Builki seçkilərdə fərqli mənzərə müşahidə olunacaq: Mandat davası... - Oliqarx-məmurlar üçün rahat olmayacaq
Tarix: 30-07-2015, 11:30 | Çap et
Bu ilin noyabrında keçirilməsi nəzərdə tutulan parlament seçkiləri ilə bağlı hərəkətlənmələr müşahidə olunmaqdadır. Artıq irili-xırdalı bütün siyasi qüvvələr ölkəmizin siyasi həyatında mühüm rol oynayacaq parlament seçkilərinə hazırlaşır. Etiraf edək ki, parlament seçkilərində hakim Yeni Azərbaycan Partiyasının mütləq qələbə çalacağı kimsədə şübhə doğurmur. Düzdür, hansısa müxalifət partiyası bir neçə nəfərlə parlamentdə təmsil oluna bilər və bu ehtimalı heç kim istisna etmir. Amma fakt faktlığında qalır ki, MM üzvlərinin mütləq əksəriyyəti YAP təmsilçiləri olacaq. Görünür, elə bu səbəbdən də seçkilərlə bağlı ictimai diqqət müxalifət-iqtidar mübarizəsindən daha çox hakim partiyanın daxilində baş verəcək proseslərə yönəlib. Müxalifətin labüd məğlubiyyəti həmin qüvvələri siyasi rəqib kimi sıradan çıxartdığından əsas mübarizənin hakim partiya daxilində gedəcəyini proqnozlaşdırmaq mümkündür. Bununla bağlı "Unikal" qəzetinin özəl kanallarla əldə etdiyi informasiyalarda isə vurğulanır ki, bu baxımdan proseslər kifayət qədər maraqlı və gərgin olacaq. Belə ki, artıq hakim Yeni Azərbaycan Partiyasında parlament seçkilərinə namizəd olacaq üzvlərin ilkin siyahısı hazırlanıb və bu heç də bəzi məmurların ürəyincə olmayıb. Onlar əvvəlki seçki təcrübələrində müşahidə edildiyi kimi bu il də özlərinə yaxın siyasətçilərin parlamentdə yer almasını istəsələr də onların bu istəyinə "yox" deyilib. Artıq YAP keyfiyyətcə yeni namizədlər korpusu üzərində işləyir ki, bu da parlamenti də inhisara almaq istəyən bəlli güclərin maraqları ilə ziddiyyət təşkil edir. Məlumat üçün bildirək ki, elə sonuncu bələdiyyə seçkilərində də biz anoloji prosesin şahidi olduq və bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən və seçilənlər arasında kifayət qədər dəyişikliklər oldu. Təkcə bir faktı xatırladaq ki, seçilən 10 315 bələdiyyə üzvünün 30 faizdən çoxu yeni tərkibdə seçilib. Burada gənclər və qadınlar da üstünlük təşkil edib. Elə bu baxımdan da bələdiyyə seçkilərini YAP-ın parlament seçkilərinə "məşqi" kimi də nəzərdən keçirmək olar. Bütün bunları nəzərə alaraq formalaşacaq yeni parlamentdə əhəmiyyətli dəyişikliklərin olacağını iddia etmək olar. Bunun təsdiqi kimi YAP-çı millət vəkili Siyavuş Novruzovun bu günlərdə mətbuata verdiyi açıqlamaya da diqqət yetirmək olar. S.Novruzov da qeyd edib ki, parlament seçkilərində dəyişikliklər olacaq: "Artıq Yeni Azərbaycan Partiyası tərəfindən araşdırmalar aparılıb, yəni bu araşdırmalar beş il ərzində aparılıb. Bu araşdırmaları bir neçə kateqoriyaya bölmək olar. Bu kateqoriyalara seçicilərlə işin təşkili, parlamentdəki fəaliyyət, beynəlxalq təşkilatlardakı fəaliyyət, ictimaiyyətlə əlaqələrin qurulması, qanunvericilik təşəbbüslərinin irəli sürülməsi və s. daxildir. Bütün bunlar tədqiq olunduqdan sonra kimlərin yenidən seçilmək şansının hansı səviyyədə olması, hansı dairədən, hansı kateqoriyadan olan namizədin irəli sürülməsinin daha effektli ola biləcəyi, hansının seçilmə şansının daha böyük ola biləcəyi müəyyənləşdiriləcək. Bu tədqiqatdan sonra müəyyən ediləcək ki, hansı dairədən seçilmiş namizəd artıq seçicinin etimadını doğrultmur və yaxud parlamentdəki təmsilçilik dövründə qanunvericilik təşşəbbüsü ilə, ayrı-ayrı məsələlərlə, dövlətçiliklə, dövlətin siyasətinin müdafiəsi ilə bağlı onun apardığı iş qənaətbəxş deyil. Bu halda artıq partiyanın rəhbər orqanları tərəfindən həmin namizədlərin əvəzlənməsi və kimlərin namizədliyinin həmin dairələrdən irəli sürülməsi ilə bağlı təkliflər irəli sürüləcək və bu təkliflər nəticəsində də namizədlər müəyyənləşəcək". Göründüyü kimi, Siyavuş Novruzov YAP-ın seçki siyahısında ciddi "budamaların"olması haqqında anons verib və bunu heç də təsadüfi saymaq olmaz. Doğrudan da parlamentdə YAP-ı təmsil edən elə millət vəkilləri var ki, onların deputat kimi fəaliyyəti nə hakim partiyanı, nə də ki, seçicilərini razı salmayıb. YAP-ın isə bu seçkilərdə belələri ilə yollarını ayıracağı daha inandırıcıdır. Bununla bağlı adının açıqlanmasını istəməyən yaşlı YAP-çı millət vəkillərindən biri "Unikal"a açıqlamasında bu gözləntilərin reallığını təsdiqləyib: "Artıq hansı millət vəkillərinin adlarının yenidən siyahıya salınmayacağı təxminən bəllidir. Builki seçkilərdə əsasən gənclərə üstünlük veriləcəyi haqda məlumatlarım var. Hətta yeni seçiləcək spikerin də gənc namizədlər arasından olacağı mümkün variantlardandır".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
|