8 yaşlı uşağı məktəbdən qovdular - Direktor nazirliyi suçlayır
Tarix: 10-10-2017, 14:39 | Çap et
Şirvan şəhərində 8 yaşlı 1-ci sinif şagirdi məktəbdən uzaqlaşdırılıb. Buna səbəb isə uşağın 1-ci sinfə 2 il gec sənəd verməsi olub. Bu barədə BakuPost.az-a şagirdin ailəsi məlumat verib. Qarayeva Aytac Şahin qızının yaxınları bildirib ki, son bir neçə ildə ailədə baş verən bədbəxt hadisələr səbəbindən uşağın məktəbə yazdırılması da gecikib. Lakin bu il Aytacın sənədləri Şirvan şəhəri 4 saylı orta məktəbdə qeydiyyatdan keçirilib və o, sentyabrın 15-də digər uşaqlar kimi 1-ci sinfə yollanıb: "Direktor Gülmirzə Həsənov da Aytacın sinif rəhbəri ilə danışıb, ailəmizdə baş verən bədbəxt hadisə barədə müəlliməyə məlumat verib. Tapşırıb ki, uşağa diqqət göstərilsin. Təxminən 15 gün dərsə gedəndən sonra direktor bizi çağırdı, dedi ki, uşağınızı məktəbdən çıxarılıb. Çıxarma səbəbi kimi də qeyd etdi ki, Təhsil Nazirliyi 6 yaşını keçmiş uşaqların 1-ci sinfə qəbul edilməməsi barədə qərarı var. Nə qədər dil-ağız etdik, yenə də uşağı məktəbdən çıxardı. Alternativ olaraq təklif etdi ki, yanvar ayına kimi uşaq evdə otursun. Dedi ki, yanvarda gələrsiniz, mən aidiyyəti orqanlardan xahiş edərəm, Aytacı bəlkə məktəbə qəbul edərik. Amma biz bundan da əlimizi üzmüşük. Alınan şeyə oxşamır. Biz heç kimdən şikayət etmək istəmirik deyə Təhsil Şöbəsinə, Təhsil Nazirliyinə ərizə yazmamışıq. Amma uşağımızın da təhsilsiz böyüməsini istəmirik”.
Aytac Qarayevanın dərsə gec getməsinin səbəbi isə atası Şahin Qarayevin bir neçə il əvvəl qəza törətməsi olub: "Başımız o qəzaya qarışdı. Daha sonra Şahin elə o qəzaya görə tutuldu. Ona görə də Aytacın sənədlərini düzəltməyə vaxtımız olmadı. Sapsağlam uşaqdır. Sağlamlıq kağızımız da var. O vaxtlarda bütün ailə darmadağın olmuşdu. İndi başımız açılıb, uşağımızı məktəbə yazdırmışıq. O da ki belə... Təhsil naziri Mikayıl Cabbarovdan xahiş edirik ki, övladımızın bu işinə diqqət yetirsin”. Şirvan şəhər Təhsil Şöbəsinin rəhbəri Rövşən Allahverdiyev BakuPost.az-a açıqlamasında məsələnin araşdırılacağını bildirib: "Sözügedən məsələ ilə bağlı Təhsil Şöbəsinə müraciət edilməyib. Ailə bizə müraciət etsin, məsələni araşdıraq. Qanunla 1-ci sinfə qəbul 2 il gecikə bilər. Əgər uşaq 2 ildən çox gecikibsə, o zaman Təhsil Nazirliyində müvafiq olaraq komissiyanın iclası keçirilir və məsələylə bağlı qərar qəbul edilir.
Aytac Qarayeva 2 ildən çox gecikməyibsə, heç bir problemsiz onun məktəbə getmə, təhsil alma hüququ təmin ediləcək.
Araşdırmadan sonra da məktəbin direktorunun günahı varsa, müvafiq ölçü götürüləcək”.
Təhsil eksperti Əjdər Ağayev BakuPost.az-a açıqlamasında bildirib ki, Təhsil Nazirliyinin elə bir qanunu yoxdur: "İcbari təhsil qanunu var. Bu qanunla hər bir Azərbaycan vətəndaşı təhsilə cəlb olunmaldır. Əgər uşağın hər hansı qüsuru yoxdursa, o zaman normal məktəbə getmək haqqı var. Təhsil Nazirliyində belə bir qanun yoxdur ki, uşağın yaşı 6-nı keçibsə, onu məktəbə qəbul etmək olmaz. Hökumət özü hamının təhsilə, tədrisə cəlb olunmalı olduğunu deyir. Hər yerdə maarifləndirmə işləri aparılır. Hər bir uşaq məktəb təhsilinə cəlb olunmalıdır və təhsil almalıdır. Ən azından orta təhsili almalıdır. Düzdür, 1-ci sinfə qəbul 6 yaşdandır. Lakin hər nə səbəbdən olur olsun, hansısa məktəb təhsilə 2 il gec başlamaq istəyən uşağı qəbul etmirsə, o zaman səhv edir. Belə bir göstəriş yoxdur. O məktəb onu qəbul etməli, oxutmalıdır. Elektron qəbul məsələsi var, ola bilər ki, valideyn buna əməl etməyib. Amma hətta belədirsə, o zaman direktor Təhsil Şöbəsiylə əlaqə saxlamalıdır, məsləhət almalıdır, o uşağı mütləq şəkildə təhsilə cəlb etməlidir”.
Təhsil eksperti qeyd edib ki, direktor uşağın təhsildən yayındırılmasına görə günahkardır: "O uşağı məktəbdən uzaqlaşdırmaq istəyirlərsə, görünür hansısa maraqları var və bu addımı atırlar. Valideyn gedib tələb etməlidir ki, mənim uşağımı məktəbə qəbul edin. Görün nə qədər vaxtdır ki, o direktor uşağı təhsildən yayındırıb. Elə buna görə o direktor cəzalandırılmalıdır. Direktor günahkardır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
|