Perik düşən Orta Asiya türkləri Bakı ilə Ankaranın planını poza bilməyib .....                     Şirvana 'qara maskalılar' hər an görünə bilər .....                     "Terrorsuz Türkiyə" strategiyası: qazanılmış nəticə və Azərbaycanın dəstəyi .....                     Silah buraxıldı, təşkilat bitdimi? .....                     “Silah tapa bilərlər, bizimlə döyüşəcək cəsarət və güc isə əsla!” .....                     Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI .....                     Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... .....                     Qiymətlər kəskin artacaq, bundan sonra... .....                     Suraxanı sakinlərinin SU ÇİLƏSİ .....                     Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə .....                     "Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?" .....                     Lerikdə vəzifə saxtakarlığı: .....                     Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi .....                     1,2 milyon vergi borcu olan şirkət kimindir? .....                     "Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" .....                     Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU .....                     Azərbaycanda nazir koronovirusa yoluxdu .....                     Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib .....                     Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb .....                     Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir .....                     Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq .....                     AAYDA-da nə baş verir? .....                     AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? .....                     Hamı Türkiyədə Putinlə görüşə hazırdır .....                     “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib .....                     “Ərimin səhvi də düzdür” .....                     Türkiyənin təklifinin alternativi müharibədir .....                     “Bizdə porno çəkilmir, öpüşə bilmirlər, .....                     Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik .....                     Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... .....                     Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır .....                     Kreml Köçəryanı “qurban verir” .....                     Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır .....                     PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır .....                     Yer kürəsinə ən yaxın planet açıqlandı .....                     Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər .....                     Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? .....                     "Qələt edir" .....                     Azərbaycanın yeni hərbi prokuroru kimdir? .....                     Generalı nazir əvəzlədi .....                 

KOMİTƏ SƏDRİ YANLIŞ ARDINCA YANLIŞ BURAXIB
Tarix: 25-06-2012, 12:57 | Çap et
KOMİTƏ SƏDRİ YANLIŞ ARDINCA YANLIŞ BURAXIB

KƏRƏM HƏSƏNOVUN FƏRHAD ƏLİYEVƏ DƏYİŞƏN MÜNASİBƏTİ NƏLƏRİ VƏD EDİR?

DİA.AZ: - Daha bir əfv fərmanı geridə qalsa da, 2005-ci ilin 17 Oktyabr hadisələri zamanı həbs olunanların heç biri azadlığa buraxılmadı. Və artıq bununla da onların əfv olunmayacaqları ilə bağlı oturuşmuş qənaətlər də formalaşmış oldu. Bu barədə redaksiyamıza daxil olan məlumatların birində net şəkildə vurğulanırdı ki, həm keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin və həm də keçmiş səhiyyə naziri Əli İnsanovun «qara günləri» irəlidədir və onlar hazırki cəza müddətləri başa çatdıqdan sonra yenidən mühakimə masasına oturdulacaqlar.

Belə ki, hər iki sabiq nazir ilk əvvəl «dövlət çevrilişinə cəhd» ittihamı ilə həbs olunsalar da, sonradan - 2007-ci ildə yalnız iqtisadi cinayətlərə görə mühakimə olundular. Ən acınacaqlısı isə odur ki, 2005-ci ildən həbsdə saxlanılmalarına baxmayaraq, onların cəzaları nədənsə 2007-ci ildən, yəni mühakimə olunduqları tarixdən hesablanır. Bu isə əslində həm də hər iki sabiq dövlət məmuruna hakimiyyətin real münasibətinin təzahürü kimi qəbul olunmalıdır. Yəni nəyin bahasına olursa-olsun keçmiş nazirlər azadlığa buraxılmayacaq.

Onu da xatırladaq ki, həm Fərhad Əliyev və həm də Əli İnsanov həbs olunarkən onlara qarşı rəsmi dairələr tərəfindən sovet dönəmlərinə xarakterik olan bir «zəhmətkeş etirazları» kampaniyası da təşkil olunmuşdu ki, bu işdə xüsusi olaraq iki fiqurun fərqləndiyini gördük. Söhbət Fərhad Əliyevin hesabına hakimiyyətin yuxarı olimpinə qədəm basmış Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovdan və zamanında Əli İnsanova «ağsaqqalım» deyən təhsil naziri Misir ərdanovdan gedir. Onların hər ikisi qolları qandallanmış dostlarına qarşı elə bir hərəkətdə bulundular ki, hətta bu prosesləri kənardan izləyən cəmiyyətdə belə ikraha səbəb oldular.

Amma indi isə deyəsən, vəziyyət dəyişmək üzərədir və redaksiyamıza artıq Misir Mərdanovun Əli İnsanova yardımlar yollaması haqda xəbərlər daxil olub. Hətta bildirilir ki, təhsil naziri həbsdə olan «ağsaqqalının» bütün maliyyə xərclərini də öz üzərinə götürüb. Yəni həbsxanada nazir tərəfindən keçmiş nazirə korluq verilməyəcək.

Bu arada isə DİA.AZ-a daxil olan bir başqa məlumatda isə vurğulanır ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov həbsdə olan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə tamamilə barışıb. Lakin tərəflər indiyə qədər bunu məxfi saxlamağa çalışıblar. Çünki ölkə rəhbərliyinin cəza evlərində olan iki sabiq nazirə, xüsusilə də Fərhad Əliyevə münasibəti olduqca mənfidir. İş o dərəcədə inkişaf edib ki, hətta tərəflərin gizli olaraq ortaq biznesləri də var.

Bu məlumatı bizə Kərəm Həsənovun yaxın ətrafındakılarla münasibəti olan mənbə çatdırıb. Adının çəkilməməsi şərti ilə açıqlama verən mənbəmiz iddia edir ki, son aylarda bəzi qəzetlərin bu mövzuda ortalığa qoyduğu iddialar doğrudur. Onlar nəinki barışıblar, hətta hər iki tərəfdən inanılmış şəxslər vasitəsilə xaricdə ortaq biznes layihələri də həyata keçirirlər. Ölkə xaricində olan bu biznes Kərəm Həsənovun Fərhad Əliyevə bir növ kompensasiyası xarakteri daşıyır...

Bildirək ki, ilk baxışdan və məlumatsız oxucular üçün bu cür iddialarda xüsusi və fövqəladə bir məqam yoxdur. Lakin Azərbaycanın yaxın tarixinə azacıq bələd olan hər kəs bilir ki, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunan vəzifəli məmurlar sırasında idi. Sonradan bilinəcəkdi ki, bu proses Azərbaycanda Rusiya və ABŞ kəşfiyyatları arasında gedən müharibənin ən parlaq və həlledici epizodu idi. Fərhad Əliyevin, keçmiş səhiyyə naziri Əli İnsanovun və digərlərinin həbsi ilə nəticələnən ciddi bir əməliyyat nəticəsində ABŞ-ın Azərbaycanla bağlı demokratiya ssenariləri tamamilə sarsıdıldı, dünyanın supergücü ölkəmizdəki iddiaları ilə bağlı geriyə çəkilməyə məcbur oldu. Rusiya xüsusi xidmət orqanlarının birbaşa dəstəyi ilə həyata keçirilən əməliyyat zamanı belə məlum olub ki, ABŞ Azərbaycan müxalifətinin də bir qismini içərisinə almaqla inqilab ssenarisi qurmuş, ölkə iqtidarının içindən də kiçik, amma güclü bir qrupu tərəfinə çəkməyi bacararaq İlham Əliyev iqtidarını dəyişmək istəmişdi.

Redaksiyamıza sonradan o da bəlli olmuşdu ki, hətta bu plana Fərhad Əliyevin bilavasitə çabaları ilə hörmətli akademik Cəlal Əliyev də isti baxırmış... Lakin plan içəridən satılıb. Bu “satqın”ların ikisinin adı məlumdur - keçmiş maliyyə naziri Fikrət Yusifov və hazırkı Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov. Bundan sonra işə Rusiya kəşfiyyatı, konkret olaraq o zamankı prezident Vladimir Putinin bilavasitə rəhbərliyi altında qatılır və iqtidardakı devrimçi qrupu tam deşifrə edəcək bir əməliyyat hazırlanır. Nazirlərdən Fərhad Əliyevin, Əli İnsanovun, Akif Muradverdiyevin (Prezident Aparatının İşlər müdiri) danışıqları, görüşləri təqibə alınır, yazılır. Fərhad Əliyev Sankt-Peterburqda rəsmi səfərdə olarkən sabiq spiker Rəsul Quliyevlə iki dəfə telefonla danışır. Bu danışıq da Rusiya kəşfiyyatı tərəfindən yazılaraq, dərhal Azərbaycana, ən ali məqama göndərilir.

Məsələnin ən maraqlı və skandal tərəfi də budur ki, o zamanlar ABŞ-ın Bakıdakı səfiri olan Rino Harniş də həm Azərbaycan, həm də Rusiya kəşfiyyatlarının ortaq nəzarətində olub. Və bütün məlumatlar, sonradan ortalığa çıxan sənədlər onu göstərir ki, səfirlə bağlı kifayət qədər kəşfiyyat məlumatları olub. Hətta o dərəcədə ki, Amerika kimi dövləti Azərbaycan iqtidarı qarşısında gözükölgəli etməyə yetib. Bakıdan yarımçıq geri çağırılmış R.Harnişdən sonra gələn səfir Enn Dersinin öz hökumətinə yazdığı hesabat yəqin ki, yaddaşlardadır. «WikiLeaks» saytının yaydığı həmin sənəddə prezident Əliyev xanım Dersiyə qəzəblə deyir: “Bəs nəyə görə ABŞ mənə qarşı 2003-cü il seçkilərindəki qələbəmdən sonra mənfi yanaşır? Niyə 2005-ci ildə Fərhad Əliyev və Rəsul Quliyevi dəstəkləyirdi? Nəyə görə ABŞ ”məni özünə düşmən görən" qruplara dəstək verir? Siz öz strateji tərəfdaşınıza niyə hücum edirsiniz?"

E.Dersi ona cavab olaraq deyib ki, ABŞ təkcə Azərbaycanda yox, bütün dünyada demokratiyanı dəstəkləyir...

Dünyanın ən güclü dövlətinin Bakıdakı elçisinə bu cür ittihamlar səsləndirilir, o da bunları hökumətinə yazır. Sənəddə isə heç bir yerdə yoxdur ki, xanım səfir prezidentin 2005-ci il ittihamlarını təkzib etsin. Və buradan belə şübhə yaranır ki, Amerika ilə YAP iqtidarı arasındakı münasibətlərin pozulmasının kökü elə 2005-ci il olaylarına dayanır. Və məhz həmin il Rusiya kəşfiyyatı ABŞ-ın ölkəmizdəki yüksək iddialarını zədələyə biləcək işlər görüb...

Dediyimiz kimi, bu cür əməliyyatın baş tutması üçün Kərəm Həsənovun da böyük əməyi olub. O, Fərhad Əliyevin ən yaxınında idi, nazir ən çox ona güvənirdi; onu məhz F.Əliyev məqama çatdırmışdı. İqtisadi inkişaf nazirinin vurulması əməliyyatında da onu satan əsas simalardan biri məhz Kərəm Həsənov olub. F.Əliyev həbs olunandan sonra isə onun harada nəyi varsa, hansı xarici ölkələrdə nə qədər sərvəti mövcuddursa, hamısı məhz K.Həsənovun məlumatları əsasında deşifrə edilib. K.Həsənov həyatında ən çox yaxşılıq gördüyü F.Əliyevi, onun qardaşı Rafiqi ələ vermək üçün o dərəcə ciddi xidmət göstərib ki, sonradan onu həbs olunan qardaşların digər yaxınları kimi cəzalandırmaq əvəzinə mükafatlandırdılar...

Lakin illər sonra görünür, ya vicdanı, ya da başqa amillər ona təsir edib. Və həyatını qaraltdığı adamlarla məxfi şəkildə münasibətləri düzəltmək qərarına gəlib. Alınan məlumatlar onu göstərir ki, hörmətli Kərəm müəllim artıq buna nail olub. Amma qaş düzəldən yerdə göz çıxarıb. Onun bu barışığı deşifrə olunub və Azərbaycanın xüsusi xidmət orqanları bu barədə dövlət rəhbərliyini məlumatlandırıblar. Yaxın zamanlarda işdən gedən yüksək rütbəli xüsusi xidmət zabiti isə bu hadisə ilə bağlı faktları da ortalığa qoyub.

Bu səbəbdən də K.Həsənovun durumu hazırda olduqca fənadır. Onu atışa hazır olan nəhəng bir topun lüləsinin qabağında durmuş halda təsəvvür edin. Bax cənab Həsənov eyni ilə bu cür durumdadır...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Perik düşən Orta Asiya türkləri Bakı ilə Ankaranın planını poza bilməyib - GƏLİŞMƏ
Bu gün, 06:38
Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
Bu gün, 06:34
"Terrorsuz Türkiyə" strategiyası: qazanılmış nəticə və Azərbaycanın dəstəyi - İNCƏLƏMƏ
Bu gün, 06:21
Silah buraxıldı, təşkilat bitdimi? - Görünəni odur ki...
Bu gün, 06:17
“Silah tapa bilərlər, bizimlə döyüşəcək cəsarət və güc isə əsla!” - deputat
Bu gün, 06:15
Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Bu gün, 00:53
Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... - deputatdan AÇIQLAMA
Bu gün, 00:44
Qiymətlər kəskin artacaq, bundan sonra... - Əhaliyə PİS XƏBƏR
Bu gün, 00:40
Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
Bu gün, 00:38
Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə - GƏLİŞMƏ
Bu gün, 00:31
"Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?"
Bu gün, 00:28
Lerikdə vəzifə saxtakarlığı: - Kommunal birliyin rəisi və məktəb direktoru cəzalandırıldı
Bu gün, 00:26
Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi
Dünən, 23:00
1,2 milyon vergi borcu olan şirkət kimindir? - İLGİNC
Dünən, 22:58
"Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" - İŞƏ POLİS QARIŞDI
Dünən, 22:29
Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU - TƏFƏRRÜAT
Dünən, 22:26
Azərbaycanda nazir koronovirusa yoluxdu - FOTO
Dünən, 22:23
Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib - ƏMR
Dünən, 22:21
Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Dünən, 19:02
Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Dünən, 18:58
AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Dünən, 18:11
AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Dünən, 18:10
Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Dünən, 18:06
“Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Dünən, 18:05
“Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Dünən, 18:03
Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Dünən, 18:02
“Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Dünən, 18:00
Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Dünən, 17:58
Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 17:54
Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Dünən, 17:49
Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Dünən, 17:45
Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Dünən, 17:42
PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Dünən, 17:41
Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Dünən, 17:38
Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Dünən, 17:34
Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Dünən, 17:33
"Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Dünən, 17:29
Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Dünən, 17:27
Generalı nazir əvəzlədi
Dünən, 17:23
Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Dünən, 17:21
Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:19
Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Dünən, 16:21
Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Dünən, 15:54
“Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Dünən, 15:50
Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Dünən, 15:48
"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:19
İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Dünən, 15:16
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Dünən, 15:13
İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Dünən, 15:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru