Bakıda “Əsrin məhkəməsi” başladı: Düşmənə “fakt” verməyin! .....                     Bakıya qarşı Zəngəzur təxribatı: Erməniləri təşvişə salan xəbər yayıldı .....                     Saatlıda narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən iki nəfər həbs edilib .....                     Rauf Alməmmədovdan Prezidentə ŞİKAYƏT OLUNDU .....                     Naxçıvanda türkiyəlilərə `QARDAŞ` XİDMƏTİ? .....                     Seçkilərdə müşahidəçi olmaq istəyənlər üçün son gün .....                     Əgər Bakı, Tiflis, İrəvan birgə hərəkət etməsə... .....                     Prosesin uzanması Ermənistan üçün itkidir .....                     Avtobuslarda şagirdlər üçün güzəşt tətbiq oluna bilər... .....                     ABŞ - Ermənistan sazişinin ömrü uzun çəkməz .....                     Əyalət mollasının KÖLƏ TƏFƏKKÜRÜ .....                     Kəngərlinin icra başçısının QIŞ TƏDARÜKÜ .....                     İkinci mərhələ başladı: 3 kəndimiz geri qaytarılır! .....                     AZƏRİQAZ-dan Qaziyə 1600 manatlıq CƏZA: '80 manat veteran pulu alıram...' .....                     Yaradanquliyevanın dövlətə borcu var imiş... .....                     "Telefonlar dərs zamanı qadağan olunsa da..." .....                     Azərbaycanın “məcburetmə əməliyyatı” .....                     Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir .....                     Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? .....                     “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” .....                     Yeni virus öldürücüdür? .....                     ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? .....                     İxtisarlarla bağlı məlumat doğru deyil .....                     Araik Harutyunyan məhkəmədə üzr istədi .....                     "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" .....                     Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir .....                     Şadlıq sarayında Renkaya qarşı kobudluq .....                     Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib .....                     İran Ermənistanı belə cəzalandıracaq .....                     "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, .....                     Paşinyan dalana dirəndi: .....                     Prosesin uzanması Ermənistan üçün itkidir .....                     Erməni deputatdan sərsəm iddialar .....                     "Bu savaş tezliklə bitməyəcək" .....                     Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi .....                     “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” .....                     İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? .....                     Azərbaycanda növbəti super nazirlik yaradılır? .....                     Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir .....                     Prokuror 7 il 10 ay 15 gün iş istədi .....                 

Hamlet İsaxanlının qardaşıoğlu turizm fırıldağında ittiham olunur – ARAŞDIRMA
Tarix: 12-08-2016, 11:34 | Çap et
Hamlet İsaxanlının qardaşıoğlu turizm fırıldağında ittiham olunur
Avqustun 2-də “Vətəndaşlar “MSN Tour” şirkətini fırıldaqçılıqda ittiham edir” başlıqlı yazı dərc olunmuşdu.

Yazıda bildirilirdi ki, bu günlərdə Qafqaz Xəbər Agentliyinə müraciət edən Bakı sakini Anar Eldar oğlu Salayev bildirib ki, “MSN Tour” MMC-nin dələduzluq əməlləri üzündən onun ailəsinə maddi zərər dəyib və hazırda həmin şirkəti heç yerdə tapa bilmir. Anar Salayev Qafqaz Xəbər Agentliyinə yazdığı ərizəsində bildirib: “2015-ci il aprelin 12-də anam Səltənət Mirhəsən qızı Salayeva ilə “MSN Tour” MMC-nin direktoru Cəmalə Əfqan qızı İsayeva arasında müqavilə imzalanıb.

Qeyd edim ki, həmin şirkətin VÖEN nömrəsi 1301614511-dir. Həmin müqaviləyə görə, şirkət özünün “Holidays & Miles” istirahət proqramı üzrə 3 il ərzində xidmət göstərməyi öhdəsinə götürürdü. Müqaviləni imzalayan tərəf kimi, Səltənət Mirhəsən qızı Salayeva şirkətə 3200 manat ödəməklə, 3 il ərzində 3 dəfə (və yaxud 21 gün) müxtəlif xarici ölkələrdə iki nəfərlik istirahət imkanı qazanacaqdı. Anam öz öhdəliyini yimg242erinə yetirərək, 3200 manatı şirkətə tam ödədi. Anama şirkətdən plastik üzvlük kartı da verildi. İlk səfər qaydasında keçdi və 2015-ci ilin dekabr ayında valideynlərim ikilikdə BƏƏ-nin Dubay şəhərində bir həftə istirahət edib qayıtdılar”. Onun sözlərinə görə, Dubay səfərinin üstündən üç-dörd ay keçəndən sonra, valideynləri yayda Türkiyədə istirahət etmək üçün də detalları razılaşmaq məqsədi ilə şirkətə müraciət ediblər. “Müqaviləyə görə, istirahətə müştəri “MSN Tour” şirkətini 30 gün əvvəldən xəbərdar etməli idi. Həmin vaxt “MSN Tour” şirkəti Nobel prospekti 15 ünvanında.

“Azure” Biznes Mərkəzində yerləşirdi. Şirkətdən anama bildirdilər ki, “hazırda başqa ofisə köçmək üzrəyik, mobil telefon vasitəsilə əlaqə saxlayarsınız, sizə yeni ünvanı bildirərik”.

Onlar anama bir neçə mobil nömrə vermişdilər. Lakin bir həftə sonra şirkətə aid nömrələrin heç biri işləmirdi. Bir müddət sonra anam Turan İsayev adlı şirkət nümayəndəsinə zəng etdi, həmin şəxs isə dedi ki, guya Gürcüstandadırlar, daha bir həftə sonra Bakıya gələcəklər. Lakin üstündən üç aydan çox vaxt keçib və “MSN Tour”un internet ünvanı da, mobil və şəhər nömrələri də işləmir. Çox axtarsaq da, şirkətin ofisini tapmadıq. Əminəm ki, sözügedən şirkətin qurbanları tək biz deyilik və onlarla, hətta yüzlərlə insan bu fırıldaqçıların toruna düşüb”, – deyə A.Salayev qeyd edib.

Vətəndaş Qafqaz Xəbər Agentliyi vasitəsilə Respublikanın Baş Prokuroru Zakir Qaralova və Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevə də üzünü tutub. “Zakir Qaralovdan və Kamran Əliyevdən bu şirkətlə bağlı təcili araşdırma aparmalarını, problemi nəzarətə götürmələrini xahiş edirəm”, – deyə şikayətçi vurğulayıb.

Avqustun 11-də Qafqaznews.az araşdırmanı davam etdirərək, həmin şirkətin “izini tapmağa” çalışdıq. Həqiqətən də, şirkətə aid bütün stasionar və mobil nömrələrin, eləcə də “msntour.az” saytının işləmədiyinə əmin olduq. Şirkətin vizit kartında ünvan olaraq qeyd olunan Azure Biznes Mərkəzi ilə əlaqə saxladıq. Xanım əməkdaşın sözlərinə görə, “MSN Tour” şirkəti bir ilə yaxındır biznes mərkəzində icarələdiyi ofisdən çıxıb, əlaqə nömrələri və ya ünvan qoymayıb. Sözügedən şirkətin ofisi dəyişdikdən sonra “Babək Plaza”ya köçdüyünü öyrəndik.

“Babək Plaza”dan bizə bildirdilər ki, “MSN Tour” artıq bir neçə aydır orda icarədar deyil. Bəs Mədəniyyət və Turizm Nazirliyinin bu şirkətin fəaliyyəti ilə bağlı xəbəri varmı? Nazirlik “MSN Tour” şirkətiylə bağlı hər hansı qaranlıq məqama aydınlıq gətirə biləcəkmi? Bu suala cavab tapmaq üçün Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov ilə əlaqə saxladıq. M.Qəhrəmanov bizə bildirdi ki, sözügedən “MSN Tour” vaxtilə uzunmüddətli müqavilələrlə kampaniyalar təşkil edərkən, şirkət rəhbərliyini yanına çağıraraq xəbərdarlıq edib.

“Bir türklə kampaniya edirdilər. Çağırıb yanıma dedim ki, siz bu işlə məşğul olmayın, sizin yeriniz türmədir. Vətəndaşlar bizə zəng edib narahatlıqlarını bildirirdilər. Mən öz təcrübəmdən bilirəm ki, belə kampaniyaların axırı yoxdur. Onlara xəbərdarlıq etdim, dedim sizin gələcəyiniz yoxdur. Amma dinləmədilər. Bu şirkətin işi qalıb prokurorluğa, məhkəməyə. 2015-ci ilin noyabrında Prezidentin sərəncamından sonra, otel və turizm şirkətlərinə lisenziya vermirik. Əvvəl monitorinq aparırdıq, fəaliyyətlərinə nəzarət edirdik. İndi isə yox, yeni yaradılan şirkətlər var ki, bizim onlardan heç xəbərimiz yoxdur… Təəssüf ki, bəzi şirkətlər onlara yaradılan bu imkanlardan sui-istifadə edirlər” , – deyə M.Qəhrəmanov vurğuladı.

Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə şirkət tərəfindən aldadıldığını düşünən vətəndaşlara hüquq mühafizə orqanlarına müraciət etməyi məsləhət gördü. “Hüquq mühafizə orqanlarına müraciət etsinlər. Araşdırma zamanı cinayət faktı ortaya çıxarsa, şirkətin rəhbərliyi məsuliyyətə cəlb oluna bilər. Amma vətəndaşlar əvvəlcə müraciət etməlidirlər”, – deyə E.Sultanov Qafqaznews.az-a qeyd etdi. Biz internetdə araşdırma apararkən, Anar Salayevin adını çəkdiyi Cəmalə İsayeva və Turan İsayevin ər-arvad olduğunu öyrəndik.

Modern.az saytının yazdığına görə, Turan İsayev Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qardaşı oğludur. 2016-cı ilin may ayında modern.az-da dərc olunan yazıdan çıxarışı oxuculara təqdim edirik: “Hamlet İsaxanlının qardaşı oğlu Turan Suddar oğlu İsayevlə bağlı Modern.az-a daxil olan şikayəti Abşeron rayon sakini Kəmalə Məhərrəmova yazıb.

K.Məhərrəmova bildirib ki, Turan İsayev 2013-cü ildə onun adına “VTB bank”dan 18 min dollar kredit götürüb. Bildirib ki, anası xərçəngdir və Türkiyədə müalicəyə aparmalıdır. “Dedi ki, adına müxtəlif banklarda kredit olduğu üçün ona pul vermirlər. Bir yerdə işlədiyimizdən ona inandım və adıma kredit götürülməsinə razılıq verdim. Turan əvvəllər “Bank of Baku”, sonra “Nikoilbank”da işləyib. Daha sonra MSN Tour adlı turizm şirkəti yaradıb”. Turan İsayev kreditin ödənişini vaxtında etmədiyi üçün bank Kəmalə Məhərrəmovanı məhkəməyə verib və pulu geri tələb edir. Bundan sonra şikayətçi Turan İsayev barəsində Xətai rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib. Hazırda işi baş müstəntiq Vüsal Şahbazov araşdırır.

Araşdırmalar nəticəsində məlum olub ki, Turan İsayev Gürcüstan vətəndaşıdır və 2016-cı il yanvarın 3-də Azərbaycanı tərk edib. Kəmalə Məhərəmmova deyir ki, onu dolandıran şəxsin əmisi Hamlet İsaxanlı ilə əlaqə yaratmaq istəsə də, qəbuluna düşə bilməyib.

Turanın Xəzər Universitetində işləyən digər əmisi İsaxan İsaxanlı isə bildirib ki, qardaşı oğlu barəsində artıq polisə şikayət etdikləri üçün onlara kömək etməyəcək. Turan İsayevin xanımı Cəmalə İsayevanın atası da Xəzər Universitetində işləyir. Ona müraciət etdikdə isə bildiriblər ki, artıq evli deyillər, boşanıblar və bu məsələnin həmin ailəyə aidiyyatı yoxdur. “Tək anama baxıram. O qədər pulum yoxdur ki, ödəyim. O vaxt “VTB bank”dan kredit verən şəxs də vaxtilə Turanın işçisi olub. Ona görə bankda bizim işimiz 5 dəqiqə çəkdi və bizə kredit tez bir zamanda verildi. Mən bunu bilmirdim.

Məhkəmə zamanı öyrəndim. Ona görə hər şey belə tez oldu, bütün işləri əvvəlcədən ediblərmiş”. Şikayətçi Gürcüstana, Turanın atasının yanına da gedib. Lakin atası bildirib ki, oğlu Türkiyədə olmalıdır və bu məsələnin ona aidiyyatı yoxdur. K.Məhərrəmova məhkəmə prosesi zamanı Turanın 30-dan çox insanı bu cür yolla aldatdığını öyrənib. “Onun artıq bir çox banklara və insanlara borcu var”, deyə şikayətçi bildirib (modern.az).

Təəssüf ki, Hamlet İsaxanlı ilə əlaqə saxlamaq imkanımız olmadı. Adıkeçən şəxslərin münasibətini də dərc etmək, məsələyə aydınlıq gətirmək istərdik. Araşdırmamız davam edir…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda “Əsrin məhkəməsi” başladı: Düşmənə “fakt” verməyin! - ÇAĞIRIŞ
Bu gün, 09:34
Bakıya qarşı Zəngəzur təxribatı: Erməniləri təşvişə salan xəbər yayıldı - NƏ BAŞ VERİR?
Bu gün, 09:32
Saatlıda narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən iki nəfər həbs edilib
Bu gün, 09:27
Rauf Alməmmədovdan Prezidentə ŞİKAYƏT OLUNDU - "Siyəzənnfet"i LƏĞV ETMƏK İSTƏYİR?
Bu gün, 09:26
Naxçıvanda türkiyəlilərə `QARDAŞ` XİDMƏTİ? - AXI NİYƏ?..
Bu gün, 09:17
Seçkilərdə müşahidəçi olmaq istəyənlər üçün son gün - DİQQƏT
Bu gün, 09:01
Əgər Bakı, Tiflis, İrəvan birgə hərəkət etməsə... - ŞƏRH
Bu gün, 08:59
Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44
Avtobuslarda şagirdlər üçün güzəşt tətbiq oluna bilər... - AKTUAL
Bu gün, 08:42
ABŞ - Ermənistan sazişinin ömrü uzun çəkməz - GÖZLƏNTİ
Bu gün, 08:41
Əyalət mollasının KÖLƏ TƏFƏKKÜRÜ - VİDEO-ARAŞDIRMA
Bu gün, 08:35
Kəngərlinin icra başçısının QIŞ TƏDARÜKÜ - BU NƏDİ BELƏ?
Bu gün, 08:19
İkinci mərhələ başladı: 3 kəndimiz geri qaytarılır! - BUNDAN SONRA...
Bu gün, 07:12
AZƏRİQAZ-dan Qaziyə 1600 manatlıq CƏZA: '80 manat veteran pulu alıram...' - NECƏ ÖDƏSİN?
Bu gün, 06:44
Yaradanquliyevanın dövlətə borcu var imiş... - FOTO
Bu gün, 06:28
"Telefonlar dərs zamanı qadağan olunsa da..."
Bu gün, 06:24
Azərbaycanın “məcburetmə əməliyyatı” – Ermənistan geri çəkildi
Bu gün, 06:21
Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07
Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03
“Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00
Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42
ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38
İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14
Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12
"Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45
Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43
Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36
Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30
İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16
"Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02
Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00
Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58
Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09
"Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07
Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04
“Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54
İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52
Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49
Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44
Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39
ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36
Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34
Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32
"Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18
İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09
Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08
"Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05
Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01
Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57
“Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru