Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır .....                     İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib .....                     Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada .....                     Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... .....                     Obamanın etdiyi vicdansızlıq idi .....                     HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR .....                     İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... .....                     "Yas mərasimi üçün kredit götürürlər" .....                     Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? .....                     Pezeşkian ondan elə bir şey xahiş etdi ki... .....                     AYNA-nın yaratdığı xaos BÖYÜYÜR .....                     Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır .....                     "Space"nin keçmiş rəhbərinə vəzifə verildi .....                     İrana zərbə halında Tehranın cavabı necə olacaq? .....                     "Bu hökumət belə bir addım atsa..." .....                     Tramp hamının planını pozub... .....                     ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb .....                     Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi .....                     "İri bankların əsas problemi odur ki, acgözdürlər..." .....                     Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər .....                     Bakı ilə Tiflis yaxınlaşırsa... .....                     "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." .....                     ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… .....                     “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər” .....                     İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər .....                     Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək .....                     Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? .....                     Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? .....                     “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə .....                     Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? .....                     Ağlar günə qalan Naxçıvan səhiyyəsi... .....                     Niyam Salaminin yarım milyon borcu üzə çıxdı .....                     Gəncə Tibb Kollecində rüşvət tələb olunur? .....                     "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" .....                     Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? .....                     Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur .....                     Kamilənin adından dələduzluq .....                     Abdolbari Gozal vəfat etdi .....                     Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib .....                     Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib .....                 

“Ölülər qəbirdə, dirilər isə həyatda təhqir olunur” - GİLEY
Tarix: 11-12-2017, 10:39 | Çap et
“Ölülər qəbirdə, dirilər isə həyatda təhqir olunur”
“Qəsəbə xarabalığa çevrilib, biz isə çarəsiz qalmışıq. Bakıda yaşasaq da, ucqar bir dağ kəndinin şəraiti belə bizimkindən yaxşıdır. Nə icra hakimiyyəti, nə də digər aidiyyəti qurumlar problemimizlə maraqlanmırlar”. Bu sözləri Bakının qədim kəndlərindən biri olan “Zabrat 2" qəsəbəsinin sakinləri deyir. Saytımızın elektron ünvanına gələn çoxsaylı müraciətlərdən sonra ”Yeni Müsavat" qəzetinin müxbiri adıçəkilən qəsəbədə olub, sakinlərin gileyini dinləyib.

Sabunçu rayonu, “Zabrat-2" qəsəbəsinin problemləri saymaqla bitməz. Qədim Bakı kəndi kommunal problemlər arasında çabalayır. Qəsəbənin nə bir normal yolu, nə də kommunal şəraiti var. Ərazidə olduğumuz zaman müşahidə etdik ki, qəsəbənin ara yolları keçilməz durumdadır. İnsanlar min bir əziyyətlə çala-çuxur yolla, gölməçələr içərisindən keçərək hərəkət edirlər. 46 min əhalisi olan qəsəbənin normal bir kanalizasiya sistemi belə yoxdur. Kanalizasiya və qrunt suları evlərin həyətlərinə dolur.

Zabrat ağsaqqalları qəsəbənin abadlaşması üçün dəfələrlə yerli icra hakimiyyətinə və digər müvafiq qurumlara müraciət etdiklərini bildirdilər. Yəni onların bu durumundan Sabunçu Rayon İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri də xəbərdardır: “50 ildir ki, qəsəbədə yaşayırıq. Bu illər ərazində Zabratda əsaslı şəkildə abadlıq işi aparılmayıb. Ümumiyyətlə, Zabrat da batır, zabratlılar da... Biz o zəmanədə yaşayırıq ki, ucqar rayonlara belə qaz, kanalizasiya xətləri çəkirlər. Ancaq biz Bakıda yaşasaq da, normal şəraitimiz yoxdur. Tez-tez qaz, işıq kəsilir. Bu qaz ki, kartladır, versinlər işlədək də... Nə zamana kimi belə davam edəcək? Bu qəsəbəyə də bir əl gəzdirsinlər. Sabunçu rayonunda yol infrastrukturu, kommunal şəraitinə görə ən geridə qalmış qəsəbə ”Zabrat 2"dir. Ancaq burada daşı-daş üstündə qoyan kimi dərhal bələdiyyə və icra nümayəndələri həmin adamın başının üstünü kəsir, rüşvət alırlar. Ucqar rayonlardan qohumlarımız qonaq gələndə yaşadığımız şəraitə mat qalırlar. Qışın günündə avtomobillər yolda qalır. Təcili tibbi yardım maşınları xəstəyə vaxtında yetişə bilmir".

“Qəsəbəyə ayrılan pullar hara gedir?!”

Sakinlər deyir ki, iki il öncə qəsəbəyə kanalizasiya xətti çəkilib. Lakin görülən işlər keyfiyyətsiz aparılıb. Minlərlə əhalisi olan qəsəbəyə nazik ölçüdə bir xətt çəkiblər: “Qəsəbədə kanalizasiya suları ilə yanaşı qrunt suları var. Çoxsaylı şikayətlərimizdən sonra kanalizasiya xətti çəkdilər. Lakin həmin boru çox nazik idi. Adını da qoydular ki, kanalizasiya xətti çəkdik. Təsəvvür edin ki, 46 min əhalisi olan qəsəbəyə ensiz bir kanalizasiya xətti davam gətirə bilərmi? Mətbuatı izləyirik, su və kanalizasiya xətləri üçün külli miqdarda vəsaitlər ayrılır. Ancaq ayrılan pulları mənimsəyirlər. Hansı həyətə daxil olsanız, rütubət və üfunət iyindən durmaq olmur. Evlərin zirzəmiləri çirkab suları ilə doludur. Camaat əlacsız qalıb, həyətlərinə yığılan çirkab sularını motorla ilə küçələrə vururlar. Kənd camaatı revmatizmdən əziyyət çəkir. Bəlkə də Şamaxının ucqar dağ rayonları belə bu gündə deyil. Bir sözlə Zabratı xarabalığa çevirib, zabratlıları da xəstəliyə salıblar”.

“Ölülərimiz də çirkab suları içindədir”

Ərazidə olduğumuz zaman sakinlər “Zabrat-2" qəsəbəsinin qəbiristanlığının da gölməçə suları içərisində olduğunu bildirdilər. Həmin vəziyyətlə əyani tanış olmaq üçün Zabrat qəbiristanlığına baş çəkdik. Gördüyümüz mənzərə bizi dəhşətə gətirdi. Kanalizasiya və qrunt suları qəbiristanlığı bataqlığa çevirib. Qəbir daşları çirkab suları içində qalıb. Hər tərəfi üfunət iyi bürüyüb.

Çirkab sularını qəbiristanlıqdan təmizləmək üçün su motorları quraşdırıldığının da şahidi olduq. Böyük bir ərazidə toplanan su motor vasitəsi ilə sorularaq, kənara axıdılır.

Burada dəfn olunan qohumunu ziyarətə gələnlərlə də həmsöhbət olduq. Adının çəkilməsini istəməyən Zabrat sakini düşdükləri acınacaqlı durumu belə izah etdi: “ Gördüyünüz kimi, ölülərimizə belə hörmət qoyulmur. Meyitlərimiz kanalizasiya suları içindədir. Əksər ölü sahibləri məzar yerlərini yerdən 15-20 santimetr hündürlükdə salırlar. Bu vəziyyəti icra nümayəndələri bilirlər, lakin görməzdən gəlirlər. Ümumiyyətlə qəsəbənin kanalizasiya sistemi olmadığından bu cür mənzərə ortaya çıxır. Ölülərimiz qəbirdə, dirilər isə həyatda təhqir olunur”.

Sakinlər deyir ki, dəfələrlə Bakı şəhərində kanalizasiya və yağış suları infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə dövlət büdcəsindən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə milyonlarla manat vəsait ayrılıb. Lakin görünür bu və bundan öncəki vəsaitlərdən “Zabrat 2" qəsəbəsinə pay düşməyib.

Qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.


“Ölülər qəbirdə, dirilər isə həyatda təhqir olunur”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02
İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52
Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15
Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13
Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02
HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59
İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57
"Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43
Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41
Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49
AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45
Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35
"Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33
İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28
"Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25
Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02
ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59
Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40
"İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37
Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16
Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14
"Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10
ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07
“Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11
İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08
Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05
Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43
Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40
“Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37
Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38
Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31
Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23
Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20
"5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07
Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05
Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10
Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06
Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03
Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00
Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30
İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28
“İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26
Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22
“Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10
Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Dünən, 18:09
Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Dünən, 17:56
Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Dünən, 17:55
Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Dünən, 16:22
İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Dünən, 16:18
“Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Dünən, 16:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru