Agentlər kimlərdir və MTN-ə hansı məlumatları ötürüblər? - Keçmiş nazir, QHT sədri, baş redaktor…
Tarix: 12-05-2017, 11:05 | Çap et
Həbsdə olan MTN generalı Elçin Quliyev və polkovnik Azər Mehdiyevin dövlət büdcəsindən 7,7 milyon dollar mənimsəmələri ittihamı üzrə yeni detallar məlum olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, təqsirləndirilən MTN vəzifəliləri bu pulların agentlərə verildiyini bildirsələr də, şahid ifadələrində vəsaitin əksər hissəsinin mənimsənildiyi üzə çıxır.
Belə ki, istintaqa şahid qismində ifadə verən polkovnik M.A bildirib ki, pullar kassadan əsasən “Şimal küləyi” və “Qütb gecəsi” işi üzrə çəkilirdi.
M.A ifadəsinin əvvəlində “Şimal küləyi” əməliyyat işi üzrə pulların necə bölüşdürülməsi haqda ətraflı məlumat verib.
Həmin ifadə əsasında hazırlanmış məqalə ilə buradan tanış ola bilərsiniz.
İfadəsinin davamında “Qütb gecəsi” işindən danışan polkovnik prosedurun eyni qayda ilə aparıldığını, pulların 1 nəfərin adına yazılan raportla götürülüb, 8 nəfərə verildiyini deyib. Lakin əlavə edib ki, bu işə daha 5 agent cəlb edilib.
Baş çekist Mahmudov vəzifədən çıxarıldıqdan sonra, lakin MTN ləğv edilmədən öncə nazirlikdən istintaqa təqdim edilən “Antiterror mərkəzində əməliyyat xərcləri maddəsi ilə ayrılmış vəsaitin xərclənməsinə dair arayış”dan görünür ki, “Qütb gecəsi” Əks-Kəşfiyyat Əməliyyatları İşi üzrə 1 milyon 105 min dollar və 1 milyon 357 min manat xərclənib.
“Qütb gecəsi” işi 2014-cü il fevralın 3-də ATM-in rəisi general Elçin Quliyevin sanskiyası ilə açılıb, qərarı isə onun müavini polkovnik İlqar Əliyev hazırlayıb. İşin açılmasında məqsəd “Diplomatik nümayəndəlik və beynəlxalq təşkilatlar örtüyü altında sosial şəbəkələr mövqeyindən ölkəmizə qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti aparan Xarici Xüsusi Xidmət orqanları ilə əməliyyat oyunlarının keçirilməsi” olub. “Qütb gecəsi” işinə bir-biri ilə əlaqəsi olmayan, müxtəlif faktlar üzrə yazışmalar, telefon danışıqlarının şərhi, agentura məlumatlarından çıxarış əlavə olunub. Bəzi məlumatlar vacib əməliyyat əhəmiyyəti kəsb etsə də, onların ətrafında əlavə agentura əməliyyat tədbirləri keçirilməyib.
Arayışda agentlərlə bağlı hissədə qeyd edilib ki, bu iş üzrə 46 nəfərlə etibarlı münasibətlərin yaradılması, arxiv agentlərindən istifadə edilməsi qeyd edilib.
İşi aparan polkovnik M.A şəxsən özünün əlaqəsində olan agentlər və onlara ayrılan pullar haqda istintaqa məlumat verib.
O bildirib ki, hüquq müdafiəçisi olan agentlə 2013-cü ilin otyabr ayından münasibətlər yaradılıb. Noyabr ayından etibarən hər ay həmin şəxsə 2 min manat mükafat təyin edilib. Bu şəxsin 2014-cü ildə Strasburqa səfər xərclərinə görə 2500 manat ödənilib. O, ümumi xarakterli məlumatlar təqdim edib. 2015-ci ildən isə Hərbi Əks Kəşfiyyat İdarəsində Xidmətə rəsmi olaraq götürülüb.
İkinci agent isə QHT sədri olub. Onun rəhbəri olduğu ofisin saxlanılması, qəzetinin buraxılması üçün hər ay 6 min manat ödənilib, həmçinin çoxsaylı səfərlərinin xərci qarşılanıb. Həmin şəxsə 2011-2015-ci illər ərzində 132 min manat, 6150 dollar və 2475 avro pul ödənilib.
2014-cü ildə ildə isə həmin şəxsin dövlət əleyhinə yönələn çağırışlar etməsi barədə məlumat daxil olub. Araşdırma zamanı məlum olub ki, QHT sədri əhali arasında iğtişaşlara gətirib çıxara biləcək mənfi fikirlər səsləndirir, dövlətə qarşı qaldırmaq üçün aztəminatlı, qaçqın və məcburi köçkünlərdən istifadə etmək üçün onları və Çeçenistan, Suriya, Əfqanıstanda döyüşmüş şəxsləri öz ətrafına yığır. Bu şəxsin MTN-nin maliyyələşdirdiyi Strasburq səfərlərinin birində beynəlxalq tədbirlər zamanı Azərbaycan dövlətinin daxili və xarici siyasətini tənqid edən kütləvi etiraz aksiyalarında fəal iştirak etməsi barədə məlumat daxil olub. Onunla bağlı məlumatlar da “Qütb işi”nə əlavə edilib, sonradan həbs olunub.
Növbəti agent qəzet baş redaktorudur. Bu şəxs 2014-cü ilin yanvar ayından MTN-ə cəlb edilib. O, nazirliyə ötürdüyü bir məlumata görə 10 min manat mükafat alıb.
Agent “Əlizadə” isə 2014-cü ildə fəal istifadə olunduğuna görə 15 min manat mükafat alıb.
MTN-nin etibarlı şəxslərindən biri isə Azərbaycanın keçmiş naziri olub. Bu şəxsə ötürdüyü məlumatlara görə nazirlik tərəfindən 90 min manat pul ödənilib.
İstintaq materialında əlavə olaraq qeyd edilir ki, bəzi agentlərə heç bir ehtiyac olmadığı halda belə pullar ödənilib. Məsələn, kod adı “Samir” olan agentə 2013-cü il prezident seçkiləri ərəfəsində 4 ay ərzində 40 min , agent “Qəhrəman”a 2014-cü ildə 25 min manat mükafat verilib. Həmçinin, qeyd edilib ki, “Qəhrəman” fəal şəkildə əməkdaşlıq etdiyi üçün ona öncə 250 manat, sonra isə 600 manat aylıq maaş ödənilib.
Agentlərdən birinə isə böyük məbləğdə pullar ödənilib. Onun kod adı isə “Terminator” olub. Bu şəxsə 287 min avro, 5400 dollar və 12 min manat verilib. “Terminator” nazir müavini Hilal Əsadovun agenti olub və onun şəxsi işi generalın özündə olduğu üçün istintaq bu sənədlərlə tanış ola bilməyib.
İstintaq şahidləri dindiriləndən və maliyyə səbəblərini incələdikdən sonra bu qənaətə gəlib ki, general Elçin Quliyevin idarəsi 2 əməliyyat işi çərçivəsində 5 milyon 148 min manat və 1 milyon 358 min dollar vəsaiti mənimsəyib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Bu gün, 22:26 |
|
|
|
• Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Bu gün, 22:24 |
|
|
|
• "25 min manat verdilər getmədim"
Bu gün, 22:22 |
|
|
|
• Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Bu gün, 22:19 |
|
|
|
• "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Bu gün, 16:36 |
|
|
|
• Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Bu gün, 16:35 |
|
|
|
• "Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Bu gün, 16:33 |
|
|
|
• Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Bu gün, 16:31 |
|
|
|
• İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Bu gün, 16:29 |
|
|
|
• Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Bu gün, 13:59 |
|
|
|
• Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Bu gün, 13:55 |
|
|
|
• Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Bu gün, 13:48 |
|
|
|
• "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Bu gün, 13:44 |
|
|
|
• Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Bu gün, 13:39 |
|
|
|
• Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Bu gün, 13:34 |
|
|
|
• Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Bu gün, 13:02 |
|
|
|
• İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Bu gün, 12:52 |
|
|
|
• Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Bu gün, 12:15 |
|
|
|
• Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Bu gün, 12:13 |
|
|
|
• Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Bu gün, 12:02 |
|
|
|
• HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Bu gün, 11:59 |
|
|
|
• İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Bu gün, 11:57 |
|
|
|
• "Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Bu gün, 11:43 |
|
|
|
• Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Bu gün, 11:41 |
|
|
|
• Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Bu gün, 10:49 |
|
|
|
• AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Bu gün, 10:45 |
|
|
|
• Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Bu gün, 10:35 |
|
|
|
• "Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:33 |
|
|
|
• İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Bu gün, 10:28 |
|
|
|
• "Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Bu gün, 10:25 |
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
|