Biləsuvarda rüşvət burulğanı - İTTİHAM VAR
Tarix: 7-08-2017, 12:44 | Çap et
Biləsuvar rayon ƏSMM-in əməkdaşları, ünvanlı sosial yardım almaq hüququna malik olan ailələrə süni problemlər yaradır
Mərkəzin müdir müavini şikayətçi vətəndaşlara açıq şəkildə deyir ki, nazirliklə anlaşmamız var və baş verənlərdən Səlim Müslümovun yaxın ətrafının xəbəri var.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli şöbələrindəki qanunsuzluqlar və rüşvətxorluqla bağlı mütəmadi olaraq mətbuatda məlumatlar dərc olunmaqdadır. Çox təəssüf ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi şikayətçi əhalinin bu narazılıqlarını görməməzlikdən gəlir və bir qayda olaraq mətbuatda dərc olunan neqativ hallara laqeyd yanaşmaqdadır. Bu da təbii olaraq yerlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbələrinin fəailiyyətində arxayınçılıq yaradır və eyni zamanda dövlətin sosial qayğısına ehtiyacı olan şikayətçi əhaliyə qarşı gdələtsizliyin ortaya çıxmasına səbəb olur.
Qeyd edək ki, ölkə prezidenti İlham Əliyev qısa müddət əvvəl mətbüat günü ilə əlaqədar jurnalistlərə mənzillər hədiyyə edərkən demişdi ki, mətbuatı hər gün izləyir və ölkədə baş verən neqativ hallarla bağlı ölkə mətbuatından xəbər tutur. Görünür ki, prezidentdən fərqli olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi mətbuatı izləmir, ya da mətbuata qarşı həddindən artıq laqeyd münasibət bəsləyir.
Xatırlaldaq ki, Səlim Müslümovun başçılıq etdiyi nazirliyin məmurları vətəndaşların dövlətin sosial qayğısına ehtiyacı olan kəsiminin problemlərinə diqqət ayırmaq, onların həllinə nail olmaq əvəzinə, qanunsuz əməllərinin siyahısını günü-gündən artırırlar. Həqiqət naminə deməliyik ki, nazir Səlim Müslümov rayonlardakı şöbələrdə baş verən qanunsuzluqların qarşısının alınması üçün demək olar ki, hər vasitəyə əl atır. O dəfələrlə nazirliyin rayon şölərinin rəhbərlərinə xəbərdarlıq edib, hətta onları iclas zalında işdən azad edərək zaldan qovub. Hətta sosal iüavinətlərin verilməsinin şəffaflığını təmin etmək məqsədi ilə bu sahə tamamilə elektronlaşjırılıb. Lakin bildiyimiz kimi odur ki, probem öz həllini tapmır və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon şöbələrində korrupsiya halları getdikcə artmaqda davm edir. Bu da onu göstərir ki, rayon şöbələrinin bu neqativ fəaliyyətlərini nazirlikdə kimsə, ya da kimlərsə koordinasiya edir və rüşvət və korrupsiya pullarını mərkəzləşdirilmiş şəkildə toplamaqdadırlar.
Bu dəfə AzMedia.info-a Biləsuvar rayon ƏSMM-dən şikayət daxil olub. Saytımıza məlumat verən rayon sakinləri bildirir ki, şöbəyə rəhbərlik edən Fərasim Əliyev ünvanlı sosial yardım almaq istəyən ehtiyac sahibi sakinlərdən buna görə rüşvət tələb edir.
Məlumatda bildirilir ki, ünvanlı sosial yardım almaq üçün mərkəzə müraciət edən vətəndaşların bir hissəsi əsassız yerə incidilir. Mərkəzin əməkdaşları, yardım almaq hüququna malik olan ailələrə süni problemlər yaradır.
Qeyd edək ki, ölkənin ən kasıb rayonlarından biri olan Biləsuvarda ünvanlı sosial yardım kateqoriyasından olan ailələrin sayı kifayət qədərdir. Buna baxmayaraq, onların müəyyən hissəsi dövlətin ayırdığı sosial müavinətləri ala bilmirlər. Şikayətçilər bildirir ki, onlar dəfələrlə VEMTAS sisteminə müraciətlər etsələr də, sonda onlara müsvət cavab verilmir. Qəribədir ki, rüşvət verərək Fərasim Əliyevin ünvanlı sosial yardıma baxan müavini ilə anlaşan şəxslərə VEMTAS-dan müsbət cavab gəlir.
Rayon sakinlərinin iddialarına görə Fərasim Əliyev və müavininə yaxın olan “maklerlər” açıq şəkildə vətəndaşlara deyirlər ki, müdriyyət “yuxarı ilə anlaşıb” və buna görədə rüşvət verməsəniz yardım ala bilməyəcəksiniz. Biləsuvarda elə vətəndaşlar var ki, onların maddi imkanları yetərincədir və həyat səviyyələri də yüksəkdir. Amma Fərasim Əliyev və onun “komandası” həmin şəxslərin ünvanlı sosial yardım almalarını hansısa yollarla həll ediblər. Halbuki rayonun elə kənd sakinləri var ki, onların dövlətin yardımına ciddi ehtiyacları var.
Ehtiyacı olanların yardım almaq hüququnu əlindən alan, dövlətin yaşamaq üçün onlara verdiyi kiçik məbləğə göz dikən Fərasim Əliyev və onun müavini kifayət qədər imkanlıqohumlarının və yaxınlarının adına sosial yardımlar yazdırıblar. Bu yardımları bir çox isə onun öz ciblərinə axır.
Araşdırmanəticəsində öyrəndik ki, idarə müdiri və komandası yüzlərlə vətəndaşa sosial yardım və saxta pensiya düzəltməklə maliyyə durumlarını yüksək səviyyədə yaxşılaşdırıblar. Və bu vətəndaşların verdikləri rüşvət hesabına başa gəlib.
Saytımıza daxil olan məlumata əsasən DSMF-nin Biləsuvar rayon şöbəsi ilə birləşdirilərən ƏSMM-mərkəzinin indiki müdiri Fərasim Əliyevin qazancı rüuşvət alaraq ünvanlı sosial yardım düzəltməklə bitmir. Rayondan saytımıza verilən məlumatda vurğulanır ki, idarə müdirinin əsas qazancı pensiya maxinasiyasıdır. Belə ki, hər ay pensiyaya çıxan onlarla vətəndaşa geriyə yüksək əmək haqqı yazmaqla on min manatlarla qazanc ədlə edən müdir, həmçinin staj artırmaq, saxta pensiya düzəltmə işi ilə ciddi şəkildə məşğul olur.
Şikayətçilər bildirir ki, bütün bunlardan gözləri doymayan Fərasim Əliyev və müavini əlbir olaraq 2 illik sosial yardım müavinatı üçün rüşvəti 3 aylıq müavinatdan 5 aylığa çıxardıblar. Müdir müavini onlardan şikayət etmək istəyən şəxslərə isə açıq şəkildə deyir ki, nazirliklə anlaşmamız var və baş verənlərdən Səlim Müslümovun yaxın ətrafının xəbəri var.
Bildirək ki, saytımıza Biləsuvar rayonunda qanunsuz sosial yardım alan vətəndaşların siyahısı göndərilib. Həmin siyahını araşdırdıqdan sonra oxucularımıza təqdim edəcəyik.
Bizi izləməkdə davam edin.
Qarşı təərfin mövqeyini verməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
|