Mikayıl Cabbarova vergilər naziri kimi ilk GİLEY... - "Ən əsas məsələ isə bundan ibarətdir ki..."
Tarix: 3-01-2018, 12:34 | Çap et
Bir müddət əvvəl “İnvestA” MMC-nin reklamlarına aldanmış vətəndaşlardan bir qurupu (Məhərrəm Şahmuradov və digərləri) «Təzadlar»a şikayət məktubu göndərib. Şikayət məktubu Baş Prokuror Zakir Qaralova və vergilər naziri Mikayıl Cabbarova ünvanlıdır. Aşağıda şikayəti ixtisarla təqdim edirik: Hörmətli cənab Baş Prokuror Zakir Qaralov! Hörmətli vergilər naziri Mikayıl Cabbarov! Biz aldanmışlar hələ də bilmirik ki, niyə Vergilər Nazirliyi və Baş Prokurorluq “İnvestA” MMC-nin dövlət büdcəsindən 3 000 000 (üç milyon) manat verginin ödənilməməsini araşdırmır? “İnvestA” MMC Şirkətinin rəhbəri Quliyev Namiq Saday oğlu və işçiləri bizə hədə-qorxu gəlir, şərləyir və şantaj edirlər. Səbəbi budur: 2013-cü ildə İnternet saytlarında verilmiş reklam elanlarında “İnvestA” MMC tərəfindən fərdi evlərin “Bank Respublika” ASC tərəfindən maliyyələşdirilən ipoteka yolu ilə tikilməsi barədə xəbər tutduqdan sonra həmin şirkətin Masazır kəndində inşa etməyə başladığı yaşayış kompleksində ev almaq barədə şirkətin rəhbəri ilə razılığa gəldim. “İnvestA” MMC-nin rəhbəri Quliyev Namiq Saday oğlu bu tikintinin maliyyələşdirilməsinin "Bank Respublika" ASC tərəfindən həyata keçirildiyini bir daha təsdiq edərək bu səbəbdən də, həmin bankla kredit müqaviləsi bağlanmalı olduğunu bildirdi. “İnvestA” MMC bizə bildirdi ki, tikiləcək fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi “İnvestA” MMC-nə məxsus olsa da, formal olaraq həmin torpaq sahəsi şirkət rəhbərinin qohumunun adına qeydiyyata alınmışdır. Ona görə də birinci növbədə həmin torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsi bağlanmalı, həmin torpaq sahəsi bankda yüklü edilərək kredit alınmalı, alınan kredit hesabına nəzərdə tutulan fərdi yaşayış evləri tikilərək bizə təhvil verilməlidir. Bundan başqa, rəhbərlik bildirdi ki, yaşayış kompleksinin ümumi ərazisi 24 ha torpaq sahəsindən ibarət olmaqla ərazidə sakinlərin istirahəti üçün park, fitnes mərkəzi, uşaq bağçası, bərbərxana, mağazalar tikilərək istifadəyə veriləcəkdir. Həm də bütün kommunal şəraitlər qurularaq, kommunal xidmətlərlə bağlı bizimlə müqavilələr bağlanacaq və xidmətlər fiziki şəxs olaraq sakinlərə birbaşa göstəriləcəkdir. Bunu da qeyd edim ki, “İnvestA” MMC rəhbəri Quliyev Namiq Saday oğlu bizə bildirdi ki, yaşayış kompleksi Abşeron rayon İcra Hakimiyyətinin 22 fevral 2008-ci il tarixli 165 saylı Sərəncamı əsasında tikilir və MMC rəhbərliyi fərdi yaşayış evi tikildikdən sonra həmin evin sənədləşdirilməsinin təmin etməsi barədə öhdəlik götürdü. Çünki sərəncan MMC-nin adına verildiyi üçün həmin sənədləşməni yalnız MMC edə bilərdi. Aramızda razılığa gəldikdən sonra razılaşdığımız məbləği “İnvestA” MMC-nə ödədim və Notariat Konturuna gedərək Abşeron rayonu, Masazır kəndində yerləşən torpaq sahəsi ilə bağlı hər birimiz alqı-satqı müqaviləsi bağladıq və Dövlət reyestri xidmətindən çıxarış birbaşa banka təhvil verilmişdir. Çıxarış alınandan sonra "Bank Respublika" ASC-də həmin torpaq sahəsi və tikilməkdə olan fərdi yaşayış evini ipoteka ilə yüklü edilərək, alınan krediti də MMC-nin nümayəndəsi götürdü. Başqa sözlə desək, kredit müqaviləsini biz imza etsək də, pul vəsaitləri bizə deyil, faktiki olaraq “İnvestA” MMC-nin nümayəndəsinə ödənildi. Evlərin tikilməsi üçün müvafiq icazələr, sərəncamlar, kommunal xətlərin çəkilməsi üçün texniki şərtlər də məhz “İnvestA” MMC-nin adına verilmişdir. Lakin həmin şirkət tərəfindən öhdəliklər tam və lazımınca yerinə yetirilməmiş, evlərin təhvil verilməsi həyata keçirilməmişdir. Bundan əlavə, məlum olmuşdur ki, inşa edilmiş mənzillərin sahələri -razılaşdırılmış sahələrdən azdır, həmçinin bir sıra digər qüsurlar da aşkar edilmişdir. Bundan başqa, “İnvestA” MMC tərəfindən fərdi evlərin tikilməsi və sonrakı istismarı zamanı həmin şirkət tərəfındən bir sıra qanunsuzluqlara yol verildiyi də aşkar edildi. Tikinti başa çatdıqdan sonra “İnvestA” MMC evlərin təhvil verilməsini həyata keçirməmiş, yalnız oraya köçmək üçün icazə verildiyini bildirmişdir. Evə köçdükdən sonra məlum oldu ki, inşa edilmiş evlərin sahələri razılaşdırılmış sahələrdən azdır, həmçinin bir sıra digər ciddi qüsurlar da vardır. “İnvestA” MMC tərəfındən fərdi evə dair heç bir hüquqverici sənəd də verilməmişdir. Hazırda “İnvestA” MMC özünü məsuliyyət yaradan əməllərdən süni surətdə kənarlaşdırmaq üçün guya, həmin evlərin tikintisinə aidiyyatı olmaması görüntüsü yaratmağa cəhd edir. Yəni, kommunal xidmətlərin göstərilməsi üçün başqa bir şirkətlə müqavilə imzalayıb, xidmət göstərilməsi ilə bağlı münasibətlərin də həmin şirkətlə olduğunu və özünün heç bir məsüliyyət daşımadığını iddia edir. "Bank Respublika" ASC isə, kredit müqaviləsinə istinad edib, şişirdilmiş faizlərlə ödənişlər tələb edir və “İnvestA” MMC-nin bu məsələyə heç bir aidiyyatınin olmadığını bildirir. Bankın hərəkətlərindən belə çıxır ki, guya, külli miqdarda çoxsaylı kreditləri yalnız fərdi ev tikdirmək istəyən şəxslərin sadəcə, müraciətinə əsasən, heç bir real girov təqdim edilmədən vermişdir. Sübut etməyə ehtiyac yoxdur ki, bankın belə sadəlövh “dəlil” göstərməsi tamamilə əsassızdır və əlbir olduğu “İnvestA” MMC-nin vəzifəli şəxslərini məsuliyyətdən yayındırmaq məqsədi güdür. Digər tərəfdən, biz bəzi kommunal xərcləri hüquqi şəxslərə aid tariflərlə ödəmək məcburiyyətindəyik ki, bu da bir daha sübut edir ki, həmin evlərin tikintisi ilə bağlı sənədlər hüquqi şəxs olan “İnvestA” MMC-nin adına rəsmiləşdirilmişdir. Yuxarıda qeyd edilən faktlar "Bank Respublika" ASC-nin və “İnvestA” MMC-nin əlbir olaraq, vətəndaşları aldatmaq, yəni onların etibarından sui-istifadə etmək yolu ilə, pul vəsaitlərinin mənimsənilməsini təsdiq edir ki, bu da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178 və 179-cu maddələri ilə müəyyən edilmiş dələduzluq və mənimsəmə cinayətidir. Ən əsas məsələ isə bundan ibarətdir ki, layihə sənədləri və sərəncamın öz adına olması, 5000 kvadrat metrdən ibarət-250 fərdi yaşayış evini “İnvestA” MMC inşa edir, "Bank Respublika" ASC ilə əlbir olaraq həmin evləri banka girov qoyub pulları götürür və həmin torpaq səhələrini fiziki şəxslərin adına formal alqı-satqı edərək və torpağın onun adına olmaması və tikintinin fiziki şəxslər tərəfindən aparılması görüntüsünü yaradaraq, Dövlət büdcəsinə 3 000 000 (üç milyon) manat ödənilməli olan verginin ödənilməsindən yayınmışdır. Hörmətli cənab Baş Prokuror Zakir Qaralov! Hörmətli vergilər naziri Mikayıl Cabbarov! Hal-hazırda da Sizə müraciət etməyimizdən xəbər tutan şirkətin rəhbər işçiləri bizə hədə-qorxu gəlir, şərləyir və bizi şantaj edirlər. Ona görə də Sizdən xahiş edirik ki, “İnvestA” MMC-nin faktiki rəhbəri Quliyev Namiq Saday oğlunun qeyd olunan qanunsuz hərəkətləri ilə bağlı tədbir görülməsi və Dövlət büdcəsindən yayındığı 3 000 000 (üç milyon) manat olan verginin ödənilməsinin təmin olunmasının araşdırılmasına göstəriş verəsiniz. *** Redaksiyadan: şikayətlə bağlı Quliyev Namiq Saday oğlunun bizə verilmiş telefonuna dəfələrlə zəng vursaq da cavab vermədi. Onun da mövqeyini öyrənməyə və bizə təqdim edilən sənədlərə dair izahlarını dərc etməyə hazırıq. \\tezadlar.az\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
|