"Qanunsuz şəkildə işdən çıxarılmağımız barədə..." - ŞİKAYƏT
Tarix: 3-07-2017, 12:49 | Çap et
Azərbaycan Respublikası Müdafiə Nazirliyi Arxa Cəbhə İdarəsinin Yanacaq Xidmətinin işdən qeyri-qanuni çıxarılmış əməkdaşı Aygün Həsənağa qızı Vəlixanova Gununsesi.info-nun redaksiyasına müraciət edərək qarşılaşdığı haqsızlıqlardan danışıb. Onun sözlərinə görə, nazirliyin əməkdaşlarının ixtisas sahəsi üzrə illik bilgilərinin yoxlanılması üzrə komissiyanın təşkil etdiyi müsahibəni müvəffəqiyyətlə keçməsinə baxmayaraq, Arxa Cəbhə İdarəsinin rəisi polkovnik İlqar Həsənovun qeyri-qanuni raportuna əsasən işdən azad edilib. Buna görə də ona qarşı edilən haqsızlıqların aradan qaldırılması və ədalətin bərqərar olunması üçün Səbail Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalıb. Lakin dəfələrlə məhkəmənin sorğu göndərməsinə baxmayaraq, bu günədək də komissiyadan müvəffəqiyyətlə keçdiyini təsdiqləyən sənədi həmin şəxslər təqdim etmək üçün cavab vermirlər. Odur ki, A.Vəlixanova yeganə çarəni ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevə maraciət etməkdə görüb. Gununsesi.info həmin müraciəti olduğu kimi təqdim edir: “Hörmətli Prezident! Mənim və iş yoldaşım Çingiz Məmmədovun qanunsuz şəkildə işdən çıxarılmağımız barədə Sizə – Azərbaycan Respublikasının Prezidentinə, I Vitse-prezident Mehriban xanım Əliyevaya və müdafiə naziri Zakir Həsənova dəfələrlə müraciət etmişəm. Nəzərinizə çatdırım ki, mən valideynlərimi vaxtsız itirmişəm, buna baxmayaraq Gəncə tibb məktəbində, daha sonra isə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb, bakalvr və magistr dərəcəsini fərqlənmə ilə bitirmişəm. 2005-ci ildən Müdafiə Nazirliyinin Avtomobil Xidməti Bazasında, Hərbi Daşımalar şöbəsində mühasib vəzifəsində işləmişəm. 06.05.2016-cı ildən Maddi-Texniki Təminat Baş İdarəsi Arxa Cəbhə İdarəsinin Yanacaq Xidmətində mühasib vəzifəsində çalışırdım. 25.02.2017-ci ildən MTT Bİ rəisinin əmrinə əsasən dövlət qulluğuna təsdiqlənməyim üçün təşkil olunan komissiyadan məqbul rəylə keçmişəm. Buna baxmayaraq, 26.12.2016-cı il tarixindən Yanacaq Xidmətində rəis vəzifəsinə işə başlayan polkovnik-leytenant Aslan Hüseynov və Arxa Cəbhə İdarəsinin rəisi polkovnik İlqar Həsənovun heç bir yoxlama aparmadan, sınaq müddətinə keçə bilməməyim barədə tərtib etdikləri saxta sənədlə 15.03.2017-ci il tarixində işdən çıxarılmışam. Qeyd edim ki, MTT Bİ-də elmi dərəcəsi olan yeganə işçi mən idim, işlədiyim müddət ərzində isə heç vaxt töhmət almamışam. Komissiyadan məqbul aldığım sənəd varkən, komissiyanın müsahibəsindən keçə bilməməyim barədə İ.Həsənov saxta sənəd yazaraq məni, barəmdə yazdıqları saxta aktı imzalamadığına görə isə Azərbaycan ordusunda 60 faiz yanacaqçı çatmadığına rəğmən, ali təhsilli yanacaq mühəndisi Məmmədov Çingizi də işdən çıxarıblar. Qeyd edim ki, Yanacaq Xidmətində rəis vəzifəsinə işə başlayan polkovnik-leytenant Aslan Hüseynovun barəsində hərbi hissədən yanacaq oğurlayıb satdığına görə ilk “xidmət” illərindən Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsində 172206008 nömrəli cinayət işi açılıb. Sonra onu yuxarı vəzifəyə – hərbi hissənin komandiri vəzifəsinə keçiriblər. Məlumata görə, o, komandir işlədiyi müddətdə yenə yanacaq oğurlayıb satarkən “osobistlər” tərəfindən yaxalanıb. Lakin haqqında açılan cinayət işlərinə baxmayaraq, onu bu dəfə də daha yuxarı vəzifəyə ̶ Müdafiə Nazirliyi üzrə Yanacaq Xidmətinin rəisi vəzifəsinə təyin ediblər. A.Hüseynov xidmət rəisi olarkən 10 nəfərə qədər tanışını, işə gəlməmək şərti ilə tabeçiliyində olduğu hərbi hissələrin birində işə qəbul etməsi, onların maaşlarını isə özünün almağı barədə məlumatları hər kəs bilir. İşdən qanunsuz şəkildə çıxarılmağımla əlaqədar Səbail Rayon Məhkəməsinə şikayət etmişəm. Lakin məhkəmənin tələbinə baxmayaraq, 10.05.2017-ci ildən etibarən 2 aya yaxındır ki, komissiyadan keçməyim barədə yazdıqları sənədi Müdafiə Nazirliyindən vermirlər. Sənədin verilməməsi səbəbindən məhkəmənin müddəti də artırılıb. Sənədin verilməsi üçün hakim tərəfindən dəfələrlə müraciət olunub və vəkilim tərəfindən məktub göndərilib. Hətta bu məqsədlə özüm dəfələrlə zəng etmişəm, MTT Bİ rəisinə və müdafiə nazirinə teleqram vurmuşam. Bütün bunlara baxmayaraq, sənədimi vermirlər ki, vemirlər. Sənədi təqdim etməmələrinin səbəbi isə onların haqqımda qərəzli qərar çıxarılmasının ortaya qoyulmasıdır. Bu səbəbdən də onun yanına gedib, A.Hüseynovdan məni hansı səbəblə işdən çıxardığını soruşduqda, o istehzayla bildirdi ki, “Xidmətdə mühasib nəyə lazımdır, bilmirəm, çay gətirməyə isə bir nəfər bəsdir”. A.Hüseynovun təfəkkürünə görə, mühasibin vəzifəsi ona çay verməklə xidmət göstərməkdir. Bunun üçün isə çay verən birinin olması yetərlidir. İndi baxın ki, bu adam hansı məntiqlə dövlət malını talamaqda ona dəstək verməyən mühasibi işdən çıxarıb. Cənab Prezident, Sizdən xahiş edirəm ki, Müdafiə Nazirliyindən mənim MTT Bİ rəisi general-mayor Fuad Məmmədovun əmrinə əsasən komissiyyadan müəfvəffəqiyyətlə keçməyim barədə nəticəni göstərən və təsdiqləyən sənədi almağıma kömək edəsiniz. Yeganə ümidim sizsiniz, Cənab Ali Baş Komandan. İnanıram ki, orduda və digər sahələrdə baş verən haqsızlıqların qarşısını aldığınız kimi, bu məsələdə də haqqın öz yerini tutması üçün göstəriş verəcəksiniz”. Qeyd edək ki, sözügedən mövzu ilə bağlı Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı ilə əlaqə saxladıq. O, məsələ ilə əlaqədar araşdırma aparıb tezliklə redaksiyamıza məlumat verəcəyini bildirib. Mövzunu diqqətdə saxlayacağıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26 |
|
|
|
• Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22 |
|
|
|
• “Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10 |
|
|
|
|