Görünür, ötən dövr ərzində İran Ermənistanda öz qüvvələrini yetişdirib .....                     Rusiya təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi .....                     Moskva paradına kimlər dəvət olunub? .....                     Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia .....                     ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? .....                     İran və Rusiya gizli danışıqlar aparır .....                     Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası .....                     İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? .....                     Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? .....                     Ermənistan dörd qonşunun hədəfinə çevrildi .....                     Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər .....                     Bu holdinqin maliyyə problemləri bitmir .....                     Xəstəxanada səs-küy salan həkim .....                     Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi .....                     Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi .....                     Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib .....                     Aktrisa Çimnaz Sultanova vəfat edib .....                     ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: .....                     Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? .....                     “Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” .....                     Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına .....                     İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb .....                     Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri .....                     İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb .....                     ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? .....                     ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... .....                     Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... .....                     "Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." .....                     Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib .....                     “AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” .....                     Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar .....                     Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı .....                     Bu, erməni xalqına baha başa gələcək .....                     Rusiya-Ukrayna müharibəsi başa çatır? .....                     Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm .....                     Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib .....                     "4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." .....                     "Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" .....                     ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ .....                     AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir .....                 

Məmur şəbəkəsi Qusara necə qan qusdurur... - İTTİHAM
Tarix: 24-08-2021, 11:20 | Çap et
Məmur şəbəkəsi Qusara necə qan qusdurur...
Dəyərli oxucularımıza öncə onu bildirək ki, ikincidən savayı digər üçü bir vaxtlar rayonda fəaliyyət göstərən “III Beynəlmiləl” sovxozu kəndlərinin sakinləri olublar. Hazırda dördü də rayon icra hakimiyyətinin yüksək vəzifəli məmurlarıdır.
Bu və digər faktlar haqqında qəzetə yazmaq istədiyimi eşidəndə həmkar dostumun rəngi ağardı və oğrun-oğrun, gizlin-gizlin sağa-sola boylanıb, ətrafına nəzər salıb, barmaqları dodaqlarına yaxınlaşdırıb məni susmağa dəvət etdi.
-Şşşş!...
Yəni demək istəyirdi ki, arxalarını şiş Şahdağa söykəmiş “şan-şöhrətli”, “sücaətli”, “Şvartsneqqer şəbəkəçilərin” sizi şil-şikəst edəcəklərinin fərqindəsinizmi?
“Şuluqçu şikayətçi” (bu, “Ş” əməliyyatçılarının fikridir) kimi mən baş verə biləcək şantaja, şaiyəyə uymayaraq gah Leonid Qaydayın “I” əməliyyatı və “Şurikin başqa macəraları” filmindəki qeyri-adi sərgüzəştlər, şəngülüm-şüngülüm hərəkətlər haqda düşünür, gah da mərd, ədalətli, xalq yolunda can qoyan, “Şah qanun deyil, Qanun şahdır” prinsipli baş qəhrəmanı Şarvili olan eyniadlı məşhur qəhrəmanlıq dastanını xəyalımda canlandırdım.
Başlayaq əməliyyata...
(Əvvəli ötən sayımızda)

Ş.Alxasov məzarlığa yaxın uşaq-əyləncə istirahət parkının müəyyən hissəsini digər müavini Şahid Fərəməzova satmış, o da orada qızına dəbdəbəli yaşayış evi tikmişdir. Ş. Fərəməzovun başqa obyektləri olması barəsində məlumatlar mövcuddur.
“İnternat bağı”na, “Yaşıl park”a, “Bənövşə gölü”nə, futbol stadionuna və.s. yerlərə edilən “təcavüz”, tutulan divan haqqında çox deyilib, çox yazılıb. Gələcəkdə də çox danışılacaqdır.
Bəs necə olur, belə vandal, barbar və digər rüsvayçı hərəkətlər baş verir? Çünki geyri-qanuni yollarla zənginləşən, harınlaşan, quduran məmurlara, onlara havadarlıq edənlərə vaxtında tədbir görülmür, vurulduqdan sonra sandığı açıb, pambığı tökmək, ulularımız demiş, arxadan atılan daşa bənzəyir və həmin daş tamahkar başa yox, topuğa dəyir. Dövlət büdcəsinə, cəmiyyətə, insan mənəviyyatına vurulan ağır zərbələr isə artıb öz dağıdıcı işini görüb. “Balıq bilməsə də Xalıq bilər” deyə yazılmış cəsarətli jurnalist çıxışlarına, vətəndaş etirazlarına təəssüf ki, “it hürər, karvan keçər” kimi etinasız münasibət bildirilir.
Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra rəsmi dövlət statusu bərpa olunan 9 May Qələbə günü keçmiş Sovetlər məkanında yaşayan xalqların dostluğunun, birliyinin, gücünün faşizm üzərində tarixi qələbədən doğan iftixar hissinin təntənəsi kimi milyonlarla sülhsevən insanların xatirəsində yaşayır. Prezident İ.Əliyev haqlı olaraq deyir ki, gələcək nəsillər faşizm üzərində qələbəni müqəddəs dəyər kimi yad etməlidir.
Bu tarixi qələbədə qusarlıların da böyük payı var. “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” devizinə qoşulan baba və nənələrimiz, ana və bacılarımız ön cəbhədə vuruşan oğullarımızı qələbəyə ruhlandırmış, gecəni gündüzə qatmışlar. Amma Qusarda 1941-1945-ci illərin Böyük Vətən müharibəsi tarixinə dair təhrif edilmiş faktlar, səhv məlumatlar, vandal hərəkətlər Qarabağda qazandığımız zəfərimizi, əhval-ruhiyyəmizi korlayır, dərindən təəssüf hissi keçirməyə məcbur oluruq.
Keçək fakt və sübutlara. “Qusar” qəzetinin redaktoru Vidadi Sevzixanov icra başçısı Şair Alxasovun çıxışına istinadən başabəla məqaləsində yazır: “Məşəqqətli müharibə illərində rayonumuzdan 10 min nəfər silaha sarılaraq bu böyük savaşda qələbənin qazanılmasında fəal iştirak etdi. Onlardan 4 min nəfərinə geri qayıtmaq nəsib olmadı. Dörd Qusarlı Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada yayiq görüldü.” Həmin məqalənin digər yerində isə yuxarıda göstərilən rəqəmlər yalana çıxarılır. “Faşizm ilə savaş səngərlərinə 10125 nəfər Qusarlı yollanmış, onlardan ancaq 6025 nəfəri geri qayıtmış, qalanları qəhrəmanlıqla həlak olmuşdur”. Güya itkin və əsirlər olmayıb.
Bir-birinə zidd rəqəm səhvləri, qeyri-dəqiq dəlillər, oxucuları çaş-baş salır. Doğrusu isə budur: Qusarlılardan ancaq 3 nəfəri – Mirzə Vəliyev, Adil Quliyev və Aleksandr Rıbnıkov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Birincisi, bizi belə bir sual düşündürür: bəs o məqalədəki 4-cü uydurma “qəhrəman” kimdir? Çox fikirləşdik, çox götür qoy-elədik, o ya Şair Alxasovdur, ya da Vidadi Sevzixanov. Məntiqdən belə çıxır da. Yalandan 4-cü qəhrəman adını ortaya atanlar onlardır axı. İkincisi, dedik bəlkə Qusar Tarix-Diyarşünaslıq muzeyində eksponatların diliylə qaranlıq məsələlərə aydınlıq gətirə bildik. Paho! Muzeydə faktlar elə yaralı və şikəstdir ki, onların müalicəyə, reabilitasiya tədbirlərinə böyük ehtiyacı var. Belə ki, keçmiş döyüşçülərdən ikisinin adı, soyadı, atasının adı səhv olaraq eyni göstərilmiş, bir müharibə veteranının - Rəşid Hüseynovun fotosu lövhədə təkrar yer almışdır(İki adamın bir adı, bir adamın iki şəkli). Ekspozisiyada oxuyuruq: Böyük Vətən müharibəsi illərində rayonlarımızdan cəbhəyə çağırılmış 10115 nəfərin 3025 nəfəri geri qayıtmamışdır. “Geri qayıtmamışdır” sözündə itkin və əsir düşmüş, girov götürülmüş, ölmüş kimi mənalar əks olunduğundan qeyri-dəqiqdir, tamaşaçını qane edə bilməz. Çox tarixi faktların baş-ayq yazıldığı bu muzeyi həqiqətən səhvlər muzeyi adlandırırlar. Burada güman etdik ki, 4-cü “qəhrəman” yəqin muzeyin direktorudur.
Mənə bir qrup rayon ziyalısının imzalayıb Azərbaycan Prezidentinə ünvanladıqları müraciətini təqdim etdilər. Müraciətdə yazılmışdı ki, Şair Alxasov 9 May Qələbə bayramı ərəfəsində Böyük Vətən müharibəsində həlak olmuş qusarlı həmyerlilərinin şərəfinə inşa olunmuş və dövlət tərəfindən qorunan memorial xatirə kompleksini dağıtmış, yerlə yeksan etmiş, özünün biznesinə qurban vermişdir. Lap müharibədə olduğu kimi darmadağın etmişdir.
Müraciət tamamilə doğrudur. Həmin abad xatirə kompleksinin möhtəşəm fotosuna və dağıdılmış sahəsinin hazırkı vəziyyətinə baxanda adam heyrətini gizlədə bilmir. Əlavə edək ki, kəndlərdəki Böyük Vətən müharibəsində həlak olanlara ucaldılmış xatirə abidələrinin indiki durumu da ürəkaçan deyil.
Qusar Şair Alxasov dövründə ən ağır dönəmini yaşayır. Əvvəlki rayon rəhbərləri – M. Murtuzayev, A. Manafova, İ. Əmirov və başqaları rayonun çiçəklənməsi, camaatın gözəl yaşaması üçün yorulmadan əmək sərf ediblər, xalqın xeyrinə öz qüvvələrini əsirgəməyiblər. O vaxtlar rayonun nüfuzu, hər sahədə göstəriciləri kifayət qədər yüksək olub. Rayon işgüzar və savadlı kadr potensialı ilə seçilib.
Təəssüf ki, Ş. Alxasov dövründə mənəvi dəyərlər, gözəl keyfiyyətlər, mənəviyyat, abır-həya, insaf, haqq-ədalət, əl tutmaq və.s. darmadağın edildi. Ziyalılar, nüfuzlu şəxslər, istedadlı və bilikli adamlar oyundankənar vəziyyətə salındı. Qisa müddət ərzində qohumbazlıq, tayfabazlıq kimi eybəcər hallar artdı. Şəxsi münasibətlər prinsipi əsasında, tanışlıq metodu ilə kadr təyinatı həyata keçirilməklə yanaşı, rayonda avtoritar idarəçilik sistemi quruldu. Maliyyə vəsaitinin müxtəlif yollarla səbatsız, simasız, şərəfsiz zadların əliylə mənimsənilməsinə, talan edilməsinə, qeyri-qanuni işlərin aparılmasına rəvac verildi. İcra başçısı insanların dövlətə olan inamını sarsıtdı. Nəinki dirilərin, hətta ölülərin ruhunu təhqir etməkdən belə çəkinmədi. Ş. Alxasov onu dəqiq faktlarla tənqid edən, maddiyatda gözü olmayan, yüksək mənəviyyatlı şəxslərin, parlaq ziyalıların üstünə getməklə, onları alçaltmaqla, təhqir etməklə, işgüzar nüfuzuna xələl gətirməklə, ləkələməklə, ümidləri puç etməklə, polislə qorxudub, ölümlə hədələməklə məhv etmək yolunu tutdu. Açıq və gizli şəkildə ailələrinə, yaxınlarına bacardığı qədər zülm, pislik etməklə maddi və mənəvi əzab-əziyyət, işkəncə verməklə iş-gücünü bitmiş hesab etdi.
Mən və mənim kimi ziyalılar Şair Alxasovdan təhqir, təhdid, yalan, ayrı-seçkilik və.s. iyrənc əməllərdən savayı heç nə görməmişik. O, Azərbaycanı sevən, xidmətləri olan işıqlı kadrları yaxınına buraxmayıb, adam yerinə qoymadı. Budur, Qusarda Şair Alxasov dövrünün həqiqətləri! Nə qədər ki Şair Alxasovlar başçı kreslosundadır, inanın, işlər normal məcraya düşməyəcək, heç bir problem də qaydasınca həll olunmayacaq, əksinə günü-gündən daha axsayacaq, kəskinləşəcək, dərinləşəcək.
Qusar qan qusur, başçının bəd əməlləri belə deməyə əsas verir. “Ş” əməliyyatına qarşı, həkimlərin dili ilə desək, təcili cərrahiyə əməliyyatı keçirilməli, reanimasiya tədbirləri görülməli, təxirəsalınmadan rayona “donor qanı” köçürülməlidir. Özü də rüşvətə bulaşmış tamahkarların, hərislik virusuna yoluxanların qanı yox, əməlisaleh, humanist insanların, müasir, sağlam təfəkkürlü kadrların müqəddəs və pak qanı! Onda Qusar sağalıb qəddini düzəldəcək, yaşayacaq, irəli gedəcək, uğur qazanacaq və əvvəlki şöhrətini bərpa edəcək. Birdəfəlik bilmək lazımdır ki, Şair Alxasovlar ağrıdan başqa bir şey deyil və bu ağrı-acını hələ uzun illər çəkəcəyik.
Dövlət təsissatlarına, hökümət qurumlarına Azərbaycan yazıçısı kimi çox böyük hörmət və ehtiramım var. Dövlətini və dövlətçiliyini qəlbən sevən bir vətəndaş olaraq hesab və təklif edirəm ki, rayon icra hakimiyyətləri ləğv edilməlidir. Hazırki Qusar rayonu Quba, Xaçmaz, Şabran, Siyəzən ərazilərində yaradılacaq mahala birləşdirilsə, sözün bütün mənalarında daha səmərəli, daha məqsədəuyğun olardı.
Əlbəttə, Qarabağ kimi çox mürəkkəb, çətin və vacib problemi zəfərlə yoluna qoyan Ali Baş Komandan, möhtərəm cənab Prezident İlham Əliyev nəyi, nə vaxt və necə həll edəcəyini hamıdan yaxşı, hamıdan gözəl bilir.

Həsən Xasıyev
Yazıçı-publisist
//hurriyyet.az//










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Görünür, ötən dövr ərzində İran Ermənistanda öz qüvvələrini yetişdirib - ŞƏRH
Bu gün, 00:02
Rusiya təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi - KİV
Dünən, 23:05
Moskva paradına kimlər dəvət olunub? – Belousov açıqladı
Dünən, 22:19
Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia - yayılan stenoqram...
Dünən, 22:17
ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? - İLGİNC
Dünən, 22:15
İran və Rusiya gizli danışıqlar aparır – Detallar AÇIQLANDI
Dünən, 22:13
Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası - Pulumu verin!
Dünən, 22:09
İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:14
Fərhad Əhmədovun da mühafizəçisi olmuş Kamil niyə vəfat etdi? - FOTO
Dünən, 21:07
Ermənistan dörd qonşunun hədəfinə çevrildi – ABŞ Paşinyanı “minalanmış” sahəyə buraxıb
Dünən, 20:42
Azərə yardım məqsədi ilə dələduzluğa cəhd etdilər - "...mənə yazdığı bütün mesajları silib"
Dünən, 20:35
Bu holdinqin maliyyə problemləri bitmir - 550 min vergi borcu var
Dünən, 20:16
Xəstəxanada səs-küy salan həkim - 100 manat cərimələndi
Dünən, 20:14
Azərbaycanda fahişəliklə məşğul olan 5 iranlı tələbə deport edildi - "MOUZE"
Dünən, 20:07
Bakıdakı dəhşətli terror planı: İŞİD-ə sadiqlik andı içmiş radikalın hücumu son anda əngəlləndi - TƏFƏRRÜAT
Dünən, 20:01
Ötən il əhali ASB-dən 17 milyondan çox depoziti geri çəkib - ÇÖKÜŞ?
Dünən, 19:59
Aktrisa Çimnaz Sultanova vəfat edib
Dünən, 19:56
ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: - “Kreml İrəvanı bağışlamayacaq”
Dünən, 19:02
Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? - AKTUAL
Dünən, 19:00
“Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” - buna görə seriallara çəkilmir
Dünən, 18:58
Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına 26 milyon manat ayrılıb
Dünən, 18:17
İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb
Dünən, 18:15
Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri - Ukrayna açıqladı
Dünən, 18:13
İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb - FOTO
Dünən, 18:09
ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? - Bahəddin Həzi yazır...
Dünən, 17:59
ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... - MƏZƏLƏNİRLƏR?
Dünən, 17:53
Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... -"Polis əməkdaşları ərazini tərk edən kimi iş yenidən başlayır"
Dünən, 17:51
"Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." - deputat
Dünən, 17:40
Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib - "GÜNAHSIZAM..."
Dünən, 17:37
“AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” — Deputatdan ETİRAZ
Dünən, 17:33
Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar
Dünən, 17:27
Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı
Dünən, 17:25
Bu, erməni xalqına baha başa gələcək - Karasin
Dünən, 17:20
Rusiya-Ukrayna müharibəsi başa çatır? - “Reuters”
Dünən, 17:19
Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm - Ermənistanın müdafiə naziri
Dünən, 17:17
Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib
Dünən, 17:16
"4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." - ÇARƏSİZLİK...
Dünən, 17:14
"Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" - Tural Abbaslı
Dünən, 17:09
ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ - Görünəni odur ki...
Dünən, 17:02
AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir - Qazaxıstan Nəqliyyat Nazirliyi
Dünən, 16:58
Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb - TƏFƏRRÜAT
Dünən, 16:56
Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? - SİYAHI
Dünən, 16:55
“Tərtər işi”nə görə həbs edilən generalın işi 5 ay sonraya təxirə salındı
Dünən, 16:48
Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır - AÇIQLAMA
Dünən, 16:46
Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı - Sumqayıtda 14 yaşlı qıza verilən işgəncənin TƏFƏRRRÜATI
Dünən, 16:43
“Ermənistanın qonşularla ticarəti məhv olacaq” - Sarukyan DANIŞDI
Dünən, 16:24
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib - FOTO
Dünən, 16:18
Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - AKTUAL
Dünən, 16:17
Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib - TƏFƏRRÜAT
Dünən, 16:14
Dövlət Gömrük Komitəsi NƏYİ NİYƏ GİZLƏDİR? - İLGİNC İDDİA
Dünən, 16:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru