7 saylı internat evində dövlət qayğısına qıfıl vurulub? - İDDİA
Tarix: 21-07-2016, 11:32 | Çap et
Bir müddət bundan əvvəl bizimdovr.az-a daxil olmuş məlumatlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Saray qəsəbəsində yerləşən 7 saylı internat evində baş verən çeşidli qanun pozuntularına dair açıqlamalar təqdim olunmuşdu. Həmin məlumatlar əsasında qəzetimizdə dərc etdiyimiz məqalədə biz göstərmişdik ki, bu müəssisə xüsusi qayğıya ehtiyacı olan, fiziki və əqli cəhətdən qüsurlu uşaqların dövlət himayəsində yaşadığı bir məkandır. Bu internat evində uşaqlar daimi olaraq yaşamaqla, qida, geyim və lazımi tibbi xidmətlə təmin olunurlar. Bizdə olan məlumata görə, 405 yerlik müəssisədə hazırda 125 nəfər uşaq yaşayır. 7 saylı internat evinin fəaliyyətinə dair aldığımız açıqlamalarda bildirilir ki, müəssisəyə rəhbərlik edən Pərvanə Səfərova burada mütəmadi olaraq bir çox qanunsuz əməllərin həyata keçməsinə zəmin yaradır. Mənbələr tərəfindən təqdim edilən açıqlamalara görə, müəssisənin sakinləri davamlı olaraq diqqətsizlikdən əziyyət çəkirlər. Müəssisə rəhbərliyinin yarıtmaz fəaliyyəti nəticəsində burada məskunlaşmış xəstə uşaqlar dövlətin, ictimai qurumların və ayrı-ayrı şəxslərin göstərdikləri qayğıdan yararlana bilmirlər. Hətta bəzi mənbələrin iddiasına görə, müəssisədə məskunlaşan xəstə uşaqlar məcburiyyətdən Saray qəsəbəsində fərdi evlərə sığınır, sakinlərdən yardım diləyirlər. Baxmayaraq ki, vaxtaşırı olaraq internat evinə müəyyən imkanlı şəxslər bilavasitə ərzaq yardımları da göndərirlər, əksər hallarda bu yardımlar internat evinin sakinlərinə çatmır. Belə ki, müəssisə rəhbərliyi həmin yardımların mənimsənilməsinə birbaşa şərait yaradır. Müəssisəyə xəstələr üçün göndərilən ərzaqların əksəriyyəti isə qəsəbədəki mağazalarda satılır. Mətbuata təqdim olunan açıqlamalardan birində isə, internat evinə verilən ət və ət məhsullarının uşaqlardan gizlədilərək satıldığı vurğulanır: “Bura dövlət tərəfindən, ayrı-ayrı qurumlar və imkanlı şəxslər tərəfindən yardımlar edilir. Hər gün demək olar ki, 5-10 imkanlı şəxs avtomobillərlə yardım məqsədilə bu müəssisəyə qoyun və inəklər kəsib gətirir və xəstə uşaqlara verilməsi üçün direktora təqdim edirlər. Amma, həmin ətlərdən xəstə uşaqlara bir tikə də olsa verilmir. Ətlər dərhal xüsusi adamlar vasitəsilə Saray qəsəbəsi və Sumqayıt şəhərində fəaliyyət göstərən xüsusi ət dükanlarına ucuz qiymətə satılır. Məsələn, müəssisə rəhbərinin tapşırığı lə dana ətinin bir kiloqram 4 manat, qoyun ətinin kiloqramı isə 6 manat 50 qəpikdən dükanlara satılır...”
Təbii ki, bu kimi xüsusi müəssisələrdə yaşayan uşaqlar onlara göstərilən dövlət qayğısının təzahürünü ilk növbədə həmin müəssisələrdə çalışan kollektivin onlara münasibətində tapırlar. Bu münasibətlər isə əlbəttə ki, daha çox konkret müəssisə rəhbərləri tərəfindən həyata keçirilən idarəçilik prinsipləri əsasında formalaşır. Başqa sözlə desək, məhz müəssisə direktorlarının insani keyfiyyətləri, məsuliyyətləri və iş bacarıqları burada yaşayan insanların cəmiyyətimizə və dövlətə qarşı müəyyən münasibətlərinin formalaşmasında xüsusi rol oynayan amil kimi çıxış edir. Təəssüflər olsun ki, bu gün biz irəli sürülən tələblərə heç də cavab verməyən bəzi kadrların da belə məsuliyyətli vəzifələrə təyin edilməsi hallarına hələ də rast gəlirik. O cümlədən, Saray 7 saylı fiziki və əqli cəhətdən qüsurlu uşaqlar üçün internat evinin direktoru Pərvanə Səfərovanın öz fəaliyyətində yol verdiyi müxtəlif qanun pozuntuları barədə mətbuat səhifələrində dəfələr tənqidi materiallar dərc olunub. Lakin buna baxmayaraq müəssisənin problemləri hələ də öz həllini tapa bilmir.
Məlumdur ki, bu gün cəmiyyətimizin, xalqımızın gələcəyi olan uşaqlara diqqət və qayğıdan danışarkən hər bir insanın qəlbində qeyri-ixtiyari olaraq sevgi, məhəbbət və mərhəmət kimi ülvi duyğular baş qaldırır. Həm də bu hisslər müəyyən fiziki qüsurları olan uşaqlara münasibətdə özünü hər zaman daha qabarıq formada büruzə verir. Bir həqiqətdir ki, bu kimi müəssisələrdə yaşayan və təhsil alan uşaqların digər həmyaşıdlarından daha artıq qayğı və diqqətə ehtiyacı olur. Əminliklə demək olar ki, bu gün Azərbaycan dövləti, ölkə rəhbərliyi bu uşaqların bütün ehtiyaclarının ən yüksək səviyyədə təmin olunması istiqamətində mütəmadi tədbirlər həyata keçirir. Onların yaşadıqları müəssisələrin yerləşdiyi binalar əsaslı təmir olunur və ən müasir avadanlıqlarla təchiz edilir. Həmçinin uşaqların sağlamlığı, ərzaq və geyim təminatı, istirahət və asudə vaxt məsələləri də daima xüsusi diqqət mərkəzində saxlanılır. Lakin təəssüflər olsun ki, bəzi hallarda belə müəssisələrə rəhbərlik edən şəxslər burada yaşayan insanlara göstərilən dövlət qayğısını da, ictimai diqqəti də az qala heçə endirir.
Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Seçkilərdə müşahidəçi olmaq istəyənlər üçün son gün - DİQQƏT
Bu gün, 09:01 |
|
|
|
• Əgər Bakı, Tiflis, İrəvan birgə hərəkət etməsə... - ŞƏRH
Bu gün, 08:59 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44 |
|
|
|
• Avtobuslarda şagirdlər üçün güzəşt tətbiq oluna bilər... - AKTUAL
Bu gün, 08:42 |
|
|
|
• ABŞ - Ermənistan sazişinin ömrü uzun çəkməz - GÖZLƏNTİ
Bu gün, 08:41 |
|
|
|
• Əyalət mollasının KÖLƏ TƏFƏKKÜRÜ - VİDEO-ARAŞDIRMA
Bu gün, 08:35 |
|
|
|
• Kəngərlinin icra başçısının QIŞ TƏDARÜKÜ - BU NƏDİ BELƏ?
Bu gün, 08:19 |
|
|
|
• İkinci mərhələ başladı: 3 kəndimiz geri qaytarılır! - BUNDAN SONRA...
Bu gün, 07:12 |
|
|
|
• AZƏRİQAZ-dan Qaziyə 1600 manatlıq CƏZA: '80 manat veteran pulu alıram...' - NECƏ ÖDƏSİN?
Bu gün, 06:44 |
|
|
|
• Yaradanquliyevanın dövlətə borcu var imiş... - FOTO
Bu gün, 06:28 |
|
|
|
• "Telefonlar dərs zamanı qadağan olunsa da..."
Bu gün, 06:24 |
|
|
|
• Azərbaycanın “məcburetmə əməliyyatı” – Ermənistan geri çəkildi
Bu gün, 06:21 |
|
|
|
• Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07 |
|
|
|
• Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00 |
|
|
|
• Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42 |
|
|
|
• ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38 |
|
|
|
• İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14 |
|
|
|
• Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12 |
|
|
|
• "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45 |
|
|
|
• Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43 |
|
|
|
• Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36 |
|
|
|
• Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30 |
|
|
|
• İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16 |
|
|
|
• "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02 |
|
|
|
• Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58 |
|
|
|
• Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09 |
|
|
|
• "Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07 |
|
|
|
• Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Dünən, 18:04 |
|
|
|
• “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Dünən, 17:54 |
|
|
|
• İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Dünən, 17:52 |
|
|
|
• Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Dünən, 17:49 |
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Dünən, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Dünən, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Dünən, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Dünən, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Dünən, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Dünən, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Dünən, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Dünən, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Dünən, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Dünən, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Dünən, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Dünən, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Dünən, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Dünən, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Dünən, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Dünən, 16:31 |
|
|
|
|