MİSİR MƏRDANOVDAN AYIB OLAN BİR İŞ
Tarix: 6-07-2012, 11:55 | Çap et
TƏHSİL NAZİRİ ÜÇÜN YEGANƏ ÇIXIŞ YOLU YALNIZ İSTEFA VERMƏSİDİR
DİA.AZ: - Dünən daha bir mətbu təxribatın şahidi olduq. Belə bir xəbər yayıldı ki, bəs Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə ailə həyatı qurub. Əslində, ilk baxışdan burada qeyri-adi heç nə yoxdur. Amma Azərbaycanın mili mental dəyərlərinin fonunda yaşlı-başlı bir qadının adının belə bir məsələdə hallandırılması heç də arzuolunmaz hesab olunmur. Hətta bu halda belə, yəni mental dəyər basqısı altında da belə bir addımı atanlar olur ki, buna da kimsənin hansısa formada müdaxiləsi doğru hesab olunmur. Elə bunun özünü də mentalitetimiz diqtə etməkdədir.
Lakin Məleykə Abbaszadə ilə bağlı məsələdə nə hadisənin özü var idi, nə də cəmiyyətin təbii reaksiyaları. Ortada sadəcə olaraq bir təxribat var idi ki, DİA.AZ olaraq nələrin baş verdiyini dərhal oxucularımızın diqqətinə çatdırdıq. Sonradan bu hadisəni «yaratmaq» istəyənlərin özləri də «xəbərlərindən» imtina etməli oldular. Portalımıza bununla bağlı açıqlama verən TQDK sədrinin qızı heyrətləndiyini belə gizlədə bilmədi.
Amma heyrətlənməyə heç bir lüzum yox idi. Çünki bütün bu işlərin arxasında kimin dayanması hər kəsə aydın idi. Təbii ki, söhbət burada Azərbaycan təhsilini ağlar günə qoyan möhtərəm nazirimiz Misir Mərdanovdan gedir. Məhz nazir olduğu illər ərzində onlarla nəsli kor qoymuş Misir Mərdanovun sayəsindədir ki, əksəriyyət Azərbaycanın işıqlı gələcəyindən nəinki danışmaq istəmir, gələcəkdə hansısa ziyanın ortaya çıxacağının özünə belə şübhə etməkdədir. Bir daha vurğulayırıq ki, məhz Misir Mərdanovun sayəsində…
Təbii ki, Misir Mərdanovun TQDK sədrinə qarşı bu qədər aqressiv olmasının nədənləri də hər kəsə məlumdur. Qısa müddət ərzində Azərbaycan təhsilinə Misir Mərdanovdan qat-qat artıq töhvələr verməyə müvəffəq olmuş Məleykə Abbaszadə neçə müddətdir ki, bu fəaliyyəti ilə TN şefinin kürkünə əməlli-başlı birə salıb. Bunun da nəticəsidir ki, TQDK-nın səlahiyyətlərinin artırılmasının hər dəfəsinə mətbuat bu şəkildə reaksiya verir: MİSİR MƏRDANOVUN DAHA BİR GƏLİR YERİ ƏLİNDƏN ALINDI…
Bəli, məhz gəlir yeri. Çünki bir zamanlar Əli İnsanovun əlindən öpən, sonradan isə onun kölgəsini belə baltalayan Misir Mərdanov üçün heç bir dəyərin ümdə olmaması səbəbindən, bu gün onun üçün təhsilin istənilən bir istiqaməti ilk əvvəl GƏLİR YERİ əhəmiyyətini daşıyır. Əgər bağçalara nəzarət təhsil nazirliyindən alınaraq icra hakimiyyətlərinə verilirsə, deməli, Misir Mərdanov uşaq bağçalarına ayrılan pullara şəriklik hüququnu itirir. Və digər istiqamətlərdə də eynən bu qaydadadır.
Sözügedən hadisəyə gəlincə isə, bununla bağlı DİA.AZ olaraq apardığımız araşdırmalar nəticəsində çox ilginc faktları üzə çıxara bilmişik. Bəri başdan, xatırladaq ki, Məleykə Abbaszadənin ailə həyatı qurması barədə yalan məlumatı ilk olaraq «Olaylar» agentliyi «raskrutka»ya buraxıb. Yəni xəbərin istehsalçısı bir zaman partiya sədri olmuş, hətta prezidentliyə belə namizədliyini irəli sürmüş, indi də özünün absurd araşdırmaları ilə barəsində araşdırmaçı-tarixçi-yazıçı imici yaratmağa çalışan Yunus Oğuzun rəhbərlik etdiyi agentlik və qəzetdir.
Xatırladaq ki, buna qədər də Yunus Oğuzun qəzet və agentliyi TQDK sədrinə qarşı bir kampaniyada bulunurdu. Və davamlı olaraq bu kampaniyanı müşahidə etdiyimizdən oxucularımızı da zamanında bilgiləndirmişik.
Bu barədə həmin ərəfədə DİA.AZ-ı məlumatlandıran mənbə iddia edirdi ki, əslində «Olaylar»da dərc edilən və «araşdırma» kimi təqdim olunan həmin materiallar əslində təhsil nazirliyində və birbaşa olaraq nazir Misir Mərdanovun nəzarəti altında hazırlanıb. Yəni bu yolla Misir Mərdanov da öz aləmində Məleykə Abbaszadəyə cavab vermiş olur.
Hətta bu halda belə, nazirin çabaları əbəsdir. Çünki qatar çoxdan gedib və artıq TQDK Misir Mərdanovun bütün gəlir sahələrinin bir-birinin ardından nəzarəti altına almaqdadır. Ən sonuncu zərbə isə prezidentin orta məktəblərdə buraxılış imtahanlarını təhsil nazirliyindən alaraq TQDK-nın ixtiyarına verməsi ilə vurulmuş oldu.
Lakin burada bir maraqlı məqam var. Nədən Yunus Oğuz və onun qəzetləri? Hər halda, bir zamanlar Xalq Partiyasına sədrlik, Vəhdət Partiyasına həmsədrlik etmiş Yunus bəyin Misir Mərdanovla Məleykə Abbaszadənin arasındakı konfliktə bir tərəf olaraq qatılması və bu zaman hətta özünə nazirin səngərində yer etməsi sıradan bir olay deyil.
Məlumat üçün bildirək ki, Yunus Oğuzun qəzeti və agentliyi Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovdan qidalanır. Hər halda, ruslar demişkən bu bilgimiz «informasiya dlya razmışleniya» qədərində əhəmiyyətlidir…
Amma araşdırmalarımız nəticəsində ortaya ilginc məqamlar da çıxmış oldu. Elə dünən Yunus Oğuzun agentliyi tərəfindən yayılan həmin uydurma məlumatla bərabər bir gerçək xəbər də oxucuların diqqətinə təqdim olunmuşdu ki, hələ də həmin xəbəri «olaylar.az» portalına daxil olmaqla izləmək mümkündür. «Yunus Oğuzun əsərləri dərs vəsaitinə salındı» başlıqlı məqaləni olduğu kimi diqqətinizə təqdim edirik:
«Təhsil Nazirliyi ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün yeni dərs vəsaiti çap edib. Dərslikdə ən yeni dövr Azərbaycan ədəbiyyatının nümayəndələri də yer alıb. Yeni vəsaitdə bir sıra müasir şair və yazıçılarla yanaşı, tarixi romanlar müəllifi, yazıçı-publisist Yunus Oğuzun da adı əksini tapıb. Kitabda şagirdlərə Y.Oğuzun yaradıcılıq məhsulu olan “Əmir Teymur”, “Təhmasib şah”, “Nadir şah” tarixi romanları və qədim türklərin tarixindən bəhs edən “Atilla” pyesi haqqında məlumat verilib».
Yəni artıq məsələnin nə yerdə olduğunun tam fərqinə vardınız. Bəli, Yunus Oğuz Misir Mərdanova öz aləmində ayı xidməti göstərib. Hər halda, baş verənlərin ilkin adı budur. Araşdırmalarımız nəticəsində onu da öyrənə bildik ki, Yunus Oğuza əslində bu təlimatı elə qardaşlaşdığı və artıq mirzəsinə çevrildiyi təhsil nazirliyi verib. Yəni ona belə bir taprışıq verilib ki, Məleykə Abbaszadə nəyin bahasına olursa-olsun ictiami nüfuzdan salınmalıdır. Çünki…
Artıq məsələnin «çünkisi» hər kəsə aydındır. Hər halda, TQDK sədri bu gün Misir Mərdanovla şəxsi zəmində münaqişədə deyil. Bunun səbəbləri var. Görüntüdə olanı odur ki, məhz Azərbaycan təhsilinin qurtuluşu naminə Məleykə Abbaszadə bu gün TN şefinə qarşı cəbhə açıb. Əslində TQDK sədri burada öz işini görür. Yəni nəyi etməlidirsə, onu da edir. Sadəcə olaraq nəyi etməlidirsə, onu da etməyən Misir Mərdanov baş verənləri özünün şəxsinə qarşı fəaliyyət kimi qəbul edir.
Bütün tərəfləri dinləməyə hazırıq. Təbii ki, əgər yazdıqlarımızın həqiqətə aidiyyatı yoxdursa…
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Los-Ancelesdə Paşinyan və Alen Simonyanın da villaları yandı?.. - Erməni KİV
Bu gün, 10:11 |
|
|
|
• Rüşvət alan keçmiş məmur azadlığa çıxmaq istəyir - MƏHKƏMƏ
Bu gün, 10:09 |
|
|
|
• DAHA BİR OLAY: Həkimlərimizin BAŞI QAÇIB? - FOTOFAKT
Bu gün, 10:04 |
|
|
|
• Laçının 2 kəndinin layihələndirilməsi 2 milyon manata başa gələcək
Bu gün, 09:56 |
|
|
|
• İran parlamentinin nümayəndə heyəti İrəvandadır - KİV
Bu gün, 09:50 |
|
|
|
• Naxçıvanda qanun-manun hərləyən yoxdur... - ŞOK İTTİHAM
Bu gün, 09:45 |
|
|
|
• `GÖZƏGÖRÜNMƏZLƏR` `QEYB`DƏN QAYIDIR? - "...əsl konsert onda olardı"
Bu gün, 09:38 |
|
|
|
• Daha bir şirkət ölkədən pul çıxarıb - TƏFƏRRÜAT
Bu gün, 09:22 |
|
|
|
• Tramp Putinlə nə vaxt görüşəcək? - Vaşinqtondan açıqlama
Bu gün, 09:19 |
|
|
|
• Erməni səngərindən ağlasığmaz görüntü: bunu da etdilər - VİDEO
Bu gün, 09:14 |
|
|
|
• İlyas İsmayılovdan ağsaqqal məsləhəti... - "Lax yumurtalarla uğraşma!"
Bu gün, 09:12 |
|
|
|
• Rusiyadan bu torpaqları geri almaq mümkün deyil - ABŞ
Bu gün, 09:08 |
|
|
|
• “Rabitəbank”ın səhmdarlarına dividend, rəhbərliyinə mükafat ödəniləcək - TOPLANTI
Bu gün, 09:02 |
|
|
|
• Dəniz üzü görməyənlər niyə dəniz əmsalı ilə MAAŞ ALIR Kİ? - ETİRAZ VAR...
Bu gün, 08:57 |
|
|
|
• Bu halda işçilərin əmək hüquqları pozulur... - Ekspert danışır...
Bu gün, 08:38 |
|
|
|
• Müstəqillik tariximizin 20 Yanvar faciəsi - MƏQALƏ
Bu gün, 08:34 |
|
|
|
• Xalqımızın qan yaddaşı: 20 Yanvar... - İsrafil Kərimovun yazısı
Bu gün, 08:32 |
|
|
|
• Naxçıvanda kredit-mredit OYUNU - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:30 |
|
|
|
• Ali Məhkəmənin Plenumundakı təlimatların məqsədi nədir? - BUNDAN SONRA...
Bu gün, 07:18 |
|
|
|
• Bu gün Köhnə Yeni ildir: - hansı ölkələr qeyd edir?
Bu gün, 07:08 |
|
|
|
• “Onlar özlərini dövlət kimi yox, quldur dəstəsi kimi aparırlar” - keçmiş nazir
Bu gün, 07:04 |
|
|
|
• Bu həftə onun da 'ulduzu sönəcək'... - İDDİA
Bu gün, 07:01 |
|
|
|
• Naxçıvanda mühüm posta TƏYİNAT GÖZLƏNİLİR...
Bu gün, 06:51 |
|
|
|
• Putin üçün həyəcan siqnalı... - səmimi xristianların qəzəbi püskürə bilər
Bu gün, 06:40 |
|
|
|
• "İstəyənin bir, verməyənin iki üzü qara... - Onsuz da verəcəm..."
Bu gün, 06:30 |
|
|
|
• Ermənistandakı silahlar kimə tuşlanacaq? - AKTUAL
Bu gün, 06:26 |
|
|
|
• İrəvan hərəkətə keçdi, Babayan qəzəbləndi - “Müharibə vaxtı NATO…”
Bu gün, 06:24 |
|
|
|
• Bakıda piyadanı maşınla vuran Nail Abdullayev vəzifəli şəxs imiş - TƏFƏRRÜAT
Bu gün, 06:21 |
|
|
|
• Yeni virusa yoluxanların 43 faizi ölür? - Professordan dünyanın gözlədiyi açıqlama
Bu gün, 00:25 |
|
|
|
• “Terrorsuz Türkiyə” və ya Suriyanın PKK-dan "təmizlənməsi" - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• "Mən sənətdə olanda sən yox idin" - Efirdə mübahisə
Bu gün, 00:16 |
|
|
|
• İsrail Azərbaycana yeni səfir təyin edib - İsrail mediası
Bu gün, 00:10 |
|
|
|
• "Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..."
Dünən, 20:14 |
|
|
|
• Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb... - Los Ancelesdə yaşayan azərbaycanlı yazıçı
Dünən, 20:13 |
|
|
|
• Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU - Yarım milyonluq DƏLƏDUZLUQ
Dünən, 20:08 |
|
|
|
• Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Dünən, 13:27 |
|
|
|
• "Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Dünən, 13:25 |
|
|
|
• Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Dünən, 13:23 |
|
|
|
• Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Dünən, 13:21 |
|
|
|
• ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Dünən, 11:40 |
|
|
|
• "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Dünən, 11:34 |
|
|
|
• Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Dünən, 10:35 |
|
|
|
• Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Dünən, 10:30 |
|
|
|
• Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Dünən, 10:12 |
|
|
|
• "Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 10:08 |
|
|
|
• Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Dünən, 10:03 |
|
|
|
• "Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Dünən, 09:49 |
|
|
|
• Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Dünən, 09:45 |
|
|
|
• Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Dünən, 09:38 |
|
|
|
• "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Dünən, 09:34 |
|
|
|
|