Tovuz sakini ilə "Azəriqaz" arasında qalmaqal... - GİLEY
Tarix: 14-11-2017, 11:38 | Çap et
Tovuz rayonunun Ermənistanla təmas xəttində yerləşən Əlibəyli kəndinin sakini Etibar Rəhimov onu çətin duruma salan məsələ ilə bağlı redaksiyamıza müraciət edib. Rəhimov ona qarşı "Azərqaz" İstehsalat Birliyinin iddiası üzrə Tovuz Rayon Məhkəməsinin çıxardığı qətnamənin əsassız olduğunu iddia edir. Belə ki, ötən ilin sentyabrında anasını xəstəxanadan evə gətirən Etibar qazın yanmadığını görür. Həyətə çıxarkən qaz sayğacının yerində olmadığını, ona gələn xəttin isə qırılaraq sızmazın deyə ağzının qatlanaraq əzildiyinin şahidi olur. Qonşular ona sayğacın qaz idarəsinin işçiləri tərəfindən sökülərək aparıldığını bildirir. Ondan sonra başına gələnləri Əlibəyli sakini belə nəql edir: "Qaz idarəsinə gedəndə sayğacın yerinə quraşdırılması üçün 300 manat istədilər. Dedim nəyə görə verməliyəm, sizdən şikayət edəcəm. Dedilər ki, "sənin kimi danışanlar yüzlərlədir, hara istəsən, şikayət elə". Kənddə yaxın bir adamın köməyilə baş prokurorluğa məktub yazdırdım. Aradan bir ay keçmişdi gətirib yeni sayğac quraşdırdılar. Bundan sonra mənə minnətçi düşdülər ki, şikayətimin təmin olunduğu, heç bir narazılığımın qalmadığı haqda onların yazdığı məktuba qol çəkim. Heç oxuya bilmədim nə yazmışdılar. Uşaqlığımız müharibəyə düşdüyündən, məktəblərdən ancaq sığınacaq kimi istifadə edə bildik. Rayon mərkəzinin məktəblərinin sinif otaqlarında partaların üstə döşək atıb yatmaqla keçdi uşaqlığımız. Düz əməlli yazıb-oxumağı öyrənə bilmədik."
Etibar Rəhimov bu hadisədən 5 ay sonra məhkəmədən məktub alıb. Məhkəmədən ona göndərilən məktubda bildirilib ki, "Azəriqaz" İB qaz sayğacına qanunsuz müdaxilə etdiyi üçün ondan şikayətçidir və buna görə məhkəməyə gəlməlidir. Tovuz rayon məhkəməsi 30 mart 2017-ci il tarixində hakim Ədil Məmmədovun sədrliyi, Namiq İsmayılovun katibliyilə keçirilən iclasda cavabdeh tərəfindən 245,91 manat (91,21m. qaz sayğacının sıradan çxarılması, itirilmiş qaza görə 124,80m., istehlak etdiyi qaza görə yaranan borc 29,90m.) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat "Azəriqaz" İB-nin hesabına ödənilməsi barədə qərar çıxarıb. Cavabdeh isə sayğaca heç bir müdaxilə etmədiyini, "Azəriqaz" İB-nin məhkəməyə təqdim etdiyi aktın tamamilə saxta olduğunu deyir: "Mənim sayğacımı qaz idarəsinin işçiləri oğurlayıb, özümü də məhkəməyə veriblər. Məhkəməyə saxta akt təqdim ediblər. Sayğac açılarkən heç bir ailə üzvümüzün bundan xəbəri olmayıb. Yerində akt tərtib edilməyib. Mənim aktın tərtib olunmasından xəbərim olmaya-olmaya, adımın qarşısına imtina edir yazılıb. Orada adı olan Namazov Cavid, Zeynalova Vüsalə və Əmirxanov Firuddin ad-soyadlarını ilk dəfə eşidirəm. Nə qonşuda, nə kənddə bu adda adamlar yaşamır. Məhkəmə əsas bu aktın necə tərtib olunduğunu araşdırmalıdır".
Etibar Rəhimov bildirir ki, qaz idarəsi işçiləri tez-tez evinə gələrək istifadə etdiyi qazın haqqını vaxtlı-vaxtında ödəməsinə baxmayaraq, məhkəmənin təyin etdiyi pulu ödəməyəcəyi təqdirdə qaz xəttini kəsəcəkləri ilə hədələyirlər. Cəbhənin bir addımlığında yaşayan kənd sakini heç bir yerdən gəliri olmadığından məhkəmənin təyin etdiyi məbləği ödəyə bilmədiyini, soyuq qış günlərində evini isidə bilmək üçün aidiyyatı orqanlardan məsələyə obyektiv yanaşmağı xahiş edir. Hüquqşünas Samir İsayev bu məsələni Sputnik Azərbaycan-a şərh edərkən bildirib ki, bu cür məhkəmələrin sayı durmadan artır. O, bunun vətəndaşların savadsızlığından, öz hüquqlarını bilməməyindən irəli gəldiyini deyir. Ona görə də, hesab edir ki, bu cür proseslərin başlanğıcında vəkillərin köməyinə müraciət etmək lazımdır. Çünki iş-işdən keçəndən sonra heç hüquqşünaslar da vətəndaşa kömək edə bilmirlər. Samir İsayevin sözlərinə görə, sözügedən məhkəmə prosesindən artıq bir neçə ayın keçməsi, Etibar Rəhimovun apellyasiya hüququnu itirməsinə səbəb olub. Hüquqşünas vəziyyətdən çıxış yolunu cavabdehin inzibati qaydada yuxarı instansiyalara müraciət etməsində görür.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
|