"Bəzən bir klipə bir evin pulunu xərcləmişəm" .....                     Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi .....                     "Həmin şəxslər ora təhrik edilərək gətirilib" .....                     Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi .....                     İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü .....                     Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi .....                     Ermənistan maşınları yolda qaldı .....                     Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən .....                     "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." .....                     Ermənistan ordusu qadınların ümidinə qalır .....                     Professor Nizaməddin Şəmsizadə komaya düşüb .....                     Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır .....                     İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib .....                     Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada .....                     Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... .....                     Obamanın etdiyi vicdansızlıq idi .....                     HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR .....                     İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... .....                     "Yas mərasimi üçün kredit götürürlər" .....                     Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? .....                     Pezeşkian ondan elə bir şey xahiş etdi ki... .....                     AYNA-nın yaratdığı xaos BÖYÜYÜR .....                     Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır .....                     "Space"nin keçmiş rəhbərinə vəzifə verildi .....                     İrana zərbə halında Tehranın cavabı necə olacaq? .....                     "Bu hökumət belə bir addım atsa..." .....                     Tramp hamının planını pozub... .....                     ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb .....                     Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi .....                     "İri bankların əsas problemi odur ki, acgözdürlər..." .....                     Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər .....                     Bakı ilə Tiflis yaxınlaşırsa... .....                     "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." .....                     ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… .....                     “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər” .....                     İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər .....                     Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək .....                     Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? .....                     Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? .....                     “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə .....                 

"Azenerji" şefi yenidən hədəfə alınır... - Etibar Pirverdiyevin şirkətləri əlindən alınır
Tarix: 4-06-2015, 12:08 | Çap et
"Azenerji" şefi yenidən hədəfə alınır...
"Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev karyerasında ən çətin günlərini yaşayır. Səlahiyyətlərinin bir hissəsini itirənə kimi ölkənin baş elektriki statusuna sahib olmuş "Azərenerji" rəhbəri şəbəkələşmiş biznesi sayəsində öz "kiçik imperiyasını" yaxın çevrəsinin əli ilə bir müddət rahat idarə edə bilirdi.

Lakin sonradan məlum oldu ki, şəxsi biznesinə aludəçiliyi Etibar Pirverdiyevi əsas vəzifə öhdəliklərindən irəli gələn bir sıra mühüm məsələlərin həllindən uzaq salıb. "Azərenerj" ASC-nin son bir neçə il ərzindəki fəaliyyətinin xarici müstəqil auditor yoxlamaları nəticəsində bu qurumun xeyli ziyanla işlədiyi üzə çıxdı. Halbuki, Etibar Pirverdiyevin paralel "imperiyası" həmin dövr ərzində özünün əsl çiçəklənmə dövrünü yaşayıb. Bəs "Azərenerji"nin halal vəsaitinin azalmasına hansı amillər səbəb olub? Məlumata görə bu sualın cavabını axtaran müvafiq yoxlama qurumları Etibar Pirverdiyevin qeyri-rəsmi sahiblik etdiyi obyektlərdə maliyyə monitorinqi keçirdikdən sonra bəlli olub ki, baş energetikin şəxsi nəzarətindəki özəl şirkətlər əslində onun rəhbərliyindəki Səhmdar Cəmiyyətin ən yaxın tərəfdaşı rolunu oynayıb. Bu "işbirliyi" sayəsində isə milyonlarla manat büdcə vəsaiti həmin şirkətlərə qanunsuz transfer edilib. Qeyd olunur ki, bunun nəticəsində "Azərenerji"nin strukturuna daxil olan bir sıra istehsal müəssisələri acınacaqlı duruma düşüb. Etibar Pirverdiyevin şəxsi biznes nəzarətində olan bir sıra özəl şirkətlərin bank hesablarına külli miqdarda büdcə vəsaitlərinin köçürülməsi və nağdlaşdırılması əməliyyatlarına şəxsən rəhbərlik etməsi onun "kiçik imperiyasını" xeyli çiçəkləndirsə də, bu qanunsuzluqlarda adları hallanan şəxslər yoxlamalardan sonra çox çətin duruma düşüb. Hazırda həmin şəxslərin ciddi sorğu-suala çəkildiyi deyilir. Maraqlıdır ki, həmn şəxslərdən br çoxunun adı Beynəlxalq Bankın kredit qalmaqalında da hallanır. Məlumata görə həmin kreditlər məhz Etibar Pirverdiyevə aid şirkətlər vastəsilə nağdlaşdırılaraq bölüşdürülüb. Lakin "Azərenerji" ASC prezidentini xüsusilə narahat edən bu deyil. Onun birbaşa göstərişi əsasında 2013-cü ildə "Azenco" şirkəti tərəfindən gerçəkləşdirilməsinə başlanmış 32 milyonluq 110/35 kilovoltluq Gədəbəy yarımstansiyası və 110 kiovoltluq Gədəbəy-Zəyəm elektrik verilişi xətlərinin tikintisində üzə çıxan ciddi maliyyə pozuntuları barədə ölkənin ali rəhbərliyi artıq məlumatlandırılıb. Əldə etdiyimiz məlumata görə, layihə üzrə məbləğin bir hissəsi ümumiyyətlə enerji sahəsinə aid olmayan ayrı-ayrı şirkətlərin hesablarına ötürülməklə ciddi saxtakarlıqlara rəvac verilib. Həmin şirkətlərin adını hələlik çəkməyən mənbəmizin bildirdiyinə görə bu məsələ ilk növbədə Etibar Pirverdiyevi ölkənin enerji sistemində istifadə olunan elektrotexniki avadanlıqların, kabel və digər mal-məhsulların alınmasında qüsurlara yol vermiş səlahiyyət sahibi kimi məsuliyyət altında qoyur. Mənbə onu da bildirir ki, hazırda ölkədə Etibar Pirverdiyevin çətiri altında fəaliyyət göstərən və müxtəlif şəxslərin adına rəsmiləşdirilmiş biznes, istehsal və xidmət sahələrinin siyahısı tərtib edilərək aidiyyəti orqanlara təqdim olunub. Bu şirkətlərin arasında ən tanınmışı olan "Azenco" ASC-də həmin siyahıda yer alır. Qeyd edək ki, "Azərenerji" ASC-nin rəhbəri son onilliklər ərzində qazandıqlarına görə məhz 2002-ci ildən fəaliyyət göstərən "Azenco" ASC-yə minnətdar olmalıdır. Nizamnamə kapitalı 7 milyon manata qədər olan bu səhmdar cəmiyyət vasitəsilə hər il büdcə milyonları "Azərenerji" ASC-nin qazancı ilə birlikdə ayrı-ayrı şəxslərin cibinə axır. Etibar Pirverdiyevin xeyir-dua verdiyi "Azenco sınaq və keyfiyyətə nəzarət" MMC-adlı daha bir şirkət isə ölkədə energetika sahəsində gerçəkləşən bahalı layihələrin əsas icraçısı sayılan "Azenco"nun natamam və keyfiyyətsiz işlərini dəyərləndirərək sertifikatlaşdırmaqla məşğul olub. "Azərenerji" ASC prezidentinin himayəsi altında "Azenco" və digər oxşar şirkətlərlə ortaq şəkildə gerçəkləşdirilmiş sözügedən qanunsuz əməliyyatların Etibar Pirverdiyev üçün əməlli-başlı problem yaratması bu baxımdan gözlənilən idi. Səhmdar Cəmiyyətin mərkəzi ofisində məsələdən xəbərdar olan məlumatlı şəxslər artıq bunu "Azerenerji" rəhbərliyinin karyerasında son nöqtə qoya biləcək bir biabırçılıq kimi dəyərləndirir. Odur ki, çevrəsinə aid şirkətlərin əlindən alınması prosesinə start verilməsi ölkənin enerji sektorundan qanunsuz milyardlar əldə edərək oliqarxlaşmış Etibar Pirverdiyev üçün bəd aqibət vəd edir.
\\ gundelik-baku.com \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36
Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35
"Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33
Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31
İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29
Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59
Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55
Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48
"O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44
Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39
Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34
Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02
İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52
Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15
Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13
Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02
HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59
İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57
"Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43
Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41
Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49
AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45
Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35
"Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33
İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28
"Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25
Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02
ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59
Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40
"İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37
Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16
Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14
"Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10
ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07
“Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11
İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08
Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05
Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43
Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40
“Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37
Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38
Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31
Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23
Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20
"5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07
Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05
Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10
Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06
Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03
Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru