Nazim İbrahimovun qələmini niyə qırıblar... - Diaspora siyasəti yeni simaya həvalə olunur
Tarix: 5-05-2015, 11:38 | Çap et
Prezident İlham Əliyevin harınlamış məmur və məmur övladları ilə bağlı xəbərdarlığından sonra bəziləri özünü yığışdırmalı oldu. Hətta bir neçə yüksək rütbəli məmurun bu cür faktlara görə, işdən azad olunması, həbsə atılması da baş verdi.
“Unikal”ın məlumatına görə, yaxın ətrafı, daha dəqiq desək, övladının dəbdəbəli həyat tərzi sürməsini nümayş etdirməsi Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimova da problem yaradıb. Belə ki, bir müddət öncə komitə sədrinin oğlu Elnur İbrahimovun sərvəti barədə saytlarda fotolar, yazılar yer almışdı. Yazıda Elnur İbrahimovun şəxsi təyyarə ilə səyahət etdiyi, bahalı yaxtalara sahib olduğu vurğulanır:“Elnur səyahət eləməyi çox xoşlayır. Amma adi “Aerobus-320" tipli təyyarədə tərləyə-tərləyə uçmaq və səninlə qonşu kresloda oturmuş hansısa kök bir xalanın tər iyini udaraq əzab çəkmək Elnurluq deyil. Biznes-klassda uçmaq da artıq dəbdən düşmüş səyahət sayılır. Elnur xüsusi komfortu və əlahiddə xidməti, yəni açıq desək, şəxsi təyyarədə uçmağı sevir. Azərbaycanlı məmurun oğlunun həyat tərzi yalnız Bakı gənclərinin çox sevdiyi ingilisdilli V.I.P. abbreviaturasına daxil olan xidmət və rahatlıq üzərində qurulub. Mövsümün ən qızğın vaxtında Maldiv adalarında istirahət etmək? Niyə də olmasın?! İstirahət günlərində, boş vaxtlarında dostları da götürüb İstanbula gəzməyə getmək? Heç bir problem yoxdur! Bu, sevimli oğlundan heç nəyi əsirgəməyən məmur atanın əlində nə çətin işdir ki?! Budur, o, katerdə şütüyür, qiyməti isə təyyarəyə baxanda qəpik-quruşdur. Bakıda bu cür nəqliyyatın kirayəsinin bir saatı 500 manata başa gəlir. Sıradan vergiödəyicisi bu əyləncə vasitəsini heç kirayə də götürə bilməz, o ki qaldı onu almaq... Boş-bekarçılıqdan bezəndə Elnur paytaxtın ən elitar restoranlarında bahalı alkoqollu içkilər içməklə, habelə DJ-liklə də məşğul olur. Yəni özünün vaxtaşırı olaraq təşkil etdiyi qapalı məclislərində “val fırladır”. Hərdən də belə məclisləri vətənində deyil, Parisdə təşkil edir ki, bütün dostları, hətta çoxdandır Bakıda yaşamayanlar da gələ bilsinlər". Sözsüz ki, komitə sədrinin oğlunun həyat tərzi ilə bağlı bu yazı gündəmə bomba kimi düşdü və böyük rezonans doğurdu. Həmin dövrdə ölkə başçısının harınlamış məmurlarla bağlı xəbərdarlığı yeni idi və bu səbəbdən də Nazim İbrahimovun sərt şəkildə cəzalandırılması an məsələsi idi. Ona görə də həmin dövrdə Nazim İbrahimov mətbuata çıxaraq, oğlunun əməlləri ilə bağlı açıqlama verdi. Sözsüz ki, o, yazılanları “cəfəngiyyat” adlandırıb: “Mənim belə bir əmlakdan xəbərim yoxdur. Əgər o yazını yazan jurnalist həmin əmlakın ünvanını mənə göstərsə, hamısını ona bağışlayacağam. Özünü ciddi hesab edən media belə yoxlanılmamış məlumatı verməməlidir”. Nazim Ibrahimov bu tipli yazıları Azərbaycan iqtidarında olanlara qarşı “şər atmaq, ləkə yaxmaq, dövlət adamlarını nüfuzdan salmaq üçün planlı addım” adlandırıb: “Bir sıra müxalifət mətbuatında dövlət və hökumət adamlarına qarşı bu cür addımlar atılır. Bunların da demək olar ki, tam hissəsi şayiələrdir, həqiqətə uyğun deyil. Bu, sadəcə Azərbaycan iqtidarına sədaqətli olan adamları ləkələmək, onları cəmiyyətə tamam başqa cür təqdim etmək məqsədi daşıyır”. Təbii ki, N.İbrahimovun bundan başqa cavabı ola bilməzdi. Dövlət məmurunun milyonluq, bəlkə də milyardlıq əmlaka necə sahib olması sualına cavab vermək çətindir. Hələ üstəlik övladının bütün bunları nümayişkəranə göstərməsi komitə sədrini daha böyük zərbə altında qoydu. “Unikal”ın apardığı araşdırma zamanı bir sıra ilginc məlumatlar əldə etmişik. Öncə onu qeyd edək ki, məlum yazıdan sonra Nazim İbrahimovun oğlu Elnur İbrahimov İnstagram sosial şəbəkəsindəki akkauntunu bağlayıb. Bununla məlum olur ki, artıq N.İbrahimov həmin məqalədən sonra ciddi xəbərdar edilib. Bu barədə bizi bilgiləndirən hakimiyyətdəki mənbə deyib ki, həmin söhbətdən sonra N.İbrahimovla bağlı “yuxarılar”ın mövqeyi qətiləşib: “Onsuz da Nazim İbrahimovun fəaliyyətindən ciddi narazılıqlar var. Onun diaspora işini gücləndirməkdən daha çox müxtəlif ölkələrdə biznes strukturları qurması və burada dövlətin ona verdiyi yetkililərdən sui-istifadə etməsi onunla bağlı mənfi rəy formalaşdırmışdı. Amma onun oğlunun dəbdəbəli həyat tərzini əks etdirən materialların yayılması Nazim İbrahimova qarşı inamsızlığı daha da gücləndirib. Artıq Nazim İbrahimovun karyerasını bitirməklə bağlı ilkin qərar var. Bunun nə zaman gerçəkləşəcəyini deyə bilmərəm, amma onun vəzifədə uzun müddət qalmayacağı qətidir”. Göründüyü kimi, səmərəsiz fəaliyyəti, vəzifə səlahiyyətlərindən sui-istifadə daha bir yüksək çinli məmurun karyerasına son qoymaqdadır. Nazim İbrahimovun təkcə vəzifədən kənarlaşdırmaqla cazasının bitib-bitməyəcəyi hələ sual altındadır. Çünki artıq vəzifə dövründə qanunsuz əməllərə görə hesab sorulması tendensiyasına start verilib. Bu isə N.İbrahimov üçün daha acınacaqlı sonluq vəd edir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
|