“AQROLİZİNQ” KƏNDLİLƏRƏ NECƏ DİVAN TUTUR?
Tarix: 29-05-2012, 13:48 | Çap et
KREDİTİN MÜQABİLİNDƏ VƏTƏNDAŞLAR TALAN EDİLİR
Astara rayonunda fəaliyyət göstərən «Şindan» kənd təsərrüfatı kooperativinin başçısı Zeydulla Cəbiyev texnikaya ehtiyac olduğunu deyir. Onun sözlərinə görə, kooperativ 1988-ci ildən fəaliyyət göstərir, 100-dən çox payçısı var. Təsərrüfat 100 başa yaxın iribuynuzlu mal-qaraya, 400 başdan çox qoyuna malikdir. Üstəlik arıçılıqla da məşğul olurlar. Hektarlarla feyxoa bağı, əkin və otlaq sahələri var. Zeydulla Cəbiyev qeyd edir ki, kooperativ dağ ərazisində, dəniz səviyyəsindən 1500-2000 metr hündürlükdə yerləşir. Vaxtı ilə fəaliyyət göstərmiş 3 sovxozun ərazisini əhatə edir.
Zeydulla Cəbiyev deyir ki, «Şindan» rayonda ən iri təsərrüfatlardan biri olmasına baxmayaraq, bir ədəd də olsun texnikası yoxdur. Köhnə texnika dağılıb. Bütün işlər əl ilə görülür. O texnika almaq üçün kredit götürmək istədiyini deyir:
«10 HEKTAR ƏKİNİMİ ÖKÜZLƏ ƏKMİŞƏM»
«Güzəştli kredit almaq istəyirəm. Hara yazıram mənə kredit vermirlər. Nə üçün vermirlər, mən bunu başa düşmürəm. Bakıya getmişəm, fondun müdirinin yanına. Kənd təsərrüfatına kredit verənin yanında olmuşam. Təzə çıxan traktor istəyirəm. 10 hektar əkinimi öküzlə əkmişəm. Başqasının traktoru ilə əkirəm».
Zeydulla Cəbiyevin sözlərinə görə, yeri əkmək üçün «Aqroservis»ə müraciət etsə də heç kim dağ ərazisinə getmək istəmir. Buna görə də şəxsi texnikası olmadan dağda işləmək mümkün deyil. Onun sözlərinə görə, 50 min manat güzəştli kredit götürmək üçün 100 min manat dəyərində olan əmlakı girov qoymağa hazırdır:
«MƏNƏ CAVAB VERİR Kİ, GƏRƏK ŞƏHƏRDƏ EVİN OLSUN»
«Deyir kredit götürsən 20 faiz pul verəcəksən. Ondan sonra 10 illini hissə-hissə qaytaracaqsan. Razıyam buna. Kredit şöbəsinə gedirəm etiraz edir. Gedirəm Banka, Astarada bank var, Respublika bankı. Deyirəm bu mənim sənədim, biznes planım. Nə qədər mal-qaram var, hesabatım var. Hamısını verirəm ona. Mənə cavab verir ki, gərək şəhərdə evin olsun. Mən deyirəm kəndə, Şiyəkəranda kupçalı ev, 400 baş qoyun, inək. Gəlirim olub. Gəl bunlara bax. Deyir mənə sənəd ver ki, şəhərdə, Bakıda evin var».
Zeydulla Cəbiyevin sözlərinə görə, ötən il 10 ton 100 kiloqram ət istehsal edib:
«MƏN KEÇƏN İL 10 TON YÜZ KİLOQRAM ƏT İSTEHSAL ETMİŞƏM»
«Kənd yerində işləməliyəm. Mən keçən il 10 ton yüz kiloqram ət istehsal etmişəm. Bunu kənddə istehsal etmişəm. İşləyən adamam. Zəhmətkeş adamam. Əllərim qabar-qabar olub».
Təsərrüfat başçısının təqdim etdiyi sənədlərdən məlum olur ki, güzəştli kredit götürmək üçün müraciət etmədiyi yer qalmayıb. Bu sənədlər içərisində İqtisadi İnkişaf Nazirliyinin, Kənd Təsərrüfatı nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin, Mərkəzi Bankın, «Aqrolizinq» səhmdar cəmiyyətinin, Sahibkarlığa Kömək Milli Fondunun cavab məktubları var. Bu sənədlərdən həmçinin məlum olur ki, mütəxəssislər «Şindan» kənd təsərrüfatı kooperativində olublar. Onun fəaliyyətinə iradları olmayıb.
Nazirliklər, agentliklər və digər qurumlar kredit verməkdən imtina etmirlər. Lakin sahibkar müvəkkil kredit təşkilatı tapa bilmir. Rayonlarda 10-dan çox bankın filialı olsa da heç biri kənd təsərrüfatı ilə məşğul olan sahibkarla iş görmək istəmir. Bununla bağlı Respublika və «Zamin» bankın Astara rayon filiallarında olduq. Respublika Bankın rayon filialı sahibkardan girov məqsədi ilə şəhərdə ev olmasını tələb edir. «Zamın» bankın filialı isə verəcəyi kreditin dəyəri qədər qızıl istəyir.
Astara rayon İcra Hakimiyyəti başçısının kənd təsərrüfatı üzrə müavini Allahverən Mahmudov deyir ki, sahibkar onlara da müraciət edib:
«BİZ ONU GÖNDƏRDİK SAHİBKARLIĞA KÖMƏK MİLLİ FONDUNA»
«Biz onu göndərdik Sahibkarlığa Kömək Milli Fonduna. Onlar burda seminar keçirtdilər. Dedilər ki, hər hansı bir fermer təsərrüfatı ilə məşğul olmaq istəyən varsa müvafiq banklarla əlaqə saxlasın, biz həm də həmin banklar üçün vəsait ayırarıq. Bu şərtlə ki, sahibkarlar öz biznes planlarını hazırlasınlar, gəlib bizə bildirsinlər, bunlar nə ilə məşğul olmaq istəyirlər. Bu da dağda yaşadığına görə texnika istədi. Texnikanı almaq üçün birbaşa pul vermək lazım deyil. Texnikanı lizinq yolu ilə Kənd Təsərrüfatı nazirliyində «Aqrolizinq» səhmdar cəmiyyəti var, orda verirlər. On illik kreditdir. Amma, şərtləri odur ki, qabaqcadan 10 faiz ödəməlisən, 10 il müddətinə qalan vəsaiti bölürlər və ayırırlar».
Müavinin dediyinə görə, sahibkarın problemi əlində nağd pulun olmamasıdır:
«Mənə belə gəlir ki, o vəsait istəyir, nağd pul istəyir. Nağd pulu da vermirlər. Amma texnika ala bilər. O istəsə kombayn da götürə bilər. Bizdə «Aqrolizinq» xətti ilə iki kombayn var. İndiki kombaynların qiyməti 63 mindir. İki il bundam qabaq ucuz idilər».
Aqronom, kənd təsərrüfatı mütəxəssisi Xanlar Əliyev hesab edir ki, sahibkarı bilərəkdən get-gələ salırlar. Məqsəd riskli sahə olan kənd təsərrüfatına kredit verməməkdir:
«VERDİYİ KREDİTİN MÜQABİLİNDƏ QIZIL ƏŞYA VƏ ZİNƏT ŞEYLƏRİ İSTƏYİR»
«Sahibkarlara Milli Fond hər ay bölgələrdə pul verir, güzəştli kreditlər verir. Lakin Astara rayonunda son 6-7 ildə bir nəfər də olsun bu imkanlardan istifadə edə bilməyib. Çünki müvəkkil banklar riskləri azaltmaq üçün onlardan şəhər mərkəzlərində 2-3 otaqlı evlər istəyir. Və yaxud da verdiyi kreditin müqabilində qızıl əşya və zinət şeyləri istəyir. Əgər bu adamın bu qədər qızılı olarsa onda onun kreditə ehtiyacı olmaz. Astara rayonundan prezidentə də müraciət olunub, Fondun rəhbəri Şirzad Abdullayevə də dəflərlə müraciət olunub ki, biz kənd yerlərində yaşayırıq. Bizə kredit lazımdır ki, təsərrüfatı inkişaf etdirək. İşçi qüvvəsi var, lakin təsərrüfatı inkişaf etdirmək üçün vəsait yoxdur. Bu vəsait üçün Mili Fond sahibkarlara elə şərtlər qoyur ki, kənd təsərrüfatı ilə məşğul olanlar götürə bilmirlər».
İcra başçısının müavini Allahverən Mahmudov isə deyir ki, rayonda güzəştli kredit götürənlər var. Sahibkarlar lizinq yolu ilə kənd təsərrüfatı texnikasına malikdirlər:
«Təzə texnikanı vətəndaş özü götürür, müqaviləni bağlayır. 10 il müddətinə, ilkin qiymət üstünə heç faiz də gəlmir. Bu gün alış qiyməti neçəyədirsə onun üstünə faiz qiyməti gəlmirlər. Kənd təsərrüfatında çalışdıqlarına görə».
İcra hakimiyyəti başçısının müavini sahibkar Zeydulla Cəbiyevin banklarla bağlı probleminin olduğunu da bildirdi.
SAHİBKAR HƏLƏ DƏ TEXNİKA AXTARIŞINDADIR
«Aqroservis» Açıq Tipli Səhmdar Cəmiyyətin Astara filialının icraçı direktoru Pünhan Hüseynov da deyir ki, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olanlara dəyərinin 10 faizini ödəməklə kənd təsərrüfatı texnikasını vermək imkanı var. Onun bildirdiyinə görə, bununla bağlı heç bir problem yoxdur.
Sahibkar Zeydulla Cəbiyev isə deyir ki, kimin indi nə deməsindən asılı olmayaraq o hələ də texnika ala bilməyib. Bu da ərzaq bolluğuna öz töhfələrini verməyə mane olur:
«BIR KOMBAYN OLSA BİZ 100 HEKTAR YOX 200 HEKTAR ƏKƏRİK»
«Mənim texnikaya ehtiyacım var. Ərzaq bolluğunu biz yaradırıq. Bizim cavanlar gedir İrandan kartof gətirir. Mən bir hektarda 3 ton kartof əkirəm, 12 ton kartof çıxardıram. Bir hektar əkmişəm. Texnika olsa çox əkərəm, keçən il 10 ton buğda əkmişdim, 24 ton taxıl istehsal elədim, əl əməyi ilə. Neçə ildir torpaqlar qalıb. Kolxoz, sovxoz vaxtı əkirdilər, indi boş qalıb. Bir kombayn olsa biz 100 hektar yox 200 hektar əkərik».
Azərbaycan Statistika Komitəsinin məlumatına görə, 2012-ci ilin yanvar-mart aylarında «Aqrolizinq» xətti ilə kənd təsərrüfatı istehsalçılarına 10,5 milyon manat dəyərində 273 ədəd traktor, 315 ədəd maşın və avadanlıq satılıb. / Azadlıq Radiosu /
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ Ermənistana sərhəd-mühafizə qruplarını göndərməklə nəyə nail olmaq istəyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:02 |
|
|
|
• Bayramova ingiliscə saxta məktub... - Arkov
Bu gün, 12:56 |
|
|
|
• Azərbaycanla normallaşma üzrə konstruktiv həllər təklif etmişik - Paşinyan BELƏ DEYİR...
Bu gün, 12:53 |
|
|
|
• “Expressbank”da yüksək kredit faizləri, vaxtı keçmiş kredit portfeli - Əhalinin şikayət etdiyi bank
Bu gün, 12:50 |
|
|
|
• İranın Zəngəzur planı üzə çıxdı - Dəhlizi əngəlləmək üçün bu yola əl atdılar
Bu gün, 12:47 |
|
|
|
• Nikol Rusiya ilə əməkdaşlıq imkanlarını azaldır - Pritçin
Bu gün, 12:46 |
|
|
|
• "Başqası ilə eşq yaşayırdı" - Həyat yoldaşını qətlə yetirən şəxs
Bu gün, 12:43 |
|
|
|
• NƏ ETSƏK DƏ... ÇÖRƏYİMİZİN DUZU YOXDUR! - İran ABŞ-la qolboyun olan İrəvanı sükutla seyr edir, Rusiya isə...
Bu gün, 12:39 |
|
|
|
• İntihar edən gənc İbrahim Kərbalıyevin oğlu imiş... - FOTO
Bu gün, 12:34 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsinin "qara qutuları" Braziliyadan Astanaya gətirilib
Bu gün, 12:32 |
|
|
|
• Hakim “14 milyon kimin cibindədir” soruşdu, arestant kürəkəni “Tahir Qədəşovun” cavabını verdi - "ATLANT İŞİ"
Bu gün, 12:30 |
|
|
|
• Bakıda evakuatorla AAYDA-nın konteyneri necə oğurlanıb? - TƏFƏRRÜAT
Bu gün, 12:25 |
|
|
|
• Neft Fondu əməkdaşlarının idmanla məşğul olması üçün 650 min manat xərcləyəcək - DETALLAR
Bu gün, 12:22 |
|
|
|
• “1 milyon əsgər Azərbaycana gələcək” – növbəti çərənləmə
Bu gün, 12:19 |
|
|
|
• Bakı Reqional Məşğulluq Filialına yeni müdir təyin olunub - ƏMR
Bu gün, 12:16 |
|
|
|
• Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Bu gün, 12:14 |
|
|
|
• Atası oğlunu öldürəni bağışladı, məhkəmə isə… - Hökm
Bu gün, 12:10 |
|
|
|
• "Bu ölkələr Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa çalışacaqlar" - deputat
Bu gün, 12:05 |
|
|
|
• "Oğlu Lalə Şövkətin adından yalan danışır, partiya ləğv edilməyib" - Əvəz Temirxan
Bu gün, 11:54 |
|
|
|
• Tehranda 17 yaşlı azərbaycanlı qızın böyük plakatı asıldı
Bu gün, 11:41 |
|
|
|
• Azərbaycanlı Dağıstanın Bakıdakı nümayəndəsi təyin edildi - FOTO
Bu gün, 11:38 |
|
|
|
• "Türkiyə mövsümü çıxarılardan ötürü Azərbaycan kimi strateji müttəfiqi, qardaşı itirməyi gözə almaz" - deputat
Bu gün, 11:35 |
|
|
|
• Dövlətə, xalqa xidmət, dövlət başçısına sədaqət belə olurmu?! - ETİRAZ VAR...
Bu gün, 11:29 |
|
|
|
• Azərbaycanda daha bir gənc qızdırmadan öldü - Ölkədə tüğyan edən bu virus nədir?
Bu gün, 11:21 |
|
|
|
• ABŞ Azərbaycan-Ermənistan sərhədinə QOŞUN YERİDİR - Bu, binokullu avropalılar deyil...
Bu gün, 11:15 |
|
|
|
• Naxçıvanda sahibkarlara dövlət adından VERGİ TƏLƏSİ... - NARAZILIQ VAR...
Bu gün, 11:11 |
|
|
|
• Dövlət klinikalarında niyə YER TAPILMIR? - “Xəstə qalıb ortada, biz yer axtarırıq”
Bu gün, 11:01 |
|
|
|
• Saatlı Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsinə hökm oxundu - DETALLAR
Bu gün, 10:56 |
|
|
|
• Hüseynbala Mirələmovun səhhəti PİSLƏŞDİ - AÇIQLAMA
Bu gün, 10:53 |
|
|
|
• "Bayden vida nitqində ölkələrə necə zərər verdiyini açıqladı" - Rusiya XİN
Bu gün, 10:51 |
|
|
|
• Türkiyə prokurorluğu Flora Kərimovanın plastik cərrahla bağlı şikayətini icraata götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:48 |
|
|
|
• BNMİ-nin əməkdaşları 33 kiloqram narkotik vasitə aşkarlayıb - FOTO, VİDEO
Bu gün, 10:47 |
|
|
|
• Hazırlaşın: Türkləri İrəvanın qapısında qarşılayacağıq – Şarmazanov
Bu gün, 10:45 |
|
|
|
• Amerika bununla bizim strateji tərəfdaşımız olmur - Badalyan
Bu gün, 10:39 |
|
|
|
• “Binokl diplomatiyası” bölgədə gərginlik yaradır - İndi də sərhədimizə FİLİN DİŞİSİ (ABŞ) gəlir...
Bu gün, 10:37 |
|
|
|
• Rusiyanın Ukraynaya qarşı təcavüzkar siyasətini ABŞ da öz qonşularına qarşı tətbiq edəcək? - NƏ BAŞ VERİR?
Bu gün, 10:29 |
|
|
|
• SOCAR-ın baş rəhbərliyinin rəsmi qazancında ARTIM OLUB - Sıravi işçilər isə...
Bu gün, 10:26 |
|
|
|
• Maliyyə nazirinin gec təyin olunmasının ölkəmizə FƏSADLARI - ARAŞDIRMA
Bu gün, 10:19 |
|
|
|
• ATƏT-in sədri kimi Bakı və İrəvan arasında dialoqu gücləndirməyə hazırıq - Finlandiya XİN
Bu gün, 10:15 |
|
|
|
• Zəngəzur uğrunda SAVAŞ... - Bakının marağında deyil, amma...
Bu gün, 10:07 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları”nda SAXTA DİPLOM QALMAQALI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:57 |
|
|
|
• ABŞ çətiri altında əzələ nümayişi? - ŞƏRH
Bu gün, 09:45 |
|
|
|
• "Həkimlər qeysəriyyə əməliyyatlarından milyonlar qazanırlar"
Bu gün, 09:43 |
|
|
|
• Burda müştəriyə sınıq malı satmırlar... SIRIYIRLAR... - GİLEY
Bu gün, 09:37 |
|
|
|
• `Kontakt Home` AÇIQ DƏLƏDUZLUQLA MƏŞĞULDUR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:28 |
|
|
|
• “Azsığorta”nın rəhbərliyində təyinat olub - SİYAHI
Bu gün, 09:22 |
|
|
|
• Proses təhlükəli istiqamətə yönəldi: Zəngəzura girirlər - Görünəni odur ki...
Bu gün, 09:20 |
|
|
|
• Təhlükə var: İran ordusunu çağırmalıyıq – Geqamyan
Bu gün, 09:19 |
|
|
|
• Ailəyə əmək haqqı gətirən və ailəni dolandıran tək və ya yeganə şəxsdirsə... - Ekspert danışır...
Bu gün, 09:17 |
|
|
|
• 200 min dollara Bakıda kimi öldürmək istəyiblər? - TƏFƏRRÜAT
Bu gün, 09:11 |
|
|
|
|