Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq .....                     Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq .....                     Paşinyanın gizli müqaviləsi .....                     Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir .....                     “Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” .....                     Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar .....                     Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU .....                     Xanım Qafarovanın anası dünyasını dəyişib .....                     "Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" .....                     Paşinyan üçün 3 kritik ssenari cızıldı .....                     Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi .....                     Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər .....                     Tramp Kəşmir probleminin həllinə çalışacaq .....                     «Gold Residence»lə KİMSƏ BACARMIR? .....                     “Elm ocağı hara, çayxana hara?!” .....                     Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi .....                     “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” .....                     ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... .....                     Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək .....                     Pakistanda 150 uçuş reysi ləğv edildi .....                     "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım" .....                     Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... .....                     “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün .....                     İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür .....                     İnformasiya “fırtınası” .....                     "Hər bir sənət adamı buna fikir verməlidir" .....                     Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA .....                     "Prezident Tofiq Yaqublunu əfv edə bilər" .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Putin hesab edir ki... .....                     “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı .....                     "Bu nə münasibətdir, bu nə biganəlikdir?" .....                     Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı .....                     Simonyan 44 günlük müharibə barədə: .....                     Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib .....                     Mertz Rusiyanı sanksiyalarla hədələyib .....                     Azərbaycan mühüm vasitəçi kimi .....                     "Protech Electronics"in 219 min manat .....                 

“MÜXALİFƏT BİR ARAYA GƏLMƏLİDİR”
Tarix: 20-10-2011, 13:15 | Çap et
“MÜXALİFƏT BİR ARAYA GƏLMƏLİDİR”

“ƏRƏB İNQİLABININ ƏTRİ UÇUB GETDİKDƏN SONRA HAMI YÜNGÜL NARKOZDAN AYILACAQ”

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin “OLAYLAR”-a müsahibəsi

-Əli bəy, müxalifətin birliyi istiqamətində partiyalar arasında aparılan məsləhətləşmələr hansı mərhələdədir?
-Oktyabrın 19-da Vətəndaş Hərəkatı Forumu çərçivəsində bizim növbəti məsləhətləşmələrimiz olacaq. Ola bilər ki, bu dəfə hansısa nəticələr əldə edilsin. Çünki artıq təşkilatlanma zərurəti yaranıb. Onu da qeyd edim ki, partiya liderlərinin müzakirəsinə çıxarılacaq iki prinsipial təklif var. Həmin təkliflərə münasibət nöqteyi- nəzərindən ola bilər ki, yaxın gələcəkdə hansısa təşkilatlanma barədə qərar qəbul edilsin. Hazırda bir qeyri-müəyyənlik hökm sürməkdədir. Belə ki, İctimai Palata formasında iki partiyanın təşkilatlanması, eləcə də Azərbaycan Demokrat Partiyası ilə Ümid Partiyasının siyasi ittifaqı mövcuddur. Biz isə 6 il müttəfiqlik etdiyimiz Azərbaycan Liberal Partiyası ilə parlament seçkilərindən sonra münasibətlərimizi rəsmiləşdirə bilməmişik. Bu da partiyalar arasında davam edən məsləhətləşmələrlə əlaqədardır. Təşkilatlanma strukturunun ortada olmaması müəyyən işlərimizə ziyan da gətirir. Ona görə də hesab edirik ki, təşkilatlanma formasının ərsəyə gəlmə zamanı yetişib. Bizim üçün bu görüş çox böyük əhəmiyyət kəsb edir. İnanıram ki, digər partiyalar da bu qənaətdədirlər.

-Sizcə, həmin görüşdə müsbət bir nəticə əldə ediləcək?
-Beş partiyanın mütəmadi olaraq görüşüb məsləhətləşmə aparması müsbət hadisə kimi qiymətləndirilməlidir. Ancaq təbii ki, nəticəli əlaqələrin olması daha arzuediləndir. Biz hesab edirik ki, cəmiyyətdəki situasiyanın, siyasi müvazinətin dəyişməsi üçün mütləq müxalifət bir araya gəlib təşkilatlanmalıdır. Çünki cəmiyyətin siyasətə qatılan və qatılmayan hissəsi arasında çox böyük fərq var. Ona görə də müxalifət təşkilatlanıb ölkədə ikiqütblü siyasi müstəvinin formalaşması istiqamətində qəti addımlar atmalıdır. Bunun isə birinci mərhələsi təbii ki, təşkilatlanmadan, cəmiyyətə ünvanlanmış düzgün mesajlar və atılan doğru addımlardan keçir. Cəmiyyətə müxalifətin ünvanını aydın göstərməyi bacarmalıyıq ki, siyasi situasiyanın dəyişməsində maraqlı olan cəmiyyət nümayəndələri prosesə qoşula bilsinlər. Əgər biz bunu edə bilməsək vəziyyətin dəyişməsi mümkün olmayacaq. Ona görə də müxalifətin təşkilatlanmasını çox vacib və zəruri bir addım kimi qiymətləndiririk. Çalışacağıq ki, apardığımız işlərdə nəticəli bir fəaliyyət olsun.

-Sizə elə gəlmirmi ki, müxalifət bu kimi nəticəsiz danışıqlarla zaman itgisinə yol verir?
-Müxalifətin zaman itgisinə yol verdiyi barədə deyilənlərlə razılaşıram. Bu da keçmişin acı təcrübəsi ilə bağlıdır. Hesab edirəm ki, ilk növbədə müxalifətin bir araya gəlməsinin şərtlərini müəyyənləşdirmək lazımdır. Bizi ayıran məsələlərin uzlaşmasına yönəlik cəhdlərdən daha çox hamının siyasi maraqlarına uyğun olan addımların atılması istiqamətində təşkilatlanmaya qərar verilməlidir. Bir qism müxalifət partiyaları hesab edirlər ki, yanaşmada fərqlilik olmalıdır. Bu gün müxalifət düşərgəsində çox ciddi təşəbbüslər var ki, müxalifət vahid komanda halına gəlsin, seçkiyə yönəlik namzədini müəyyənləşdirsin. Digər yanaşma tərəfdarları isə hesab edirlər ki, vahid namizəd, komanda məsələsi bir qədər sonrakı dövrün vəzifəsdir və hazırda hamının marağına uyğun olan dəyişikliklərin edilməsi lazımdır. Bu sıraya Seçki Məcəlləsinin, seçki komissiyalarının tərkibinin dəyişdirilməsi və s. daxildir. Bu kimi məsələləri əsas götürüb daha geniş çevrədə əməkdaşlıq təklif edən tərəflər də var. Hazırda daxili müzakirələrdə bu məsələ çox qabarıq təzahür edir. Aparılan məsləhətləşmələr də göstərəcək ki, hansı fikir tərəfdarları daha çoxdur.

-Hazırkı situasiyada vahid namizəd məsələsinin gündəmə gəlməsinin tərəfdarısınızmı?
- Vahid namizəd məsələsi bizi ayıran, müxalifətin bir araya gəlməsinə maneçilik törədən bir məsələdir. Ən başlıcası odur ki, bu gün həll edilməsi vacib olmayan məsələdir. Əgər ölkədə normal seçki mühiti mövcud deyilsə bu şəraitdə hansısa seçki üçün vahid namizədin müəyyənləşdirilməsi doğru deyil. Nəzərə alsaq ki, vahid namizəd olmağa namizədlərin sayı kifayətqədərdir, onda mütləq bu məsələ mübahisə mövzusuna çevriləcək və ayrılma nöqtələri meydana gələcək. Biz hesab edirik ki, müxalifət öz gücünü, imkanlarını siyasi şəraitin dəyişməsinə yönəltsin, beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycana cəlb etməyə nail olsun. Vahid namizəd məsələsi isə bir qədər sonra müzakirə edilə bilən mövzudir. Təbii ki, biz də hesab edirik ki, müxalifətin seçkilərdə vahid namizədi olarsa bu düşərgənin şansı artmış olar. Bunun da həlli üsulları var və dünyada belə praktika mövcuddur. Bu günlərdə Fransa sosialistləri öz vahid namzidlərini müəyyənləşdirə biliblər. Hətta vahid namizədin deyil, kölgə kabinetinin formalaşdırılması da yaxşı təklifdir. Ancaq ilk növbədə həlli vacib olan məsələlər var ki, məhz bu istiqamətlərdə fikirləşmək lazımdır.

-Növbəti görüş də Azərbaycan Xalq Cəbhəsi və Müsavat Partiyasının iştirakı olmadan keçiriləcək. Belə çıxır ki, adı çəkilən partiyalarla əməkdaşlıq istiqamətində bütün körpülər yanıb?
-Yox belə demək olmaz. Hesab edirəm ki, vahid namizəd məsələsini çıxmaq şərtilə sadaladığım məsələlər ətrafında həmin iki partiyanın da mövqeyi eynidir. Onlar da İctimai Palatanın timsalında ölkədə normal seçki mühitinin yaranmasını, siyasi prosesləri şərtləndirən qanunların qəbulunu istəyirlər. Bütün bunlar həmin partiyaların marağı daxilində olan məsələlərdir. İnanıram ki, Vətəndaş Hərəkatı Forumu çərçivəsində ortada olan təşəbbüs nəticə verdikdən sonra təşkilatlanmış qruplar arasında məsləhətləşmələrin aparılması mümkündür. Bunun təzahürünü bir qədər sonra görəcəyik.

-Ancaq qarşı tərəf bu cür əməkdaşlığı yalnız İctimai Palata daxilində görür?
-Biz İctimai Palata daxilində ola bilmərik. Bunu dəfələrlə bəyan etmişik və mövqeyimiz də dəyişməz olaraq qalır. İnanıram ki, bu məsələyə yaxın gələcəkdə də dəyişiklik etməyəcəyik. Ancaq qurumlar arasında əməkdaşlıq mümkündür. Onlar həmin qurumu təsis edib, yaradıblar, bu gün də onu yaşadırlar, çox yaxşı. Ancaq digər qurumlar da mümkündür və gələcəkdə təsisatı mümkün ola bilən birliklərin formulu üzərində düşünülür. Ən azı bizim iki partiya ALP və VİP yaxın gələcəkdə özünün təçkilatanma formatı barədə cəmiyyətə məlumat verəcək. Hesab edirəm ki, ərəb inqilabının ətiri uçub getdikdən sonra hamı yüngül narkozdan ayılacaq və başa düşəcəklər ki, heç bir millətə dəyişiklik nimçədə verilmir, onu əldə etmək laaımdır. Əldə etmək üçün də konkret mübariza aparmaq lazımdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Bu gün, 15:57
Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Bu gün, 15:52
Paşinyanın gizli müqaviləsi - Hamilə, uşaq, qoca və əlillər üzərində ÖLÜM SINAĞI
Bu gün, 15:00
Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir - FAKT BUDUR!
Bu gün, 14:57
“Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” - Əli Ömərov
Bu gün, 14:52
Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:52
Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU - “NBC News”
Bu gün, 11:49
Xanım Qafarovanın anası dünyasını dəyişib
Bu gün, 11:47
"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" - ETİRAZ
Bu gün, 11:44
Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Bu gün, 11:42
Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 11:40
Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
Bu gün, 11:38
Tramp Kəşmir probleminin həllinə çalışacaq
Bu gün, 09:24
«Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Bu gün, 09:22
“Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Bu gün, 09:10
Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Bu gün, 09:01
“Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Bu gün, 08:58
ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Bu gün, 08:54
Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Bu gün, 06:15
Pakistanda 150 uçuş reysi ləğv edildi
Bu gün, 06:08
"Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Bu gün, 02:48
Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Bu gün, 02:45
“Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Bu gün, 02:43
İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Bu gün, 02:36
İnformasiya “fırtınası” - AKTUAL
Bu gün, 02:33
"Hər bir sənət adamı buna fikir verməlidir"
Bu gün, 02:30
Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Bu gün, 02:23
"Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05
Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20
“Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51
Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38
"Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16
Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07
Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05
Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02
Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00
Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00
"Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58
Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30
“Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03
“Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02
UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58
“BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52
Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43
“Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35
"Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11
Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06
İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru