
RAHİM HACIYEV MƏRUZƏ İLƏ ÇIXIŞ EDİB
Müsavat Partiyasının qərargahında İctimai Palatanın (İP) növbəti sessiyası keçirilir. APA-nın məlumatına görə, İP Koordinasiya Şurasının (KŞ) üzvü Vidadi Mirkamalın sədrliyilə keçirilən iclasda əvvəlcə gündəlik təsdiqlənib.
İclasda İP-ə may ayında sədrlik etmiş Rahim Hacıyev məruzə ilə çıxış edib. Sessiyada ölkədəki ictimai-siyasi vəziyyət, həmçinin son günlər cəbhə xəttində yaranan gərginlik və digər məsələlər müzakirə ediləcək.