"Nəticədə ciddi mübahisə yaranıb..." - Göyçayda məmur toqquşması
Tarix: 11-10-2017, 12:07 | Çap et
“Göyçay RİH-nin başçısı Mehdi Səlimzadə ilə Göyçay Kommunal Təsərrüfat İdarəsinin müdiri Loğman Əliyev arasında yaşanan intriqa nəticəsində rayonumuz zibillik içində qalıb!” Bu sözləri bir neçə Göyçay sakini “Bolgexeber.com”un elektron poçt ünvanına göndərdiyi şikayət ərizəsində yazıb. Sakinlərin sözlərinə görə, rayonda hər ay hər evdən zibilpulu adı altında 3 manat pul yığılır ki, bu da ay ərzində 30.000 manat pul edir. Rayonun icra başçısı Mehdi Səlimzadə və Kommunal Təsərrüfat İdarəsinin müdiri Loğman Əliyevin birgə fəaliyyəti nəticəsində yığılan bu 30.000 manatdan hər ay 10.000 manat Mehdi Səlimzadəyə çatır. Son zamanlar isə Mehdi Səlimzadə hər abonentdən yığılan 2 manatın ona çatmasını tələb edib, ancaq Loğman Əliyev buna razı olmayıb. Nəticədə ciddi mübahisə yaranıb. “Səndən əvvəlki icra başçısı da məni şərləmək istəmişdi, amma alınmadı. Sənin buna gücün çatmaz. Bundan sonra sənə bir qəpik də pul verməyəcəm!” Tələblərinin yerinə yetirilmədiyini görən Göyçay RİH-nin başçısı Mehdi Səlimzadə Loğman Əliyevi işdən çıxartmaqla hədələyib. Ancaq Loğman Əliyev ondan qorxmadığını, ona gücünün çatmayacağını və bundan sonra Mehdi Səlimzadəyə bir qəpik də pul verməyəcəyini deyərək başçının otağını tərk edib. Fotolardan da göründüyü kimi, Göyçayın iki vəzifəli məmurun şəxsi mənafelərini ön planda tutduqları üçün yaranan mübahisə ən çox rayon sakinlərinin yaşayışına təsir edir. Şikayətçilər bildirir ki, küçələrdə zibil əlindən, zibil iyindən yerimək olmur.Parklarda hovuzlara su vurulmur, içərisi tullantılarla dolub daşır. Sanki Göyçay müharibədən çıxmış şəhərə oxşayır. Belə xoşagəlməz davamiyyət azyaşlı uşaqların və xəstə qocaların həyatını ciddi təhlükə altında qoyur. Bəs görəsən, rayonun icra səlahiyyətlərinin hamısını əlində cəmləşdirən Mehdi Səlimzadə Göyçay Kommunal Təsərrüfat İdarəsinin müdiri barəsində niyə tədbir görə bilmir? “Mehdi Səlimzadə bu səs yazısının yayılacağından qorxuduğu üçün Loğman Əliyevin qarşısında aciz qalıb!” Şikayətçilər bildirir ki, aralarında yaranmış mübahisəyə qədər Loğman Əliyev korrupsiya yolu ilə əldə etdiyi pulların müəyən miqdarını icra başçsına verən zaman diktofonla onun səsini gizli formada yazdığı deyilir. Ona görə də Mehdi Səlimzadə Loğman Əliyev haqqında heç bir tədbir görə bilmir. Amma icra başçısı əslində çox istəyir ki, Göyçay Kommunal Təsərrüfat İdarəsinin müdiri vəzifəsinə qardaşı oğlunu Əlini gətirsin. Göyçay sakinlərinin prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya ünvanladığı müraciəti olduğu kimi təqdim edirik: “Biz Göyçay rayon sakinləri mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirik ki, Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin talançılıq, korrupsiya cinayətlərini araşdırıb onun və əlaltılarının barəsində ciddi tədbirlər görsünlər.Mehdi Səlimzadə 1 il 3 aydır ki, Göyçay rayon icra başçsı vəzifəsinə təyin olunub.Bu müddət ərzində yaratdığı özbaşınalıq, fəaliyyətsizliyin nəticəsində rayonda idarəetmə itib.Göyçay Kommunal Təsərrüfat İdarəsinin müdiri Loğman Əliyevlə Mehdi Səlimzadənin pul bölgüsünə görə aralarında yaranmış mübahisə nəticəsində Göyçay şəhəri zibillik içində itib batır.Şəhər baxımsız vəziyyətə düşüb buna görə sakinlərin həyat və sağlamlıqları ciddi təhlükə qarşısındadır.Bu iki məmuru intriqasına görə Göyçay respublikanın ən çirkli şəhərinə çevrilib!” Məsələyə münasibət öyrənmək üçün Göyçay RİH ilə əlaqə saxlamaq istəsək də, cəhdlərimiz boşa çıxdı.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
|