Azercell Telekom MMC 2015-ci ilin yekunlarını ictimaiyyətə açıqladı
Tarix: 24-02-2016, 17:19 | Çap et
Azərbaycanın mobil rabitə sektorunun flaqmanı Azercell Telekom ötən il boyu fəaliyyətini uğurla davam etdirməyi bacardı. Azercell bu gün də Azərbaycanın lider mobil operatoru olmaqla bazarın 48%-nə nəzarət edir. Bu gün 4.5 milyon nəfər Azercell-in təqdim etdiyi mobil xidmətləri seçir.
Ölkənin qeyri neft sektorunun ən iri vergi ödəyicisi kimi 2015-ci ildə Azercell dövlət büdcəsinə təqribən 123 milyon manat vergi ödəmişdir. Azercell ödəmələrinin büdcədə xüsusi çəkisi təqribən 1,51% təşkil edib.
Şirkət 60 Ön Masa və Azercell Ekspress ofisləri, 414 rəsmi satış məntəqəsi ilə Azərbaycanda ən böyük müştəri xidmətləri və ən geniş satış şəbəkəsinə malikdir. Azercell texniki nailiyyətlərinə görə də öndədir. Hazırda şirkət regionda və ölkədə ilk və ən böyük LTE (4G) şəbəkəsinə sahibdir. Rabitə və Yüksək Texnologiyalar nazirliyinin dəvəti ilə mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə ölkənin mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə görə, Azərbaycanda ən keyfiyyətli və etibarlı mobil şəbəkə və ən sürətli Mobil İnternet siqnalı Azercell tərəfindən təmin olunur. Son il ərzində Azercell yalnız Bakı şəhəri boyu 3G şəbəkəsinin tutumunu 77%, ölkə üzrə isə ümumilikdə şəbəkəsini 25% gücləndirmişdi. Məhz Azercell 2015-ci ildə ilk dəfə olaraq ölkəmizdə keçirilən Avropa Oyunları zamanı multi-operator sisteminin təşkil etmiş əsas rabitə təminatçısı oldu.
Azercell ölkənin qeyri-neft sektorunun ən böyük sərmayədarı olmaqda da davam edir. Belə ki, şirkət 2015-ci il ərzində Azərbaycanda telekommunikasiyanın inkişafına təqribən 68 milyon manat vəsait yatırıb.
İl ərzində şirkət abunəçilərini yeni və əlverişli kampaniyalarla sevindirdi. Müxtəlif kampaniyalar nəticəsində, 2015-ci il ərzində abunəçilərə verilmiş ümumi bonusların dəyəri 27 mln AZN təşkil etmişdir.
Bunlardan əlavə, ötən il Azercell korporativ Abunəçiləri üçün yeni “Biznes” paketi təqdim olundu. 2015-ci ildə daha 447 şirkət Azercell-i seçərək ölkənin ən böyük mobil operator ailəsinə qoşuldu. SimSim abunəçiləri üçün “Azercell-im” tarif paketini istifadəyə verildi, “Hədsiz” və “Gənc OL” tarif paketləri yeniləndi. GəncOl paketinin istifadəçiləri üçün isə şəhərin müxtəlif restoran və dükanlarında, əyləncə və idman mərkəzlərində inanılmaz endirimlər təqdim olundu.
Yüksək sürətli Mobil İnterneti hamı üçün əlçatan etməyi qarşısına məqsəd qoyan Azercell ötən il ərzində internet paketlərində 55%-dək endirimlər etdi. Bununla yanaşı, Azercell şəbəkəsindən ötürülən məlumatın həcmi 2014-cü illə müqayisədə 35% artdı.
Müştəri xidmətlərinə müxtəlif səbəblərdən gəlmək imkanı olmayan abunəçilər üçün Azercell Azərbaycanda ilk dəfə olaraq unikal Mobil Müştəri Xidmətləri konsepsiyasını təqdim etdi. Səyyar müştəri xidmətlərinin bölgələrə səfərləri zamanı ölkənin 15 rayonundan 7945 nömrəyə dair müştəri müraciəti yerində cavablandırıldı. Bakıda isə 700-dən çox abunəçiyə evdə və iş yerlərində xidmət göstərildi.
Ötən il bir nöqtədə 3 xidmət tipli Azercell Ekspres ofisləri Hacıqabul, Neftçala, Yardımlı rayonlarında açıldı və bununla da AzEks ofislərinin sayı Azərbaycan üzrə 50-yə çatdırıldı. Tam yeni konsepsiyalı innovativ Azercell Ekspres ofisi isə Bakutel 2015 sərgisində nümayiş olundu və ilk olaraq dekabr ayında Bakıda 28 may, 33 ünvanında fəaliyyətə başladı.
2015-də Azercell tərəfindən istifadəyə verilən və artıq sevilən Bookmate tətbiqi vasitəsilə yarım milyondan çox kitabı istənilən vaxt mobil telefonda və ya planşetdə oxumaq mümkün oldu. Bu gün Bookmate-də 100-dən çox Azərbaycan müəllifinin əsərləri təqdim olunub. Azercell abunəçiləri üçün xüsusi endirimli abunə haqqı müqabilində müxtəlif növ klassik və müasir əsərləri Azərbaycan, Ingilis, Rus, Türk dillərində oxumaq olar.
Yola saldığımız il Azərbaycanda “İlin şirkəti” adını qazanan Azercell, həmçinin, ölkə hüdudlarından kənarda, dünya miqyasında tanınan nüfuzlu Stevie biznes mükafatı ilə də təltif olundu. Azercell Sosial Media üzərindən müştəri xidmətlərinin səviyyəsinə görə MDB məkanında mobil operatorlar arasında ilk dəfə “Socialbakers Engage Award” mükafatına layiq görüldü. 2015-də şirkət növbəti dəfə “Investors in People” (IIP) / İnsana Sərmayə Standartının tələbləri üzrə Gümüş Sertifikatı qazanmış oldu.
19 il ərzində olduğu kimi, 2015-ci ildə də Azərbaycanda ən çox seçilən mobil operatoru Azercell Telekom-un yeni ildə əsas məqsədlərindən bir neçəsi ölkəni keyfiyyətli rabitə ilə təmin etmək, yüksək səviyyəli və peşəkar xidmət göstərmək, yeni texnologiyaları Azərbaycana gətirmək və Sürətli Mobil interneti hamı üçün əlçatan edərək, daim müştərilərin xidmətində olmaqdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..."
Bu gün, 20:14 |
|
|
|
• Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb... - Los Ancelesdə yaşayan azərbaycanlı yazıçı
Bu gün, 20:13 |
|
|
|
• Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU - Yarım milyonluq DƏLƏDUZLUQ
Bu gün, 20:08 |
|
|
|
• Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Bu gün, 13:27 |
|
|
|
• "Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Bu gün, 13:25 |
|
|
|
• Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Bu gün, 13:23 |
|
|
|
• Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Bu gün, 13:21 |
|
|
|
• ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Bu gün, 11:40 |
|
|
|
• "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Bu gün, 11:34 |
|
|
|
• Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Bu gün, 10:35 |
|
|
|
• Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Bu gün, 10:30 |
|
|
|
• Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Bu gün, 10:12 |
|
|
|
• "Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 10:08 |
|
|
|
• Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Bu gün, 10:03 |
|
|
|
• "Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Bu gün, 09:49 |
|
|
|
• Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Bu gün, 09:45 |
|
|
|
• Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Bu gün, 09:38 |
|
|
|
• "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Bu gün, 09:34 |
|
|
|
• Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Bu gün, 09:30 |
|
|
|
• Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Bu gün, 09:25 |
|
|
|
• İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Bu gün, 09:18 |
|
|
|
• İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Bu gün, 09:14 |
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41 |
|
|
|
|