O, gözdən pərdə asmağı yaxşı bacarır... - Dəyişiklik edir, amma heç nə dəyişmir...
Tarix: 10-08-2015, 12:31 | Çap et
Bir neçə gün bundan öncə Nəqliyyat Nazirliyində geniş tərkibli iclas keçirilib və həmin yığıncaqdan sonra adıçəkilən qurumda dəyişikliklərə start verilib. Qeyd edək ki, iclasda "Bakı 2015" birinci Avropa Oyunları ərəfəsində şəhərdaxili sərnişindaşımada qeydə alınan bir çox qüsurlar, əsasən sərnişin avtobuslarının iştirakı ilə qeydə alınan qəzalar müzakirə olunub. Müzakirədən sonra Nəqliyyat Nazirliyinin bir çox vəzifəli işçiləri buraxdıqları qüsurlara görə işdən qovulublar. Belə ki, nazirliyin tərkibində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Hüseyn Salamov və 8 nəfər əməkdaş tutduqları vəzifələrdən azad ediliblər.
Hüseyn Salamovun yerinə isə nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun dostunun atası Elnur Abdullayev təyin olunub. Məsələnin maraqlı tərəfi ondadır ki, həmin gündən etibarən müxtəlif mətbuat orqanları, əsasən də nəqliyyat nazirinə yaxın olan media qurumları bunu adıçəkilən nazirlikdə ciddi kadr islahatlarının aparılması kimi qələmə verməyə çalışırlar. Halbuki Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Hüseyn Salamovun yerinə Ziya Məmmədovun yaxın adamının təyin olunmasını kadr islahatı hesab etmək doğru deyil. Çünki bu, Əlinin papağını Vəlinin başına qoymaqdan başqa bir şey deyil. Əgər Ziya Məmmədov həqiqətən də rəhbərlik etdiyi qurumda təsirli islahatlar aparmaqda, ölkənin nəqliyyat sistemini, yol infrastrukturunu yaxşılaşdırmaqda maraqlıdırsa, o zaman ilk öncə dövlət büdcəsindən Nəqliyyat Nazirliyinə, eləcə də onun tabeliyində olan qurumlara ayrılan vəsaitlərin hara və necə xərclənməsinə ciddi nəzarət etməlidir. Bundan başqa, ölkə vətəndaşlarını narahat edən bir çox məsələlər, əsasən də paytaxtın tıxac probleminin həlli yolları tapılmalıdır. Çünki Bakının tıxac problemi gündən-günə özünü qabarıq formada göstərməkdədir. Ən qəribəsi də odur ki, indiyədək aparılan yol tikintiləri, salınan yeni yol ötürücüləri və körpülər paytaxtın tıxac problemini həll edə bilməyib. Mütəxəssislər bunun bir səbəbi kimi mərkəzi yol və prospektlərdəki tikintini göstərisələr də, digər səbəb yaşayış məntəqələrindəkı sıxlıqdır. Məsələn, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, paytaxt yollarında tıxacın maksimum dərəcədə azaldılması üçün şəhərin bir-birinə paralel olan bütün küçələri, əsas magistral yollar avtomobillərin buraxılma imkanlarına görə yüksək səviyyədə olmalıdır: "Həm geniş, həm də rahat, asfaltın keyfiyyəti isə yüksək olmalıdır. Hazırda şəhərə daxil olan yollar var ki, onlara paralel yollar salmaq mümkündür, ancaq yeganə yol kimi istifadə olunur. Məsələn, Heydər Əliyev prospekti hava limanı istiqamətində olan kəndlərdən şəhərə yeganə giriş yoludur. Orada bir qəza baş verən kimi araşdırma aparıb qəzaya uğrayan avtomobilləri kənara çəkənə qədər yarım saat vaxt keçir. Bu müddətdə elə bir vəziyyət yaranır ki, bütün yol bağlanır. Ona görə də şəhərin əsas yollarında mütləq paralellik, alternativ yollar olmalıdır".
Ümumiyyətlə, son zamanlar az qala hər gün yol təmir işlərinin getdiyinin şahidi oluruq. Bu zaman həm şəxsi avtomobilindən istifadə edənlər, həm də marşrut avtobusu ilə hərəkət edənlər mənzil başına çatmaq üçün ciddi çətinliklərlə qarşılaşmalı olurlar. Çünki müəyyən bir yol təmir üçün bağlandığı vaxt müvafiq qurumlar - Nəqliyyat Nazirliyi, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi avtomobillərin başqa ərazilərdən sərbəst hərəkətini və tıxacın yaranmaması üçün onları alternativ yollarla təmin etmirlər. Görünür, bu, alternativ yolların olmamasından qaynaqlanır. Odur ki, adıçəkilən qurumlar tıxac probleminin həllini sürücülərin öz öhdəsinə buraxırlar. Bunun da nəticəsində hətta heç zaman tıxacla üzləşməyən yollar belə, həmin prosesin qurbanı olur. Belə ki, sürücü öz bildiyi formada, yəni nizamsız şəkildə alternativ yol axtarışına çıxır. Bu zaman o, hətta avtomobil yoluna aid olmayan yaşayış binaları ərazisindəki yollardan belə, istifadə edir. Belədə yeni ərazilərdə tıxac yaratmaları bir yana, binalarda yaşayan sakinləri də səs-küylə narahat edirlər. Hazırda belə bir vəziyyət özünü Bakının bir sıra küçələrində göstərməkdədir. Odur ki, nəqliyyat naziri Ziya Məmmədov görüntü xətrinə "kadr islahatı" aparmaqdansa, yəni birin işdən uzaqlaşdırıb onun yerinə özünə yaxın olan başqa birisini təyin etməkdənsə, sadaladığımız problemlərin həlli ilə maraqlansa daha məqsədəuyğun olar. Əks halda, ölkə vətəndaşlarında belə bir qənaət formalaşır ki, alternativ yolların olmaması fonunda tıxacların yaranması Nəqliyyat Nazirliyinin maraq dairəsidədir. Məhz elə bu səbəbdən də alternativ yollar yaratmaq məsələsi nə Ziya Məmmədovun, nə də "Azəryolservis" ASC-nin sədr vəzifəsini müvəqqəti icra edən Saleh Məmmədovun yadına düşür…\\gundelik-baku.com\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
|