Adil Vəliyev buraları unudub... - ŞİKAYƏT
Tarix: 30-05-2017, 12:03 | Çap et
«Evlərin sayı 3 mini ötüb, ancaq hökumət bura nə yol salmaq istəyir, nə də nəqliyyat xətti açmaq fikrindədir. Bəs bu qədər torpaq minlərlə insana niyə satılıb?». Bu sualı «Yeni Balaxanı» adlanan yaşayış massivinin sakinləri səsləndirir.
Köhnə balaxanılıların vaxtilə öz aralarında «fazenda», «bağ Əlisəfa» adlandırdıqları keçmiş əkin sahəsi indi Yeni Balaxanı yaşayış massivinə çevrilib. Köhnə Balaxanının Zabrat istiqamətində olan yüzlərlə hektar sahədə 1988-ci ilədək daha çox taxıl əkilib. Həmin il ərazidə əkin işləri dayandırılıb və torpaq istifadəsiz qalıb. 1990-cı illərin əvvəli isə hissə-hissə satılmağa başlayıb. Beləcə, 90-cı illərdə burada ilk evlər görünüb. İndi sayı 3 mini ötmüş evlərdə, əsasən, Gürcüstandan gəlmiş azərbaycanlılar yaşayır. Ancaq əhalisinin sayı 15 mini ötmüş yaşayış massivinə nə yol çəkilib, nə də nəqliyyat sistemi qurulub.
Əhalinin sosial şikayətləri çoxdur, əsas hissəsini isə yol problemi təşkil edir. Yaşayış massivinin sakini Elvin Hüseynov yolsuzluğun əziyyətindən danışır: «Balaxanının özünə iki marşrut xətti işləyir, biri 216, biri də 105... İkinci marşrut xətti gəlib bizim yaşayış massivinin kənarından – yəni bir hissəsindən dövrə vurub qayıdır. İş orasındadır ki, o avtobus da bizim massivə çatınca yolda sərnişin götürür və dolu olur. Məktəbə, bağçaya, işə gedənlər avtobusun qapısından sallanmalı olurlar. Üstəlik, avtobusun dövrə vurub qayıtdığı ərazidən 4-5 kilometr aralıda yaşayanların əziyyəti ikiqat çoxdur. Çünki avtobusa qədər həmin məsafəni piyada qət etməli olurlar. Təsəvvür edin ki, ərazidə məktəb, uşaq bağçası yoxdur deyə, qışın sazağında, palçıqda səhər sübhdən körpə-körpə balalar 4-5 kilometr yol gedirlər ki, dayanacağa yetişsinlər, sonra da avtobusdan sallana-sallana məktəbə, bağçaya getsinlər».
Sakin Mehman Sadıqov deyir, buralara ilk gələnlərdəndir. Ərazidə əvvəllər tək-tük evlər olub, indi əməlli-başlı yaşayış yeridir. Qışda palçıq dizə qalxır deyə, hərəkət etmək mümkün olmur, yayı isə toz-tozanaq... Onun sözlərinə görə, yaşayış massivinin beş addımlığındakı Balaxanı qəsəbəsində, azı, dörd asfalt zavodu fəaliyyət göstərir. Yolların asfaltlanması üçün bir neçə dəfə kütləvi şəkildə həmin zavodlardan kömək istəyiblər:
«Dedilər, «balaxanılıların öz qəsəbə yollarını asfaltlamağa imkanımız yoxdur». Halbuki, Balaxanıya getsəniz, ağacda yaşıl yarpaq tapmazsız, asfalt zavodlarının tozu ağaclara hopub, yarpaqları da tozdan boz rəngdədir. Balaxanılılar zavodların tozunu ciyərlərinə çəkir, ancaq yolları bərbad gündədir. Fikirləşdik ki, həqiqətən də, neçə illərdir o zavodlardan pul qazanıb varlananlarda insaf olsaydı, elə Balaxanının öz yollarını düzəldərdilər. Necə də olsa, varlanmaq həmin yollardan keçir, asfalt daşıyan yük maşınları o yollardan gedib gəlir. Artıq bu zavodlara ağız açmağın da xeyri olmadığını gördük, yenə də yerli icra hakimiyyətinə müraciət elədik».
Yeni yaşayış massivinin sakinlərinin Sabunçu rayon İcra Hakimiyyətinə müraciətləri cavabsız qalıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26 |
|
|
|
• Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22 |
|
|
|
• “Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10 |
|
|
|
• Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Dünən, 18:09 |
|
|
|
• Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Dünən, 17:56 |
|
|
|
• Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Dünən, 17:55 |
|
|
|
• Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Dünən, 16:22 |
|
|
|
• İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Dünən, 16:18 |
|
|
|
• “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Dünən, 16:13 |
|
|
|
|