Keçmiş deputat, tanınmış oliqarx biznesini xilas etmək üçün qapılarda qalıb - Pul davası
Tarix: 16-04-2014, 11:34 | Çap et
Sabiq deputat, "Sumqayıt" və "Cavid" ticarət mərkəzlərinin sahibi Nizami İsgəndərovun başı problemlərdən açılmır. Biznesdə və siyasətdə münasibətlərini düzgün formalaşdıra bilməməsi, bir müddət himayəsinə sığındığı qruplaşmalara arxa çevirməsi keçmiş deputatın vəziyyətini daha da ağırlaşdırıb.
Xatırladaq ki, ötən il N.İsgəndərovun sahibi olduğu Xaçmazda yerləşən "Nabran Holiday Village" istirahət mərkəzində 3 yaşlı İmran Cəfərzadənin faciəvi şəkildə sağlamlığını itirməsi ilə nəticələnən hadisədən sonra iş adamına qarşı təzyiqlər daha da artmışdı. Hətta bununla bağlı açılan cinayət işində Nizami İsgəndərovun tərəf kimi cəlb olunması məsələsi də gündəmə gəlmişdi. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İdarəsində aparılan istintaq zamanı keçmiş deputatın məsuliyyətə cəlb olunması üçün də əsaslar olubmuş. Baş verən hadisə ilə bağlı həbs edilmiş 3 nəfər barəsində seçilmiş 2 aylıq həbs-qətimkan tədbirinin müddəti daha 2 ay uzadılarkən, N.İsgəndərovun da istintaqa cəlb olunacağı bildirilirdi. Həmin ərəfədə ölkənin nüfuzulu media orqanlarında "Nabran Holiday Village"in əsl sahibi Nizami İsgəndərovun da cinayət məsuliyyətinə cəlb ediləcəyi ilə bağlı silsilə yazılar yazılırdı. Bildirilirdi ki, həbs olunacağı ilə bağlı eks-deputatın özü də məlumatlıdır və o, prosesdən kənarda qalmaq üçün hətta hüquq mühafizə orqanlarına yüksək məbləğdə rüşvət də təklif etməkdən belə çəkinməyib. Aldığımız məlumata görə, həmin dövrdə oğlunun ağır durumda olduğunu, ailələrinin də imicinə zərbə dəyəcəyini anlayan iş adamı Zaman İsgəndərov məsələyə qarışıb. Hakimiyyətin yuxarı dairələrindəki bəzi adamlara minnətçi düşərək Nizami İsgəndərovun həbsdən qurtulması üçün səylər göstərib və nəticədə çətinliklə də olsa, yaxasını qurtara bilib. Məsələnin ölkə başçısının şəxsi nəzarətində olduğunu nəzərə alsaq, bu prosesdə N.İsgəndərovun həbsdən xilas olmasının nə qədər çətin olduğunu anlamaq olar. Ancaq keçmiş deputatın həbs təhlükəsi tamamilə aradan qalxmayıb. Yəni,cinayət işi elə qapadılıb ki, istintaqa yenidən qayıdaraq N.İsgəndərovun həbsini gerçəkləşdirmək olar. Hazırda isə N.İsgəndərovun biznesi ilə bağlı problem yaranıb. Məlum olduğu kimi, "Nabran Holiday Village" istirahət mərkəzində baş verən məlum olaydan sonra kompleks qapadılıb və lisenziyası ləğv olunub. Ara sakitləşəndən sonra istirahət mərkəzinin fəaliyyətini bərpa etməyə çalışan keçmiş deputat daha çətin vəziyyətlə üzləşib. Belə ki, onun millət vəkili olduğu dönəmdə elədiyi saymazyana hərəkət indi ona ciddi problem yaradır. Bu barədə "Unikal"a məlumat verən keçmiş deputatın yaxın çevrəsindən olan şəxsin sözlərinə görə, hazırda Nizami İsgəndərov "Nabran Holiday Village" istirahət mərkəzinə lisenziyanın verilməsi üçün bütün səylərini işə salıb: "Bildiyiniz kimi, bir neçə müddətdən sonra istirahət mövsümü başlayır. Ona görə də Nizami İsgəndərov bu mövsüm istirahət kompleksinin fəaliyyətini bərpa etmək üçün lisenziya almağa çalışır. Bununla əlaqədar Mədəniyyət və Turizm Nazirliyinə müraciət etsə də, ona "yox" cavabı verilib. Onun bu məsələni həll etmək üçün yüksək məbləğdə rüşvət təklif elədiyi də bildirilir. Ancaq Nizami İsgəndərovun bu səyləri nəticəsini verməyib. Təbii ki, onun yeganə gəlir mənbəyi həmin istirahət kompleksi deyil, amma həm hadisədən sonra həbsdən qurtulması üçün xeyli pul xərcləyib, həm də bu sahədə prestijini itirib. Ona görə də nə qədər pul xərcləsə də, məsələni həll etməyə çalışır". Bizi bilgiləndirən şəxsin sözlərinə görə, N.İsgəndərovun bu istiqamətdəki səylərinin qarşısını alan və "Nabran Holiday Village" istirahət mərkəzinə lisenziyanın verilməsinə imkan verməyən Mədəniyyət və Turizm nazirinin müavini, Sumqayıt Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Vaqif Əliyevdir. Onun sözlərinə görə, Vaqif Əliyev Sumqayıtda icra başçısı işləyən zaman Nizami İsgəndərovla aralarında olan soyuq müharibənin qisasını alır: " Nizami İsgəndərov deputat olan zaman icra başçısı Vaqif Əliyevi saymırdı. Hakimiyyətdəki nüfuzlu nazirlərdən birinin çətiri altına sığındığından özündənrazı ədalar sərgiləyirdi. Hətta iş o yerə çatmışdı ki, Vaqif Əliyevlə açıq şəkildə mübarizəyə də girmişdi, onun iradəsinə zidd addımlar atırdı. Bir dəfə isə insanların içində Vaqif Əliyevi təhqir də eləmişdi. Belə ki, Univermağın qarşısında 40-50 adamın içində başçıya "Sən kimsən ki, mənə göstəriş verirsən. Get işinlə məşğul ol" deyərək, açıq şəkildə sayğısızlıq nümayiş etdirmişdi. Həmin dövrdə Vaqif Əliyev Nizami İsgəndərovu cəzalandırmaq istəsə də, himayəçisi olan nazir iş adamının əzilməsinə imkan verməmişdi. İndi isə Vaqif Əliyevin əlinə gözəl fürsət düşüb. Nizami İsgəndərov bu işə görə əlində diplomat nazirliyə bəlkə də 5-6 dəfə gedib. Hər dəfə bir bəhanə ilə keçmiş deputatı kor-peşman geri qayıtmağa məcbur ediblər". Məlumatlı şəxs onu da bildirib ki, N.İsgəndərov Vaqif Əliyevin onu qəsdən süründürdüyünü və bu şəkildə cəzalandırmaq istədiyini anlayır. Amma başqa çıxış yolu olmadığı üçün geri çəkilə də bilmir. Hətta N.İsgəndərovun keçmişdə elədiyi səhvə görə Vaqif Əliyevdən üzr istəməyə hazır olduğu da bildirilir. "Unikal"ı məlumatlandıran mənbə onu da qeyd edib ki, N.İsgəndərov o qədər dalana dirənib ki, əzəli düşmən elan etdiyi bibisi oğlu Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovdan yardım istəyib: "Yəqin ki, Nizami İsgəndərovla Razim Məmmədovun arasındakı gərginliyin səbəbini bilirsiniz. Bu, ailə-məişət zəminində olan məsələ olduğu üçün hələlik buna toxunmaq istəmirəm. Amma onu deyə bilərəm ki, hazırda Nizami İsgəndərov elə vəziyyətdədir ki, Razim Məmmədovdan mədət umur ki, Vaqif Əliyevə onun məsələsini həll etməkdə yardımçı olsun. Amma bildiyimə görə, Razim Məmmədov onun israrlı telefon zənglərinə cavab vermir. Ona görə də Nizami İsgəndərov psixoloji cəhətdən olduqca gərgindir". Mövzu ilə bağlı ətraflı məlumatımız olsa da, hələlik bu məqamları diqqətə çatdırmaqla kifayətləndik. Ancaq N.İsgəndərovla bağlı ilginc məlumatları növbəti saylarımızda işıqlandıracağıq. Hələlik araşdırma aparılır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Bu gün, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Bu gün, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Bu gün, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Bu gün, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Bu gün, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Bu gün, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Bu gün, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Bu gün, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Bu gün, 20:26 |
|
|
|
• Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Bu gün, 20:22 |
|
|
|
• “Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Bu gün, 18:10 |
|
|
|
• Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Bu gün, 18:09 |
|
|
|
• Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Bu gün, 17:56 |
|
|
|
• Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Bu gün, 17:55 |
|
|
|
• Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Bu gün, 16:22 |
|
|
|
• İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Bu gün, 16:18 |
|
|
|
• “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Bu gün, 16:13 |
|
|
|
• Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı - “Sputnik Ermənistan”
Bu gün, 15:29 |
|
|
|
• Bu gedişlə... BAĞLANACAQ! - DETALLAR
Bu gün, 15:24 |
|
|
|
• Türkiyədə 1 günə 100 kişi ilə yatmaq istəyən "Onlyfans" ulduzu tutuldu - VİDEO
Bu gün, 15:20 |
|
|
|
• Paşinyan qorxu içindədir: - öldürələcəyi və zəhərləndiriləcəyindən...
Bu gün, 15:11 |
|
|
|
• "Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir" - deputat
Bu gün, 15:06 |
|
|
|
• Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib - TƏFƏRRÜAT
Bu gün, 15:00 |
|
|
|
• "Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq" - AÇIQLAMA
Bu gün, 14:20 |
|
|
|
• Yeni “kütləvi qırğın silahı” – MASK
Bu gün, 14:00 |
|
|
|
• Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib - FAKT BUDUR!
Bu gün, 13:58 |
|
|
|
• Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU - FOTO
Bu gün, 13:12 |
|
|
|
• “ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” -“İrana birbaşa quru dəhlizi açmalıyıq”
Bu gün, 12:42 |
|
|
|
• Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? - AKTUAL
Bu gün, 12:28 |
|
|
|
• Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… - GƏLİŞMƏ
Bu gün, 12:22 |
|
|
|
• "Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" - ETİRAZ VAR...
Bu gün, 12:20 |
|
|
|
• Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 12:13 |
|
|
|
• Rusiyanın bəzi hakimiyyət dairələri qəza ilə bağlı informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:05 |
|
|
|
• Sabirabadda seçki BAZARLIĞI... - İcra başçısının adından ALVER GEDİR...
Bu gün, 12:03 |
|
|
|
• QHT sədri qəza törətdi, ölən var - TƏFƏRRÜAT
Bu gün, 11:55 |
|
|
|
• İnsanın tərk etdiklərini... ANA TƏBİƏT BAĞRINA BASIR... - FOTOSESSİYA
Bu gün, 11:33 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ: - İrəvanın məqsədi BƏLLİ OLDU!
Bu gün, 11:25 |
|
|
|
• "Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması..." - Bakıdan MÜRACİƏT
Bu gün, 11:14 |
|
|
|
• Rubiodan nə gözləyək? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Bu gün, 11:12 |
|
|
|
• `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Bu gün, 11:07 |
|
|
|
• Trampdan İrəvana qarşı gözlənilməz addım: Paşinyan narazıdır - “Hraparak”
Bu gün, 11:04 |
|
|
|
• Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb - DİN-dən AÇIQLAMA
Bu gün, 11:00 |
|
|
|
• SAXTA PLASTİK CƏRRAH İŞİ: O da hədəfə çevrildi... - Cavid Qurbanovun qohumu imiş...
Bu gün, 10:55 |
|
|
|
• “Azercell” bu tarif paketlərinin adını dəyişdirib bahalaşdırır - SİYAHI
Bu gün, 10:51 |
|
|
|
• Azərbaycan və Gürcüstanın həyata keçirdiyi neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir - MƏQALƏ
Bu gün, 10:48 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı - BİRGƏ AÇIQLAMA
Bu gün, 10:43 |
|
|
|
• Ağcabədidə mal kəsən “Qubadoğlu” MMC-nin Salyan Psixiatriya Xəstəxanasına 800 min manata satdığı nədir - İcazə verin şübhələnək...
Bu gün, 10:42 |
|
|
|
• "Suraxanı Maşınqayırma Zavodu" yenidən təşkil olunub
Bu gün, 10:35 |
|
|
|
• Bakıda dostların KÜTLƏVİ DAVASI: - ekspertlər məhkəməyə çağırıldı
Bu gün, 10:32 |
|
|
|
• Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq və qardaşlıq şəraitində yaşayıblar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:28 |
|
|
|
|