"Söz verdikləri vaxtdan bir neçə gün keçdikdən sonra..." - GİLEY
Tarix: 9-12-2017, 10:12 | Çap et
Məhəmməd Hadi 2 ünvanında, “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yerləşən “Grand House” mebel mağazasında vətəndaşlar aldadılır, istehlakçı hüquqları pozulur. Belə bir iddia ilə AFN-ə müraciət ünvanlayan Məhəmməd Hadi 81 ünvanında yaşayan Gülnaz Həsənova çıxış edib. Onun sözlərinə görə, adıçəkilən mağazadan 1300 manat dəyərində künc divanı sifariş edib: “Divanı vitrində gördük bəyəndik, ödəniş edib sifariş verdik. Sifariş edən zaman yalnız kənarların dərisini dəyişdik. Bir neçə gündən sonra bizimlə əlaqə saxlayıb dedilər ki, divanın üstündə gördüyümüz parça keyfiyyətsiz çıxdığı üçün satışdan çıxarılıb, başqa parça seçməliyik. Qızımla gedib yenidən seçim etdik, onların təklif etdiyi parçanı qəbul etdik. Amma nə əvvəl, nə də sonra gedəndə divanın ölçüsündə heç bir dəyişiklik etmədik, hətta dedik ki, ölçülər qalsın. Çünki bir orda soruşmuşduq ki, bunu qısaldanda qiymət azalırmı, dedilər yox, biz də dedik onda eyni ölçüdə verin. Söz verdikləri vaxtdan bir neçə gün keçdikdən sonra sifariş edilən mal evə gətiriləndə gördük ki, bizim vitrində gördüyümüzdən tamamilə fərqlidir. Nə keyfiyyətdə, nə yaraşıqda, nə də ölçüdə onun eyni deyildi. Halbuki biz vitrində görüb bəyənib yüngül dəyişikliklə sifariş vermişdik. Fəhlələrə dedik, dedilər bizlik deyil, mağazada sifarişi götürən qıza zəng etdik, dedi ki, bəli, bu variant bir az balacadır. Evə gətirilən divanın yastıqları həddən artıq böyük və kobud formada düzəldilmişdi. Bu bir yana qalsın, evə gətirilən divan vitrində gördüyümüzdən çox balaca idi. Bizim sifariş etdiyimiz 6 hissəli idi, binlar bizə 4 hissəli divan göndəriblər. Mağazaya etirazımızı bildirdik, dedilər ki, yolunuz düşəndə yastıqları gətirin dəyişək. Oğlum apardı dəyişdilər, amma ölçüsünü böyunlarına götürmürlər”. Şikayətçi həm vitrində gördüyü və sifariş etdiyi, həm də mağazanın onlara gətirdiyi divanın fotolarını da təqdim edib. Aşağıda həmin fotoları təqdim edəcəyik. Məsələ ilə bağlı adıçəkilən mağazanın da mövqeyini öyrəndik. Mağazanın meneceri Türkan Vəliyeva ittihamları qəbul etmədi. Bildirdi ki, vətəndaş hansı malı sifariş edibsə, onu da təqdim ediblər: “Gülnaz xanım bizdən künc divanı bəyənib seçib, deyib ki, rəngi eyni olsun, amma dərisini dəyişin. Biz də maraqlandıq gördük o rəng parça yoxdur, özünə zəng edib dedik, gəldi başqa parça seçdi. Sadəcə mal evə aparılandan sonra zəng edib dedi ki, yastıqlar çox yekə çıxıb, yığcam edin, dedik problem deyil, kimsə burdan keçəndə gətirib versin düzəltdirib göndərək, oğlu gətirib verdi, dəyişdik”. Ölçü probleminə gəldikdə, menecer bu ittihamla da razılaşmadı: “Deyir ki, mən sizdən soruşanda dediz vitrindəki divanın kiçik hissəsi 2 metrədir. Biz axı onu necə deyə bilərik ki, ölçəndə 2.40 gəlir. Biz ona dedik ki, sizə göndərdiyimizin kiçik hissəsi 2.10-dur. Deyir yox, mən elə oradakını istəyirdim, deyirik yaxşı onda gətirib 2.40-lığı qoysunlar”. Qeyd edək ki, istehlakçı hüquqları ilə bağlı müvafiq qanunvericiliyin tələblərinə əsasən istehlakçı aldığı malın keyfiyyətindən narazıdırsa 14 gün müddətində onu dəyişmək və ya qaytarmaq hüququna malikdir. Mağaza buna razılaşmasa vətəndaş İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiə Dövlət Xidmətinə müraciət edə bilər. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə bağlı bildirdi ki, vətəndaşın məhkəməyə qədər gemtəyə hüququ var: “Ərizə ilə bizə və aidiyyatı dövlət qurumuna müraciət etsinlər, lazım gəlsə məhkəmə yolu ilə qaytarılacaq həmin mal”. Mövzunu diqqətdə saxlayacağıq. VitrindəkiEvə gətirilən
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
|