Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada .....                     Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... .....                     Obamanın etdiyi vicdansızlıq idi .....                     HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR .....                     İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... .....                     "Yas mərasimi üçün kredit götürürlər" .....                     Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? .....                     Pezeşkian ondan elə bir şey xahiş etdi ki... .....                     AYNA-nın yaratdığı xaos BÖYÜYÜR .....                     Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır .....                     "Space"nin keçmiş rəhbərinə vəzifə verildi .....                     İrana zərbə halında Tehranın cavabı necə olacaq? .....                     "Bu hökumət belə bir addım atsa..." .....                     Tramp hamının planını pozub... .....                     ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb .....                     Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi .....                     "İri bankların əsas problemi odur ki, acgözdürlər..." .....                     Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər .....                     Bakı ilə Tiflis yaxınlaşırsa... .....                     "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." .....                     ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… .....                     “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər” .....                     İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər .....                     Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək .....                     Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? .....                     Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? .....                     “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə .....                     Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? .....                     Ağlar günə qalan Naxçıvan səhiyyəsi... .....                     Niyam Salaminin yarım milyon borcu üzə çıxdı .....                     Gəncə Tibb Kollecində rüşvət tələb olunur? .....                     "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" .....                     Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? .....                     Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur .....                     Kamilənin adından dələduzluq .....                     Abdolbari Gozal vəfat etdi .....                     Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib .....                     Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib .....                     İmişlinin deputatı yerli sakinlərə səsləndi .....                     “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” .....                 

Şok: Şəkidə "vətənə xəyanət" ittihamı ilə həbsdə olmuş şəxsə vəzifə verilib - İcra başçısından ilginc addım
Tarix: 4-12-2014, 12:23 | Çap et
Şok: Şəkidə "vətənə xəyanət" ittihamı ilə həbsdə olmuş şəxsə vəzifə verilib
Şəki Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Elxan Usubovun adı indiyə qədər müxtəlif qalmaqallarda, xoşagəlməyən məsələlərdə hallandırılıb. Məmur isə müxtəlif media qurumlarına verdiyi açıqlamaların demək olar ki, hamısında barəsində yazılanların həqiqət olmadığını bildirib. Bu, ölkəmizdə sanki ənənə halını alıb.

Yəni bu vaxta kimi hansısa vəzifəli şəxslərin mətbuatda özü ilə bağlı gedən tənqidlərə sağlam münasibət göstərməsinin şahidi olmamışıq. Bu öz yerində. Məlum olduğu kimi, yerli icra hakimiyyəti orqanlarının rəhbər şəxslərini, yəni icra başçılarını vəzifəyə prezident təyin edir. Ölkə başçısı vəzifəyə qoyduğu şəxslərə etimad göstərir. Əfsus ki, bəzi məmurlar cənab prezidentin etimadını istənilən səviyyədə doğrulda bilmirlər. Belə ki, icra başçılarından bir neçəsi yerli sakinlərə əlavə problemlər yaradır ki, nəticədə əyalətlərdə narazılıq halları artır. Digər tərəfdən, əksər hallarda icra başçıları özlərinə düzgün komanda yarada bilmirlər. Şəkidəki etibarlı mənbələrdən aldığımız məlumatlara görə, icra başçısı Elxan Usubovun rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinə baş məsləhətçi vəzifəsinə təyin etdiyi Nizami İsmayılovun keçmişi qaranlıq məqamlarla zəngindir. Mənbənin verdiyi bilgilərə görə, adıçəkilən şəxs bir neçə il əvvəl dövlətə xəyanətdə ittiham edilərək həbs olunub. Elxan Usubov isə dövlətə xəyanət maddəsi ilə ittiham edilərək həbsdə yatmış Nizami İsmayılovu Şəki Şəhər İcra Hakimiyyətində məsul vəzifəyə təyin edib: "Məlumatınız olsun ki, Elxan Usubov Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Şəki Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilən zaman rayona tək gəlməyib. İcra başçısı Nizami İsmayılovu da özü ilə bərabər Ağstafadan Şəkiyə gətirib və icra hakimiyyətində şəhər təsərrüfatı şöbəsinə baş məsləhətçi təyin edib. Deyilənə görə, Nizami İsmayılov Ağstafa İcra Hakimiyyətində işlədiyi vaxtlarda Elxan Usubovla birgə bir sıra qeyri-qanuni işlərə imza atıb. Onlarla səmərələşdirici və elmi təklifin müəllifi kimi təqdim edilən Elxan Usubovun bu addımını isə səmərələşdirici saymaq çətindir. Çünki Şəki İcra Hakimiyyətində baş məsləhətçi işləyən Nizami İsmayılov dövlətə xəyanət edib. Belə bir şəxsə vəzifə verilməsi heç cür başadüşülən hal deyil". Mənbənin verdiyi məlumatda o da bildirilir ki, Elxan Usubovla yaxın münasibətlərə malik olan Nizami İsmayılov icra başçısından sonra Şəkidə əsas söz sahibidir: "Baş məsləhətçi başçının bəzi işlərini aparır. Hətta Elxan müəllimin müavinləri belə ona artıq-əskik söz deyə bilmirlər. Rayon rəhbəri dövlətə xəyanət etdiyinə görə həbsdə yatan şəxsə geniş imkanlar yaradıb. Şəki camaatı Nizami İsmayılovu icra başçısının "sağ əli" kimi tanıyır, habelə onu rayonun ikinci icra başçısı adlandırırlar. Şəkidə həyata keçirilən abadlıq, təmir və tikinti işləri zamanı hansı idarə rəhbərinin nə qədər yardım edəcəyini məhz Nizami İsmayılov müəyyən edir. Belə ki, baş məsləhətçi bir müddət əvvəl Mərkəzi Xəstəxananın baş həkimi Məcid Əliyevi və Suvarma Sistemləri İdarəsinin rəisi Fərahim Qarayevi rayonda aparılan təmir-tikinti işlərinə cəlb edib. Halbuki, onun bunu etməyə haqqı və ixtiyarı yoxdur". Xatırladaq ki, bu ilin may ayında prezident tərəfindən dövlətə xəyanət edən şəxslərin cəzalarının ağırlaşdırılması ilə bağlı Cinayət Məcəlləsinin 274-cü maddəsinə təklif edilən dəyişiklik Milli Məclisə göndərilib. Dəyişikliyə əsasən, dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq ölkə vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə 12 ildən 20 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Təbii ki, ən böyük cinayət dövlətə, prezidentə xəyanət etmək və onun maraqlarını satmaqdır. Kim dövlətə və onun maraqlarına xəyanət edirsə, heç bir halda bağışlanmamalıdır. Bizə çox maraqlıdır görəsən, Elxan Usubov hansı xidmətlərinə görə, Nizami İsmayılovu icra hakimiyyətində baş məsləhətçi vəzifəsinə təyin edib. Məgər, 180 min nəfərə yaxın əhalisi olan Şəkidə başqa adam tapılmadı ki, həmin vəzifəyə qoyulsun. Görünür, Nizami İsmayılov Ağstafada Elxan müəllimin işinə yaradığı üçün onu özü ilə Şəkiyə gətirib. Amma biz və bizim kimi on minlərlə insan dövlətə xəyanət edən şəxslərin vəzifədə oturmasının əleyhinəyik. Yəqin ki, yuxarı instansiyaların söz sahibləri məsələyə dərhal öz münasibətini bildirəcək.
\\ gundelik-baku.com \\

Qarşı tərəfi də dinləyə bilərik...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15
Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13
Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02
HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59
İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57
"Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43
Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41
Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49
AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45
Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35
"Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33
İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28
"Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25
Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02
ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59
Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40
"İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37
Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16
Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14
"Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10
ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07
“Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11
İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08
Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05
Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43
Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40
“Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37
Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38
Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31
Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23
Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20
"5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07
Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05
Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10
Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06
Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03
Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00
Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30
İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28
“İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26
Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22
“Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10
Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Dünən, 18:09
Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Dünən, 17:56
Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Dünən, 17:55
Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Dünən, 16:22
İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Dünən, 16:18
“Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Dünən, 16:13
Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı - “Sputnik Ermənistan”
Dünən, 15:29
Bu gedişlə... BAĞLANACAQ! - DETALLAR
Dünən, 15:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru