Sabirabadın icra başçısına ilginc ittiham... - Ayrılan dotasiyaların Nazim İsmayılova çatdığı deyilir...
Tarix: 26-06-2015, 12:22 | Çap et
Sabirabad rayonu, Həşimxanlı kənd bələdiyyəsinin sədr müavini Fikrət Əmrahovun iş adamı Aqif Nəcəfovun başını partlatması barədə xəbər vermişdik. Qısaca xatırladaq ki, bələdiyyə sədrinin müavini ilə sahibkar arasındakı mübahisə pul üstündə düşüb. Belə ki, Fikrət Əmrahov işlətdiyi çayxananın ərazisinin bələdiyyənin mülkiyyətinə aid olduğunu bəhanə gətirərək iş adamından pul tələb edib.
Qarşı tərəf bir neçə dəfə ona hörmət etsə də, sədr müavini sonradan məbləği artırıb və nəticədə tərəflər arasında insident yaşanıb. Baş vermiş dava nəticəsində sahibkar müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda baş vermiş hadisə ilə bağlı Sabirabad Rayon Polis Şöbəsində və rayon prokurorluğunda araşdırma aparılır. Redaksiyamıza Həşimxanlı kənd bələdiyyəsinin sədr müavini haqqında ilginc məlumatlar daxil olub. Adının gizli qalmasını xahiş edən kənd sakininin verdiyi məlumatda deyilir ki, Fikrət Əmrahov əvvəllər bələdiyyənin sədri vəzifəsində işləyib və həmin vaxt saysız-hesabsız qanun pozuntularına imza atıb: "Keçən bələdiyyə seçkilərində bir nəfər xanım sədr seçildi. Fikrət müəllim isə onun müavini oldu. Əslində, bu, formal xarakter daşıyır. Çünki bələdiyyə indi də keçmiş sədrin diqtəsi altında idarə olunur. Bu adam nə əvvəl, nə də indi xidməti vəzifəsini lazımi səviyyədə icra edib. Kənd sakinləri onun fəaliyyətindən razı deyil. Ona görə ki, bələdiyyə sədrinin müavini camaatın istifadəsində olan torpaq sahələrinin bir hissəsinin təyinatını qeyri-qanuni şəkildə dəyişərək ayrı-ayrı iş adamlarına satıb. Proses hazırda da davam edir. Vətəndaşlara bələdiyyədən hansısa sənəd lazım olanda nəysə verməmiş ala bilmirlər. Həşimxanlı Sabirabad rayonunun ən bərbad kəndlərindən biri hesab edilir. Kəndin yolları sanki birinci dünya müharibəsi dövründən qalıb. Yayda toz-torpaqdan, qışda isə palçıqdan yollar keçilməz olur. Kəndin daxili yollarının təmir edilməsi üçün bələdiyyəyə dəfələrlə müraciət etmişik. Fikrət müəllim hər dəfə bizə deyib ki, büdcədə pul yoxdur. Həşimxanlı bələdiyyəsinin büdcəsi kənddəki bir sıra problemlərin həllinə imkan verir, amma sədr müavini iş görən adam deyil. Sədrin üzünü indiyə kimi görməmişik. Deyəsən, o işə çıxmır. Bələdiyyənin bütün işlərini və maliyyə əməliyyatlarını sədrin müavini həyata keçirir. Kənddə xırda sahibkarlıqla məşğul olan insanlar bu adamın əlindən hara üz tutacaqlarını bilmirlər. O kimin bir balaca imkanı varsa, dərhal həmin adamın başının üstünü alır və bildirir ki, filan qədər verməlisən. Bələdiyyəyə aidiyyəti olmayan torpaq sahələrində yerləşən ticarət obyektlərinin fəaliyyət göstərməsinə imkan vermir. Bəzi savadsız şəxslər onun hədələrinə aldanıb ayda müəyyən məbləğdə "şirinlik" verirlər. Ancaq qanunlardan anlayışı olan insanlar sədr müavininin özbaşına əməllərinə etirazlarını bildirirlər. Haqqını tələb edənlərə qarşı onun münasibəti çox pisdir. Belə şəxsləri əsassız olaraq incidir, onların barəsində yerli hüquq-mühafizə orqanlarının əməkdaşlarına yalan məlumatlar ötürür. Artıq neçə illərdir bələdiyyədə rəhbər vəzifədə işləyən Fikrət Əmrahov özünə yaxşı şərait qurub. Deyilənə görə, onun rayonun mərkəzində bir neçə dükanı, Həşimxanlı kəndində hektarlarla torpaq sahəsi və şəxsi təsərrüfatı var. Kənd sakinlərinin bir çoxu ondan çəkinir. Bunun səbəbi var. Sədr müavini harda oturur deyir ki, mən icra başçısı Nazim İsmayılovun adamıyam və onun tapşırıqları əsasında iş görürəm. Yəni özünün icra etdiyi qeyri-qanuni işləri rayon rəhbərinin adı ilə bağlamağa çalışır. Hər dəfə bildirir ki, bələdiyyəyə ayrılan dotasiyalar və yerli özünüidarə orqanının büdcəsinə yığılan digər vəsaitlər icra hakiminin sərəncamına verilir. Bu isə heç bir məntiqə sığmır. Hamıya məlumdur ki, bələdiyyələr icra orqanlarına tabe olmayan müstəqil qurumdur. Başqa sözlə desək, icra hakiminin bələdiyyənin fəaliyyətinə müdaxilə etməyə haqqı yoxdur. Belə çıxır ki, ya sədr müavini başçının adından istifadə edir, ya da Nazim İsmayılov qanunların tələbini pozaraq bələdiyyənin fəaliyyətinə maneçilik törədir". Kənd sakini onu da əlavə etdi ki, Həşimxanlı bələdiyyəsinin rəhbərliyi əhali ilə səmərəli əlaqə qura bilmir: "Sakinlərin qanunvericiliyə uyğun olaraq seçdikləri bələdiyyənin fəaliyyətini daim nəzarətdə saxlamağa, ondan gördüyü işlər barədə hesabat tələb etməyə, məlumat almağa, yerli özünüidarəetmə orqanlarının işini canlandırmaq üçün əsaslı təkliflər verməyə, nöqsanları doğuran səbəbləri aradan qaldırmaq üçün birgə tədbirlər görməyə haqqı çatır. Lakin bələdiyyə rəhbərliyi buna şərait yaratmır. Elə bu səbəbdən bələdiyyə rəsmiləri işə məsuliyyətsiz yanaşır, öz fəaliyyətlərində aşkarlığı, şəffaflığı təmin edə bilmirlər". Məsələyə aydınlıq gətirmək istəsək də, sədr müavini ilə əlaqə yaratmaq cəhdlərimiz bir nəticə vermədi. Yəqin ki, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbər işçiləri Həşimxanlı bələdiyyəsində mövcud olan problemlərin izinə düşüb müvafiq ölçü götürəcəklər.\\gundelik-baku\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
|