Şimali İraqda baş verənlərə Bakı necə reaksiya verməlidir? - Milli Məclisdə müzakirə açılacaq
Tarix: 28-09-2017, 12:10 | Çap et
Şimali İraqdakı Kürd Muxtar Vilayətində keçirilən müstəqillik referendumu bütün dünyanın diqqət mərkəzindədir. Referenduma görə, hələ muxtariyyətin liderini heç bir dövlət təbrik etməyib. Etirazlar, narahatlıq dolu bəyanatlar isə hər gün gəlməkdədir.
Yaranmış durumu şərh edən Politoloq Qabil Hüseynli isə bildirdi ki, müstəqil kürd dövlətinin yaranmasına qarşı çıxanların siyahısına Türkiyə, İran, İraqla birlikdə, dördüncü dövlət də daxil ola bilər. Bu dövlətin Rusiya olacağı istisna deyil. Onun sözlərinə görə, Türkiyə, İraq, İran kimi Rusiyanın da kürd dövlətinin yaranmasına müdaxiləsi mümkündür: “Türkiyə prezidenti Ərdoğanla Rusiya prezidenti Putin arasında sentyabrın 28-də çox aktual bir görüş gözlənilir. Çünki Yaxın Şərqdə ABŞ, İsrail və başqa bir sıra bu kimi dövlətlər var ki, sərhədləri yenidən biçmək fikrinə düşüblər. Hazırda ən təhlükəlisi kürd dövlətinin yaradılmasından ibarət ideyadır. Düşünürəm ki, Kürd Muxtariyyətinin lideri Bərzaninin referendum keçirməsi ona verilən gizli dəstəklə bağlıdır. İndi bölgə dövlətləri yeni bir davakar dövlətin yaranmasının, həmçinin, İraqın tarixi sərhədlərinin pozulmasının qarşısını almaq üçün bir araya gəliblər. Söhbət İran, İraq və Türkiyədən gedir ki, artıq buraya Rusiyanın da daxil ola biləcəyini söyləmək mümkündür. Çünki Rusiya İraqın ərazi bütövlüyünü dəfələrlə təsdiqləyib. Türkiyə, İraq və İran arasında ciddi razılaşma əldə edilib. Rusiyanın da bu razılaşmaya qatılması, xüsusilə dünən Rusiya Xarici İşlər naziri Sergey Lavrovun İraqın ərazi bütövlüyü ilə bağlı bəyanat verməsi, Suriya daxil olmaqla, Yaxın Şərq dövlətlərinin ərazi bütövlüyü uğrunda mübarizəyə dördüncü dövlətin daxil ola biləcəyindən xəbər verir. Söhbət prinsipcə mərkəzi qüvvələr nisbətinin yaranmasından gedir. Bir tərəfdə Amerika, İsrail və onların tərəfində olan əsasən Qərb dövlətləridir, digər tərəfdə isə Türkiyə, İran, İraq və Rusiya. Zənnimcə, Rusiyanın bu proseslərə müdaxilə etməsi işləri daha da canlandıracaq və İraqın ərazi bütövlüyünü bərqərar etmək mümkün olacaq. Hətta referenduma gedən şəxslər Bərzani başda olmaqla başa düşməlidir ki, onlar əllərində olan torpaqlardan da məhrum ediləcəklər və Səddam Hüseyndən sonrakı xaosdan istifadə edərək yaratdıqları muxtar qurumu itirəcəklər. Bölgədə kürdlərin süni şəkildə işğal etdikləri Kərkük və digər İraq torpaqlarının hamısı öz çərçivəsində qaydaya salınacaq. Kürd mahalına sonradan gəlmiş, xüsusilə PKK ilə bağlantıları olan müxtəlif qüvvələrin də ölkə ərazisindən çıxarılması prosesinə başlanacaq. Bu proses İraqın ərazi bütövlüyünü qoruyub saxlamaqla yanaşı, bu ərazilərdə məskən salmış separatçı qüvvələrin də axırına çıxacaq və bölgədə əvvəlkinə nisbətən xeyli sabit proseslər hökm sürəcək”.
Deputat Fazil Mustafa isə bildirdi ki, Şimali İraqda keçirilən referenduma Azərbaycanın Milli Məclisi və digər müvafiq rəsmi orqanları da münasibət bildirməlidir. Çünki bu hadisə Azərbaycana da təsir edə bilən bir hadisədir: “Bu gün Milli Məclisin İnsan Haqları Komitəsinin iclasında mən bu məsələ ilə bağlı fikirlərimi bildirdim və Milli Məclisin məsələyə münasibət bildirməsinin lazım olduğunu dedim. Çünki bu hadisə təkcə Kürdüstanın müstəqilliyi məsələsi deyil, bu Türkiyənin və Azərbaycanın maraqlarına vurulan zərbədir. Odur ki, biz bu məsələdə öz prinsipial mövqeyimizi bildirməliyik. Keçirilən referenduma dövlət səviyyəsində rəsmi münasibət bildirilməlidir. Biz Türkiyə ilə eyni mövqeyi ifadə eləməliyik. Bu referendumun nəticələrinin gələcəkdə Azərbaycana xüsusən də Qarabağ məsələsinə təsirləri ola bilər. Bu, elə-belə məsələ deyil, çox ciddi məsələdir. Biz buna qarşı öz mövqeyimizi ifadə eləməliyik. Diqqət edirsinizsə, o referendumun təsiri altında artıq Azərbaycanın vətəndaşları sırasından Azərbaycan bayrağını yandıra biləcəyi barədə bəyanat verən oldu. Özü də bu şəxs Azərbaycanın mühüm dövlət qurumlarından biri olan rayon icra hakimiyyətində məsul vəzifəyə yerləşdirilmiş birisidir. Laçın rayon icra hakimiyyətinin şöbə müdiri Füzuli Tanirverdiyev bəyan edib ki, məni işdən müstəqil Kürdüstanı müdafiə etdiyimə görə çıxarsanız, mən də gedib Azərbaycan pasportumu yandıracağam. Bu, artıq bizim dövlət üçün gözlənilən təhlükə simptomlarından biridir. Yəni müstəqil Kürdüstan naminə Azərbaycan pasportunu yandırmaq ideyası illərlə formalaşmış düşüncədən xəbər verir və buna oldu-bitdi kimi yanaşa bilmərik. İndi görək təhlükəsizlik orqanları aydınlaşdıra biləcəklərmi hansı qurumlarda Ermənistan üçün və ya Rusiya üçün, yaxud İran üçün, ABŞ üçün Azərbaycan pasportunu yandırmağa hazır olan şərəfsizlər necə və kimlər vasitəsilə yerləşdirilib? Öz millətini, xalqını sevmək hər kəsin haqqıdır, hətta şərəf borcudur. Ancaq bu sevgini bəhanə edib, Azərbaycan dövlətinin dəyərlərinə, milli maraqlarına qarşı tərbiyəsizlik etmək yolverilməzdir və bunun qarşısını hamılıqla almalıyıq”.
Deputat Vahid Əhmədov isə musavat.com-a bildirib ki, bu hadisələrdən ən çox əziyyət çəkən dövlət əlbəttə, Türkiyə olacaq. Ümumiyyətlə, bölgə üçün çox dəhşətli, qəbuledilməz bir məsələdir. Bu, bölgədə gərginliyi artıracaq. Həm Türkiyə, həm İran, həm İraqın özü məsələ ilə bağlı çox ciddi addımlar ata bilərlər. Kürdüstandakı referendum Azərbaycan dövləti üçün də yaxşı heç nə vəd etmir: “Bizim də Qarabağ problemimiz var. Biz onsuz da separatizmdən əziyyət çəkirik. Ona görə də bu referendum bizim üçün qəbuledilməzdir. İkincisi də Türkiyə bizim üçün ən önəmli dövlətdir, qardaş ölkədir, onun maraqlarına zidd addımlar həm də bizim maraqlarımıza qarşıdır. İstənilən muxtar vilayətlərin özlərini dövlət elan etməsi yolverilməzdir. Ümumi siyasi vəziyyətə baxmaq lazımdır. Həmçinin orada türkmənlər var, onların vəziyyəti necə olacaq? Onlar ümumiyyətlə, bu vəziyyətlə heç vaxt barışmayacaqlar və “kürd dövləti” ideyasını qəbul etməyəcəklər, necə ki, biz razılaşmırıq. Ola bilər ki, Azərbaycanda müəyyən qruplar dəstəkləsin. Amma biz dövlət olaraq bu referendum dəstəkləməməliyik və mən millət vəkili olaraq bunu heç vaxt qəbul etmərəm. Milli Məclisin payız sessiyasının ilk iclasında da digər vacib məsələlər kimi, bu məsələyə də münasibət bildiriləcəyini istisna etmirəm”.
VİP sədri Əli Əliyev isə bildirdi ki, İraq kürd muxtariyyatının yaradılması ilə bağlı keçirilən səsvermə həm də qədim Azərbaycan ərazilərinin üzərində Kürd dövlətinin qurulması təşəbbüsüdür: “Kərkük və Mosul Azərbaycan coğrafiyasının bir parçası, tarixi Vətənimizdir. Qərbin böyük layihəsi olan Ərbil projesi bölgə üçün ciddi problemlər yarada biləcək. Anti-türk siyasətinin müəllifləri bu referendum vasitəsilə Türkiyəni, İranı, xüsusilə də Azərbaycanı təhdid edəcək bir iş başladıblar. Bizdən fərqli olaraq Türkiyə və İran güclü haldadırlar. Onlar həm PKK, həm də PEJAK-a layiqli cavab verə bilirlər. Azərbaycan ərazilərinə iddialarının da olmasına baxmayaraq, rəsmi Bakı hələ susqunluq nümayiş etdirir. Artıq dövlət qurumlarında çalışanların ilkin reaksiyaları gəlməkdədir. Açıq şəkildə dövlətimizi təhdid edən aksiyaya rəsmi qurumlarda çalışan bəzi şəxslər açıq dəstək nümayiş etdirirlər. İndi gör gizlində nə qədər sevinən, Öcalanın sağlığına badə qaldıranlar var məmləkətdə”. Partiya sədrinin sözlərinə görə, Ərbil referendumunun bir təhlükəli tərəfi də Qarabağ üçün presedent yaratmaqdır: “Yaddan çıxarmaq olmaz ki, bizə sırınan Madrid prinsipləri Ərbilsayağı referendumu nəzərdə tutur. Bu prinsiplər 5 rayon müqabilində Dağlıq Qarabaq+Kəlbəcər+Laçının birdəfəlik ermənilərə müstəqilliklə birlikdə verilməsini nəzərdə tutur. Belə referendumdan sonra Dağlıq Qarabağa beynəlxalq hərbi kontingent zəmanət verəcək və Azərbaycan silahlı qüvvələrinin orada əməliyyat aparması qeyri mümkün olacaq. Bərzaninin keçirdiyi referendumun bu mənfi potensialı da bizim üçün təhlükə mənbəyidir. Hələ tarixi ərazilərimizdən savayı, bugünkü torpaqlarımızda da kürd dövlətinin uzantılarının nəzərdə tutulması öz yerində. Ərbil referendumuna qarşı Azərbaycan rəsmi səviyyədə cavab verməli, Türkiyə-İran koalisiyasında yer almalıdır. Tarixi məsuliyyətin qırmızı xətti bu nöqtədədir”.
YAP-çə deputat Aydın Mirzəzadə isə modern.az deyib ki, İrqada kürdlərin yığcam yaşadığı ərazidə birtərəfli referendumun keçirilməsi çox təhlükəli bir tendensiyadır: “Artıq indidən İraq Kürdüstanı kürdlərin kompakt yaşadığı İraq, İran və Türkiyə ərazisinə iddia edir. Həmçinin, yeni müstəqil dövlət yaratmaqla regionda gərgin olan vəziyyəti daha da gərginləşdirir. Kürdlərin elan etdiyi müstəqil dövlətin yaşamaq şansı yoxdur. Onların dəniz çıxışı yoxdur, bölgənin ərzaq idxalı qonşu dövlətlərdən asılıdır, bölgədə olan neft resursları dünya bazarına Türkiyə və İraq vasitəsilə çıxarılır. Hesab edirəm ki, bunu nəzərə alaraq, belə bir referendumun keçirilməsi regiondakı vəziyyəti daha da gərginləşdirir. Artıq hər üç dövlət regiona qarşı sanksiyaların elan edilməsi barəsində razılığa gəliblər. Hesab edirəm ki, ayrı-ayrı xalqların kompakt yaşadığı ərazilərin müstəqil dövlətindənsə, geniş muxtariyyətə malik olması daha məqbuldur. Azərbaycanın bu məsələdə mövqeyi birmənalıdır. Azərbaycan İraqın ərazi bütövlüyünü dəstəkləyir. Hesab edirik ki, birtərəfli qaydada müstəqillik referendumunun keçirilməsi qəbuledilməzdir” Musavat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
|