Laçın Klinikasında sağlamlığımızı təhlükəyə atan xidmət... - ŞİKAYƏT VAR
Tarix: 10-06-2015, 11:18 | Çap et
Son zamanlar dövlət xəstəxanalarında, həmçinin özəl klinikalarda yaşananlar, daxil olan şikayətlər daha da qabarıq xarakter alıb ki, bu da hər kəs kimi bizləri də narahat edir. Elə bu nöqteyi-nəzərdən də son zamanlar səhiyyə sektorunda yaşananlarla, vətəndaşların incidilməsilə bağlı daxil olan şikayətlərə nəzər saldıqda, səhiyyənin bugünkü durumunun heç də qənaətbəxş olmadığı qənaətinə gəlmək olur. Əksər hallarda vətəndaşlar savadlı, işinin öhdəsindən lazımınca gələ bilməyən mütəxəssis tapmadıqda, məcburiyyət qarşısında qalıb digər xarici ölkələrə üz tutmalı olur.
Bəzən isə özəl xəstəxanlara xarici ölkələrdən həkimlər dəvət edilir ki, elə onların qəbuluna düşmək üçün də kifayət qədər vəsaitdən keçilməlidir. Elə özəl tibb ocaqları barədə redaksiyamıza daxil olan şikayətlər də kifayət qədər çoxluq təşkil edir. Bu tibb müəssisələri arasında mətbuatda ən çox tənqid olunanı isə, "Laçın" klinikasıdır. Belə ki, dövri mətbuatda bu klinikanın vətəndaşları aldatmasıyla bağlı bir çox yazıya rast gəlinir. Bu isə onu deməyə əsas verir ki, klinika barədə deyilənlər, daxil olan şikayətlər əsassız deyil. Lakin qeyd edək ki, sözügedən "Laçın" klinikasında kifayət qədər nöqsan və qanun pozuntuları olmasına baxmayaraq, bu tibb ocağı bir çox televiziya kanallarına sponsorluq edərək, tanıtım çevrəsini genişləndirməkdə davam edir. İlk olaraq qeyd edək ki, yolu "Laçın" klinikasından düşən hər bir kəs etiraf edər ki, burada qiymətlər həddindən artıq bahadır. Yəni digər özəl tibb ocaqlarına nisbətən burada qiymətlər necə deyərlər "od tutub yanır". Onu da diqqətinizə çatdıraq ki, bu klinikaya əsasən sonsuzluqdan əziyyət çəkən, bir neçə il ailə qurmalarına baxmayaraq övladları olmayan cütlüklər müraciət edirlər. Çünki televiziya ekranlarında "Laçın" klinikasını reklam edərkən, məhz "sonsuzluqdan qurtulun", "siz də övlad sahibi olun", "sonsuzluğun çarəsi bizim klinikada" kimi şüarlara üstünlük verilir. Təbii ki, vətəndaşlar da bu çağırışlara inanıb "Laçın" klinikasına üz tuturlar ki, bəlkə dərdlərinə çarə tapılar. Lakin bir neçə kurs müalicə aldıqdan sonra məlum olur ki, edilən müalicələr də, həkimlərə xərclənən pullar da havaya sovrulub. Bu tibb ocağına rayonlardan üz tutan çoxluq təşkil edir ki, bunu daxil olan şikayətlərə əsasən deyə bilərik. Belə ki, vətəndaşlar televiziya ekranlarında deyilənlərə inanıb üz tuturlar "Laçın" klinikasına müayinələrdən keçərək, bir neçə kursluq dərmanları alıb yola salınırlar. Və sonda məlum olur ki, aldanıblar. Həmçinin klinikaya müraciət edənlərin əksəriyyəti iddia edirlər ki, onlara hər dəfə müxtəlif xəstəlikləri ilə əlaqəli olmayan analizləri vermələri istənib. Təbii ki, həmin analizlərin də qiymətləri kifayət qədər baha olur. Qeyd edək ki, bu kimi hallar dəfələrlə yaşanıb. Bu günlərdə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun rəhbərlik etdiyi təşkilata klinikada həkim-androloq işləmiş Vaqif Hüseynov tərəfindən müraciət daxil olub. "Həkim-androloq müraciətində bildirir ki, klinikada 50-yə yaxın həkim çalışsa da, yalnız 10-15 həkimin əmək müqaviləsi var. Vaqif Hüseynov da dəfələrlə klinikanın rəhbəri Xuraman Muradovaya müraciət etsə də, onunla bir müddət əmək müqaviləsi bağlanılmayıb. Sonradan əmək müqaviləsi bağlanılsa da həkimə ayda 1500 manat məvacib ödənildiyi halda rəsmi sənədlərdə bu məbləğ 150-200 manat qeyd edilib".
Şikayətçi bildirib ki, xəstələrə lazımsız analizlər təyin olunur: "Həkim iddia edir ki, xəstələr lüzumsuz analizlərə cəlb olunmaqla aldadılır. Klinika rəhbərliyi isə, həkimlərin etirazına məhəl qoymur. Şikayətçi ötən ilin sonunda işdən çıxmaq üçün ərizə yazıb. Klinika həkimin əməkhaqqını ödəməkdən imtina edir. Vaqif Hüseynov klinikada baş verənlərin araşdırılmasına, ona ödənilməli olan 2000 manatdan artıq məvacibin ödənilməsini tələb edir".
Qeyd edək ki, E.Hüseynov məsələnin araşdırılması üçün əlaqədar nazirliklərə, Baş Prokurorluğa müraciət edib. Diqqətinizə çatdıraq ki, hələ ötən il Səhiyyə Nazirliyi "Laçın" klinikasında yoxlamalar aparmış və yoxlamaların nəticəsinə uyğun olaraq, bu özəl tibb müəssisəsinə ciddi xəbərdarlıq edilmişdi. Həmçinin aparılmış yoxlamalar zamanı bu klinikanın fəaliyyətində digər nöqsanlar da aşkarlanmışdı. Lakin görünən odur ki, təxminən bir il öncə edilən xəbərdarlıq heç bir nəticə verməyib. Çünki bu gün xəstələrin aldadılması, onlara boş vədlərin verilməsi, lüzumsuz analizlərə cəlb olunması, həmçinin bununla yanaşı vergidən yayınmaq üçün sənəd üzərində həkimlərə az məvaciblərin göstərilməsi kimi faktlar mövcuddur. Sadalanan məqamların araşdırılması, həmçinin mövcud qanun pozuntularının aradan qaldırılması üçün bu gün "Laçın" klinikasında ciddi yoxlamaların aparılmasına, həmçinin qanun pozuntusuna yol verən şəxslərin məsuliyyətə cəlb edilməsinə, eyni zamanda vətəndaşları aldadaraq, yalnız mənfəət üçün fəaliyyət göstərən bir tibb müəssisəsinin bağlanmasına ehtiyac var. Bu səbəbdən də bizlər əldə etdiyimiz məlumatları işıqlandıraraq, gündəmə gətirməyə çalışdıq. Onu da diqqətinizə çatdıraq ki, mövcud durumlarla bağlı "Laçın" klinikası ilə gün ərzində əlaqə yaratmağa çalışsaq da, mümkün olmadı.\\gundelik-baku,com\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
|