“Vüsalənin maşınında oturub pulları sayanda...” - UCUZ İPHONE ALVERÇİLƏRİ GENERALLARLA ÜZ-ÜZƏ
Tarix: 28-04-2017, 12:08 | Çap et
Sabunçu Rayon Məhkəməsinin binasında Bakı Şəhər Hərbi Məhkəməsinin icraatında olan MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, həmin qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Aprelin 27-də keçirilmiş iclas bütünlüklə “Star GSM” mağazasının sahibi, zərərçəkmiş Bəxtiyar Musayevin və mağazanın işçilərinin iddiası üzrə epizoda həsr edildi.
Mağaza sahibi: “Dedim satıcıyam, aradan çıxdım”
Zərərçəkmiş Bəxtiyar Musayev ifadəsində bildirdi ki, 2014-cü ilin noyabr ayının 7-də “28 May” metro stansiyasının yaxınlığında yerləşən və ona məxsus olan “Star GSM” telefon mağazasına bir qrup MTN əməkdaşı daxil olub və işçiləri sıraya düzərək, satış məntəqəsində axtarış aparıblar.
Zərərçəkmişin sözlərinə görə, o, özünü MTN əməkdaşlarına satıcı kimi təqdim edib və mağazanı tərk edərək “aradan çıxıb”. Bəxtiyar Musayev sonradan mağazanın 3 işçisinin MTN-ə aparıldığını deyib. O bildirdi ki, işçilərin MTN-də saxlanıldığı 3 gün ərzində telefonlarını söndürüb və heç kimlə əlaqə saxlamayıb. Yalnız noyabrın 9-da ona MTN işçisi “Skayp” messenceri vasitəsilə zəng edib və 100 min dollar pulun ödənilməsini tələb edib. Zərərçəkmişin ifadəsinə əsasən, pul ödənildikdən sonra işçilər sərbəst buraxılıb.
“Bir var firma telefonu, bir də var bazar malı”
Vəkillərin suallarını cavablandıran Bəxtiyar Musayev qeyd edib ki, hadisə baş verməzdən bir həftə əvvəl mağazaya Vüsalə adlı bir qadın gələrək, “5-10 ədəd” o zaman yenicə satışa çıxmış “iPhone 6” markalı telefon alıb. Bir neçə gündən sonra həmin qadın zəng edərək, daha 100 ədəd telefon almaq istədiyini bildirib.
Bəxtiyar Musayev sözlərinə görə, həmin vaxt “iPhone 6”nın rəsmi alış qiyməti 790-810 manat, satış qiyməti isə 899 manat olub. Lakin onlar əldən həmin telefonu 590-610 manata alaraq, öz müştərilərinə “bazar malı” olaraq, 630 manata satıblar.
Vəkil Adil İsmayılov zərərçəkənə bir neçə sual verdi və Bəxtiyar Musayevin həmin suallara verdiyi cavablardan aydın oldu ki, mağazada mühasibat işi və ümumiyyətlə, rəsmi kargüzarlıq, yumşaq desək, ürəkaçan vəziyyətdə deyil. Mağazanın sahibi işçilərlə əmək müqavilələrinin mövcudluğu, daxil olan vəsaitlərin uçotunun aparılması və vergi ödənişləri ilə bağlı suallara səlis cavab verə bilmədi. “Bizə hər telefondan 20-30 manat pul qalır, onu da mədaxil etsək, heç xərci borcunu ödəmir ki...”, “Vergilərlə partnyorluq müqaviləmiz var idi – hər ay 1000 manat ödəyirdik” kimi absurd cavablar səsləndi.
Vəkil Adil İsmayılovun telefonların bilavasitə mağaza işçiləri tərəfindən qaçaqmalçılıq yolu ilə gətirilib-gətirilməməsi ilə bağlı suala zərərçəkmiş “xeyr, əldən alırıq” cavabını verdi.
Bəxtiyar Musayev “bazar malı” anlayışına aydınlıq gətirərək qeyd etdi: “İndi də belədir, çantalarla mağazaya daxil olub, ucuz qiymətə telefon təklif edirlər. İstəyirsiniz, mənə bir az vaxt verin, gedim bu saat 60-70 ədəd ucuz qiymətə “iPhone” telefonu alım gətirim”.
Zərərçəkmiş Mantaşov: “Sığorta kartı bizdə niyə olsun ki?”
Epizod üzrə ifadə verən digər zərərçəkmiş Gəray Mantaşov “Star GSM” mağazasında satıcı-menecer işlədiyini bildirdi. Onun sözlərinə görə, Vüsalə adlı xanıma telefonları bilavasitə özü satıb.
“Noyabrın 7-də, Vüsalə xanımın istədiyi 100 ədəd telefonu toplaya bilməsək də, 50 ədəd telefonu sata biləcəyimi dedim. Mənə mağazaya gələ bilməyəcəyini söylədi və keçmiş çay fabrikinin yanına gəlməyimi xahiş etdi. Görüşdük və maşında pulu saymağa başladı. Sayıb qurtarandan sonra bir də saydı və mənə də təklif etdi ki, verəcəyi pulun miqdarını kalkulyatorda hesablayım, buna ehtiyac olmadığını bildirdim. Pulu bir də saymağa başlayırdı ki, Turalın maşını və mən oturduğum, Vüsalə xanıma məxsus olan avtomobilə tanımadığım adamların yaxınlaşdığını gördüm.
Özlərini MTN əməkdaşları kimi təqdim etdilər və telefonların yerdə qalanının harada olduğunu soruşdular. Bizi maşınlara əyləşdirdilər və mağazaya getdik. Orada axtarış həyata keçirdilər. Sonra məni, Turalı və Elnuru nazirliyə apardılar”, - zərərçəkmiş deyib.
G.Mantaşovun sözlərinə görə, nazirlikdə onlarla yaxşı davranıblar, hətta hər dəfə yaxınlıqdakı “Sultan” kafesində yemək də veriblər. “3 gün saxladıqdan sonra bizi buraxdılar”, - zərərçəkmiş qeyd etdi.
Gəray Mantaşov onlardan nazirlikdə izahat alındığını dedi və əlavə etdi ki, izahatda onlardan telefonların ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilməsini etiraf etmələrini bildiriblər.
Vəkil Adil İsmayılov zərərçəkmişdən iş yerində rəsmi qeydiyyatda olub-olmamasını soruşdu.
Vəkil: Sizin sığorta kartınız var?
Zərərçəkmiş: O kart məndə niyə olsun ki? Mühasibdə olar yəqin.
İki bacısı MTN-də işləyən zərərçəkmiş
Zərərçəkmiş Tural Qafarov ifadəsində qeyd etdi ki, “Star GSM” mağazasında kompüter və planşet bölməsinə cavabdehdir və telefon satışından anlayışı yoxdur. Onun sözlərinə görə, noyabrın 7-də Əhmədli qəsəbəsində yerləşən mağazalardan birinə 10 ədəd noutbuk aparmaq üçün yola düşəcəkmiş və Gəray Mantaşov ondan çay fabrikinin yanına birlikdə getmələrini xahiş edib.
“Maşında oturmuşdum, Gəray Vüsalə xanımın maşınında idi. Bu vaxt bir nəfər mənə yaxınlaşıb MTN əməkdaşı olduğunu bildirdi və maşının açarları ilə telefonumu verməyimi tələb etdi. Sonradan məni “Audi” markalı maşına oturtdular. Sürücü yerində Natiq Alıyev, sərnişin yerində isə Füzuli Əliyev oturmuşdu. Natiq Alıyev bərk əsəbi idi və mənə bir sillə vurdu. Füzuli Əliyev onu sakitləşdirdi və belə etməməsini istədi. Sonradan mağazaya gəldik”, - Tural Qafarov deyib.
Onun sözlərinə görə, mağazada axtarış aparılıb və onu da digər zərərçəkmişlərlə birlikdə 3 gün MTN-də saxlayıblar.
Vəkil Adil İsmayılovun suallarına cavab verən zərərçəkmiş iki bacısının həmin vaxt MTN-də işlədiyini qeyd edib. Onun sözlərinə görə, atasının ürəyi xəstə olduğundan, Füzuli Əliyevdən noyabrın 8-də onu evə buraxmalarını xahiş edib, polkovnik buna etiraz etməyib. Ertəsi gün səhər saat 9-da isə zərərçəkmiş yenidən MTN-ə gəlib.
“Noyabrın 9-da bizə bildirdilər ki, “cındır müdiriniz prokurorluğa şikayət edib”. Məndən Baş Prokurorluğun “qaynar xətt”inə zəng etməyimi, özümü təqdim edərək, MTN-də olmadığımızı deməyimi istədilər, mən də zəng edərək, belə bildirdim”, - zərərçəkən deyib.
Şahid: “Füzuli Əliyev mənə telefonunu təmir etdirdi”
Epizod üzrə üç şahid ifadəsi dinlənildi. Şahid qismində ifadə verən “Star GSM” mağazasında nömrə satışı ilə məşğul olmuş Günay Məmmədova qeyd etdi ki, hadisə baş verən gün işdə olmayıb. “Mənə zəng edib dedilər ki, 3-4 gün iş olmayacaq. Həmin vaxt mənə “Nar Mobile”dan iş təklifi olmuşdu, mən də iş yerimi dəyişdim və bir də o mağazaya işə çıxmadım”, - G.Məmmədova deyib.
Şahid İdris Mustafayev “Star GSM”də telefon təmiri ilə məşğul olduğunu bildirib. “Həmin gün telefon düzəldirdim, içəriyə MTN əməkdaşları daxil oldular. Füzuli Əliyev mənə yaxınlaşıb dedi ki, telefonumun işığı sönmür, düzəldə bilərsən? Sonradan 3 nəfər işçini MTN-ə apardılar, mənə toxunmadılar”, - İ.Mustafayev bildirib. “Yəqin telefonunu düzəltmisən, ona görə”, - vəkillərdən biri zarafat etdi.
Şahid Rüfət Aydəmirov mağazaya ara-sıra gəlib getdiyini və lazım olan təmir-tikinti işlərini yerinə yetirdiyini bildirib. Onun sözlərinə görə, hadisə baş verən zaman mağazada olmayıb və baş verənləri sonradan öyrənib.
“80 min dollar və 20 min manatı gətirib qoydum seyfə”
Epizod üzrə daha bir zərərçəkmiş Elnur Abbasov “Star GSM” mağazasında kassir işlədiyini deyib. Onun sözlərinə görə, noyabrın 7-də mağazada axtarış aparılan zaman seyfdə və kassada olan pulların götürülməsi ona tapşırılıb.
Seyfdən 80 min dollar və 20 min manat, kassadan isə 2 min manata yaxın vəsaiti götürərək, MTN-ə aparıldığını deyən Elnur Abbasov noyabrın 9-da götürülən pulları geri qaytardığını və seyfə yerləşdirdiyini bildirib.
Vəkil Adil İsmayılov zərərçəkmişdən ucuz qiymətə satılan telefonların necə və hansı yollarla əldə edildiyini soruşub. “Rəsmi dilerdə telefon 810 manata satılırdı və biz onu 899 manatdan ucuz sata bilməzdik, cərimə edərdilər. Amma elə adamlar var idi ki, onlar kreditə telefonu götürür və bizə onu daha ucuz qiymətə verirdilər. Həmin telefonları ucuz sata bilirdik”, - zərərçəkmiş bildirib.
Pul niyə geri qaytarıldı və ifadələrdəki uyğunsuzluqlar
Proses başlayandan zərərçəkmişlərin çıxışlarındakı uyğunsuzluqlar bəzən əndazəni aşsa da, bugünkü epizod bu baxımdan çox nümunəvidir. Belə ki, mağaza sahibi, zərərçəkmiş Bəxtiyar Musayev ifadə verərkən təqsirləndirilənlər, vəkillər və məhkəmə zalında əyləşmiş şəxslər gülüşlərini gizlədə bilmirdilər. İş adamının söylədiklərində xeyli uyğunsuzluq var idi.
Bəxtiyar Musayev qeyd etdi ki, axtarış vaxtı seyfdən və kassadan ümumilikdə 80 min dollar və 22 min manat pul götürülüb və 2 gündən sonra geri qaytarılıb. Lakin, demək olar ki, elə həmin gün MTN əməkdaşları ondan 100 min dollar gətirilməsini tələb ediblər və yalnız bundan sonra mağazanın 3 əməkdaşı nazirlikdən sərbəst buraxılıb.
Vəkillər məntiqi sual verdilər: “Pul istəyirdilərsə, təxminən elə həmin məbləğdə pulu niyə geri qaytarırdılar?”
Zərərçəkmiş B.Musayev əməkdaşlarını mağazada qoyub qaçdıqdan sonra 3-4 gün telefonunu söndürdüyünü və heç kimə zəng etmədiyini bildirib. Lakin bundan 3-4 dəqiqə sonra ifadəsində qeyd edib ki, Ərəstun adlı vəkilə zəng edib və bir neçə dəfə telefonla danışdıqdan sonra onunla birlikdə Baş Prokurorluğa şikayət edib. Eyni zamanda, o, telefondakı “Skayp” messenceri vasitəsilə MTN əməkdaşı ilə ünsiyyətdə olduğunu da əlavə edib.
“Star GSM” mağazasındakı əməliyyat hansı səbəbdən keçirilib?
Təqsirləndirilənlər məsələ ilə bağlı növbəti iclasda ifadə verəcəklər, lakin bu gün onların zərərçəkmişlərə ünvanladıqları suallardan və yerdən replikalarından aydın olur ki, söhbət xeyli sayda mobil telefonun ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilməsindən, heç bir qeydiyyata alınmadan müştərilərə satılmasından gedir. Təqsirləndirilənlər bu barədə öz ifadələrində geniş məlumat verəcəklərini bildirdilər.
Füzuli Əliyevin “gümüşü” tapançası
Bu gün ifadə vermiş bütün zərərçəkmişlər bir adam kimi axtarış vaxtı təqsirləndirilən Füzuli Əliyevin özünə məxsus olan “gümüşü rəngli” tapançasını nümayiş etdirdiyini və bu yolla təzyiq göstərdiyini qeyd ediblər.
Xatırladaq ki, ilk dəfə prosesdə F.Əliyevin “qeyri-adi rəng”ə məxsus tapançası barədə qızıl-brilyant məmulatlarının satışı ilə məşğul olan zərərçəkmişlər bildirmişdilər. Təqsirləndirilən polkovnik əməliyyatlara gedərkən tabel silahını özü ilə götürmədiyini və bu ifadələrin onu quldurluqda ittiham etmək üçün qeyd olunduğunu bildirib.
Prosesə sədrlik edən hakim Həbib Həsənov növbəti məhkəmə iclasının çərşənbə axşamı, mayın 2-də keçiriləcəyini elan edib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26 |
|
|
|
• Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22 |
|
|
|
• “Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10 |
|
|
|
• Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Dünən, 18:09 |
|
|
|
• Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Dünən, 17:56 |
|
|
|
• Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Dünən, 17:55 |
|
|
|
• Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Dünən, 16:22 |
|
|
|
• İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Dünən, 16:18 |
|
|
|
• “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Dünən, 16:13 |
|
|
|
|