İkinci dəfə işğal olunan Laçın obaları: Başçıya qarşı ittiham var - Bu hələ harasıdır...
Tarix: 9-04-2015, 12:47 | Çap et
Dünən ölkənin bir çox informasiya portallarında Ağcəbədi rayonu Taxtakörpü qəsəbəsində məskunlaşmış, Laçın rayonundn olan məcburi köçkünlərin ölkə prezidentinə müraciətləri dərc olunmuşdu. Qarakeçdi obasının sakinləri tərəfindən hazırlanmış bu müraciətdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun yarıtmaz fəaliyyətinə dair ciddi iradlar irəli sürülmüşdür. Belə ki, icra başçısı köçkün laçınlıların onsuz da ağır olan həyat şəraitlərini bir qədər də çətinləşdirməkdə ittiham olunur: “Son iki ildir ki, hansısa təsadüfdən Laçınlı polis polkovniki 62 yaşlı, istefada olan Akif Səlimov bu rayona başçı gəldi. Məlumdur Laçın əhalisinin 60-70 faizi, imkan tapanlar köçüb Bakı və Sumqayıt şəhərləri ətrafına, respublikanın digər regionlarına getmişlər. Qalan 30-40 faiz əhalini isə Akif Səlimov başçı gələndən sonra məcburi surətdə buradan qovub. Rayonun bu ərazidə təqribən 30 min hektar torpaq sahəsi var. Akif Səlimov həmin torpaq sahəsini zəbt edib, əhalinin əlindən aldı. Özünə şəxsi fermalar tikdi, bir neçə yatağı özü zəbt etdi. Qaçqınların 100 hektarlarla torpağını da ayrı-ayrı adamlara, bu zonada yaşamayan işbazlara satdı...” Əslində bu müraciət Akif Səlimovun öz fəaliyyətində yol verdiyi çeşidli qanun pozuntularını əks etdirən yeganə məlumat deyil. Belə ki, son vaxtlar ölkə mətbuatında Laçın rayonu ilə bağlı tənqidi materialların dərci ümumiyyətlə intensivləşib. Bir müddət əvvəl mövzuya dair dərc etdiyimiz materiallarda isə biz qeyd etmişdik ki, rayonda durumun kritik vəziyyətə yaxınlaşması getdikcə daha da sürətlənir. Bu gün Laçınlıları ən çox narahat edən məqamlardan biri rayonda rüşvətxorluq və korrupsiya hallarının artmasıdır. Həm də daxil olan məlumatlardan belə qənaətə gəlmək olur ki, rayon ictimaiyyətinin böyük əksəriyyəti bu kimi halların başında məhz Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun durduğunu təsdiq edirlər. Qeyd etmək lazımdır ki, Laçın RİH başçısının istər rayon sakinləri ilə, istərsə də mətbuatla problemləri onun bu vəzifəyə təyinatından çox az müddət sonra artıq yaranmağa başlamışdı. Hələ Akif Səlimovun bu vəzifəyə yeni təyinat aldığı vaxt artıq redaksiyamıza əqdim olunan açıqlamalarda bildirilirdi ki, başçı yüksək rütbəli məmurlardan birinə rüşvət verərək vəzifə aldığını iddia edir və bunu bütün dost-tanışlarının yanında açıqca söyləyir. Elə bu üzdən də Akif Səlimov rayonun vəzifəli adamlarından külli miqdarda pul tələb edirdi. Pulu verməyənləri isə işdən azad edərək onların yerinə tələb etdiyi pulu verən yeni şəxsləri gətirirdi. Vətəndaşlar tərəfindən göndərilən digər bir məktubda isə iddia olunurdu ki, Akif Səlimovun yarıtmaz fəaliyyəti üzündən Laçın rayonunda ciddi qarşıdurmalar yaranıb. İcra başçısı rayona rəhbərlik etdiyi müddətdə burada eybəcər mühit yaradıb. Mənbələrin iddialarına görə rayonda daha çox nüfuza, hörmətə malik insanları zərərsizləşdirmək üçün başçı bütün variantlardan istifadə edir. Onları şantaj etdirib əhalinin gözündən salmaqla özünə gələcəkdə rəqib ola biləcək kim varsa hamısını sıradan çıxarır. Qeyd olunur ki, bu üsuldan o, əvvəllər polis rəisi işləyərkən istifadə etmiş, lakin ugursuzluğa düçar olmuşdu. Maraqlıdır ki, bu ittihamlar Qarakeçdi obasının sakinlərinin ölkə rəhbərliyinə müraciətində də öz əksini tapmışdır: “Başçı bütün məsul vəzifələri təcrübəsiz, ixtisası, diplomları olmayan savadsız adamlara pul ilə satır. Vicdanlı, savadlı, təcrübəli şəxsləri isə yaşlı ya da cavan olmasından asılı olmayaraq, rayondan zorla, şər və böhtan atmaqla qovur. Akif Səlimov bununla özünə sərbəst mühit şəraiti yaradır. Vicdanlı adamlara şər, böhtan atdırır. Polis zabiti təcürbəsindən istifadə edib əhalini təzyiq altında saxlaya bilir...” Həmçinin müraciətdə qeyd olunur ki, icra başçısı rayonun səhiyyə, təhsil, mədəniyyət, sosial müdafiə, məişət xidməti sahələrini, yol infrastrukturlarını, su təsərüffatını bərbad vəziyyətə gətirib. Bu xüsusda bir müddət əvvəl dərc etdiyimiz materiallarda da biz göstərmişdik ki, Akif Səlimov vəzifəyə gəldiyi ilk günlərdən rayon təhsilini öz nəzarətinə götürmüşdü. Belə ki, başçı təhsil şöbəsinin müdirinə təzyiqlər göstərərək, rayonun məktəblərindən aylıq ödənişlərin yığılması tələbini irəli sürmüşdü. Nəzərə almaq lazımdır ki, hazırda Laçın RTŞ-nin tabeliyində 120 məktəb fəaliyyət göstərir. Məlumatlara görə isə hər məktəb direktoru ayda təhsil şöbəsinin müdirinə 200-300 manat haqq verir ki, bu pulun da əsas hissəsi Akif Səlimova çatdırılır. Hətta mənbələr bildirirlər ki, bu məbləgin çatdırılmasında bəzən icra başçısı ilə təhsil şöbəsinin müdiri arasında bölgü davası da düşür və bu səbəbdən Akif Səlimov mütəmadi olaraq RİH-nin əməkdaşlarından ibarət komissiya yaradaraq məktəbləri yoxlatdırır. Aylıq hesab verməyən məktəb direktorları başçının qara siyahısına düşür. Sonra isə həmin şəxslər vəzifədə qalmaq üçün əlavə 1000-2000 manat haqq ödəməli olurlar. Aldığımız digər məlumatlarda isə Laçın rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Yusif Hüseynovun dövlət büdcəsinin talan edilməsi yönümündə Akif Səlimovla birgə həyata keçirdikləri maxinasiyalardan bəhs olunurdu. Bu xüsusda verilən açıqlamalarda göstərilir ki, Laçın rayon Mədəniyyət və Turizm şöbəsinin nəzdində 34 Mədəniyyət evi, 48 klub, 110 kitabxana, 2 muzey, 1 rəsm qaleriyası, 5 musiqi məktəbi mövcuddur və bu qurumlarda ümumilikdə 900-dən çox əməkdaş işləyir. Qeyd olunur ki, 2013-2014-cü illər ərzində rayonun Mədəniyyət və Turizm şöbəsinə 200 min manatdan çox vəsait ayrılıb və həmin vəsaitlər dəftərxana xərcləri, avadanlıq və ləvazimatların alınması adı altında sənədləşdirilərək mənimsənilib. Mənbə bildirir ki, Yusif Hüseynov şöbə müdiri təyinatı almamışdan öncə biznes ilə məşğul olub və idarə müdiri vəzifəsinə icra başçısı Akif Səlimova yüksək məbləğdə rüşvət verərək keçib. Bundan sonra isə icra başçısı ilə “şərik” işləməyə başlayıb. Belə ki, icra başçısı ilə əlbir olan şöbə müdiri hər ay dövlətdən külli miqdarda vəsait mənimsəyir. Daxil olan məlumatda iddia olunur ki, ildə bir neçə dəfə rayonun daxili büdcəsindən Mədəniyyət və Turizm şöbəsinə böyük məbləğdə vəsaitlər köçürülür və bu vəsaitlər adı olub, özü olmayan mədəniyyət evlərinin, klubların, kitabxanaların cari təmiri, dəftərxana ləvazimatları və yeni avadanlıqların alınması adı altında sənədləşdirilərək silinir. Bir müddət bundan əvvəl isə mətbuata Akif Səlimovun başqa bir maxinasiyasına dair məlumatlar yol tapmışdı. Bildirilirdi ki, icra başçısı məcburi köçkünlərin hesabına yeni qazanc yeri tapıb. Bu qazanc yeri isə Laçın rayonundan olan məcburi köçkünlərə qış aylarında verilən neft yanacağıdır. Bu xüsusda daxil olan məlumata görə Laçın rayonundan olan 12 minə yaxın məcburi köçkün ailələrindən hər birinə qış aylarında 40 litr neft yanacağı ayrılır. İcra başçısı Akif Səlimovun təlimatı ilə kənd icra nümayəndələri və Qaçqınkomun Laçın şöbəsinin rəhbəri neft paylamaq işini öz qaydalarına əsasən həyata keçirirlər. Belə ki, əslində məcburi köçkünlərə neft paylanmır. İcra başçısı gəlir əldə etmək üçün məcburi köçkün ailələrinə yanacağın əvəzinə onun pulunu verir. Təbii ki, yarı qiymətinə. Məlumatda vurğulanır ki, kənd icra nümayəndələri məcburi köçkünlərə verilən 40 litr yanacağın 5 litrini bəri başdan kəsirlər. Yerdə qalan 35 litr yanacağı isə razılaşdırılmış şəkildə vətəndaşlardan litrini 35 qəpiyə alırlar. Məlumatda iddia olunur ki, qış aylarında məcburu köçkünlərdən alınan yanacaq əməliyyatından Akif Səlimovun adamları yüz minlərlə manat vəsait qazanırlar. Bundan başqa Laçın rayonundan olan və Bakı şəhərində məskunlaşan imkanlı məcburi köçkünlərin adına yazılan yüz tonlarla yanacaq məhz icra başçısının nəzarəti altında silinərək mənimsənilir. Həmçinin Akif Səlimovun ailə təsərrüfatlarının sayını süni sürətdə artırdığı bildirilir. Belə ki, icra başçısı ailə üzvlərini parçalayaraq yeni təsərrüfatlar yaradır. Bu yolla başçı dövlətdən daha çox yanacaq alaraq daha çox qazanır...
Əslində bütün bu deyilənlər Laçın Ryon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən rəvac verilən qanun pozuntularını heç də tam həcmdəəhatə etmir. Laçınlıların dünənki müraciətləri isə vəziyyətin artıq həqiqətən də dözülməz həddə çatdığını əyani şəkildə nümayiş etdirir. Məhz buna görə də rayon sakinləri vəziyyətə müdaxilə olunması üçün dövlət başçısına müraciət etməli olublar. Ümid edirik ki, bu müraciətin nəticəsi olaraq ölkə rəhbərliyi tərəfindən lazımi tədbirlər görüləcəkdir. \\ bizimdovr.az \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26 |
|
|
|
|