Beyləqan RİH başçısının tenderdən gizlətdiyi pullar üzə çıxdı - ARAŞDIRMA
Tarix: 8-06-2015, 12:12 | Çap et
Vaqif Abdullayev Beyləqan Mərkəzi Futbol Meydançasının əsaslı təmirinə ayrılan vəsaitin tenderə girilmədən xərclənməsini necə edib? Bu suala xeyli vaxtdır cavab axtarmaqdayıq… Söhbət ondan gedir ki, hələ 2009-cu ildən Beyləqandakı mərkəzi futbol meydançası ətrafında qalmaqal hələ də davam edir. Belə ki, RİH başçısı Vaqif Abdullayevin adı çəkilən futbol meydançasının əsaslı təmirini həyata keçirən "İSPİK" MMC tikinti şirkəti ilə aralarında, necə deyərlər, dədə-baba üsulu ilə apardığı razılaşma sonradan məhkəmə müstəvisinə çıxıb. Belə ki, Vaqif Abdullayev aşağıda məzmunu geniş bəhs ediləcək tikinti-təmir işinə əl qoyur, sonra podratçı "İSPİK" MMC tikinti şirkətinin rəhbərini yanına çağırıb «centlemen» sazişi bağlayır, 600 min manatdan çox məbləğə razılaşırlar… Stadion vaxtında istifadəyə verilir, hətta Prezident İlham Əliyev açılışında iştirak edir... Lakin iş başa çatandan sonra podratçı "İSPİK" MMC-yə pul vermək lazım gəlir, bu dəfə V.Abdullayev şifahi razılığl pozur, Abdullayev pulun hamısını (400 min manat nəğd verilir) verməkdən imtina edir... RİH başçısı bunun səbəbini guya işin keyfiyyətsiz görülməsi və təmirin tam başa çatdırılmaması ilə əlaqələndirir. Kiməsə (artıq «Təzadlar»a məlumdur) arxalanan V.Abdullayev şirkət rəhbərinə «Əkil burdan!» komandası verir… Sonra hüquqlarını müdafiə etmək istəyən "İSPİK" MMC tikinti şirkətinin rəhbəri Qabil Mülariz oğlu Mustafayev aidiyyəti dövlət qurumlarına şikayət etməli olur…
Tikinti keyfiyyətsiz və yarımçıq idisə, bəs stadionun açılışına niyə Prezident dəvət edilmişdi???
İcra başçısı ortaya qoyduğu arqumentinin mənasız olduğunu bilsə də, inadkarlığından dönmür. Həqiqətən də, əgər tikinti işləri keyfiyyətsiz və yarımçıq həyata keçirilmişdisə, bəs stadionun açılışı niyə həyata keçirilib? Bundan əlavə, belə yarımçıq və keyfiyyətsiz tikinti ilə başa vurulmuş stadiona niyə ölkə Prezidenti dəvət edilmiş və rəsmi açılış mərasimi həyata keçirilmişdir? Bütün bunlara baxmayaraq, Beyləqan RİH başçısı V.Abdullayev vəziyyətdən girəvəli çıxış yolu tapmış kimi, guya işgüzar nüfuzuna ciddi xələl vurulması, ona böhtan atılması iddiası ilə "İSPİK" MMC tikinti şirkətinin rəhbəri Qabil Mülariz oğlu Mustafayevin barəsində «Xüsusi ittiham qaydasında» şikayət ərizəsi ilə Suraxanı rayon Məhkəməsinə üz tutur. Nəhayət, məhkəmənin ilkin hazırlıq iclası keçirilir… Barəsində şikayət edilən "İSPİK" MMC tikinti şirkətinin rəhbəri Qabil Mülariz oğlu Mustafayevin məhkəməyə təqdim etdiyi sənəd və sübutlar RİH başçısı V.Abdullayevin şikayətinin qurama olduğunu, əsassız yazıldığı qənaətinə gəlir. Hətta məhkəmədə bir vacib suala cavab istənilir ki, yaxşu, tikintinin keyfiyyətsizliyini qoyaq bir kənara, bəs bu qədər məbləğ tenderdən keçməyibsə, dövlətin maraqları və nüfuzu qorunmayıbsa, siz özünüzün hansı işgüzar nüfuzunuzdan danışırsınız? Hakimn bu məntiqli və ağıllı sualından sonra Beyləqan RİH başçısı V.Abdullayev iddia ərizəsindən imtina etməlii olub, amma…
İcra başçısının iddia ərizəsində şok məqamlar…
Beləliklə, «Təzadlar» Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin şikayət ərizəsini əldə edib. Aşağıda heç bir şərh vermədən təqdim edirik: «Suraxanı rayon Məhkəməsinə Xüsusi ittihamçı Abdullayev Vaqif İdris oğlu Barəsində şikayət olunan şəxs Mustafayev Qabil Mülariz oğlu 2014-cü ilin fevral ayında «İsrik» MMC ilə rəsmi müqavilə bağlanmamış, Beyləqan şəhər Stadionunun əsaslı təmiri ilə bağlı şifahi razılaşma əldə olunmuşdur. Şifahi razılaşmaya əsasən, İcra Hakimiyyəti təərfindən «İspik» MMC-nə işin gedişi ilə bağlı istənilən texniki yardım (traktor, maşın-mexanizmlərlə təminat) göstərilsə də, şəhər stadionunda planlaşdırılan işlər keyfiyyətsiz icra edilmiş və tam başa çatdırılmamışdır. Bu barədə «Spik» MMC-yə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cəmiyyət tərəfindən qeyd olunan nöqsanlar aradan qaldırılmamış, həmin işlər tərəfimizdən başa çatdırılmışdır. Bütün bunlara baxmayaraq Rayon İcra Hakimiyyəti tərəfindən «İspik» MMC-yə icra olunmuş işlərə görə razılaşdırılmış vəsait artıqlaması ilə ödənilmişdir. Lakin buna baxmayaraq «İspik» MMC tərəfindən görülməmiş və başa çatdırılmamış işlərə görə də heç bir əsas olmadan İcra Hakimiyyətindən əlavə vəsait tələb edilir. Cəmiyyətə görülməmiş və başa çatdılımamış işlərə görə də əlavə vəsaitin ödənilməsi mümkün olmadığı dəfələrlə MMC-nin rəhbəri Qabil Mülariz oğlu Mustafayevə bildirilmiş, narazı qaldığı halda isə mübahisənin həlli üçün məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. Lakin o, buna baxmayaraq böhtan şaiyə xarakterli məktublarla müxtəlif orqanlara davamlı olaraq müraciət edir. Belə ki, Mülariz Mustafayev əsassız olaraq 16 mart 2015-ci il tarixdə 4469-3940 saylı ərizə ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, 03 aprel 2015-ci ildə 10-80-36 saylı müraciətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikası Milli Məclisinin deputatı xanım Qənirə Paşayevaya, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Çingiz Qənizadəyə, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, millət vəkili Fazil Qəzənfəroğluna, ANS və ATV Tele-radio Verilişləri şirkətlərinə… yalan və böhtan xarakterli müraciətlər etmişdir (şikayətdə çoxsaylı ünvanlar göstərilir.Red.)». Şikayət ərizəsində daha sonra yazılır: «… «İspik» MMC-nin rəhbəri Mustafayev Qabil Mülariz oğlunun Əsassız, böhtan xarakterli şikayətləri nəticəsində bir çox instansiyalara mütəmadi cavab vermək məcburiyyətində qalmışam, eyni zamanda rayon İcra Hakimiyyətinin başçısı kimi mənim barəmdə qeyd edilən yalan məlumatlar şərəfimə, ləyaqətimə və işgüzar nüfuzuma ləkə gətirərək əsassız olaraq mənim vaxt itirməyimə, əsəb gərginliyi və mənəvi sarsıntı keçirməyimə səbəb olmuşdur. Bu cür yalan və böhtan xarpakterli məlumatlar yuxarı dairələrdə barəmdə qərəzli surətdə mənfi rəy formalaşdırmağa və ictimaiyyət arasında isə nüfuzdan salmağa yönəlmişdir». Xüsusi ittihamçı, Beyləqan RİH başçısı V.Abdullayev məhkəmədən xahiş edir: «…Mustafayev Qabil Mülariz oğlunun Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edərək barəsində ittihamedici hökm çıxarılmasını xahiş edirəm. Vaqif Abdullayev, 15 aprel 2015-ci il. 3 vərəqdə». - Hakim Elçin Ağayevin hansı məntiqli sualı icra başçısının korrupsiya əməlini üzə çıxartdı ki, V.Abdullayev biabır olmamaq üçün iddia ərizəsini geri götürməyə məcbur oldu? - V.Abdullayev Qabil Mustafayevə gördüyü işə görə verilən 400 min manatdan çox nağd pulu haradan alıb? - Bəs Prezidentin Ehtiyat Fondundan Beyləqan RİH-ə ayrılan vəsait necə xərclənib? - Bu vəsaitin xərclənməsi tenderdən necə keçirilmiş? (Davamı var) «Təzadlar»ın Araşdırma Qrupu
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
|