PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? .....                     Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını .....                     Aysun getdiyi toylardan görün nələr tələb edir: .....                     "Meyiti palatada gizlədiblər" .....                     Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb .....                     Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə .....                     Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib .....                     “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov .....                     Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən .....                     Şirvan Sənaye ASC-nin səhmdarları .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: .....                     Ramiz Mehdiyevin qızı “təslim olmur” .....                     Eşidib ki, inilti səsi gəlir... .....                     Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu .....                     Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər .....                     SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib .....                     Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı .....                     “Tualet kağızını reklam etmək istəmirəm” .....                     "Eldar, bu iş sənlik deyil, çıx get" .....                     Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər .....                     SOCAR-ın SİRLİ HÜMMƏTİ... .....                     "Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" .....                     Ən çox şikayət olunan sığorta şirkətləri .....                     Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb .....                     Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? .....                     Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... .....                     Naxçıvan küçələrinə işıq gətirəcək .....                     Üzr istəmək kifayət etməyəcək: .....                     Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? .....                     Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi .....                     "Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı .....                     Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır .....                     Müxalifətin Paşinyanı yola salmaq axtarışları .....                     TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına .....                     Paşinyanı impiçmentlə devirmək mümkün deyil .....                     Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib .....                     Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... .....                     Siyəzəndə dövlət tenderlərini kimlər udur? .....                     Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? .....                 

Tovuz səhiyyəsinin ağladan və ağlamalı günü... - Xəstələrin tək ümidi Allahdır...
Tarix: 4-04-2023, 10:11 | Çap et
Tovuz səhiyyəsinin ağladan və ağlamalı günü...
Hər il ötən ilə nisbətdə yol-nəqliyyat hadisələrinin sayı artmaqdadır. Buna səbəb olaraq insanların və nəqliyyatın sıxlığının artması, sürücülərin və piyadaların diqqətsizliyi kimi amilləri göstərə bilərik. Belə cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir.

Təsirli tədbir dedikdə, bu sırada həm də qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinin düzgün müəyyən edilməsi başa düşülür. Cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində “Hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər”ə ayrıca fəsil həsr olunub. Bu fəsildə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasının hansı halda cinayət tərkibinin yaratması, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozulması, sürücülərin yol nəqliyyat hadisəsi yerindən qaçması, nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salma və başqa cinayətlər və həmin cinayət əməllərinə görə təyin oluna biləcək cəzalar qeyd olunub.

Nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun. Təbiidir ki, zərər yetirən tərəf özünün törətdiyi əməlin cinayət deyil, inzibatti məsuliyyət yaratmasında maraqlıdır və bundan ötrü istər hadisənin səbəbini müəyyənləşdirən vəzifəli şəxslərlə (tibb ekspertizası), istərsə hadisəyə hüquqi qiymət verən vəzifəli şəxslərlə (hüquq-mühafizə orqanları əməkdaşları), istərsə də zərərçəkmişin (on un qanuni təmsilçisinin) özü ilə sövdələşməyə (bəzən korruptiv əlaqəyə girməyə) meylli olur.

İndi çəkəcəyimiz misalda belə korruptiv sövdələşmədən şübhələnməyə əsaslar vardır:

Dəryaza verilən məlumata əsasən Avqustun 21-də Şəmkir-Tovuz şossesində yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat – 1 qəsəbəsi, Yeni Məhəllə ünvanda yaşayan Elçin Xaliqi adlı gənc bir neçə gün sonra dünyasını dəyişmişdir. Maşında onunla birgə olan anası da kəllə-beyin travması alaraq koma vəziyyətinə düşmüş, hazırda Bakıdakı Neyrocərrahiyə xəstəxanasındadır. Yol-nəqliyyat hadisəsinin iştirakçısı olan qarşı tərəfin isə çəkdiyi ziyan barədə məlumat yoxdur.

Redaksiyamızın əməkdaşı Zabratda, mərhumun hüzn mərasimində iştirak etmiş və orada öyrənmişdir ki, Elçin də qəzadan sonra bir gün koma vəziyyətində qalıb, sonra ayılıb özünə gəlib, lakin həyata qayıda bilməyib. Bildirilir ki, mərhumun ölümünü Tovuz rayon mərkəzi xəstəxanasında birbaşa qəza ilə deyil, xeyli vaxtdır ki, müalicə aldığı hepatitlə (böyrək və qaraciyər çatışmazlığı) əlaqələndiriblər. Söz gəzir ki, hətta guya həkimin rəyinə görə, qəza baş verməsəymiş belə mərhumun ölümünə onsuz da üç ay vaxt qalıbmış.

Bundan başqa, öyrənmişik ki, yol-nəqliyyat hadisəsinin iştirakçısı olan qarşı tərəfin adamları mərhumun yaxınlarına hüzn xərclərini yola vermək üçün yüksək məbləğdə “əza pulu” da təklif ediblər. Amma mərhimun qohumları onları qovaraq təklifdən imtina ediblər.

Məsələ ilə bağlı araşdırma apararkən ilk növbədə mərhumun qəzadan sonra dərhal götürüldüyu Tovuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa Muradovla əlaqə saxladıq. Paşa həkim baş redaktorumuzla fikir mübadiləsi aparanda bildirib ki, heç bir həkim insan sağlamlığına vurulmuş zərərin, xüsusilə ölümün səbəbini gizlətməyə kömək etməməli, hətta öz səhlənkarlığını, məsuliyyətsizliyini gizlətmək üçün də haqqı nahaqqa qurban verməməlidir.

Sonra isə Paşa Muradov baş redaktorumuzu mərhuma qəzaya uğradıqdan sonra ilkin diaqnoz qoymuş Mahirə həkimlə əlaqələndirib. Mahirə həkim isə Elçinin ölümünün avtoqəza nəticəsində deyil, məhz xəstəlik səbəbindən baş verdiyini deyib-durub.

Onsuz da gec-tez hamı öləcək. Belə çıxır ki, Elçin Xaliqinin xəstəliyi üç aydan sonra onun ölümünə səbəb olacaqdıysa, o halda onun məhz indi ölümünün səbəbi, yaxud, ölümünü sürətləndirən səbəb ciddi araşdırılmamalıdır? Axı burada insan həyatından söhbət gedir! Bir qarışqanı belə yarada bilməyən Mahirə həkimin məntiqindən belə çıxır ki, adam üç ay sonra öldü, ya indi öldü – heç bir fərqi yoxdur. Xeyr, adam ömrünün sonuna vur-tut üç ay qaldığını bilsə, həmin üç ayı səmərəli keçirməyə çalışar, ömrünü daha da gödəldəcək risklər etməz, yaxud, kimlərəsə yaxşılıq eləyə bilər ki, savab işlərinin sayını artırsın. Bizi qınamayın, şübhələnməyə əsas tapırıq ki, burada niyyət ya ağır nəticəyə səbəb olmuş sürücü ehtiyatsızlığını, ya da həkim səhlənkarlığını gizlətməkdir. Bir nüansa da diqqət yetirməyə dəyər: Əgər həkimlərin sözünə inansaq, yəni, mərhumun məhz xəstəlik səbəbi ilə dünyasını dəyiuşdiyini qəbul etsək, onda belə çıxır ki, Elçin Xaliqi paytaxt Bakıda müalicə olunmağa tibb müəssisəsi tapmayıb, üzünü tutub Tovuz əyalət xəstəxanasına – inandırıcı deyil. Fakt ortadadır ki, mərhumun ölümündən əvvəl Tovuz xəstəxanasına düşməsinin səbəbi məhz qəzada aldığı xəsarətdir.

İndi söz Səhiyyə Nazirliyinin, TƏBİB-in və əlbəttə ki, sözügedən yol-nəqliyyat hadisəsini araşdıran hüquq-mühafizə və cinayət təqibi orqanlarınındır. Nəzərə alınmalıdır ki, hətta ekspertiza rəyinin belə digər sübutlara münasibətdə üstünlük qüvvəsi yoxdur.Yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə yalnız məhkəmə iclasında araşdırılmış sübutların hüquqi qiymətləndirilməsindən sonra verilə bilər. (Deryaz.az)

Turantv.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00
Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58
Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02
"Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00
Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52
Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49
“Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40
Şirvan Sənaye ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 12:37
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: - “Məndə olan gözəllik onda yoxdur”
Bu gün, 12:32
Ramiz Mehdiyevin qızı “təslim olmur” - TƏFƏRRÜAT
Bu gün, 12:28
Eşidib ki, inilti səsi gəlir... - 18 yaşlı Elgünün cinayətinin dəhşətli təfərrüatı
Bu gün, 12:27
Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu - Görünməmiş dələduzluq
Bu gün, 12:22
Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər
Bu gün, 12:20
SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib - YENİ FAKTLAR...
Bu gün, 12:17
Bakıda "yüksək vəzifəli" şəxsi polis saxladı - 85 minlik DƏLƏDUZLUQ
Bu gün, 12:15
“Tualet kağızını reklam etmək istəmirəm”
Bu gün, 12:09
"Eldar, bu iş sənlik deyil, çıx get" - ÇAĞIRIŞ
Bu gün, 12:00
Tramp üçün bu ölkəyə “McDonald's” maşını gətirdilər - “Fox News Digital”
Bu gün, 11:58
SOCAR-ın SİRLİ HÜMMƏTİ... - Burada haqqı deyənlər haqqı əzənlərə qurban verilir...
Bu gün, 11:51
"Bunun yalan, şər-böhtan olduğu sübuta yetəcək" - QALMAQAL
Bu gün, 11:25
Ən çox şikayət olunan sığorta şirkətləri - SİYAHI
Bu gün, 11:18
Ararat Mirzoyanı döyən şəxs barəsində üç il həbs qərarı çıxarılıb
Bu gün, 11:17
Putini İstanbulda KİM(LƏR) GÖZLƏYİR? - Görünəni odur ki...
Bu gün, 11:12
Rusiya-Ukrayna savaşının İstanbul DAYANACAĞI... - DAYANACAQMI?
Bu gün, 11:10
Naxçıvan küçələrinə işıq gətirəcək - TENDERİN ÜZÜ İŞIQ GÖRMƏDİ
Bu gün, 11:06
Üzr istəmək kifayət etməyəcək: - Nəhəng şirkətlərin Rusiyaya qayıdış şərtləri açıqlandı
Bu gün, 10:59
Rusiya Azərbaycan qazını Gürcüstanda sıxışdırır? - ARAŞDIRMA
Bu gün, 10:57
Tovuzda ölümlə nəticələnən kütləvi dava: İki nəfər həbs edildi - Yekun qərar verildi
Bu gün, 10:53
"Şərur İnşaat" MTK-ya məxsus mənzilin sənədləri yoxa çıxdı
Bu gün, 10:52
Paşinyan yeni çətir axtarır: Moskva isə yeni taktika hazırlayır - İNCƏLƏMƏ
Bu gün, 10:49
Müxalifətin Paşinyanı yola salmaq axtarışları - Liderlərin sözü üst-üstə düşmədi
Bu gün, 10:48
TƏBİB-in tabeliyində olan qurum lisenziyaların müddətlərinin uzadılmasına 4.8 milyon xərcləyəcək
Bu gün, 10:42
Paşinyanı impiçmentlə devirmək mümkün deyil - Akop Aslanyan
Bu gün, 10:34
Azərbaycanda elektron pul təşkilatının rəhbəri dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 10:29
Film çəkdirib pulunu vermir: İŞ MƏHKƏMƏDƏ... - AXI NİYƏ?..
Bu gün, 10:25
Siyəzəndə dövlət tenderlərini kimlər udur? - SİYAHI
Bu gün, 10:17
Makronun yaratdığı liderlər konseyinə Bakı dəvət olunubmu? - AKTUAL
Bu gün, 10:00
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin MƏHV ETDİYİ BAKI... - Şəhəri sökənlər seviləsi nəsə qoymayıblar...
Bu gün, 09:59
Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyin edildi - DOSYE
Bu gün, 09:49
"ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
Bu gün, 09:48
Dövlət Gömrük Komitəsinin tenderi ləğv edildi
Bu gün, 09:28
Məmura “donuz” deyən şəxs cəzalandırıldı - Məktub 400 nəfərlik kollektivdə oxunub
Bu gün, 09:28
“Brend Media Group”un rəhbərinin adını ölüm işində kim gizlədib? – DETALLAR
Bu gün, 09:23
Vidadi Zeynalovun qızının evini baş həkimə “satan” MTK sədri ilə bağlı QƏRAR
Bu gün, 09:21
“Loğman” ASC səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 09:16
Qara Qarayev adına Dövlət Kamera Orkestrinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 09:15
“Azercell” abunəçiləri nömrələrindən imtina edir – SƏBƏB, VİDEO
Bu gün, 09:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru