Xətaidə başçı yerində deyil deyə... - NARAZILIQ VAR!
Tarix: 8-06-2023, 09:01 | Çap et
 Azərbaycanda bələdiyyə sistemi dövlət təşkilatlanmasının ən vacib hissələrindən biridir. Bələdiyyələr yerli icra hakimiyyətinin təmsilçiləridir və şəhər, rayon, qəsəbə və kəndlərdə yerləşir. Azərbaycanda 2014-cü il 1 yanvar tarixindən etibarən ərazidəki ən böyük bələdiyyələr «şəhər bələdiyyəsi» adlandırılır və ölkənin 10 ən böyük şəhərində yerləşir. Bələdiyyələrin funksiyaları arasında yerli iqtisadiyyatın inkişafı, sosial xidmətlərin təqdim edilməsi, mədəniyyət və idman hadisələrinin təşkil edilməsi, ətraf mühitlərin qorunması, infrastrukturun yaradılması və idarə edilməsi kimi çoxsaylı sahələr yer alır. Bələdiyyələr, yerli sakinlərin maraqlarını qorumaq, onların xidmətində olmaq üçün yaradılır və dövlət tərəfindən dəstəklənir. Azərbaycanda hazırda 1606 bələdiyyə və 15 minə qədər bələdiyyə üzvü var. Bələdiyyələrə səlahiyyətlər, demək olar ki, hələ də verilməyib. Digər tərəfdən bələdiyyə sədrləri isə kənd camaatı tərəfindən seçilmir, üzvlər yığışır sədr seçir. Amma bələdiyyə sədrləri seçki yolu ilə seçilsə, onda bu daha məsuliyyətli olar. Türkiyə modelinə keçmək üçün isə buna uzun müddət vaxt lazımdır. Çünki, Türkiyədə icra hakimiyyətləri yoxdur, valilər var. Bütün funksiyalar, idarəçilik bələdiyyədədir. Bizdə isə icra hakimiyyətlərində olan funksiyalar Türkiyədə bələdiyyələrə verilib. Azərbaycanda ilk bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib. O dövrdə ölkədə 2 min 700 civarında bələdiyyə yaradılıb. İkinci dəfə bələdiyyə seçkiləri 2004, üçüncü dəfə 2009, dördüncü dəfə 2014, beşinci dəfə isə 2019-cu ildə keçirilib. Növbəti bələdiyyə seçkiləri gələn il gözlənir. Amma 2006-cı ildə bəzi bələdiyyələrin birləşdirilməsi, ləğvi, yenidən təşkili səbəbi ilə yeni, təkrar və əlavə bələdiyyə seçkiləri keçirilib. Azərbaycanda bələdiyyə — qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti, yerli büdcəsi və seçkili bələdiyyə orqanları mövcuddur. O, Azərbaycan Konstitusiyası və qanun ilə səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil sürətdə həll etməlidir. Gəlin baxaq görək qəsəbə kənd bələdiyyələri necə fəaliyyət göstərir, yerli sakinlərlə görüş keçirib, problemləri ilə yaxından tanış olub, aradan qaldıra bilirlərmi. Elə söhbət bələdiyyələrdən düşmüşkən Xətai rayonu Əhmədli kənd sakinləri ilə söhbət zamanı heç də ürəkaçan olmadı. Bələdiyyə sədri Həsənli Allahverdi Bayram oğlu bir ilə yaxındır ki, bələdiyyə sədri təyin olunub. Qəsəbə sakinlərinin dediyinə görə seçki yolu ilə yox, üzvlər yığışıb sədr seçib. Çünki keçmiş bələdiyyə sədri icra başçısı ilə yola getmədiyi üçün onu uzaqlaşdırıb Allahverdi Həsənlini təyin edib. Allahverdi Həsənli isə köhnə bələdiyyədən giley etdi: “Keçmiş bələdiyyə sədri büdcəsini mənimsəmiş, kənddə nə abadlıq işləri aparmış, nə də sakinlərin problemlərini həll etmişdir və bu gün bələdiyyənin iki yüz min manat vergi borcu qalmaqdadır, aylar ərzində işçilər əmək haqqlarını almayıblar. Çalışıram ilk növbədə bu məsələləri aradan qaldırım”. Çox təəssüflər olsun ki, bələdiyyə sədri bir il müddətdir ki, sədr seçilsə də, sakinlər tərəfindən hələ də tanınmır. Ən yüksək gördüyü iş isə özünə təmtəraqlı kirayə götürmüş lüks təmirli bələdiyyə binası, geniş otaq, rahat kreslo, köhnə işçilərin yeniləri ilə təyin olunmuş yəqin öz şəxsi komandasıdır. Amma çox təəssüf olsun ki, danışığı ilə iş fəailiyyəti üst-üstə düşmür. Kəndin kanalizasiya axıntısı çölə axır və ətraf mühitə üfunət iyi verir.

Küçə zibilləri vaxtlı-vaxtında təmizlənmir. Bu da sakinlərə problemlər yaradır. Gərək, kənd sakinlərinə elə xidmət göstərmək lazımdır ki, o kresloda rahat otura biləsən. Amma kreslo Allahverdi Həsənlini ətraf mühitdən elə tez uzaqlaşdırıb ki, qəsəbənin hələ zibilliyindən xəbəri yoxdur. Heç kənd sakinləri də bilmirlər ki, sədr kimdir. Biz də borc bilib problemləri bir daha xatırlatmaq istədik; Ötən ili Əhmədli qəsəbə bələdiyyəsi necə yadda qaldı? Vətəndaşların müraciətləri necə araşdırılır? Əhmədli qəsəbə bələdiyyəsinə ayrılan vəsait necə xərclənir? Bələdiyyə topladığı icarə haqqını necə xərcləyir? Son vaxtlar bələdiyyə idarəçiliyində yeni yanaşma metodları müzakirə olunur. Siz bu məsələnin həllini necə görürsünüz? Ümümiyyətlə müasir yanaşma necə olmalıdır? 44 günlük vətən müharibəsi zamanı şəhid olmuş və əlil olmuş Əhmədli qəsəbə sakinlərinə bələdiyyə tərəfindən hansı xidmətlər göstərilib?
Deryaz.az



|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Normal düşüncəsi olan nazir ya bunun qarşısını almalıdır, ya da istefa verməlidir ki, mən bacarmıram” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44 |
|
|
|
• Şoyqu Azərbaycan TŞ-nin katibini Moskvada gözləyir - TƏFƏRRÜAT
Bu gün, 08:42 |
|
|
|
• Özü haqqında sənədli film çəkdirdi... indi də özünə 13-CÜ İMAM dedirdir - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:35 |
|
|
|
• Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən yenidən atəşə tutulub - cavab tədbirləri görülüb
Bu gün, 08:26 |
|
|
|
• Banka krediti olanların NƏZƏRİNƏ - ALDANMAYIN...
Bu gün, 07:19 |
|
|
|
• Bakı ilə bağlı qorxunc durum: nə etməli? – “1 milyon nəfər çıxarılır…”
Bu gün, 07:17 |
|
|
|
• "Harada da qarşılaşsaq, "necəsən" deyərəm"
Bu gün, 06:49 |
|
|
|
• Müdafiə Nazirliyinin 6,3 milyonluq 3 tenderi ləvğ edildi - SƏBƏB AÇIQLANMADI
Bu gün, 06:45 |
|
|
|
• Perik düşən Orta Asiya türkləri Bakı ilə Ankaranın planını poza bilməyib - GƏLİŞMƏ
Bu gün, 06:38 |
|
|
|
• Şirvanda 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
Bu gün, 06:34 |
|
|
|
• "Terrorsuz Türkiyə" strategiyası: qazanılmış nəticə və Azərbaycanın dəstəyi - İNCƏLƏMƏ
Bu gün, 06:21 |
|
|
|
• Silah buraxıldı, təşkilat bitdimi? - Görünəni odur ki...
Bu gün, 06:17 |
|
|
|
• “Silah tapa bilərlər, bizimlə döyüşəcək cəsarət və güc isə əsla!” - deputat
Bu gün, 06:15 |
|
|
|
• Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Bu gün, 00:53 |
|
|
|
• Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... - deputatdan AÇIQLAMA
Bu gün, 00:44 |
|
|
|
• Qiymətlər kəskin artacaq, bundan sonra... - Əhaliyə PİS XƏBƏR
Bu gün, 00:40 |
|
|
|
• Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
Bu gün, 00:38 |
|
|
|
• Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə - GƏLİŞMƏ
Bu gün, 00:31 |
|
|
|
• "Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?"
Bu gün, 00:28 |
|
|
|
• Lerikdə vəzifə saxtakarlığı: - Kommunal birliyin rəisi və məktəb direktoru cəzalandırıldı
Bu gün, 00:26 |
|
|
|
• Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi
Dünən, 23:00 |
|
|
|
• 1,2 milyon vergi borcu olan şirkət kimindir? - İLGİNC
Dünən, 22:58 |
|
|
|
• "Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" - İŞƏ POLİS QARIŞDI
Dünən, 22:29 |
|
|
|
• Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU - TƏFƏRRÜAT
Dünən, 22:26 |
|
|
|
• Azərbaycanda nazir koronovirusa yoluxdu - FOTO
Dünən, 22:23 |
|
|
|
• Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib - ƏMR
Dünən, 22:21 |
|
|
|
• Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Dünən, 19:02 |
|
|
|
• Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Dünən, 18:58 |
|
|
|
• AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Dünən, 18:11 |
|
|
|
• AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Dünən, 18:10 |
|
|
|
• Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Dünən, 18:06 |
|
|
|
• “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Dünən, 18:05 |
|
|
|
• “Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Dünən, 18:03 |
|
|
|
• Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Dünən, 18:02 |
|
|
|
• “Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Dünən, 18:00 |
|
|
|
• Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Dünən, 17:58 |
|
|
|
• Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 17:54 |
|
|
|
• Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Dünən, 17:49 |
|
|
|
• Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Dünən, 17:45 |
|
|
|
• Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Dünən, 17:42 |
|
|
|
• PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Dünən, 17:41 |
|
|
|
• Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Dünən, 17:38 |
|
|
|
• Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Dünən, 17:34 |
|
|
|
• Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Dünən, 17:33 |
|
|
|
• "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Dünən, 17:29 |
|
|
|
• Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Dünən, 17:27 |
|
|
|
• Generalı nazir əvəzlədi
Dünən, 17:23 |
|
|
|
• Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Dünən, 17:21 |
|
|
|
• Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:19 |
|
|
|
|