Beyləqanın icra başçısı vəzifə başında çox qalmayacaq - Vaqid Abdullayev rəsmən üsyana zəmin hazırlayır
Tarix: 17-04-2014, 12:44 | Çap et
Yerlərdə özlərini küllü-ixtiyar sahibi kimi aparan bəzi icra başçılarının qanunsuz əməlləri ilə bağlı çox yazılıb. Onlarla icra başçısı isə bu kimi əməllərinə görə, sərt şəkildə cəzalandırılıb, vəzifələrini itiriblər və s. Amma deyəsən görülən bu tədbirlər yerlərdəki qanunsuzluqları tam olaraq aradan qaldırmaqda acizdir.
Belə olmasaydı ayrı-ayrı icra başçılarının qanunsuz əməlləri ilə bağlı yeni faktların şahidi olmazdıq. Elə “Unikal” qəzetinin redaksiyasına daxil olmuş konkret məsələlər əsasında qələmə alınmış bu yazıda həmin mövzudadır. Redaksiyamıza daxil olmuş şikayət isə Beyləqan rayonundakı məmur özbaşınalığı ilə bağlıdır.Qəzetimizə daxil olan məlumatlarda qeyd olunur ki, Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayevin qanunlara söykənməyən idarəçiliyi rayonda dözülməz atmosfer yaradıb. Məlumat üçün bildirək ki, bundan əvvəl Xızı rayonuna rəhbərlik etmiş Vaqif Abdullayev Beyləqan rayon icra hakimiyyətinin başçısı vəzifəsinə 2012-ci ildə təyinat alıb. Yəni, onun rayona rəhbərlik etməsinin elə də böyük tarixi yoxdur. Amma icra başçısı bu 2 il müddətində də “özünü unutdurmayacaq” şok əməllərə imza atmağa nail olub.İcra başçısı Vaqif Abdullayevin həyata keçirdiyi «islahat”lar nəticəsində durumu pisləşən Beyləqan camaatının torpaqları da əllərindən çıxır. Belə ki, rayonun icra başçısı yerli bələdiyyə sədrləri ilə əlbir olaraq, torpaq sahələrini satmaqla məşğuldur. Vəziyyətin dözülməzliyi o həddədir ki, torpaq sahələrinin ayrılma məsələsində rüşvət tələb olunduğundan camaat nə edəcəyini bilmir. Eyni zamanda rayona ayrılmış küllü miqdarda dövlət vəsaitinin xərclənməsində şəffaflığın olmaması da daxil olan məlumatlar arasındadır. “Unikal” qəzetini məlumatlandıran mənbənin sözlərinə görə, icra başçısı hansısa səbəbdən rayondakı bütün işləri əslən İmişli rayonundan olan bir iş adamına həvalə edir. Hazırda Beyləqanın icra başçısı ilə həmin iş adamını bağlayan şübhəli tellərlə bağlı araşdırmalarımız davam edir və odur ki, bu məsələyə yenidən qayıdacağıq. Hələliksə Vaqif Abdullayevin rayondakı sahibkarlara qarşı qanunsuz əməllərinə işıq salmağa çalışaq.Beyləqanın icra başçısı Vaqif Abdullayevin yerli sahibkarlarla hər zaman problemləri olub. Bu baxımdan yalnız bir faktı xatırlatmaq kifayətdir ki, bir müddət öncə iş adamı Tərlan Kamaloğlu ilə aralarındakı yaranmış münaqişədə icra başçısı döyülərək, xəsarət almışdı. O zaman məsələ kifayət qədər böyümüş və icra başçısı “yuxarılar” tərəfindən ciddi şəkildə tənbeh olunmuşdu. Amma bu hadisədən sonra bir çoxları elə zənn edirdi ki, Vaqif Abdullayev baş verənlərdən nəticə çıxaracaq. Amma gözlənilənlərin tam əksi baş verdi və icra başçısının sahibkarlarla problemləri davam edən xətt üzrə inkişaf etdi.Vaqif Abdullayevin qanunsuz təzyiqləri ilə üzləşən sahibkarlardan biri isə Beyləqan rayonunda fəaliyyət göstərən Şirə Zavodunun direktoru Həsən Quliyevdir. Qəzetimizə daxil olan məlumatlara görə, icra başçısı bütün tələb olunan qanuni sənədlərlə zavod direktoruna məxsus olan 1,5 ha ərazini heç bir qanuna söykənmədən 80 min manata Şakir İsmayılov adlı şəxsə satıb. İcra başçısının bu qanunsuz hərəkətindən haqlı narazılıq ifadə edən Həsən Quliyev isə məhkəməyə müraciət edərək öz hüquqlarının bərpası istiqamətində fəaliyyətə başlayıb. İlkin məhkəmə instansiyası da Həsən Quliyevə məxsus olan 1,5 ha ərazinin digər bir şəxsə satılmasını qanunsuz sayaraq zavod direktorunun iddiasını əsaslı sayıb. Hazırda isə həmin iş Ali Məhkəmənin icraatındadır. Mənbəmizin sözlərinə görə bu icra başçısının sahibkarlara qarşı ilk qanunsuz addımı deyil və bu günə qədər müxtəlif iş adamlarına məxsus ərzilər heç bir əsas olmadan icra başçısı tərəfindən satılıb. Mənbəmiz iddia edir ki, artıq sahibkarlar Beyləqandakı bu dözülməz vəziyyətlə bağlı Prezident Adminstrasiyasına da müraciət ünvanlamağı düşünürlər. İcra başçısının qanunsuzluqlarının cəzasız qalmayacağı isə şübhəsizdir. Hər halda İsmayıllı və Quba iğtişaşlarının indi də Beyləqanda təkrarlanmasını heç kim arzulamaz.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Bu gün, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Bu gün, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Bu gün, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Bu gün, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Bu gün, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Bu gün, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Bu gün, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Bu gün, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Bu gün, 20:26 |
|
|
|
• Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Bu gün, 20:22 |
|
|
|
• “Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Bu gün, 18:10 |
|
|
|
• Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Bu gün, 18:09 |
|
|
|
• Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Bu gün, 17:56 |
|
|
|
• Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Bu gün, 17:55 |
|
|
|
• Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Bu gün, 16:22 |
|
|
|
• İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Bu gün, 16:18 |
|
|
|
• “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Bu gün, 16:13 |
|
|
|
• Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı - “Sputnik Ermənistan”
Bu gün, 15:29 |
|
|
|
• Bu gedişlə... BAĞLANACAQ! - DETALLAR
Bu gün, 15:24 |
|
|
|
• Türkiyədə 1 günə 100 kişi ilə yatmaq istəyən "Onlyfans" ulduzu tutuldu - VİDEO
Bu gün, 15:20 |
|
|
|
• Paşinyan qorxu içindədir: - öldürələcəyi və zəhərləndiriləcəyindən...
Bu gün, 15:11 |
|
|
|
• "Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir" - deputat
Bu gün, 15:06 |
|
|
|
• Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib - TƏFƏRRÜAT
Bu gün, 15:00 |
|
|
|
• "Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq" - AÇIQLAMA
Bu gün, 14:20 |
|
|
|
• Yeni “kütləvi qırğın silahı” – MASK
Bu gün, 14:00 |
|
|
|
• Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib - FAKT BUDUR!
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU - FOTO
Bu gün, 13:12 |
|
|
|
• “ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” -“İrana birbaşa quru dəhlizi açmalıyıq”
Bu gün, 12:42 |
|
|
|
• Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? - AKTUAL
Bu gün, 12:28 |
|
|
|
• Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… - GƏLİŞMƏ
Bu gün, 12:22 |
|
|
|
• "Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" - ETİRAZ VAR...
Bu gün, 12:20 |
|
|
|
• Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 12:13 |
|
|
|
• Rusiyanın bəzi hakimiyyət dairələri qəza ilə bağlı informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:05 |
|
|
|
• Sabirabadda seçki BAZARLIĞI... - İcra başçısının adından ALVER GEDİR...
Bu gün, 12:03 |
|
|
|
• QHT sədri qəza törətdi, ölən var - TƏFƏRRÜAT
Bu gün, 11:55 |
|
|
|
• İnsanın tərk etdiklərini... ANA TƏBİƏT BAĞRINA BASIR... - FOTOSESSİYA
Bu gün, 11:33 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ: - İrəvanın məqsədi BƏLLİ OLDU!
Bu gün, 11:25 |
|
|
|
• "Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması..." - Bakıdan MÜRACİƏT
Bu gün, 11:14 |
|
|
|
• Rubiodan nə gözləyək? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Bu gün, 11:12 |
|
|
|
• `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Bu gün, 11:07 |
|
|
|
• Trampdan İrəvana qarşı gözlənilməz addım: Paşinyan narazıdır - “Hraparak”
Bu gün, 11:04 |
|
|
|
• Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb - DİN-dən AÇIQLAMA
Bu gün, 11:00 |
|
|
|
• SAXTA PLASTİK CƏRRAH İŞİ: O da hədəfə çevrildi... - Cavid Qurbanovun qohumu imiş...
Bu gün, 10:55 |
|
|
|
• “Azercell” bu tarif paketlərinin adını dəyişdirib bahalaşdırır - SİYAHI
Bu gün, 10:51 |
|
|
|
• Azərbaycan və Gürcüstanın həyata keçirdiyi neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir - MƏQALƏ
Bu gün, 10:48 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı - BİRGƏ AÇIQLAMA
Bu gün, 10:43 |
|
|
|
• Ağcabədidə mal kəsən “Qubadoğlu” MMC-nin Salyan Psixiatriya Xəstəxanasına 800 min manata satdığı nədir - İcazə verin şübhələnək...
Bu gün, 10:42 |
|
|
|
• "Suraxanı Maşınqayırma Zavodu" yenidən təşkil olunub
Bu gün, 10:35 |
|
|
|
• Bakıda dostların KÜTLƏVİ DAVASI: - ekspertlər məhkəməyə çağırıldı
Bu gün, 10:32 |
|
|
|
• Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq və qardaşlıq şəraitində yaşayıblar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:28 |
|
|
|
|