İbrahimovlara referendumdan sonra birdəfəlik əlvida deyilir - İLGİNC İDDİALAR
Tarix: 25-08-2016, 11:26 | Çap et
İbrahimov qardaşları hakimiyyət üçün əməlli-başlı başağrısına çevrilib. Diaspora üzrə dövlət komitəsinin sədri Nazim İbrahimov, “Avesta” konsernin prezidenti Hacı İbrahim İbrahimov (Nehrəmli) və iş adamı Sahil İbrahimovun adı hər zaman fırıldaqçılıqda, dövlət vəsaitlərinin mənimsənilməsində, edit xəyanətində hallanıb. Bir müddət qabaq gündəmdə olan İbrahimovlar indi hücrəsinə çəkilərək susmağa üstünlük verir. Çünki onların həbs təhlükəsi belə qüvvədə idi.
Qardaşlar etimadı itirib
“Gündəm-xəbər”in araşdırması zamanı məlum olub ki, İbrahimovlar MTN əməliyyatı və bank sektorundakı maliyyə xəyanətindən sonra mövqeləri sarsılıb. İqtidarda dayaqlarını və nüfuzunu itirən qardaşlar ölkə rəhbərliyinin gözündən düşüb. İddialara görə, Hacı İbrahimin bir neçə dəfə istintaq tərəfindən dindirilməsi və kredit oyunlarında iştirakının üzə çıxması, sahibkar qardaşı Sahil İbrahimovun tikinti şirkətində dələduzluq hallarının ifşa edilməsi və ən əsası qardaşlardan dövlət vəzifəsi daşıyan Nazim İbrahimovun rəhbəri olduğu komitədə yuyulan pulların araşdırılması bütövlükdə bu ailə barəsində fikir formalaşdırıb: onlar iqtidarı aldadırlar, prezidentə xəyanət edirlər. “Gündəm-xəbər”ə daxil olan məlumata görə, qardaşlar arasındakı münasibətlər də sıcaq deyil. Onların birgə fəaliyyətinə və yaxud bir-birinin ünvanına mətbuatda müsbət çıxışına rast gəlinməyib. Bu da İbrahimovların bir yumruq kimi olmadığını təsdiqləyir. Elə Hacı İbrahim də müsahibələrinin birində komitə sədri olan qardaşı haqda bir o dərəcədə ürəklə danışmamışdı.
Balaca İbrahimovların zadəgan həyatı
Mənbənin qeydlərinə görə, hakimiyyətin sevmədiyi adamlara çevrilən İbrahimovların biznesini və vəzifəsini itirməsi hər zaman aktualdır. Sadəcə, onlar mümkün təhlükədən qorunmaq naminə hələlik susmağı seçib. Məlumatda bildirilir ki, komitə sədri Nazim İbrahimovun oğlu və qızı bir müddət öncə dəbdəbəli həyat tərzi ilə bağlı faktlar gündəmi zəbt etmişdi. İndi isə Nazim İbrahimovun qızı dəbdəbəli həyat tərzini reklam edir.
Ekspertlərin hesablamalarına görə, komitə sədrinin qızının nümayiş etdirdiyi paltarlar və çantaların hamısı brenddir və çox bahalıdır. Hesablamalara görə, komitə sədrinin övladının qarderobunda aşağı yuxarı yüz minlik əşyalar var. Təbii ki, 1750 manat əmək haqqı alan bir məmurun övladlarının bu cür yaşam tərzi bir çox suallar yaradır. Beləliklə aydın oldu ki, Nazim İbrahimov komitə sədri olksa da köhnə vərdişindən , biznesmenliyindən əl çəkə bilməyibmiş. Elə buna görə də Azərbaycana siyasi və mədəni sahədə yardımçı olmalı, erməni diasporalarına qarşı savaş aparmalı olan təşkilatlar bir neçə ilin ərzində ictimai-siyasi təşkilat rolundan imtina edərək Nazim İbrahimovun qeyri-leqal yaratdığı şirkətlərin filialları rolunda iştirak etdilər.
Fond çalışır, İbrahimov biznes qurur
Elə buna görə prezident İlham Əliyev dünya azərbaycanlılarının son qurultayında dövlət komitəsinin fəaliyyətindən narazılığını bildirdi. Azərbaycanın xarici siyasətində prioritet mövzulardan birincisi Xocalı soyqırımını dünyaya tanıtmaqdır. Bununla bağlı konkret addımlar atan, beynəlxalq müstəvidə görüşlər təşkil edən əsas iş Heydər Əliyev Fondunun üzərindədir. Məhz fondun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası təşkil edildi. Qısa zaman ərzində məhz Heydər Əliyev Fondunun əziyyətindən sonra bir sıra dövlətlər Xocalı soyqırımını tanıdılar və hazırda bu proses davam edir. Bəs Nazim İbrahimovun rəhbəri olduğu komitə nə işlər gördü? Heydər Əliyev Fondu dünyaya Xocalı soyqırımını tanıtdığı zamanlarda Nazim İbrahimovun formalaşdırdığı “diaspora təşkilatları” əsasən Rusiya və Şərqi Avropada yeni biznes şəbəkəsi yaradırdı. Sirr deyil ki, bu gün Şərqi Avropada və Rusiyada meyvə-tərəvəz bazarında Nazim İbrahimovun yaratdığı “diaspora təşkilat”ları ciddi paya sahibdirlər. Çünki dövlətin vəsaiti hesabına dispora işlərini tənzimləməli olan Nazim İbrahimov sadəcə olaraq biznes şəbəkəsi yaratmaqla məşğuldur. komitə sədri Avropada əsasən otel biznesi ilə məşğul olmağa başlayıb.
Londonda əmlak, Ukraynada metal bazarı
Londonda daşınmaz əmlak biznesinə də əl uzadan Nazim İbrahimov bu fəaliyyətini ustalıqla gizlədə bilir. Belə ki, ildə bir neçə dəfə hansısa Avropa ölkələrində konsertlər təşkil etməklə Nazim İbrahimov gözdənpərdə asmaqla missiyasını başa çatdırır. Bu da dövlət büdcəsindən milyonların çırpışdırılması, ölkə pullarının havaya sovrulması, şəxsi ciblərə axması anlamına gəlir. Azərbaycan naminə ayrılan vəsaitlər kimlərinsə varlanmasına, şəxsi biznesini inkişaf etdirməsinə xidmət edir. Amma onun biznes əhatəsi təkcə əmlakla məhdudlaşmır. İbrahimov qardaşlarının Ukrayna ilə kifayət qədər fəal biznes əlaqələri olub (Donbasda gedən qanlı müharibədən və bölgənin Ukraynadan faktiki ayrılmasından sonra bu biznes əlaqələrinin nə yerdə olduğu barədə məlumatlar yoxdur). Qardaşlar Ukraynadan metal armaturlar, çəkməcələr və s. tikinti materiallarının Azərbaycana idxalı ilə məşğul idilər. Bu biznesdə onların ukraynalı tərəfdaşı indiki Donetsk qubernatoru (Kiyevdən təyin olunan) Sergey Tarutadır. Daha doğrusu, İbrahimov qardaşlarına Azərbaycana idxal etmək üçün malı Tarutanın zavodları verirdi. Bu biznes əlaqələrinin yaranmasında və möhkəmlənməsində Tarutanın dostu “Oleq Bakinski”nin də rolu və əməyi var.
Tapşırıqlar icra olunmur
Xatırladaq ki, N.İbrahimov 1991-1997-ci illərdə əsasən Ukraynada bizneslə məşğul olub, 1997-ci ildən etibarə Azərbaycanın Ukraynadakı (eyni vaxtda Belarus, Moldova, Polşada) səfiri olub, Ukrayna Azərbaycanlıları Konqresinin yaranması da onun adıyla bağlıdır. N.İbrahimovun Ukraynada işlədiyi və bizneslə məşğul olduğu dövrlərdən “Oleq Bakinski” ilə yaxşı əlaqələri formalaşıb və nəticədə keçmiş şamaxılı idmançı UAK-ın rəhbərlərindən birinə çevrilib. Bəzi məlumatlara görə, “Bakinski” İbrahimovun və qardaşı Tağı İbrahimovun Ukraynadakı biznesinə “krışalıq” edib. Yəni indiki diaspor nazirinin “Bakinski” ilə əlaqələri hələ 90-cı illərin əvvəllərinə təsadüf edir. Bütün bu detallar da üst-üstə toplanaraq ciddi narazılıq yaradıb. Hakimiyyətin diasporlarla işləmək və Azərbaycanın təbliğatına yönəlik tapşırıqları yerinə yetirilmir. Prezidentin etimad göstərdiyi komitə sədri ümidləri yerə vurur.
Restoranlar, villalar, şirkətlər...
Etibarlı mənbənin sözlərinə görə, sədrin qardaşı Tağı İbrahimovun oğlu Elşən İbrahimov bir müddət bundan əvvəl Türkiyənin ən məşhur küçələrindən birində yeni restoranın açılışını edib. Nazim İbrahimovun Türkiyədəki biznesini qardaşı oğlu Elşən İbrahimovun idarə etdiyi deyilir. Komitə sədrinin qardaş ölkədə bir neçə villası, yaxtası və geyim dükanları var. Halbuki belə şəraitdə mənfur düşmənimiz olan ermənilərin xaricdəki diaspor təşkilatları ən yaxşı formada təmin olunublar. Azərbaycan hər sahədə Ermənistanı qabaqlayır. Bu sahədə də düşməndən öndə olmalıyıq. Nazim İbrahimov və qardaşları hazırda ölkənin tikinti sektorunun əsas simalarından hesab olunduqlarından komitə sədri daha çox biznes fəaliyyətinə diqqət ayırır. Onun məmur olaraq qardaşları ilə birlikdə paytaxtın bəzi yerlərində hündürmərtəbəli binaların, komplekslərin və digər qurğuların tikintisi ilə məşğul olması biznes əlaqələrindən xəbər verir. İbrahimovlar Bakıda onlarla göydələn tikib istifadəyə veriblər. Komitə sədrinin bu sahədəki işlərini milyarder qardaşı Hacı İbrahim Nehrəmli aparır. Hacı İbrahim ölkənin ən iri biznes qurumlarından olan «Avesta» konserninə rəhbərlik edir. Konsernin tərkibinə çoxlu sayda tikinti şirkətləri, ticarət və xidmət müəssisələri daxildir. «Günel LTD» MMC, «Həsən -96» MTK, «Həsən-96» MMC, «İlkan»MMC, «Azər-Ross» MMC, »Hüseyn -94» kiçik müəssisələri buna əyani misaldır. «SHİG İNVESTMENT LTD» Naxçıvanın Ordubad rayonunun Ağdərə və Paraqaçay mədən yataqlarında mineralların kəşfiyyatı, istismarı, ixracatı və satışı, kommersiya fəaliyyəti, təmir-tikinti işlərinin aparılması işləri ilə məşğuldur.
Referendumdan sonra nə olacaq?
Əldə etdiyimiz xəbərlərdə bildirilir ki, İbrahimov və qardaşları böyük torpaq sahələri götürərək istirahət mərkəzləri və villalar inşa etdirirlər. Bayıl yamacındakı çoxsaylı villalar məhz Nazim İbrahimov tərəfindən tikilib satılıb. Hakimiyyətin qəzəbinə tuş gələn və MTN əməliyyatından sonra əməlləri üzə çıxan qardaşların bundan sonrakı fəaliyyətində işıqucu görünmür. Hətta referendumdan sonra daha böyük hadisələrin baş verəcəyi istisna edilmir. İbrahimovlar isə oktyabrdan bəri susqun mövqedə dayanıb. Xüsusilə, komitə sədri qardaşlar içərisində ən narahat və təşviş içində olanıdır. N.İbrahimovun vəzifədən getməsi biznesinin də çöküşü və qardaşlarının müflisləşməsi ilə nəticələnə bilər. Mövzunu diqqətdə saxlayacağıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Bu gün, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Bu gün, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Bu gün, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Bu gün, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Bu gün, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Bu gün, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Bu gün, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Bu gün, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Bu gün, 20:26 |
|
|
|
• Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Bu gün, 20:22 |
|
|
|
• “Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Bu gün, 18:10 |
|
|
|
• Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Bu gün, 18:09 |
|
|
|
• Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Bu gün, 17:56 |
|
|
|
• Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Bu gün, 17:55 |
|
|
|
• Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Bu gün, 16:22 |
|
|
|
• İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Bu gün, 16:18 |
|
|
|
• “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Bu gün, 16:13 |
|
|
|
• Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı - “Sputnik Ermənistan”
Bu gün, 15:29 |
|
|
|
• Bu gedişlə... BAĞLANACAQ! - DETALLAR
Bu gün, 15:24 |
|
|
|
• Türkiyədə 1 günə 100 kişi ilə yatmaq istəyən "Onlyfans" ulduzu tutuldu - VİDEO
Bu gün, 15:20 |
|
|
|
• Paşinyan qorxu içindədir: - öldürələcəyi və zəhərləndiriləcəyindən...
Bu gün, 15:11 |
|
|
|
• "Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir" - deputat
Bu gün, 15:06 |
|
|
|
• Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib - TƏFƏRRÜAT
Bu gün, 15:00 |
|
|
|
• "Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq" - AÇIQLAMA
Bu gün, 14:20 |
|
|
|
• Yeni “kütləvi qırğın silahı” – MASK
Bu gün, 14:00 |
|
|
|
• Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib - FAKT BUDUR!
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU - FOTO
Bu gün, 13:12 |
|
|
|
• “ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” -“İrana birbaşa quru dəhlizi açmalıyıq”
Bu gün, 12:42 |
|
|
|
• Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? - AKTUAL
Bu gün, 12:28 |
|
|
|
• Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… - GƏLİŞMƏ
Bu gün, 12:22 |
|
|
|
• "Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" - ETİRAZ VAR...
Bu gün, 12:20 |
|
|
|
• Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 12:13 |
|
|
|
• Rusiyanın bəzi hakimiyyət dairələri qəza ilə bağlı informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:05 |
|
|
|
• Sabirabadda seçki BAZARLIĞI... - İcra başçısının adından ALVER GEDİR...
Bu gün, 12:03 |
|
|
|
• QHT sədri qəza törətdi, ölən var - TƏFƏRRÜAT
Bu gün, 11:55 |
|
|
|
• İnsanın tərk etdiklərini... ANA TƏBİƏT BAĞRINA BASIR... - FOTOSESSİYA
Bu gün, 11:33 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ: - İrəvanın məqsədi BƏLLİ OLDU!
Bu gün, 11:25 |
|
|
|
• "Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması..." - Bakıdan MÜRACİƏT
Bu gün, 11:14 |
|
|
|
• Rubiodan nə gözləyək? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Bu gün, 11:12 |
|
|
|
• `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Bu gün, 11:07 |
|
|
|
• Trampdan İrəvana qarşı gözlənilməz addım: Paşinyan narazıdır - “Hraparak”
Bu gün, 11:04 |
|
|
|
• Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb - DİN-dən AÇIQLAMA
Bu gün, 11:00 |
|
|
|
• SAXTA PLASTİK CƏRRAH İŞİ: O da hədəfə çevrildi... - Cavid Qurbanovun qohumu imiş...
Bu gün, 10:55 |
|
|
|
• “Azercell” bu tarif paketlərinin adını dəyişdirib bahalaşdırır - SİYAHI
Bu gün, 10:51 |
|
|
|
• Azərbaycan və Gürcüstanın həyata keçirdiyi neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir - MƏQALƏ
Bu gün, 10:48 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı - BİRGƏ AÇIQLAMA
Bu gün, 10:43 |
|
|
|
• Ağcabədidə mal kəsən “Qubadoğlu” MMC-nin Salyan Psixiatriya Xəstəxanasına 800 min manata satdığı nədir - İcazə verin şübhələnək...
Bu gün, 10:42 |
|
|
|
• "Suraxanı Maşınqayırma Zavodu" yenidən təşkil olunub
Bu gün, 10:35 |
|
|
|
• Bakıda dostların KÜTLƏVİ DAVASI: - ekspertlər məhkəməyə çağırıldı
Bu gün, 10:32 |
|
|
|
• Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq və qardaşlıq şəraitində yaşayıblar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:28 |
|
|
|
|