"Balakhani Operating Company LTD" UĞRUNDA SAVAŞ BAŞLAYIB? .....                     Aktrisa 20 yanvarda ölən oğlundan danışdı: .....                     Vardanyandan Nelson Mandela “düzəltmək” istəyirlər .....                     AMEA-nın təhlükə saçan `ÖLMƏZ KAŞŞEY`i... .....                     Bakıda “Əsrin məhkəməsi” başladı: Düşmənə “fakt” verməyin! .....                     Bakıya qarşı Zəngəzur təxribatı: Erməniləri təşvişə salan xəbər yayıldı .....                     Saatlıda narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən iki nəfər həbs edilib .....                     Rauf Alməmmədovdan Prezidentə ŞİKAYƏT OLUNDU .....                     Naxçıvanda türkiyəlilərə `QARDAŞ` XİDMƏTİ? .....                     Seçkilərdə müşahidəçi olmaq istəyənlər üçün son gün .....                     Əgər Bakı, Tiflis, İrəvan birgə hərəkət etməsə... .....                     Prosesin uzanması Ermənistan üçün itkidir .....                     Avtobuslarda şagirdlər üçün güzəşt tətbiq oluna bilər... .....                     ABŞ - Ermənistan sazişinin ömrü uzun çəkməz .....                     Əyalət mollasının KÖLƏ TƏFƏKKÜRÜ .....                     Kəngərlinin icra başçısının QIŞ TƏDARÜKÜ .....                     İkinci mərhələ başladı: 3 kəndimiz geri qaytarılır! .....                     AZƏRİQAZ-dan Qaziyə 1600 manatlıq CƏZA: '80 manat veteran pulu alıram...' .....                     Yaradanquliyevanın dövlətə borcu var imiş... .....                     "Telefonlar dərs zamanı qadağan olunsa da..." .....                     Azərbaycanın “məcburetmə əməliyyatı” .....                     Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir .....                     Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? .....                     “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” .....                     Yeni virus öldürücüdür? .....                     ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? .....                     İxtisarlarla bağlı məlumat doğru deyil .....                     Araik Harutyunyan məhkəmədə üzr istədi .....                     "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" .....                     Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir .....                     Şadlıq sarayında Renkaya qarşı kobudluq .....                     Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib .....                     İran Ermənistanı belə cəzalandıracaq .....                     "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, .....                     Paşinyan dalana dirəndi: .....                     Prosesin uzanması Ermənistan üçün itkidir .....                     Erməni deputatdan sərsəm iddialar .....                     "Bu savaş tezliklə bitməyəcək" .....                     Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi .....                     “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” .....                 

“Bir aylıq əməkhaqqımızı kəsməklə, dövlət büdcəsi dolacaq?!” - Cabbarovun gedişləri narazılıq yaradır...
Tarix: 25-08-2016, 12:00 | Çap et
“Bir aylıq əməkhaqqımızı kəsməklə, dövlət büdcəsi dolacaq?!”
Yaşı 65-ə çatmış müəllimlərin qanunvericiliyə uyğun olaraq fəaliyyətini davam etdirib-etdirməməsi təhsil nazirinin müvafiq əmrilə tənzimlənir. Təhsil Nazirliyindən verilən məlumata görə, həmin əmrə uyğun olaraq, hazırda ümumtəhsil məktəblərində yaşı 65-i keçmiş 3200 müəllimlə əmək müqaviləsi bağlanıb.Əmək Məcəlləsinə edilən dəyişikliklərə görə, Azərbaycanda dövlət büdcəsindən maliyyələşən idarələrdə çalışan şəxslər üçün yaş senzi 65 yaş həddində müəyyənləşdirilib. 65 yaşına çatmış dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Bu müddətin 5 ildən çox uzadılmasına yol verilmir.

Əməkdar müəllim: “Müəllimin 1 aylıq haqqını kəsmək, ədalətsizlikdir”

Yaşı 65-i keçən orta məktəb müəlliminin Hurriyyet.org-a verdiyi xəbərə görə, müəllimlərin yaş senzilə əlaqədar tətbiq edilən qaydalarda bu il yenilik edilib. Belə ki, hər il yaşı 65-i keçən müəllimlərlə əmək müqaviləsinə dərs ilinin sonunda, iyunun 15-də xitam verilirdisə, bu il avqustun 15-dən xitam veriləcək. Bu dəyişiklik yaşı 65-i keçən müəllimlərin ciddi narazılığından sonra tətbiq olunmağa başlanıb. Amma əməkdar müəllim hesab edir ki, tətbiq edilən bu qaydada da çatışmazlıq var: “İndiyədək ilboyu işləyən, yaşı 65-dən yuxarı olan müəllimi məzuniyyətsiz işdən çıxarırdılar. Müəllimlər bundan çox narazı idi. Bu ildən başlayaraq, həmin müəllimlər məzuniyyəthaqqı aldıqdan sonra onlarla əmək müqaviləsinə xitam verilir. Ancaq burada da müəllimin hüququ tam bərqərar olunmur. Əgər məktəb rəhbərliyi yaşı 65-i keçən müəllimlə növbəti dəfə işləmək üçün əmək müqaviləsi bağlayacaqsa, əmrlə o müəllim işinə bərpa olunacaqsa, onun 1 aylıq əməkhaqqı niyə kəsilməlidir? Bu müəllim, sentyabrın 15-dən hazırlıqsız necə dərsə gələ bilər? İbtidai sinif müəllimləri həm də sinif rəhbəridir. Sinif rəhbərləri dərsə xüsusi hazırlaşmalıdır. Müəllim dərs proqramı hazırlamalıdır, müəyyən əyani vəsaitlərin alınması üçün pul xərcləməlidir. Bu vəsaitləri hansı pulla almalıdır? Nazirin qərarı var ki, avqust ayından dərsliklər siniflər üzrə bölünməlidir. Müəllim birbaşa sentyabrın 15-dən gəlib, bütün bu işləri, necə çatdıra bilər? Axı yaşı 65-i keçən müəllimin 1 aylıq əməkhaqqını kəsmək, dövlət büdcəsinə nə gəlir gətirə bilər ki, onun haqqını kəsirlər? Həm yüksək dairələrdən belə fikirlər səsləndirlir ki, müəllimlərin əməkhaqqı artırılmalıdır, həm də onun haqqı kəsilir. Bu, ədalətsizlikdir.”
Məsələ ilə əlaqədar Təhsil Nazirliyinin İctimaiyyətlə iş sektorunun müdiri Cəsarət Valehovun mobil telefonu söndürüldüyündən, əlaqə cəhdimiz baş tutmadı.

Direktor: “Kollektiv müqavilənin şərtində qanun pozuntusu yoxdur”

Məktəb direktoru Şəmsi Qoca isə hesab edir ki, tətbiq olunan yenilik, əksinə ədalətlidir. Çünki indiyədək bəlli yaş həddini keçən müəllimlərlə əmək müqaviləsinə xitam dərs ilinin sonunda verilirdisə, indi bu müddət 2 ay uzadılıb: “Əmək Məcələsinin 70-ci maddəsinin e bəndinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə - 65 yaşa çatdıqda, onunla bağlanan əmək müqaviləsi ləğv olunur. Əgər zəruri ehtiyac varsa, fiziki baxımdan sağlamlığı imkan verirsə, işgötürən onunla bir il müddətinə əmək müqaviləsi bağlaya bilir. 5 dəfə bu müqavilənin müddətinin uzadılmasına yol verilməsi mümkündür. Əgər məktəbdə sıxlıqdırsa, dərs saatları azdırsa, o müəllimin sağlamlığı imkan vermirsə, onu məktəbdə saxlamağa nə ehtiyac var, o, pensiyaya göndərilir. Dərs ilinin ortasında müəllimin 65 yaşı tamam olunubsa, müəllimlə müddətli əmək müqaviləsi bağlanır. Çünki dərs ilinin ortasında müəllimi pensiyaya göndərmək məktəbə sərf etmir. Ona görə də təhsil işçiləri, Təhsil Nazirliyi və Həmkarlar İttifaqı arasında kollektiv müqavilə var. Həmin müqavilənin şərtinə görə, yaşı 65-i keçən müəllimlərlə bağlanan əmək müqaviləsi iyunun 15-də başa çatsa da, müqaviləyə xitam verilməsi məzuniyyətdən sonraya, avqustun 15-ə təxirə salınır. Bu, əslində ədalətlidir. Həmkarlar İttifaqı məsələyə müdaxilə etdi ki, əvvəl həmin müəllimləri məzuniyyətə buraxın, sonra xitam verin. Biz də kollektiv müqavilənin şərtinə uyğun olaraq müqaviləyə avqustun 15-dən veririk. Burda heç bir qanun pozuntusu yoxdur”.
Rəhbərlik etdiyi məktəbdə yaş senzilə əlaqədar müqavilə ilə çalışan 4 müəllimin olduğunu deyən direktorun sözlərinə görə, onlardan 2-sinin saxlanması, 2-nin isə pensiyaya göndərilməsi nəzərdə tutulub: “O müəllimlərdən hansıyla işləmək zəruridirsə, onlarla da əmək müqaviləsi bağlanacaq, 1 il işləyəcəklər. Bu şərtlə ki, o müəllimlərə ehtiyac olsun. Bizim məktəbdə 109 müəllim var, 4-ünün yaşı 65 yaşdan yuxarıdır. Əslində məktəbdə ümumi işçilərin sayının 2 faizindən artıq müəllim saxlana bilməz. Ona görə də 2-si getməlidir. Eyni zamanda müəllimlərin işə qəbulu müsabiəqsinə də bu boş yerləri çıxarmışıq. Yeni müəllim gəlməsə belə, o müəllimlərdən 2-si mütləq gedəcək”.
Təhsil eksperti Nadir İsrafiolovun fikrincə, yaş senzilə əlaqədar müəllimlərin əmək fəaliyyətində konkret mexanizm olmadığına görə, bu məsələ daim tərəflər arasında mübahisə predmetinə çevrilir:
“Misir Mərdanovun rəhbərliyi dövründən, müəllimlərin yaş senzi məsələsi ortalığa atıldı. O vaxt bir xeyli müəllim yaş senzinə görə işsiz qaldı. Bəziləri məhkəməyə müraciət etdi, bərpa olundu. Bəzi müəllimlər haqqında ədsalətsizlik edildi, 67 yaşlı müəllimi saxlayıb, 65 yaşlını çıxardılar və sair. Onlardan bəziləri məhkəmə yolu ilə öz haqlarını bərpa etdilər, mətbuat da bu məsləni çox ictimailəşdirdi. Müxtəlif qərarlar verildi. , Sovet dövründə bu məsələlərin konkret mexanizm vardı. Vaxtilə bu məsələ konkret olaraq Əmək Məcəlləsilə tənzimlənirdi, sonra müxtəlif qərar və sərəncamlarla tənzimlənməyə başlandı. Sonra belə bir qərar da qəbul etdilər ki, pensiya məsələsində müəllimin kollektivdə nüfuzuna görə baxsınlar və sair. Onlarla əlavə 1-2 il əlavə müqaviə bağlasınlar. Amma bu məsələ konkret qanunvericilklə həll olunmayıb. Elə region var ki, orda 67, 68, 69 yaşlı müəllim də var. Elə yer də var ki, 65 yaşı tamam olan kimi çıxarırlar. İndi bu məsələləri əmək müqaviləsilə həll edirlər, amma eyni zamanda əmək məcəlləsi də öz qüvvəsində qalır. Direktora necə sərf edir, o qaydanı da tətbiq edir. Ona görə də yaşlı müəllimləri asılı vəziyyətə salıblar. Halbuki təhsilimizin ən ağır yükü o müəllimlərin çiynindədir. Təhsilimizdə qazanılan az-çox uğur o müəllimlərin iş təcrübəsinin bəhrəsidir. Əgər hər hansı bir müəllimə bir ay müddətinə xəbərdarlıq elan olunursa, o, işdən çıxarıla bilər, bunun o müəllimə ödənişi, kompensasiyası verilməlidir. Konkret mexanizm yoxdur deyə, bu məsələdə bu gün də özbaşınalıq var”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Balakhani Operating Company LTD" UĞRUNDA SAVAŞ BAŞLAYIB? - Keçmiş prezident məhkəməyə üz tutub...
Bu gün, 09:48
Aktrisa 20 yanvarda ölən oğlundan danışdı: - “Güllə ürəyindən dəymişdi...”
Bu gün, 09:43
Vardanyandan Nelson Mandela “düzəltmək” istəyirlər - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:41
AMEA-nın təhlükə saçan `ÖLMƏZ KAŞŞEY`i... - "Nə qədər vəzifələrini alsalar da, qurtarmır..."
Bu gün, 09:39
Bakıda “Əsrin məhkəməsi” başladı: Düşmənə “fakt” verməyin! - ÇAĞIRIŞ
Bu gün, 09:34
Bakıya qarşı Zəngəzur təxribatı: Erməniləri təşvişə salan xəbər yayıldı - NƏ BAŞ VERİR?
Bu gün, 09:32
Saatlıda narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən iki nəfər həbs edilib
Bu gün, 09:27
Rauf Alməmmədovdan Prezidentə ŞİKAYƏT OLUNDU - "Siyəzənnfet"i LƏĞV ETMƏK İSTƏYİR?
Bu gün, 09:26
Naxçıvanda türkiyəlilərə `QARDAŞ` XİDMƏTİ? - AXI NİYƏ?..
Bu gün, 09:17
Seçkilərdə müşahidəçi olmaq istəyənlər üçün son gün - DİQQƏT
Bu gün, 09:01
Əgər Bakı, Tiflis, İrəvan birgə hərəkət etməsə... - ŞƏRH
Bu gün, 08:59
Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44
Avtobuslarda şagirdlər üçün güzəşt tətbiq oluna bilər... - AKTUAL
Bu gün, 08:42
ABŞ - Ermənistan sazişinin ömrü uzun çəkməz - GÖZLƏNTİ
Bu gün, 08:41
Əyalət mollasının KÖLƏ TƏFƏKKÜRÜ - VİDEO-ARAŞDIRMA
Bu gün, 08:35
Kəngərlinin icra başçısının QIŞ TƏDARÜKÜ - BU NƏDİ BELƏ?
Bu gün, 08:19
İkinci mərhələ başladı: 3 kəndimiz geri qaytarılır! - BUNDAN SONRA...
Bu gün, 07:12
AZƏRİQAZ-dan Qaziyə 1600 manatlıq CƏZA: '80 manat veteran pulu alıram...' - NECƏ ÖDƏSİN?
Bu gün, 06:44
Yaradanquliyevanın dövlətə borcu var imiş... - FOTO
Bu gün, 06:28
"Telefonlar dərs zamanı qadağan olunsa da..."
Bu gün, 06:24
Azərbaycanın “məcburetmə əməliyyatı” – Ermənistan geri çəkildi
Bu gün, 06:21
Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07
Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03
“Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00
Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42
ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38
İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14
Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12
"Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45
Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43
Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36
Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30
İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16
"Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02
Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00
Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58
Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09
"Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07
Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04
“Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54
İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52
Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49
Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44
Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39
ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36
Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34
Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32
"Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18
İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09
Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru