Keçmiş polis əməkdaşını güllələyənin atası işdən çıxarıldı - Şok gəlişmə...
Tarix: 1-09-2015, 11:32 | Çap et
Xəbər verildiyi kimi, avqustun 28-də, gecə saatlarında Nizami rayonu, Əzimzadə küçəsi 20 ünvanda tapançadan açılan atəş nəticəsində qətlə yetirilən Nadir İbrahimov “Butastone” şirkətinin təsisçilərindən biri olub. Hadisə şəxsi münaqişə zəminində törədilib. "Təzadlar"ın rəsmi saytı ötən gün N.İbrahimovu güllələyən əslən Ağdam rayonundan olan Rövşən Həsənovun nümayəndəsi və vəkili Elxan Süleymanlı ilə eksklüziv müsahibə təqdim etmişdi... E.Süleymanlı bildirmişdi ki, "...İstintaq aparılır və artıq Rövşən Həsənov ilkin ifadəsini verib… Valideynlərinin də bildirdiyinə görə, o, deyib ki, qətlə yetirilən Nadir İbrahimov ona telefonda dəfələrlə ağır formada ailə söyüşü edib, təhdid edib, sonda bundan özünə yer tapa bilməyən Rövşən Həsənov məlum addımı atıb… Qeyd edək ki, Rövşən Həsənov ziyalı ailədə böyüyüb, 18 yaşında müqəddəs Məkkəni ziyarət edərək hacı olub, bu günə kimi də özünü islam adətlərinə uyğun təmkinli və səbrli aparıb, böyüyə, ailəyə canıyanan olub, ədəb-ərkanı qoruyub… Təəssüf edirəm ki, belə bir hadisə baş verib…". Ötən gün bəzi saytlarda Rövşən Həsənovun barəsində ağlagəlməz iddialar irəli sürərək guya onun kriminal aləmlə əlaqədə olmasını yazıblar... "Təzadlar"ın əməkdaşı yenidən bəzi suallarla R.Həsənovun vəkili Elxan Süleymanlı ilə əlaqə saxlamışdır... Vəkil olduqca maraqlı açıqlamalar vermişdir. -Elxan müəllim, Rövşən Həsənovun kriminal aləmlə bağlı əlaqələrinin olması iddialarına münasibətinizi bilmək istərdik... -Bildiyiniz kimi, biləsiniz ki, Nadir İbrahimovun ölüm işi ilə bağlı cinayət işi Bakı şəhəri Nizami rayon Prokurorluğunda istintaq olunurdu. Artıq həmin cinayət işi ağırlıq dərəcəsinə görə Nizami rayon Prokurorluğundan alınaraq Bakı şəhər Prokurorluğunun icraatına verilmişdir.... O ki qaldı, Rövşən Həsənovun guya hansısa kriminal aləmlə təmaslarının olmasına, bu cəfəng iddialarda bulunanlar bircə şeyi bilsinlər ki, R.Həsənovun barəsində indiyədək heç bir cinayət işi, yaxud məhkəmə hökmü olmayıb... -Elxan müəllim, məlum cinayət hadisəsinin baş verməsinə səbəb kimi Nadir İbrahimovun vətəndaş Rövşən Həsənovu dəfələrlə təhdid etməsi və telefonda ağır formada söyməsi göstərilir. Bu təhdidə səbəb olan motiv nədir, əgər istintaq sirri deyilsə... -İstintaq bu məsələni dərindən araşdırır... Mən başqa heç nə deyə bilmərəm. Hələlik o məlumdur ki, Rövşən Həsənov Nadir İbrahimov tərəfindən hadisədən xeyli əvvəl təhdid olunub, həm özü, həm də ailəsi- uşaqları ölümlə hədələnib. Təkrar edirəm, təəssüf ki, bu gün bəzi sosial şəbəkələrdə və adını çəkmək istəmədiyim saytlarda Rövşən Həsənov kriminal aləmlə yaxın olan şəxs kimi təqdim edilir. Heç bir sübut və fakt olmadan belə iddialarda bulunmaq qətiyyən yolverilməzdir. Əksinə, məlum olduğu kimi mətbuatda Nadir İbrahimovun adı iş adamı kimi kriminal hadisələrdə hallanıb. Hətta hadisə baş verəndən az əvvəl N.İbrahimov telefonda R.Həsənova “Səni və ailə üzvlərini, azyaşlı qızlarını ağzından atacağam” , - deyərək ardıncada ağır formada söyüş söymüşdür... *** Xatırladırıq ki, baş verən qanlı hadisə ilə bağlı Azərbaycan CM-nin 120.1 və 228.1 maddələri ilə cinayət işi başlanıb və istintaq hərəkətləri davam etdirilir. Bu arada “Təzadlar”ın Araşdırma Qrupu müəyyən etmişdir ki, R.Həsənovla N.İbrahimovun indiyədək heç bir biznes əlaqələri olmayıb, hər hansı bir formada canlı təmasları da qeydə alınmayıb. Həmçinin Rövşən Həsənov heç vaxt N.İbrahimovla üz-üzə belə gəlməyib, onu üzdən tanımayıb. Mənbə bildirir ki, sadəcə, N.İbrahimovun gizli nömrədən zəng edərək R.Həsənovu dəfələrlə təhdid edib, ağır formada söyməsi Rövşən Həsənovu psixoloji gərginlik həddinə çatdırıb... Tam təsadüf nəticəsində isə R.Həsənov özünə məxsus avtomobili ilə dostunu gecə saatlarında evlərinə yola saldıqdan sonra Nizami rayonu ərazisindəki “Şuşa” restoranının yanından (Nizami rayon Məhkəməsi yerləşən ərazi) keçəndə Nadir İbrahimova məxsus “Lexus” markalı 90 SF 333 dövlət nömrə nişanlı avtomobili yolun kənarında görür. Baxmayaraq ki, N.İbrahimovu üzdən tanımır, lakin maşının nömrəsinə görə təxmin edib kənardan onu səsləyərək “Nadir, sənsən?”, - xəbər alır. Qarşı tərəf “Həə, Rövşən mənəm, gəl danışaq...” , - deyərək onu yanına çağırır... (Halbuki tərəflər arasında olan telefon danışığı münaqişəsi təxminən gecə saat 22.00 radələrində baş verib və həmin vaxt Rövşən Badamdar ərazisində olub. Onlar isə qanlı hadisə baş verən Nizami rayonu ərazisində gecə saat 01-02 radələrində qarşılaşırlar). Və Rövşən Nadirə yaxınlaşaraq gərginlik içində soruşur ki, niyə məni və ailəmi söyüb, təhqir edib ölümlə hədələyirsən, səbəb nədir? Bu vaxt Nadir İbrahimov ona “Əcəb edirəm...” deyərək telefonda etdiyi söyüşləri daha pis formada təkrarlayır. Sonra dərhal qaranlıqda əlini silahını saxladığı ehtimal olunan cibinə atır. Rövşən Həsənov artıq əvvəllərdən N.İbrahimovun üstündə silah gəzdirməsi barədə məlumatlı olduğundan maşınında saxladığı silaha əl ataraq uzaq məsafədən ona tuşlayaraq atəş açır. Lakin özünün bildirdiyinə görə, öldürmək məqsədilə deyil, sadəcə, qorxutmaq üçün bu addımı atır. N.İbrahimovun qaranlıqda əlini arxasına atması R.Həsənovu silahla öldürəcəyi şübhəsini ortaya qoyduğundan o, qarşı tərəfdən daha cəld tərpənərək silahdan istifadə edir. R.Həsənov bu an o dərəcədə ruhi həyəcan içərisində olub ki, hətta hadisə yerindən öz maşını ilə uzaqlaşarkən yolda avtomobil qəzası da törədir (Kriminal aləmlə əlaqəli şəxs özünü belə apararaq psixoloji hala düşə bilərdimi?). R.Həsənova məxsus avtomobil iki dəfə aşır, o, ciddi xəsarətlər alır, hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılır. Sonradan polis orqanlarına gələrək könüllü surətdə təslim olur. Qeyd edək ki, R,Həsənov ali təhsilli hüquqşünasdır və tanınmış şirkətlərdən birində şöbə rəisidir. Heç bir kriminal keçmişə malik deyil, barəsində hər hansı bir məhkəmə hökmü yoxdur, 18 yaşından müqəddəs Məkkə torpağını ziyarət edərək “Hacı” dini titulunu daşıyır. *** "BALANSİNFO.AZ"ın əməkdaşının isə bu gün etibarlı mənbədən aldığı məlumata görə, N.İbrahimovu güllələyən Rövşən Həsənovun atası, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin şöbə rəisi Qalib Həsənov dünən vəzifəsindən çıxarılıb. Doğrudur, hər kəs əməlinə özü cavabdehdir və Qalib Həsənovun da oğlunun hərəkətinə nə dərəcədə cavab verməsini deyə bilmərik. Amma bütün hallarda yəqinki sonda ataya qarşı ədalətli qərar qəbul olunacaq... "Balansinfo.az"
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Bu gün, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Bu gün, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Bu gün, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Bu gün, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
|