha öndə olan adamdır. O, təhsil sahəsində yenilikçi, işgüzar alim kimi tanınır, eyni zamanda mövcud hakimiyyətin ziyalı simalarından biridir. Kamal Abdulla İlham Əliyevin Prezident seçkilərində həmişə vəkil olub. Bir neçə il isə daha önə çəkilərək müşavir vəzifəsini icra edib. Bu keyfiyyətləri və ömrünü təhsil sahəsinə həsr edən bir şəxsin təhsil naziri təyin edilməsi real görünür.
Amma son vaxtların kadr təyinatı xətti, strateji postlara daha çox yeni simaların gətirilməsi ənənəsinin yaranması təhsil naziri ola biləcək rektorlar arasında İqtisad Universitetinin rektoru Ədalət Muradovun şansının daha çox olduğunu deməyə əsas verir.
Ədalət Muradov islahatçı rektor kimi tanınır. Onun qısa müddətdə müsbət imic qazanması, İqtisad Universitetinin sifətini dəyişə bilməsi, bir çox uğurlu layihələri həyata keçirməsi, ən əsası isə korrupsiyada adının demək olar ki, hallanmaması təhsil sahəsində peşəkar kadr olması faktını ortaya qoyub. Üstəlik Ədalət Muradov vergilər naziri Mikayıl Cabbarovun kadrıdır. Onlar arasında şəxsi yaxınlıq, hətta qohumluq əlaqələrinin olduğu bildirilir. Buna görə də, güman edilir ki, Mikayıl Cabbarov məhz onun namizədliyini irəli sürəcək. Hər halda yeni təhsil naziri postuna təyinatda, 4 il bu sahəyə rəhbərlik etmiş və yüksək etimad göstərilən nazirin də fikri müəyyən rol oynaya biləcək...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
|