Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI .....                     “Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” .....                     "Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" .....                     “Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” .....                     “Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək .....                     Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... .....                     “Bütün oyunları Ərdoğan oynayır” .....                     Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı .....                     DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI .....                     "Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" .....                     Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... .....                     Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? .....                     Dövlətin yardımı PULLA SATILIR .....                     "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" .....                     "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı .....                     Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları .....                     'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı .....                     "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı .....                     Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” .....                     Həm sülhdən danışır, həm də atəşkəsi pozur: .....                     GÜNEY QAFQAZDA SÜLH... .....                     Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR .....                     Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... .....                     Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... .....                     "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır" .....                     Vüsal Məmmədov işdən çıxarıldı .....                     Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... .....                     Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? .....                     Milli iqtisadiyyatımız çətin sınaq qarşısında .....                     Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır .....                     FHN-in qurumu 185 minlik Toyota seçdi! .....                     Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı .....                     Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir .....                     Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Müğənni Kəmalə Sərxana od püskürdü .....                     Azərbaycanda uşaq futboluna vurulan "badalaq": .....                 

Samir Şərifov DÖVLƏTİ NECƏ ÇÖKDÜRÜR... - Fövqəlnazir olmaq istədi, amma...
Tarix: 16-09-2021, 11:03 | Çap et
Samir Şərifov DÖVLƏTİ NECƏ ÇÖKDÜRÜR...
“Məlum olduğu kimi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən “2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” hazırlanıb və 08.09.2021-ci il tarixində Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilib. Sənəd 2022-ci ilə və ortamüddətli dövrə dair makroiqtisadi proqnozları, ölkə iqtisadiyyatının sosial-iqtisadi inkişafı ilə bağlı milli xərc prioritetlərini, buna uyğun olaraq büdcə-vergi siyasətinin əsas istiqamətlərini, dövlət büdcəsinin gəlir və xərclərini, habelə dövlət borcuna dair əsas məlumatları özündə əks etdirir. Sənəd Maliyyə Nazirliyinin internet səhifəsi vasitəsilə açıqlandıqdan sonra kütləvi informasiya vasitələrindən 2021-ci ildə dövlət büdcəsinə daxilolmaların artım mənbələri ilə bağlı çoxsaylı sorğular daxil olmaqdadır.

Qanunvericiliyin tələblərinə görə, növbəti il və sonrakı üç il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin parametrlərinə dair məlumatlar, həmçinin bu dövr üçün makroiqtisadi proqnozlar Milli Məclisə təqdim edilənədək ictimai müzakirələr üçün açıqlanmalıdır.

Mövcud praktikaya əsasən, sənəd dərc olunmamışdan əvvəl əsas iqtisadi göstəricilər aidiyyəti dövlət qurumları, o cümlədən İqtisadiyyat Nazirliyi ilə razılaşdırılır. Qeyd edək ki, əvvəlki illərdə məhz bu praktika tətbiq olunub.

Cari ildə də sənədin əsas parametrləri ilə bağlı müzakirələr keçirilib. Bununla belə, bəzi göstəricilər, o cümlədən dövlət büdcəsinin gəlirləri üzrə göstəricilər yekun olaraq hələlik razılaşdırılmayıb. Sənəd ilkin xarakter daşıyır və qarşıdakı günlərdə Maliyyə Nazirliyi və digər aidiyyəti strukturlarla müzakirələr davam etdiriləcək”.



İlk baxışda İqtisadiyyat Nazirliyinin ötən gün yaydığı açıqlamanı oxuyan istənilən şəxs sanki burada qeyri-adi heç nə yoxmuş kimi davranış sərgiləyər. Amma görünən odur ki, məsələ düşünüldüyündən də qəliz və mürəkkəbdir və ölkə iqtisadiyyatının lokomotivi hesab olunan İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi arasında soyuq küləklər əsməyə başlayıb. Məsələ burasındadır ki, istənilən şəxs yuxarıdakı xəbərlə tanış olduqdan sonra tərəddüd etmədən İqtisadiyyat Nazirliyinin haqlı olduğunu görür və Maliyyə Nazirliyinin, şəxsən nazir Samir Şərifovun "qırmızı xətt"i keçdiyi qənaətinə gəlir. Əslində burada qeyri-adi heç nə yoxdur və Samir Şərifov illərdi dövlət büdcəsini öz arşını ilə ölçərək öz üsulları ilə bölürdü, bu zaman kimsə ona "gözün üstə qaşın var" da demirdi. Məhz buna görə onda ölkənin baş xəzinədarı kimi elə bir ərköyünlük yaranmışdı ki, hətta baş nazirə belə hesabat verməyi, yaxud nələrisə onunla müzakirə edib razılaşdırmağı artıq hesab edirdi. İllərdi parlamentdə verdiyi hesabatlarda və istər dövlət büdcəsinin qəbulu, istərsə də büdcəyə əlavə və dəyişikliklərin qəbulu zamanı Samir Şərifov öz ötkəm çıxışları, deputatların qaldırdıqları məsələrə bəzən köntöy, bəzən atmacalı-tikanlı cavabları ilə maliyyə sahəsində fövqəlnazir obrazını hər kəsə diqtə edirdi.

Yeri gəlmişkən, ötən ilin büdcə müzakirələri zamanı Samir Şərifov bir az da qabağa gedərək İlham Əliyevin gənclərdən ibarət deputat korpusunu məsxərəyə qoymuşdu və verilən suallara, qaldırılan problemlərə cavab vermək əvəzinə onları açıq-aşkar ələ salmışdı. Bununla da kifayətlənməyərək BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin haqlı iradına hədsiz dərəcədə aqressiv tonda şantaj xarakterli cavab vermişdi. Halbuki Q. Həsənquliyev 2 milyard manat büdcə vəsaitinin niyə parlamentlə razılaşdırılmadan təyinatının dəyişdirilməsi səbəbini soruşmuşdu və bunun yolverilməz olduğunu bildirmişdi. Deputatın qaldırdığı məsələyə təmkinli cavab vermək əvəzinə S. Şərifov əslində təkcə deputata deyil, parlamentə meydan oxumaqdan çəkinməmişdi. Təəssüf ki, o zaman spiker Sahibə Qafaraova da ərköyün nazirin bu davranışlarına haqq edilən cavab verməyi lazım bilməmişdi.

Amma 44 günlük savaşdan sonra təkcə zaman dəyişmədi, eyni zamanda dövlət büdcəsinin yeni parametrlər üzrə xərclənməsi reallığı yeni idarəetmə fəlsəfəsini ortaya qoydu. Nəticədə samir Şərifovun "burda mənəm Bağdadda kor xəlifə" dönəmi sona yetdi, buna görə də üstüörtülü də olsa ona ayağını yorğanına görə uzatmaq, səlahiyyət həddini aşmamaq göstərişi verildi. Amma görünür ya mesaj düşgün anlaşılmadı, ya da əhəmiyyət verilməməsi yolu tutuldu. Ötənlərdə bir çox bəlalardan qurtulmağı bacaran və Eldar Mahmudov kimi cəlladın qılıncından, Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlı kimi fitnəkarın yağlı kəndirindən salamat qurtulmağı bacaran maliyyə naziri bu dəfə sanki minaya basdı və bununla da həyatının səhvini etdi...

Yuxarıda qeyd edildiyi kimi zaman dəyişib və çevik qərarlar verilməsinə ehtiyac yaranıb və tutaq ki, hansı meqalayihəyə hansı məbləğin ayrılmasının Samir Şərifovla razılaşdırılmasına, onun illərdi formalaşmış bürokratik məngənəsindən keçməsinə gərək qalmayıb. Görünür, maliyyə naziri baş verənləri həzm edə bilmədiyindən müqavimət göstərmək qərarına gəlib və bu zaman obrazlı ifadə olunsa daş qayaya rast gəlib. Özünü ölkədə maliyyə sahəsində məğlubedilməz hesab edən Samir Şərifov Mikayıl Cabbarov kimi bir islahatçı fiqurun zühur etməsi və onu proseslərdən qismən də olsa kənarlaşdırması "çest"inə dəyib.

İndi bu iki qurum arasındakı soyuq münasibətlər ilkin mərhələsindədir və bu ilki dövlət büdcəsinin parlamentdə müzakirəsi zamanı daha da dərinləşəcəyini proqnozlaşdırmaq olar. Təbii ki, Mikayıl Cabbarov bu gün öz parlaq karyerasının zirvəsindədir və prezident İlham Əliyevlə I vitse prezidentin ona olan aşırı simpatiyası M. Cabbarovu gerçək fövqəlnazirə çevirib. Bu baxımdan Mikayıl Cabbarov - Samir Şərifov qarşıdurmasının kimin başında çatlayacağı gün kimi ortadadır. Əslində yuxarıda da qeyd olunduğu kimi görünən odur ki, burada İqtisadiyyat Nazirliyi haqlı tərəfdir və Maliyyə Nazirliyi rəhbərliyi saymazyana davranışı ilə gövdə nümayişi sərgiləməkdən çəkinməyib...

Sabiq maliyyə naziri, iqtisadçı ekspert Fikrət Yusifov da Maliyyə Nazirliyinin davranışlarının məntiqsizliyi qənaətindədir. Moderator.az-a açıqlamasında F. Yusifov deyir ki, Maliyyə Nazirliyi pandemiyanın sarsıdıcı zərbəsindən özünə gələ bilməyən iqtisadiyyata süni nəfəs vermək əvəzinə iş adamlarının vergi yükü ilə nəfəsini kəsir:

"Beynəlxalq Valyuta Fondunun ənənəvi “Qlobal İqtisadi Mənzərə” hesabatına əsasən Azərbaycanda iqtisadi artımın 2021-ci ildə 2,3 faiz, 2022-ci ildə isə 1,7 faiz olacağı proqnozlaşdırılır. Dünya Bankı Qlobal iqtisadi artım proqnozunda isə xammal ixrac edən ölkələr üzrə iqtisadiyyatın 2022-ci ildə 3,3%-dən çox artmayacağı proqnozu verilir. Belə olan halda gələn il üçün iqtisadiyyatın qeyri – neft sektorundan büdcə daxilolmalarının birdən birə 19,3 % - 1 844 milyon manat artırılmasının necə baş verəcəyi məlum olmur.
Dövlət büdcəsi iqtisadiyyatın güzgüsüdür, onun gəlirləri bu iqtisadiyyatın necə işləməsindən asılı olaraq müəyyən edilməlidir. Bu səbəbdən təklif olunan proqnozlara yenidən və məhz 2022-ci il üçün işlənib hazırlanmış iqtisadi proqnozlar əsasında baxılması və Dövlət büdcəsinin gəlirləri üzrə göstəricilərin məhz bu proqnazlarla uzlaşdırılması şərtdir. Bu elə bir "velosiped"dir ki, onu bütün dünya qəbul edib və burada yeni heç nə icad etməyə ehtiyac yoxdur – büdcə gəlirləri iqtisadi fəaliyyətin nəticəsidir və nöqtə!

İki ilə yaxındır ki, Pandemiya səbəbindən bütün dünyada olduğu kimi Azərbaycanda da real olaraq iqtisadi tənəzzül prossesləri yaşanır. Bu gün qeyri-neft sektorunun onurğa sütunu olan kiçik və orta biznes müəssisələrinin əksəriyyəti ciddi maliyyə çətinlikləri yaşayır. Cari ilin başa çatmasına bir rüb qalmasına baxmayaraq bu müəssisələrin əksəriyətinin dövlət sifarişi ilə yerinə yetirdikləri işlər üzrə büdcədən maliyyələşmə bu günə qədər açılmayıb. Elə bu səbəbdən də çoxsaylı kiçik və orta biznesə müəssisələri ağır maliyyə durumuna düşüblər. Belə bir vəziyyətdə növbəti ildə onlardan alınacaq vergilərin 20%-ə qədər artırılmasının hansı məntiqə söykəndiyi aydın deyil".

Sonda qeyd edək ki, bu "dəyirman"ın nə qədər su aparacağını indidən proqnozlaşdırmaq o qədər də asan deyil. Amma bəri başdan iddia etmək olar ki, qarşıdakı dönəmdə Samir Şərifov üçün heç də hər şey asan olmayacaq. Hətta bu dəfə Eldar Mahmudov - Rüfət Aslanlı tandemindəki özünümüdafiə taktikası da keçərli deyil, çünki görünən odur ki, o çağırışlara məhəl qoymayaraq çoxdan minalı sahəyə daxil olub...











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI – FOTO/GİLEY
Bu gün, 08:47
“Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” - Efirlərdən uzaq düşən sənətkar
Bu gün, 08:42
"Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:41
"Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" - ABŞ YÖN DƏYİŞDİRİB...
Bu gün, 08:39
“Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” - ETİRAZ VAR...
Bu gün, 08:33
“Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək
Bu gün, 08:26
Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... - Özləri etiraf edir ki...
Bu gün, 08:23
“Bütün oyunları Ərdoğan oynayır” - Yunan mətbuatı təriflər yağdırdı
Bu gün, 07:24
Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı - KİV
Bu gün, 07:22
DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 07:21
"Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" - ŞOK İTTİHAM
Bu gün, 07:19
Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... - Sırski
Bu gün, 07:17
Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? – DETALLAR
Bu gün, 07:15
Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17
"Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02
"KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58
AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53
"BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49
Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47
'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36
"AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28
Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26
Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23
GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20
Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18
Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15
Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12
"Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08
Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05
Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03
Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10
Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05
Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00
FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09
Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03
Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00
Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53
3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49
Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48
"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44
PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40
DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35
Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33
Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32
İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30
"Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27
Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru