Elman Rüstəmovun qohumu bir ailəni Azərbaycandan qaçaq salır... - Qaradağ Maliyyə İdarəsinin rəisi və daha kimlərin özbaşınalığı...
Tarix: 3-12-2014, 12:51 | Çap et
Bakı şəhəri, Nizami rayonu, Məhsəti küçəsi bina 22, mənzil 28-də yaşayan 73 yaşlı Xəlilov Xudaverdi İsmayıl oğlu ailə üzvləri ilə birgə ölkə prezidentinə və digər əlaqədar dövlət qurumlarının rəhbər şəxslərinə müraciət edib. Qeyd edək ki, o Qaradağ rayon Maliyyə İdarəsinin rəisi Mirzə Mirzəyevin qanunsuz əməllərindən şikayətçidir və oğlu Namiq Xəlilovun günahsız yerə həbs edildiyini bildirir.
Bu haqda ötən saylarımızda müfəssəl məlumat verdiyimizə görə təkrarçılıq etmək istəmirik. Şikayətçi ölkə rəhbərinə ünvanladığı yeni müraciətin bir nüsxəsini də "Gündəlik Bakı"nın elektron poçtuna göndərib. Həmin müraciəti olduğu kimi diqqətinizə çatdırırıq: "Bu gün kasıb təbəqənin canı və qanı bahasına müstəqilliyini qazanmış dünyəvi, demokratik, hüquqi müstəqil Azərbaycan Respublikasının bəzi hüquq-mühafizə orqanlarında vətəndaşlara qarşı haqsızlıq və özbaşınalıq edilir. Vətəndaşın əmlakını qanunsuz yolla ələ keçirən məmura hüquq-mühafizə orqanlarında himayədarlıq edilir. Sadə zümrənin kasıb adamları dövlət idarələrində bəzi məmurlar tərəfindən adam yerinə qoyulmur, qanunlar varlı təbəqənin adamlarına, milyonlar üstündə bardaş qurub tutduğu vəzifədə hökmranlıq edən vəzifəli şəxslərin ailə-uşaqlarına, qohum-qardaşlarına və dost-tanışlarına xidmət edir. Bəzi məmurların işdə maddi marağı, vəzifə, masa, rütbə dostluğu qanunları ayaq altına ataraq tapdaladır. Bir sözlə bu gün ölkənin bəzi hüquq-mühafizə orqanlarında məmur haqsızlığını görənin az qala gözü çıxarılır. Yuxarılara şikayət yazıb haqqını tələb edənlər dəhşətli dərəcədə incidilir. Buna görə də dövlət idarələrində məmur haqsızlığını və özbaşınalığını görən vətəndaşda istər-istəməz dövlətə qarşı inamsızlıq yaranır. Özü də bu narazılıqlar ölkədə sıravi, səlahiyyətsiz idarə rəhbərləri tərəfindən deyil, məhz qanunların ölkədə düzgün yerinə yetirilməsinə nəzarət edən hüquq-mühafizə orqanlarında yaradılır. Bu gün düşmənimiz olan mənfur ermənilər Ermənistanda acından ölür. Bizdə isə vətəndaş acından deyil, bir sıra vəzifəli şəxslərin haqsızlığından ölür. Bildirirəm ki, biz Qaradağ rayon Maliyyə İdarəsinin rəisi Mirzə Mirzəyevin həm özü, həm də onun valideynləri ilə uzun illərin ailəvi dostu olmuşuq. Heç ağlımıza da gəlməzdi ki, Mirzə nə vaxtsa bizə qarşı belə hərəkət edər. Çox təəssüf ki, ailəvi dostumuz olan Qaradağ rayon Maliyyə İdarəsinin rəisi Mirzə Mirzəyev gözləmədiyimiz halda ailəmizin ona olan etibarından aldatma yolu ilə sui-istifadə edərək 30.12.2012-ci il tarixli alqı-satqı müqaviləsindən sonra dostları-notariat kontorunun müdiri Ü.F.Kərimov və Cəlal Qocayevin vasitəsi və iştirakı ilə müxtəlif fırıldaqlar işlətməklə oğlum Namiq Xəlilovun ailəsinə çatası 700000 manat dəyərində əmlak payını ələ keçirdi. Namiq isə ailədə dostluq münasibətlərini pozmamaq üçün 01.02.2013-cü ildən 02.10.2014-cü il tarixə kimi Mirzə Mirzəyevə və onun dostu Cəlal Qocayevə SMS (mesaj) göndərərək pulunu tələb edib. Sonda 1 il 3 ay ərzində pulunu Mirzə Mirzəyevdən ala bilməyən oğlum məcburiyyət qarşısında qalaraq 10.02.2014-cü ildə ölkə prezidentinə, baş prokurora və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət edib. Bunu bilən və "Tac Holdinq" şirkətində 2007-ci ildən indiyə kimi gizli biznes fəaliyyəti ilə məşğul olan Mirzə Mirzəyev mülkiyyətinin əlindən alınacağından qorxaraq MCQMİ-də işləyən dostu Teyyub Müseyibova müraciət edərək "Namiq nə səni saydı, nə məni, məndən prokurorluğa şikayət verdi" deyərək onun həbsini istəyib. Bundan sonra Mirzə Mirzəyevin sifarişi ilə ağır şəkər xəstəsi olan oğlum Namiq Xəlilova qarşı süni şantaja əl atıldı. O, Mirzə Mirzəyevin dostu Teyyub Müseyibov tərəfindən MCQMİ-nə aparıldı. Ona qarşı 1937-ci ilin üzə qoyma metodlarından istifadə olunub. Mirzə Mirzəyevin dostu Teyyub Müseyibov oğlumun dişini sındırıb. Bununla bağlı verdiyimiz çoxsaylı şikayətlərdən sonra istər MCQMİ-də və istərsə də digər qurumlarda Mirzə Mirzəyevin pərdəarxası generallar səviyyəsində müdafiəsinə başlanıldı. MCQMİ-də oğluma qarşı təşkil edilmiş qərəzli istintaq zamanı Namiq Xəlilovun verdiyi çoxsaylı vəsadətlər müstəntiq C.Daanov tərəfindən qəbul edilməmiş, göstərdiyi şahidlər çağırılmamış, işin mahiyyətini açacaq sualların verilməsinə imkan verilməmişdir. Oğlumun istintaq zamanı hər iradına qarşı istər müstəntiq C.Daanov, istərsə də onun köməkçisi müstəntiq İsmayıl müəllim "Bu bizlik deyil, iş vaxtımız qurtardı gedirik" deyərək istintaqda bütün hərəkətləri Mirzə Mirzəyevin müdafiəsinə yönəltdilər". Xudaverdi Xəlilov yazır ki, haqsızlıq o, yerə çatıb ki, 1 il 3 ay SMS göndərərək pulunu Mirzə Mirzəyev və Cəlal Qocayevdən ala bilməyən oğlu sonda hüquq-mühafizə orqanları tərəfindən quldur adlandırılıb: "Çoxsaylı şikayətlərdən 1 il 9 ay keçəndən sonra Mirzə Mirzəyev əmlakı geri qaytarsa da, törətdiyi bu əməlinə görə cəzalandırılmadı. Əksinə həbsdən azad olunmalı olduğu halda, oğluma qarşı süni şantaj yolu ilə təşkil olunmuş qondarma cinayət işində əmlakını Mirzə Mirzəyev və qeyrilərindən tələb etdiyinə görə əleyhinə MCQMİ-də CM-nin 182.3 maddəsinin 2-ci hissəsi ilə saxta ittiham elan edildi. Onu da bildirirəm ki, bu, Mirzə Mirzəyevin ilk belə əməli deyil. Belə ki, o vaxtı ilə təsisçisi və bank şurasının sədri olduğu özəl "Emabank"ı 1999-cu il tarixdə Xuraman adlı qadına satarkən Azərbaycan Beynəlxalq Bankından kredit şəklində götürdüyü 300000 ABŞ dollarını alqı-satqı zamanı saxta sənədlərlə zavallı qadına sırıdığı üçün qadın bununla bağlı həbs edilmiş və o CM-nin 38.8 maddənin 4-cü hissəsilə təqsirləndirilərək 10 il azadlıqdan məhrum olunmuşdur. Hökmün nəticəsi ilə razılaşmayan Xuraman xanım Respublika Ali Məhkəməsinə şikayət verərək həmin məbləğin onun tərəfindən deyil, Mirzə Mirzəyev tərəfindən mənimsənildiyini bildirib. Məhkum qadının şikayəti Ali Məhkəmənin Cİ üzrə Məhkəmə Kollegiyasında araşdırılarkən həqiqətən də həmin 300000 ABŞ dollarının Xuraman tərəfindən deyil, Mirzə Mirzəyev tərəfindən mənimsənildiyi müəyyən edilib. Və buna görə də Mirzə Mirzəyevin əleyhinə Respublika Ali Məhkəməsinin 04.05.1999-cu il tarixli qərarı ilə CM-nin 38.8 maddəsinin 4-cü hissəsi ilə cinayət işi qaldırılıb və istintaq aparılması üçün Respublika Prokurorluğuna göndərilib. Maraq doğuran odur ki, qanunsuz yollarla varidatını artıran Mirzə Mirzəyev törətdiyi bu əməlində də asanlıqla hüquq-mühafizə orqanlarının qanadı altında çuxasını düşdüyü sudan çıxarmış, zavallı qadın Xuraman isə haqqında edilən məmur haqsızlığından infarkt keçirdiyi üçün həbsxana divarları arasında dünyasını dəyişib. Bu gün biz demokratik dövlətdə, insan haqlarından, insan hüquqlarından və insan azadlıqlarından danışırıq. Əgər vətəndaş bəzi hüquq-mühafizə orqanlarında hər addımda məmur haqsızlığı ilə üzləşirsə, qanunlar varlanmaq üçün bəzi məmurlar tərəfindən varlı təbəqənin, eləcə də bəzi vəzifə sahiblərinin ayaqları altına atılaraq palçıq kimi tapdanılmasına şərait yaradılırsa, əgər atası ağır onkoloji, anası ağır infarkt keçirdiyi üçün hərəkət məhdudiyyətli, özü isə ağır şəkər xəstəsi olan oğlum Namiq Xəlilov haqqını Mirzə Mirzəyevdən tələb etdiyinə görə MCQMİ-də quldur adlandırılıb və Mirzə Mirzəyevin bu idarədəki dostu polkovnik Teyyub Müseyibov tərəfindən vurularaq dişi sındırılırsa ,hansı qanunlardan danışmaq olar? Bir qrup məmur müvafiq qanunvericiliyin tələblərini heçə sayır. Oğlum Xəlilov Namiq Xudaverdi oğlu barəsində məmur haqsızlığına və özbaşınalığına görə 73 yaşında mən, mənimlə eyni yaşda olan həyat yoldaşım və bütövlükdə ailə üzvlərimlə birgə bəzi məmurlar tərəfindən qanunların pozulduğu ölkəmizdə məmur haqsızlığına qarşı bir daha etiraz edirik. Əgər günahsız yerə həbs olunan oğlum tezliklə azadlığa buraxılmasa və Mirzə Mirzəyev cəzalandırılmasa, ailəmlə birgə Azərbaycan vətəndaşlığından imtina edəcəm. Artıq başqa çıxış yolum qalmayıb. Axı nə qədər zülmə, haqsızlığa məruz qalmaq olar? Cənab prezidentdən xahiş edirəm ki, başımıza gələn bu müsibətin aradan qaldırılması üçün lazımi orqanların rəhbərlərinə göstəriş versin. Ölkə başçısından başqa ümid yerimiz yoxdur".
Qeyd edək ki, şikayətçinin müraciətdə adını çəkdiyi Cəlal Qocayev Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun yaxın qohumudur. Bizə çatan məlumatlara görə, Qaradağ rayon Maliyyə İdarəsinin dolayı müdafiəçilərindən biri də məhz ölkənin baş bankiridir. Deyilənə görə, Cəlal Qocayevin vasitəçiliyi ilə Mərkəzi Bankın rəhbərinə yaxınlaşmağı bacaran idarə rəisi onun sayəsində bir çox problemdən özünü sığortalaya bilir. Biz isə hesab edirik ki, Xudaverdi Xəlilovu narahat edən məsələ aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən obyektiv şəkildə araşdırılmalı və Mirzə Mirzəyev törətdiyi əməllərə görə cinayət məsuliyyətinə cəlb edilməlidir.
Mövzu ilə bağlı bütün tərəflərin münasibətini işıqlandırmağa hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26 |
|
|
|
• Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22 |
|
|
|
• “Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10 |
|
|
|
• Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Dünən, 18:09 |
|
|
|
• Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Dünən, 17:56 |
|
|
|
• Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Dünən, 17:55 |
|
|
|
• Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Dünən, 16:22 |
|
|
|
• İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Dünən, 16:18 |
|
|
|
• “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Dünən, 16:13 |
|
|
|
• Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı - “Sputnik Ermənistan”
Dünən, 15:29 |
|
|
|
• Bu gedişlə... BAĞLANACAQ! - DETALLAR
Dünən, 15:24 |
|
|
|
|